Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3703/2024 13.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı “2016-cı il buraxılışlı “WOLKSVAGEN TOUAREG” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı, XW8ZZZ7PZGG002565 ban nömrəli, qara metallik rəngli avtomobilin İddiaçı adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə qarşı “WOLKSVAGEN TOUAREG” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində iddiaçının mülkiyyət hüququnu tanıyıb sözügedən nəqliyyat vasitəsinin onun adına qeydiyyatına alınmasını cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “2016-cı il buraxılışlı “WOLKSVAGEN TOUAREG” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı, XW8ZZZ7PZGG002565 ban nömrəli, qara metallik rəngli avtomobilin İddiaçı adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci ildə X1 nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə ərizə ilə müraciət edərək “WOLKSVAGEN TOUAREG” markalı **-DC-*** qeydiyyat nişanlı XW8ZZZ7PZGG002565 ban nömrəli 2016-cı il buraxılışlı, qara metallik rəngli avtomobili qeydiyyatdan çıxartmaq məqsədi ilə AR DİN Baş X10 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinə müraciət edərkən avtomobilin Rusiya Federasiyası tərəfindən axtarışda olması müəyyən edildiyindən qeydiyyat hərəkətlərinin aparılmamasını göstərərək həmin faktı araşdırıb müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra həmin avtomobilin axtarışda olması faktı araşdırma zamanı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə Yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı X7 tərəfindən qərar qəbul edilmişdir. İddiaçı tərəfindən AR DİN Baş X9 İdarəsinə “WOLKSVAGEN TOUAREG” markalı **-DC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin rəsmiləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müraciət edilmişdir. Daha sonra AR DİN Baş X9 İdarəsi tərəfindən sözügedən müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin “WOLKSVAGEN TOUAREG” markalı nəqliyyat vasitəsinin Rusiya Federasiyası tərəfindən axtarışda olması səbəbindən nəqliyyat vasitəsinə dair AR DİN Baş X10 İdarəsinin Qeydiyyatimtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. AR DİN Baş X10 İdarəsinin Qeydiyyat- imtahan İdarəsi həmin avtomobilin axtarışda olması səbəbindən sözügedən avtomobilin üzərində qeydiyyat hərəkətlərinin aparılmasının mümkün olmadığını qeyd etmişdir. Lakin daha sonra sözügedən avtomobilin axtarışda olması faktının öz əksini tapmamasına baxmayaraq AR DİN Baş X10 İdarəsinin Qeydiyyat- imtahan İdarəsi əsassız şəkildə həmin avtomobil üzərində qeydiyyat hərəkətlərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, “WOLKSVAGEN TOUAREG” markalı **-DC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququm tanınmalı və sözügedən nəqliyyat vasitəsinin onun adına qeydiyyata alınması AR DİN Baş X10 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin üzərinə öhdəlik kimi qoyulmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: 11 dekabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar; cavabdehin iddiaçıya ünvanladığı 13 avqust 2022-ci il tarixli məktub, BA № 247482 saylı “Nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsi”nin surəti; məhkəmə sorğusu əsasında təqdim edilmiş digər sənədlər.
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan istifadə etdiyi avtomobilin texniki baxışdan keçirilməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müvafiq idarənin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan avtomobilin dövlət qeydiyyatına alınması səlahiyyəti BDYPİ-yə aiddir. Belə olduğu tədqirdə BDYPİ-nin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddia tələbi ilə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin inzibati orqan tərəfindən tələb təmin edilməmiş və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu, Xırdalan şəhəri olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçı tərəfi dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, BA № 247482 saylı “Nəqliyyat vasitəsinin qeydiyyatı şəhadətnaməsi”nin surətindən görünür ki, “WOLKSVAGEN TOUAREG” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdır. İddiaçı mülkiyyətində olan “WOLKSVAGEN TOUAREG” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinə müraciət etmişdir. Həmin orqan tərəfindən ona mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materialları ilə müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan “WOLKSVAGEN TOUAREG” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı, minik tipli, 2016-cı il buraxılışlı avtomobilin texniki baxış zamanı “İNTERPOL xətti üzrə RF-sı üzrə axtarış aşkar edilməsi” aşkar edilmiş və bu səbəbdən də qeydiyyat hərəkətləri aparılmamışdır. İş üzrə araşdırılma aparılmış, 11 dekabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla “WOLKSVAGEN TOUAREG” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair toplanmış 1056 nömrəli material üzrə minik atomobilin əvvəlki sahibi X2 fakt üzrə əməllərində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisə predmeti olan nəqliyyat vasitəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinanın əsası kimi “WOLKSVAGEN TOUAREG” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildə “İNTERPOL xətti üzrə RF-sı üzrə axtarış aşkar edilməsi” halının aşkarlanması göstərilmişdir. Lakin yuxarıda qeyd olunan – 11 dekabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla minik avtomobilinin əvvəlki sahibi X2 fakt üzrə əməllərində hər hansı cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işi başlanılması rədd edilmişdir və beləliklə, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsası aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə hesab edir ki, avtomobilin ban nömrəsində aşkar edilmiş qüsur iddiaçının təqsiri üzündən baş vermədiyindən həmin qüsurla təkrar qeydə alınma cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “WOLKSVAGEN TOUAREG” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı, XW8ZZZ7PZGG002565 ban nömrəli, qara metallik rəngli avtomobilin iddiaçının İddiaçı adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:
İddia təmin edilsin. “WOLKSVAGEN TOUAREG” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı, XW8ZZZ7PZGG002565 ban nömrəli, qara metallik rəngli avtomobilin İddiaçı adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva