Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-370/2021 04.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X7 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində hüquq şöbəsinin müdiri işləyən, Bakı şəhəri, Cavanşir küçəsi, y/x 2, ev 21 A, mənzil 108-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Əzizbəyov adına X8 Həmkarlar Komitəsinin 6 saylı 23.02.1990-cı il tarixli protokoluna əsasən iddiaçıya ayrılmış Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada yerləşən 204 saylı otağa mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov adına X8 Həmkarlar Komitəsinin 6 saylı 23.02.1990-cı il tarixli protokoluna əsasən iddiaçıya ayrılmış Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada yerləşən 204 saylı otağa mülkiyyət hüququnun tanınması və bu barədə çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əzizbəyov adına X8 Həmkarlar Komitəsinin 6 saylı 23.02.1990-cı il tarixli protokoluna əsasən ona ayrılmış Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada yerləşən 204 saylı otağa mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə qərsr qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, Sumqayıt şəhər X9 işləmiş və işlədiyi dövrdə 07.03.1989-cu ildə ailə qurduqdan sonra iş yerindən ona Əzizbəyov adına X8 Həmkarlar Komitəsinin 6 saylı 23.02.1990-cı il tarixli protokoluna əsasən Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində yerləşən 1 saylı yataqxanada 204 saylı otaq yaşayış sahəsi kimi ayrılmışdır və bununla bağlı order təqdim edilmişdir. O, ailəsi ilə birlikdə 1990-cı ildən 1996-cı ilə qədər orada yaşasa da, istifadəsində olan və yaşadığı otaq (204) 1996-cı ildə analıq məzuniyyətində olmağı ilə əlaqədar rayona getdiyi zaman, həyat yoldaşı isə həmin illər müharibə zonasında hərbi qulluqda olduğundan, məcburi köçkün ailəsi tərəfindən zəbt edilmişdir. Həmin vaxt mənzildə yerləşən əmlakları və sənədləri, eyni zamanda otağın ona verilməsini təsdiq edən orderi itmişdir.Yaşadığı otaq məcburi köçkünlər tərəfindən zəbt olunduğundan kirayədə qalmalı olmuşlar. Daha sonra məlum olmuşdur ki, ona məxsus otaq həmin ailə tərəfindən qeyriqanuni dəyişdirilmiş və satılmışdır. Ona görə də məcburi köçkün ailəsinin mənzildən çıxarılması barədə iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2431/2011 saylı 10.08.2011 -ci il tarixli əsasən və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-69/2012 saylı, 31.01.2012-ci il tarixli qətnamələrinə əsasən onun cavabdehlərə qarşı yaşayış sahəsindən çıxarılma tələbi təmin edilmiş və cavabdehlərin ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 41- ci məhəllə, 1 saylı yataqxananın 204 saylı otağından çıxarılması qət edilmişdir. Cavabdehlər X4 və X16 mənzili boşaltmadığından, ona və ailə üzvlərinə mənzildə yaşamağa imkan vermədiyindən o, onlara qarşı «mənzilə köçürülmə tələbinə dair» iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş № 2(060)-1591/2012, 07 avqust 2012-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, onun ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 204-ə köçürülməsi qət edilmişdir. Həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamələri və qərarı qanuni qüvvəsini aldığından Sumqayıt şəhəri üzrə İcra şöbəsində icraata yönləndirilmiş və Sumqayıt şəhəri üzrə İcra Şöbəsinin böyük icra məmuru Fərhad Məmmədov tərəfindən 17.09.2013-cü il tarixdə məhkəmə qətnaməsi icra olunmuş və həmin tarixdə müvafiq akt tərtib edilmişdir. Hal-hazırda o, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 204-də həyat yoldaşı Əliyev Əhməd Alı oğlu, oğlu X20 oğlu və X14 ilə bilrikdə qeydiyyatdadırlar. Ona məxsus yataqxananı özəlləşdirmək və mülkiyyətinə keçirmək üçün Cavabdehnə müraciət edərkən ona məlum olmuşdur ki, 20 avqust 2010-cu il tarixli 263S №-li «Azərikimya» İB-nin sərəncamı əsasında yataqxanalar Sumqayıt şəhər İcra Hakimiyyətinin balansına verilmişdir. Ona görə yeni order almaq mümkün olmamışdır. Lakin 23 fevral 1990-cı ildə 6 №-li protokol öz qüvvəsində qalır, zavodun rəhbərliyi tərəfindən ləğv edilməmişdir. Buna baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********17 №-li, 21 sentyabr 2020-ci il tarixli imtina cavabı vermişdir ki, yaşayış sahəsinin ona verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, crder və ya mənzil kirayə müqaviləsi müraciətə əlavə edilməmişdir. Bu səbəbdən iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin nümayəndəsi X6 idianı qəbul etmədi və izah etdi ki, müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, ərizəyə yaşayış sahəsinin ona verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əlavə olunmamışdır. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), mənzil sahəsinin orderi. Qeyd olunanları nəzərə alaraq, sözügedən yaşayış sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar təqdim edildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacağı İddiaçı bildirilmiş və bu barədə ona 21 sentyabr 2020-ci il tarixli **********17 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. İş materiallarında olan: - “Kimyasənaye” İB müdiriyyət, HİK və MMK-nın 23.02.1990-cı il tarixli, 6 saylı protokolunun çıxarışından görünür ki, 3 saylı istehsalatın növbə ustası İddiaçı müraciət edərək ailə vəziyyəti ilə əlaqədar müəssisəyə məxsus olan ailəlilər yataqxanasında otaqla təmin olunmasını xahiş etmiş, 1 saylı yataqxanada boşalmış 204 saylı otağın orderi 3 saylı istehsalatın növbə ustası İddiaçı adına verilmişdir. -12 saylı MİS tərəfindən verilmiş 24.09.2013-cü il tarixli, 38/8 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında Əliyev Əhməd Alı oğlu, X14, X20 oğlu qeydiyyatdadırlar. - - 2(060)-1591/2012 saylı 07.08.2012-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, 204 saylı mənzilə köçürülməsini qət etmişdir. - - 2(105)-1388/2012 saylı 05.12.2012-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən görünür ki, cavabdehlər və maraqlı şəxslər- X5, X2, X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1591/2012 saylı 07.08.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 2(102)-1554/13 saylı 08.05.2013-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəmənin qərarından görünür ki, cavabdeh X4nun kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1388/2012 saylı 05.12.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 17.09.2013-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, borclu şəxslər məcburi köçkün olduqları üçün həmin şəxslərin başqa yaşayış yeri ilə təmin edilənədək borcluların həmin ünvanda onunla birlikdə yaşamasına tələbkar İddiaçı razılaşmışdır. - 30.03.2021-ci il tarixli ərizədən görünür ki, Əliyev Əhməd Alı oğlu Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, 204 saylı mənzildə qeydiyyatda olan mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. - X18 Zavodu tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı 23.02.1990-cı ildə 06 №li protokol əsasında 1№li yataqxanada 204 №li otaq onun adına sənədləşdirilmişdir. O, ailəsi ilə birlikdə 1990-cı ildən 1996-cı ilə qədər orada yaşamışdır. Analıq məzuniyyətində olmağı ilə əlaqədar rayona getmiş, yoldaşı isə həmin illər müharibə zonasına hərbi qulluqda olarkən həmin otağa (204) qaçqın ailəsi girmişdir. Onlara məxsus otağa qayıda bilmədiklərindən kirayədə qalmalı olmuşlar. Lakin 20 avqust 2010-cu il tarixli 263S №li “Azərkimya” İB-nin sərəncamı əsasında yataqxanalar Sumqayıt İH-nin balansına verilmişdir. 23.02.1990-cı ildə 6№li protokol qüvvədə qalır. Zavodun rəhbərliyi tərəfindən ləğv edilməmişdir. İddiaçı qaçqınlar çıxdıqdan sonra həmin otaqda yaşamaq hüququ saxlanılır. - “Azərkimya İB”-nin HİK tərəfindən verilmiş 15.04.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 23.02.1990-cı ildə 06№li protokol əsasında 1№li yataqxananın 204 №li otağı ayrılmışdır. 20.08.2010-cu il tarixli, 263-S saylı sərəncam əsasında “Azərkimya İB”-nin balansında olan yataqxanalar Sumqayıt İH-nin balansına verilmişdir. 23.02.1990-cı il tarixli 6 №li protokol ləğv edilməmişdir, hal-hazırda qüvvədə qalır. - DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş **********17 saylı 21.09.2020-ci il tarixli imtina məktubundan görünür ki, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1-də yerləşən 204 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə yaşayış sahəsinin ona verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əlavə olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycan»a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə «sosial kirayə müqaviləsi» bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının «mülkiyyət»i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci hissəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud büğün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə də sözügedən yaşayış sahəsi uzun müddət İddiaçı və onun ailə üzvlərinin qanuni sahibliyində və istifadəsindədir və aidiyyəti dövlət orqanından ona mənzil ayrılarkən onun hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. İddiaçı mübahisəli mənzili zəbt etməmiş və ona verilmiş order adlandırılan sənəd əsasında mənzilə köçmüşdür. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbinin qanuni əsasını 26.01.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi təşkil edir. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü madddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə 6 dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. Qanunun yuxarıda qeyd edilən sonuncu müddəasının göstərişindən göründüyü kimi mənzilin özəlləşdirilməsindən imtinaya yalnız vətəndaş tərəfindən saxta sənədlər təqdim edildikdə, yaxud onun yaşadığı mənzil (ev) mübahisəli olduqda yol verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.12-ci bəndinə görə qanuna uyğun olaraq daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 9-cu maddəsinin 2-ci bəndində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının qanuni istifadəsində və sahibliyində olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdeh orqanın imtina etməsi nəticədə iddiaçının mülkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 204 saylı mənzil iddiaçının qanuni sahibliyində və istifadəsindədir. 03.07.1992-ci il tarixli protokoldan çıxarışda həmin otağa dair orderin İddiaçı verilməsi göstərilmişdir. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanmaqla məhkəmə hesab edir ki, İddiaçı yaşadığı mənzili özəlləşdirmək hüququna malikdir. Cavabdehin imtina cavabında istinad etdiyi müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi ya mənzil kirayə müqaviləsinin olmaması kimi dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, mənzil ayrılarkən “Kimyasənaye” İB-nin balansında olmuş və həmin müəssisənin müdiriyyəti və Həmkarkar ittifaqı Komitəsinin birgə iclasının qərarına əsasən İddiaçı ayrılması qərara alınmışdır. Müvafiq hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla mənzil istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı adına ayrılmış Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada yerləşən 204 saylı otağa mülkiyyət hüququnun eydə alınması öhdəliyi cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 41-ci məhəllə, 1 saylı yataqxanada yerləşən 204 saylı otağa İddiaçı adına ayrılmış mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-370/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-370/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver