Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-371/2022 05.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X5 Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı 2 saylı X12 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “X6 ünvan 1 ünvanında yerləşən 2 saylı X17 qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 2 saylı X18 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “X6 Abşeron rayonu, Xırdalan qəsəbəsi, Nizami küçəsi, bina 18B, 2 saylı X17 qeydiyyatının ləğv edilməsi öhdəliyinin Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “X6 ünvan 1 ünvanında yerləşən 2 saylı X17 qeydiyyatının ləğv edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, X3 rəhbərliyinin xəbəri olmadan Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi, bina 18 "B", 2 saylı X17 cavabdeh Abşeron rayon Polis İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Bu barədə 2019-cu ilin dekabr ayında cavabdehin yataqxanaya gələrək 2007-ci ildə yataqxanaya qeydiyyata alınması barədə məlumat verdiyindən sonra xəbər tutmuşlar. Üçüncü şəxs bir gündə olsun yataqxanada yaşamamış və onlar X8 görməmişlər. Ona görə də 2020-ci ildə onlar Abşeron rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Rəvanə Səmədovanın yataqxanadan istifadə hüququna xitam verilməsini xahiş etmişlər. Lakin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmayaraq bu barədə cavabdeh Abşeron rayon Polis İdarəsinə müraciət etmələri izah edilmişdir. Lakin cavabdeh bu barədə ona etdikləri müraciətə xx.xx.2021-ci il tarixli məktubla imtina edərək buna səbəb kimi vətəndaşın qeydiyyatının ləğvinin yalnız məhkəmə qətnaməsi əsasında mümkün olduğunu qeyd etmişdir. Cavabdehin bu imtinasını əsassız hesab edirlər. Belə ki, X6 yataqxana ilə heç bir iş münasibəti olmamış və eləcə də yataqxanadan istifadəyə dair heç bir müqavilə də bağlamamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, Abşeron rayon Polis İdarəsi iddiaçının iddiası ilə əlaqədar qanuni qərarla razılaşır. Üçüncü şəxsin məhkəməyə ünvanladığı etirazında qeyd edilmişdir ki, 2 saylı X12 direktoru X5 cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “Yataqxanaya qeydiyyatın ləğv edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində qeyd edilir ki, X6 Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi, bina 18 “b” 2 saylı X17 qeydiyyatının ləğv edilməsi vəzifəsi cavabdeh Yasamal rayon Polis İdarəsinə həvalə edilməlidir. Aşağıda göstərilən sübut və dəlillərdən aydın olur ki, X5 iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddia ərizəsində qeyd edilir ki, X8 yataqxana rəhbərliyinin xəbəri olmadan Abşeron rayon Polis İdarəsi Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi, bina 18 “b” 2 saylı X17 qeydiyyata almışdır, bu barədə iddiaçı 2019-cu ildə xəbər tutmuşdur. Məhkəməyə sübut kimi təqdim olunan “Qeydiyyat haqqında A” kartoçkası yataqxananın administrasiyasında saxlanılır. Həmin sənəddə də X6 yataqxanaya qeydiyyatı haqqında məlumat vardır. Belə nəticə çıxır ki, X6 yataqxanaya qeydiyyata götürülməsindən iddiaçının xəbəri olub. Deməli iddianın əsası kimi qeyd olunan birinci hal həqiqətə uyğun deyil. İddianın ikinci əsasını X6 həmin ünvanda hal-hazırda və ümumiyyətlə heç vaxt yaşamadığı təşkil edir. Bu əsas da nəinki həqiqətə uyğun deyildir. Belə ki, X13 öz doğma bibisi (atasının bacısı) X4 yaşadığı yaşayış sahəsinə qeydiyyata düşmüşdür. Dilbər həmin yataqxanada 1983-cü ildən qeydiyyatdadır və orada yaşayır. X13 2004-cü ildən Dilbər ilə birlikdə yaşamış (o vaxt artıq Dilbər təqaudçü idi). 2006-cı ildə qanuni əsaslarla (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununa uyğun) bibisinin yanına qeydiyyata düşmüşdür. Dilbər uzun müddətdir ki, yataq xəstəsidir. Özünün ailəsi, uşağı yoxdur. Rəvanədən başqa ona doğma bir insan yoxdur, heç kim Dilbərə bir stəkan su belə verməmişdir. X6 bibisi X9 1983-cü ildən Abşeron rayonu, Xırdalan qəsəbəsi, 27-ci məhəllə, Nizami küçəsi, bina 18B 2 saylı X19 yaşayır. Вu yaşayış sahəsi ona uzun müddət çalışdığı iş yerindən verilmişdir. Dilbər yataqxanada yaşadığı müddətdə təqaüdə çıxmışdır. İş yerindən ona başqa mənzil verilməmişdir. Hal-hazırda o yaşadığı yaşayış sahəsini özəlləşdirməkdən ötrü sənədlərini müvafiq orqanlara vermiş, qısa müddət ərzində bu məsələ öz müsbət həllini tapacaqdır. Evli olmasına baxmayaraq X13 halhazırda da Dilbərin yanında yaşayır. Dilbərin tək yaşaması sadəcə mümkün deyil. İddia ərizəsinin əvvəlində cavabdeh Abşeron rayon Polis İdarəsi qoyulsa da iddia tələbi Yasamal rayon polis idarəsinə ünvanlanmışdır. Bu da bir daha təsdiq edir ki, iddiaçı iddia tələbinin təmin edilməsinə ciddi yanaşmamış, onun məqsədi iddia tələbinin təmin edilməsi deyil, qarşı tərəfi incitmək üçün tələsik iddia ərizəsini məhkəməyə göndərmişdir( bundan əvvəl bu iddia ilə o Abşeron rayon məhkəməsinə müraciət etmiş, Abşeron məhkəməsinin Qərardadından hətta Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti də vermişdir). Qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, həqiqətdən uzaq olan, iddiaçı tərəfindən yalan mülahizələrlə uydurulan fərziyyələrinə uyğun irəli sürülən fikridir. X15 Məhkəmədən istifadə etməklə öz şəxsi ambisiyalarına görə X8 incitmək marağındadır. Yuxarıda göstərilənlərə görə iddiaçı X5 iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə iclasında üçüncü şəxs X13 iddiaaya qarşı etiraz ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və üçüncü şəxs gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Səmədova (Səlimova) X16 rayonu, Xırdalan şəhəri, yataqxana, 27-ci məhəllə, ev 18B, mənzil 22 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə Sumqayıt şəhər şöbəsində 04 iyun 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmış X12 Nizamnaməsindən görünür ki, müəssisənin yerləşdiyi ünvan Xırdalan qəsəbəsi, 27ci məhəllə, ünvan 4 Hakimiyyətinin 2 saylı Qarışıq Tipli X1 qarşı yataqxanadan istifadə hüququna xitam verilməsinə dair tələbi üzrə Abşeron rayon məhkəməsinin 2(0120- 169/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki işin icraatına xitam verilmişdir. Həmin qərardadda məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mübahisəli mənzilə qeydiyyatı formal olmuşdur, oradan istifadə hüququnun mövcudluğu barədə iş materiallarında sənəd mövcud deyildir. - Abşeron rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 2 saylı Qarışıq Tipli X2 qeydiyyata alınmışdır. Hazırki iş üzrə iddiaçı həmin şəxsin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil 2 saylı X20 mülkiyyətindədir. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxsin yataxanada qeydiyyatı formal xarakter daşıyır və o faktiki olaraq həmin yataqxanada yaşamır. Üçüncü şəxs məhkəmə iclasına dəvət olunmüş, lakin məhkəməyə qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu təqdim etməmişdir. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxsin iddiaçıya məxsus yataqxanada qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Səlimova (Səmədova) Rəvanə Şaban qızının ünvan 1 ünvanında yerləşən 2 saylı X17 qeydiyyatının ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Səlimova (Səmədova) Rəvanə Şaban qızının ünvan 1 ünvanında yerləşən 2 saylı X17 qeydiyyatının ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-371/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-371/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver