Məhkəmə qərarları › İş №2-1(118)-3687/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3687/2024

27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3687/2024 27.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 15 fevral 2024-cü il tarixli **********181044 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçındə VÖEN: ********** növbəti səyyar vergi yoxlaması keçirilmişdir.Yoxlama Vergi Məcəlləsinin (bundan sonra “VM”) 38.2-ci maddəsinə əsaslanaraq noyabr 2019-cu il – Oktyabr 2022-ci il dövrü əhatə etmişdir.Vergi Orqanının xx.xx.2022-ci il tarixli **********166138 saylı qərarına əsasən Cəmiyyətdə xx.xx.2022-ci il tarixində yoxlama başlanılmış və xx.xx.2023-cü il tarixində yekunlaşmışdır. xx.xx.2023-cü il tarixli **********166887 nömrəli Səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur (bundan sonra “İlk Akt”). İlk Aktda qeyd olunmuşdur ki, müəssisə mühasibat və vergi uçotunu qanunvericiliyə uyğun aparmır və bunun nəticəsində 335,300.68 manat məbləğində vergi və maliyyə sanksiyası hesablanması təklif olunmuşdur (İlk Akt məktuba əlavə olunur).İlk Aktında hesablanması təklif olunan vergilərin kifayət qədər əsaslandırılmaması və faktların təhrif edilməsi səbəbi ilə VM-nin 39.1 və 39.5-ci maddəsinə əsaslanaraq Cəmiyyət nümayəndələri aktın nüsxəsini almaqdan və imzalamaqdan imtina etmişdir. Buna müvafiq olaraq, Cəmiyyət Səyyar vergi yoxlaması aktında razılaşmadığı məsələlər ilə əlaqədar izahedici məktublarla birlikdə öz etirazını AVİS sistemi vasitəsilə vergi orqanına göndərmişdir (AVİS sistemində olan məktubların nömrələri: **********719400 nömrəli xx/xx/2023 tarixli, **********742600 nömrəli xx/xx/2023 tarixli, **********868900 nömrəli xx/xx/2023 tarixli, **********336600 nömrəli xx/xx/2023 tarixli, **********274800 nömrəli xx/xx/2023 tarixli, **********393900 nömrəli xx/xx/2023 tarixli, **********386900 nömrəli xx/xx/2023 tarixli, **********392800 nömrəli xx/xx/2023 tarixli, **********317100 nömrəli xx/xx/2023 tarixli, **********783000 nömrəli xx/xx/2023 tarixli, **********046100 nömrəli xx/xx/2023 tarixli, **********874000 nömrəli xx/xx/2023 tarixli).Vergi orqanına təqdim olunan çoxsaylı etiraz və izahedici məktublardan sonra vergi orqanı Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarı qəbul etmişdir (həmin qərar Cəmiyyətə təqdim edilməmişdir və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyesterində (bundan sonra “vahid məlumat reyesteri”) qeyd edilməmişdir) və həmin Əlavə vergi yoxlaması tədbirlərinnəticəsində İlk Akt nömrəsi eyni saxlanılmaqla, fərqli tarixlə nəşr edilmişdir.Beləliklə, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin vergi müfəttişləri tərəfindən xx.xx.2023-cü il tarixli **********166887 nömrəli (eyni nömrə altında) ikinci Səyyar vergi yoxlaması aktı (bundan sonra “İkinci Akt”) tərtib olunmuşdur. İkinci Aktda hesablanması təklif olunan vergilərin əsaslandırılmasının düzgün olmaması və faktların təhrif edilməsi səbəbi ilə Vergi Məcəlləsinin 39.1 və 39.5-ci maddəsinə əsasən Cəmiyyət nümayəndələri aktın nüsxəsini almaqdan və imzalamaqdan imtina etmişdir. Buna müvafiq olaraq, Cəmiyyət İkinci Aktda razılaşmadığı məsələlər ilə bağlı xx.xx.2024-cü il tarixli etirazını vergi orqanına təqdim etmişdir.Aparılan hər iki səyyar vergi yoxlaması zamanı Vergi Orqanı Cəmiyyət tərəfindən təqdim edilən mühasibat uçotu sənədlərinə, Cəmiyyətə məxsus cədvəllərə və izahedici məktublara görməzdən yanaşmış, ətraflı təhlil aparmamış, əsaslı araşdırma həyata keçirməmiş və nəticə olaraq xx.xx.2024-cü il tarixində Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********181044 nömrəli Qərar (bundan sonra, “Qərar”) qəbul edərək Cəmiyyətə əsassız olaraq 339,417.46 manat əlavə vergi öhdəliyi hesablamışdır.Aparılan səyyar vergi yoxlaması ərzində tələb olunan bütün sənəd, hesablama cədvəlləri və etiraz məktubunda etiraza dair izahlar Cavabdeh tərəfindən təqdim edilməsinə baxmayaraq, Vergi Orqanı qeyd edilən məsələlər üzrə dəlillər və təsdiqedici sənədləri nəzərə almamış və səyyar vergi yoxlamasını yuxarıda qeyd edilən Qərar ilə yekunlaşdırmışdır. Vergi orqanı iddia edir ki, Cəmiyyət tərəfindən təqdim edilmiş mal-material hesabatlarında malların satış miqdarı ilə göndərilmiş elektron qaimə-fakturalarda olan malların satış miqdarı müqayisə edilmiş və 2019-cü il üzrə 33,879.29 AZN, 2020-ci il üzrə 297,693.88 AZN, 2021-ci il üzrə 92,218.36 AZN, cəmi 423,791.53 AZN məbləğində kənarlaşma aşkar edilmiş, mal-material hesabatlarında 423,791.53 AZN məbləğində mal çox silinmişdir.MZ Exclusive MMC öz uçotu elektron qaydada “1C” proqramı vasitəsilə aparır. Malların mədaxilinin və təqdim edilməsinin sənədləşdirilməsi və uçotu Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının tələblərinə əsasən aparılır.Mal-materialın uçotu və hərəkəti ilə bağlı bütün hesablamalar, proqramdan çıxarışlar vergi orqanına yoxlama zamanı təqdim edimişdir.Vergi orqanı tərəfindən iddia edilən kənarlaşmalarla bağlı hər hansı sübut təqdim edilməmişdir və Cəmiyyətə vergi orqanın həmin kənarlaşmaların nəyin əsasında iddia edilməsi necə hesablanması məlum deyil.Vergi orqanın hesablamalarının səhv olduğunu ancaq o halda sübut etmək mümkündür ki, həmin hesablamalar mövcud olsun və vergi ödəyicisinə təqdim edilmiş olsun. Nəzərə alsaq ki, vergi orqanı öz sübut etmə vəzifəsini yerinə yetirməmişdir və öz hesablamalarını və məlumatlarını Cəmiyyətə təqdim etməmişdir, Cəmiyyətdən bununla bağlı sənədlərin və hesablamaların təqdim edilməsindən başqa hər hansı digər hərəkətlər tələb edilə bilməz və sübutetmə vəzifəsi vergi ödəyicisinin üzərinə qoyula bilməz.Bundan əlavə olaraq, vergi orqanın iddiasına əsasən, Cəmiyyətin uçot məlumatlarında göstərilən malların faktiki olaraq Cəmiyyətin sahibliyində olmadığı aşkar edilmişdir və nəticədə əlavə X5 öhdəliyi hesablanmışdır.Qeyd olunan iddialar və hesablamalar vergi orqanı tərəfindən keçirilmiş inventarizasiyaya əsaslanır.Bununla bağlı İnventarizasiyanın keçirilməsi barədə əsas faktları və İnventarizasiya zamanı yol verilən pozuntuları məhkəmənin diqqətinə çatdırılmışdır:İnventarizasiya zamanı anbarda mövcud olan lakin istifadə müddəti bitmiş yararsız malların dəyəri nəzərə alınmamışdır; Anbara baxış keçirilən zaman vergi orqanının səlahiyyətli nümayəndələri anbar daxilindəki soyuduculara baxış keçirməmişdir; Vergi orqanı birinci dəfə anbarda tam baxış keçirmiş və kənarlaşma aşkar etməmişdir. Vergi ödəyicisi birinci aktla oktyabr ayında razılaşmadığı təqdirdə, vergi orqanı dərhal noyabr ayında anbarda ikinci baxışın keçirilməsi qərar qəbul etmiş və “kənarlaşma” aşkar etmişdir; Anbara baxışın keçirilməsi zamanı şəffaflığı təmin etmək və iddiaların qarşısını almaq məqsədilə Cəmiyyət vergi orqanına **********452000 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu ilə müraciət etmişdir ki, anbara baxış zamanı foto və video çəkilişi aparılsın və müəssisəyə təqdim olunsun (VM-nin 41.1-ci maddəsindəki normaya əsasən). Rəsmiləşdirilmiş hər iki səyyar vergi yoxlamalarının aktlarının 5-ci səhifəsində də qeyd olunmuşdur ki, “keçirilmiş baxış zamanı foto çəkilişdən istifadə edilmişdir”. Lakin Cəmiyyətin müraciətlərinə baxmayaraq bu günə qədər foto və video materiallar Cəmiyyətə təqdim olunmamışdır; Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydalarının 2.6-cı maddəsinə əsasən, inventarizasiya siyahılarının sonuncu səhifələrində qiymətlərin yoxlanılması, məbləğlərin cəmlənməsi və ümumi məbləğin hesablanması haqqında qeydlər olunur və vergi orqanının inventarizasiyasını keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanır. İnventarizasiya aktı ancaq malların adları və onların miqdarı barədə məlumatı əks etdirir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli 82 nömrəli qərarı ilə təqsdiq edilmiş “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları”nın 2.2-ci maddəsinə əsasən vergi orqanının inventarizasiyanı keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən inventarizasiya başlanana qədər uçot məlumatları üzrə əmlakın qalığının müəyyən edilməsi üçün reyestrlərə (hesabatlara) əlavə edilmiş bütün mədaxil və məxaric sənədlərinə “inventarizasiyaya qədər “ ____ “ (tarix)” qeydi edilərək dərkənar qoyulur. Vergi orqanın İnventarizasiya aktından göründüyü kimi, uçot məlumatları ümumiyyətlə öz əksini tapmamışdır. Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydalarının 2.6-cı maddəsinə əsasən, inventarizasiya siyahılarının sonuncu səhifələrində qiymətlərin yoxlanılması, məbləğlərin cəmlənməsi və ümumi məbləğin hesablanması haqqında qeydlər olunur və vergi orqanının inventarizasiyasını keçirən vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanır. Lakin, İnventarizasiya aktı ancaq malların adları və onların miqdarı barədə məlumatı əks etdirir və nə malların qiyməti, nə də məbləği qeyd olunmamışdır; Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən, inventarizasiya səyyar vergi yoxlaması zamanı ancaq müəyyən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır. Həmin hallar uçotunun aparılmaması, aksiz malların markalanmaması və s. Nəzərə alsaq ki, qeyd olunan əsaslardan heç biri mövcud olmamışdır, Vergi Orqanının inventarizasiyanın keçirilməsi barədə Qərarı əsassızdır və beləliklə inventarizasiya nəticələri də etibarlı sübut kimi istifadə oluna bilməz;Vergi orqanı inventarizasiya gününə olan qalıqlarının dəyər ifadəsini malları qiymətini müəyyən edilmədən necə hesablaya bilərdi? Hansı hesablama metodundan istifadə olunub, vergi orqanının faktiki qalığ məbləği məhz 537,644 AZN kimi müəyyən edilmişdir? Buna cavab birmənalıdır: İnventarizasiya Aktında olan məlumatlara əsasən hesablamanın aparılması ümumiyyətlə mümkün olmamışdır və Qərarda qeyd olunan məbləğlər uydurulmuş məbləğlərdir. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisinin maliyyə vəziyyətini pisləşdirmək və əlavə vergiləri hesablamaq məqsədini güdürdü. Beləliklə Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Vergi Məcəlləsinin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Göründüyü kimi cavabdehin qəbul etdiyi qərar qanunsuz olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Belə ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli **********166138 saylı qərarına əsasən İddiaçı MMC-də xx.xx.2019-cu il tarixdən 01.11,2022-ci il tarixədək olan dövrü əhatə edilməklə növbədənkənar vergi yoxlaması təyin edilmişdir.Yoxlanılan dövr ərzində vergi ödəyicisi ərzaq mallarının topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur.Vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilən 2019-cu ilin mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği 3 275 721.00 manat, cəmi xərclərini 3 069 579.44 manat göstərməklə vergitutma məqsədləri üçün mənfəəti 206 141.56 manat, hesablanmış vergi məbləği isə 41 228.31 manat olmuşdur.Yoxlama dövründə vergi ödəyicisi müxtəlif çeşiddə malları (yağ, pendir, dondurulmuş halda burger ətləri, kartof məhsulları və.s) idxal edib topdan və pərakəndə satışını həyata keçirmişdir.Vergi ödəyicisinin alışları əsasən idxal məlumatlarına əsasən formalaşmışdır.Belə ki, vergi ödəyicisinin 2019-cu ilin Mənfəət vergisi bəyannaməsinin “Əlavə. 1” məlumatlarının yoxlanılması zamanı malların mədaxilini 3 008 147,14 manat, silinməsinin 2 899 614,73 manat göstərmişdir.Əldə edilmiş gəlirlərin xərclərinin müəyyən edilməsi üçün vergi ödəyicisindən tələbnamə əsasında mal-material hesabatı tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamaya 2019- cu il üzrə mal-materialın hərəkəti cədvəli, aylar üzrə topdan satışların və pərakəndə satışların ayrı-ayrılıqda miqdar və dəyər ifadəsində hərəkəti cədvəli təqdim edilmişdir. Təqdim edilmiş 2019-cu il üzrə material hesabatında malların satış miqdarları vergi orqanında olan uçot-baza məlumatlarına müəyyən edilən elektron qaimə-fakturada satış miqdarı ilə üzləşdirilmiş və 36 adda malın elektron qaimə-faktura məlumatlarında müəyyən edilən satış miqdarından artıq miqdarda silindiyi müəyyən edilmişdir. Nəticədə Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən 2019cu il üzrə 36 adda maya dəyəri 33 879,29 manat olan malların xərclərdə artıq silindiyi müəyyən edilmişdir. Müvafiq olaraq 33 879,29 manat dəyərində artıq silinən malın satışı 2019-cu ildə müəyyən edilmədiyindən malların dəyərindən azaldılmaqla bəyannamənin əlavə 1 bölməsində 2019-cu il üzrə ilin sonuna müəssisənin balansında qalan malların dəyəri artırılmışdır. (Müvafiq hesablama cədvəlləri materiala əlavə olunmuşdur)2019-cu il üzrə MZ Exclusive MMC-nin (VÖEN **********) gəlirlərinin elektron qaimə- faktura və yoxlamaya təqdim edilmiş kassa Z hesabatlarına əsasən 3 276 611,70 manat olduğu müəyyən olunmuşdur. Həmin gəlirlər topdansatış və pərakəndə satışlar üzrə əldə edilən gəlirlərdən ibarət olmuşdur. Belə ki, vergi ödəyicisinin 2019-cu il ərzində Vergi orqanında olan baza məlumatlarına əsasən vergi ödəyicisinin **********-31001 kodlu obyektində qeydiyyatda olmuş Orion-101F markalı ******* zavod nömrəli köhnə nəsil nəzarət kassa aparatından çıxarılmış illik Z-hesabata əsasən pərakəndə satış üzrə gəlirlərinin 402 014,68 AZN və təqdim etdiyi elektron qaimələrə əsasən topdansatış üzrə gəlirlərinin 2 890 548,79 AZN olduğu təsdiqlənmişdir. 2019-cu il üzrə silinmiş malın dəyəri 2 862 281,77 AZN göstərildiyinə baxmayaraq, vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş 2019cu ili üzrə mal materialın hərəkəti cədvəli üzrə müəyyən edilmiş 33 879,29 manat məbləğində artıq silinmiş malların dəyəri xərcdən çıxarılmış və yoxlama 2019-cu il üzrə xərclərdə göstərilməli malın dəyərinin 2 862 281,77 AZN olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən yoxlama ilə vergi ödəyicisinin əmək haqqı və sosial sığorta haqları üzrə xərcləri təqdim edilmiş əmək haqqı ştat cədvəlinə, həmçinin il ərzində təqdim edilən sosial hesabatlara əsasən yoxlanılmış və öz təsdiqini tapmışdır. Həmçinin icarə haqları üzrə xərcləri, yanacaq xərcləri, bilavasitə malların təqdim edilməsi ilə bağlı xərcləri, sosial sığorta üzrlə xərcləri, və digər xərcləri elektron qaimə-faktura məlumatlarına əsasən yoxlanılmış və kənarlaşma aşkar edilməmişdir. Bank xərci kimi göstərilən xərci bank çıxarışlarına əsasən öz təsdiqini tapmışdır. Amortizasiya ayırmaları üzrə xərclər və* təmir xərcləri Vergi Məcəlləsinin 114-cü, 115-ci maddələrinə əsasən balansında olan əsas vəsaitlərə görə öz təsdiqini tapmışdır. Gəlirdən çıxılan əmlak vergisi xərci isə il ərzində təqdim edilmiş əmlak vergisi bəyannaməsində göstərilən xərclərə uyğun olaraq öz təsdiqinin tapmışdır.Yoxlama zamanı vergi ödəyicisinin cəmi gəlirlərinin 3 276 611,70 manat, xərclərinin 3 035 700,15 manat, vergiyə cəlb olunan mənfəəti 240 911,55 manat hesablandığından, mənfəət vergisi 48 182,31 manat olacaqdır. Ödəyici tərəfindən 2019-cu il üzrə 41 228,31 manat mənfəət vergisi hesablanmışdır. 2019-cu il mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 104-cü, 108-ci, 109-cu, 133-ciı, 134-cü maddəsinə əsasən 6 954,00 ( 48 182,31 - 41 228,31 ) manat əlavə vəsait hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilən 2020-ci ilin Mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği 1 946 592,95 manat, cəmi xərclərini 1 929 703,80 manat göstərməklə vergitutma məqsədləri üçün mənfəəti 16 889,15 manat, hesablanmış vergi məbləği isə 3 377,83 manat olmuşdur.Yoxlama dövründə vergi ödəyicisi müxtəlif çeşiddə malları (yağ, pendir, dondurulmuş halda burger ətləri, kartof məhuslları və.s) idxal edib topdan və pərakəndə satışını həyata keçirmişdir.............2022-ci ilin avqust ayı üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatların dəyəri 476 202,58 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə üzrə 107 189,86 manat fərq müəyyən edilmişdir. Beləliklə, 2022-ci avqust ayı üzrə 19 294,18 manat artıq hesablama aşkar edilmişdir.2022-ci ilin sentyabr ayı üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatların dəyəri 427 898,92 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə üzrə 92 833,25 manat fərq müəyyən edilmişdir. Beləliklə, 2022-ci avqust ayı üzrə 16 709,99 manat artıq hesablama aşkar edilmişdir.2022-ci ilin oktyabr ayı üzrə 18% dərəcə ilə ƏDV-yə cəlb olunan əməliyyatların dəyəri 437 604,27 manat müəyyən edilmişdir. Vergi Məcəlləsinin 166-cı maddəsinə əsasən 18% dərəcə ilə ƏDV-yə cəlb olunan dövriyyə üzrə 32,96 manat fərq müəyyən edilmişdir. Beləliklə, 2022-ci ilin oktyabr ayı üzrə 5,93 manat kənarlaşma aşkar edilmişdir.Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmiş mal-material hesabatı sənədləri yoxlanılmışdır. Yoxlamaya təqdim edilmiş 2021-ci il avqust-dekabr və 2022-ci ilin yanvar- oktyabr aylarının mal-material hesabatında malların hərəkətlərində aylar üzrə mədaxil və məxaric məbləğlər dəyər ifadəsində göstərilsə də miqdar ifadəsində göstərilməmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və 19 aprel 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 3.10-cu maddəsinə əsasən malların anbara mədaxilinin uçotu məsul şəxslər, malların adları (növləri, partiyaları və s.), miqdarı və ya digər kəmiyyət göstəriciləri və saxlanma yerləri üzrə aparılır. Lakin vergi ödəyicisinin yoxlamaya təqdim etdiyi 2021-ci ilin avqust-dekabr və 2022-ci ilin yanvar-o i ktyabr ayları üzrə mal-materialın hərəkəti cədvəli malların miqdarları göstərilməmiş, yalnız dəyər ifadəsində təqdim edilmişdir. Nəticədə vergi ödəyicisi tərəfindən hesabat sənədlərinin düzgün aparılmaması qənaətinə gəlinmişdir. Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən 2 Saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli **********178020 saylı “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” Qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin (VÖEN:**********) Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi ünvanında yerləşən **********-31001 kodla uçota alınmış anbarında malların inventarizasiyası keçirilmiş və inventarizasiya nəticəsində vergi ödəyicisinin sahibliyində 537 644.70 AZN mal qalığının olduğu aşkar olunmuşdur.Vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilən mal-material hesabatlarında aparılmış araşdırma zamanı 2019-2021-ci il üzrə 473 791,53 manat dəyərində mallar malın dəyəri kimi xərcdən çıxarılaraq qalıq olaraq saxlanılmışdır. Vergi ödəyicisinin yoxlamaya təqdim etdiyi mal- material hesbatında 31,10.2023-cü il tarixə mal qalığı 1 136 481,63 manat olmuşdur. Yoxlama ilə isə xərcdən çıxarılan 473 791,53 manat mal qalığa əlavə edilməklə səyyar vergi yoxlaması ilə 31,10.2023-cü il tarixə mal qalığı 1 560 273,16 manat olaraq təsdiqlənmişdir. Vergi ödəyicisi tərəfindən yoxlamadan sonrakı dövr üzrə mal qalığının düzgünlüyün yoxlanılması üçün mal-material hesabatlarını yoxlamaya təqdim etmədiyindən vergi orqanına uçot baza məlumatlarına əsasən yoxlanılmışdır.Belə ki, yoxlama dövrünün sonundan inventarizasiya tarixinədək vergi ödəyicisinin mal alışı 3 973 848,95 manat, dövriyyə məbləği isə 4 996 231,27 manat olmuşdur. Vergi ödəyicisinin yoxlamaya təqdim etdiyi mal-material hesabatlarına əsasən isə ticarət əlavəsinin 20% olduğu müəyyən edilmişdir. Ticarət əlavəsinin 20% olduğunu nəzərə alaraq göstərilən dövriyyə məbləğinin maya dəyəri 4 163 526,05 manat olaraq müəyyən edilmişdir. Nəticədə qalıq məbləğ (1 560 273,16 + 3 973 848,95 - 4 163 526,05) = 1 370 596,06 manat olmalı olduğu halda inventarizasiya nəticəsində 537 644.70 manat mal müəyyən edilmişdir ki, 832 951,35 manat malların əskik gəldiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir. Yoxlama ilə əskik gələn mallar Vergi Məcəlləsinin 67.15-ci, 159-cu maddəsinə əsasən yoxlamanın sonuncu ayında bərpa edilməklə 149 931.24 manat hesablamanın aparılması, Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 74 965.62 manat maliyyə sanksiyasının tətbiq edilmişdir.Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin avqust ayının ƏDV bəyannaməsində aşkar edilmiş elektron uyğunsuzluğa görə Dövlət Gömrük Komitəsindən alınmış məlumata əsasən ƏDV qeydiyyatının qüvvədə olduğu dövrlər idxal üzrə ödənilmiş ƏDV məbləğinin 26555.58 manat olmasına baxmayaraq, əvəzləşməyə təqdim edilmiş yük gömrük bəyannamələri üzrə çəmi əvəzləşdirilən ƏDV məbləği 26577.18 manat olmuşdur ki, nəticə də 21.60 manat məbləğində kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşma ilə laqədar kameral vergi yoxlaması ilə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən 21.6 manat hesablama aparılmışdır. Aparılmış hesablama SVY ilə təsdiq edilmişdir.Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci ilin fevral ayının ƏDV bəyannaməsində aşkar edilmiş uyğunsuzluğa əsasən əvəzləmə məbləğlərində Təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əvəzləşdirmə üçün təqdim edilmiş EBAQ seriyalı 477588 nömrəli və EBAR seriyalı 706387 nömrəli elektron qaimə-fakturaların ƏDV dəyəri 4.43 manat ödənilmədiyindən kameral vergi yoxlaması ilə Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən 4.43 manat hesablama aparılmışdır. Aparılmış hesablama SVY ilə təsdiq edilmişdir.Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2021-ci ilin Əmlak vergisi bəyannaməsində aşkar edilmiş ilin əvvəlinə və sonuna əmlakın qalıq dəyərləri düzgün müəyyən edilmədiyindən Vergi Məcəlləsinin 197-ci maddəsinə əsasən 16.18 manat kameral hesablama aparılmışdır. Aparılmış hesablama SVY yoxlaması ilə təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2019-cu ilin 4-cü rüb MDSS - Muzdla işləyənləri işə götürən sığortaedənlər (0112) aşkar edilmiş uyğunsuzluğa əsasən əmək haqqı ödənişi məbləğində kənarlaşma yaranmış və kameral vergi yoxlaması ilə həmin məbləğ bərpa edilməklə^ əlavə 53.55 manat hesablama aparılmışdır. Aparılmış hesablama SVY yoxlaması ilə təsdiq edilmişdir.Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə başa çatdırılaraq xx.xx.2023-cü il tarixli **********166887 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmişdir və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********181044 nömrəli Qərar qəbul edilmişdir.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 15 fevral 2024-cü il trarixli **********181044 nömrəli qərarı və ona əsas olmuş sənədlərin surəti, cavabdehin etirazı, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının surəti və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-də 2019-2021 ili əhatə edən dövrün növbəti səyyar vergisi yoxlaması keçirilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh veri orqanı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu, başqa sözlə, səyyar vergi yoxlaması zamanı malların əskik gəlməsi və ya mal-material uçotunun aparılmaması halı sübut edə bilməmiş və bununla belə “İnzibati icraat haqqında” Qanunun tələblərinə zidd əsaslandırılmamış qərar qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Qanunvericiliyin mənasından göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz. Məhkəmə icraatı ərəfəsində məlum olmuşdur ki, vergi ödəyicisi bütün uçot məlumatları, məhz xammal və materialların, malların alış sənədləri, xammal-materialların və hazır məhsulların hərəkəti cədvəlləri, malların təqdim ediləməsinə dair hesab-fakturalar, yük gömrük bəyannamələri, debitor və kreditor borclar barədə açıqlamalar, dövriyyə və xərclərin açıqlaması barədə cədvəllər və vergi orqanı tərəfindən tələb edilən sənədlər vergi orqanına təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati icraat haqqında Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Vergi orqanı Cəmiyyət tərəfindən təqdim edilən sənəd və dəlilləri mötəbər hesab etməmiş, lakin onların həqiqətə uyğun olmadığı ilə bağlı da əsaslı, konkret sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.5-ci maddəsinə əsasən, inventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda vergi orqanının əsaslandırılmış qərarı ilə aparılır:- vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə; -38.5.1. vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; -38.5.2. vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamış, məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış mallar, habelə markalanmalı olan, lakin markalanmamış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və videomateriallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları aşkar edildikdə; -38.5.3. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda -38.5.4. vergi ödəyicisində əmlak vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyü yoxlanıldıqda. Məhkəmə hesab edir ki, sadalanmış əsasların mövcudluğu sübut oluna bilmədyinə görə, Vergi Orqanının inventarizasiyanın keçirilməsi barədə Qərarı əsassızdır və beləliklə inventarizasiya nəticələri də etibarlı sübut kimi istifadə oluna bilməz. Bundan başqa, cavabdeh tərəfindən inventarizasiyanın keçirilməsi zamanı çoxlu digər pozuntulara yol vermişdir və inventarizasiyanın keçirilməsinə dair foto və video materialları nə İddiaçıya nə də məhkəməyə təqdim etməmişdir. Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1318/2023, xx.xx.2023-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, “ “Vergi qanunvericiliyinin tələbləri baxımından, cavabdeh vergi orqanı iddiaçıya məxsus obyektdə aşkar etdiyi pozuntuları protokollaşdırmalı, foto və (və ya) video çəkilişdən istifadə etməlidir”. Vergi orqanı qeyd edilən müvafiq tələbə zidd olaraq bunları etməmişdir. Nəzərə alınmalıdır ki, yalnız foto və (və ya) video çəkilişdən istifadə edilərək protokollaşdırılan hallar məhkəmə və ya inzibati icraat çərçivəsində sübut qismində istifadə oluna bilər. Hazırkı halda, vergi qanunvericiliyinin tələbləri baxımından, iddiaçı barəsində məsuliyyət qərarlarının qəbul edilməsi üçün sadəcə, cavabdeh tərəfindən tərtib edilmiş aktlara istinad edilməsi mötəbər əsas kimi qəbul edilə bilməz. Beləliklə, mübahisələndirilən inzibati akt qanuna zidd aparılan inventarizasiyaya və sübutu tapmayan mülahizələrə əsaslanır və “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt olduğundan ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməlidir. Lakin hazırkı iş üzrə mübahisələndirilən qərarda, yəni inzibati aktda yuxarıda qeyd olunan normaların tələblərinə uyğun hər hansı əsaslandırma aparılmamış, işin faktiki, hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçı MZ EXCLUSİVE” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 15 fevral 2024-cü il trarixli **********181044 nömrəli qərarı ləğv olunmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul etdiyi “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 15 fevral 2024-cü il trarixli **********181044 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar