Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3690/2022 05.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və xx.xx.1981-ci il təvəllüdlü X1 mülkiyyət hüququ ilə ona mənsub olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həavə edilməsinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Məmmədli kəndi, Göy Qurşağı Y/K, ev 1, mənzr 48-i 2019-cu ilin dekabr ayında İİ qrup müharibə əlili kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən almışdır. O, Hüseynova (Salmanova) Şölə Xanbala qızı ilə 2011-ci ilin fevral ayından nigahda olduğuna görə onu bu evə qeydiyyata saldırmışdır. Uşağının olmaması səbəbindən 05 oktyabr 2020-ci il tarixdə nigahları pozulmuşdur. Hazırda ayrı yaşayırlar. X2 onun evində qeydiyyatada formal olsa da, faktiki olaraq nigah pozulduqdan sonra atasının yanında, öz evlərində, Neftçala rayonunun Aşağı Sum kəndində yaşayır. İddiaçı bu bir otaqlı mənzildə yeni qurduğu ailəsilə yaşayır və yaxın vaxtlarda övladı olacaq. Həmin mənzil onun xüsusi mülkiyyətindədir. Bu fakt Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışı ilə təsdiqlənir. Göstərilən şəxsin istifadə hüququnun itirilməsi tələbi ilə Abşeron Rayon Polis İdarəsinə müraciət etsə də xx.xx.2022-ci il tarixli J//2877713H №-li məktubla onun müraciətinə imtina edilmişdir. Dəfələrlə göstərilən şəxsə onun imtiyazlı mənzilindən qeydiyyatdan çıxması barədə müraciət etsə də o, buna razılıq verməmişdir. İddiaçı bu şəxsin ona Dövlət tərəfindən imtiyazla verilmiş bu evdə qeydiyyatda qalmasına razı deyil, mülkiyyətində olan evdə qeydiyyatda qalması formal xarakter daşıyır və etibarsızdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsin məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırda istifadəsində olan mənzilə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçının gözlənilən hüququ olsada bu hüquq dövlət qeydiyyatına alınmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı ilə üçüncü şəxs arasında olan mülki hüquq münasibətləri, ö cümlədən üçüncü şəxsin istifadə hüququ məsələsi mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı iş üzrə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış, üçüncü şəxs ilə arasında olan mülki hüquq münasibətləri mülki məhkəmə icraatı qaydasında müəyyən edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, istifadə hüququna xitam verilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim İsmayıl Quliyev