Məhkəmə qərarları › İş №2-1(118)-3714/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3714/2025

01.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3714/2025 01.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinin üzərindən məhdudiyyətin götürülməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahələrinin üzərindən məhdudiyyətin götürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,109599 ha torpaq sahəsinin, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,126729 ha torpaq sahəsinin, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1 ha torpaq sahəsinin, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,322436 ha torpaq sahəsinin və ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,177490 ha torpaq sahəsinin üzərindən məhduddiyyətin aradan götürülməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,109599 ha torpaq sahəsinin, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,126729 ha torpaq sahəsinin, ******* nömrəli ( xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1 ha torpaq sahəsinin, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,322436 ha torpaq sahəsinin və 003241 nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,857626 ha torpaq sahəsinin üzərindən məhduddiyyətin aradan götürülməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,109599 ha torpaq sahəsinin, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,126729 ha torpaq sahəsinin, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1 ha torpaq sahəsinin,0003385 nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,322436 ha torpaq sahəsinin və ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,177490 ha torpaq sahəsinin alqı-satqısını həyata keçirmək üçün notariat orqanında olmuş və həmin əmlaklar üzərində müvafiq məhdudiyyətlər olduğu bildirilərək alqı-satqı müqaviləsinin bağlanmasından imtina edilmişdir. Həmin əmlaklarla bağlı hər hansı məhkəmə mübahisəsi olmamış, həmçinin əmlakların özgəninkiləşməsini məhdudlaşdıran məhkəmə aktı qəbul edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri publik hüquqi şəxsinə ünvanladığı müraciətə gələn 11 yanvar 2023-cü il tarixli , 3-21-3-02/2-300/2023 nömrəli cavaba əsasən İddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,109599 ha torpaq sahəsinin, ******* nömrəli ( xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,126729 ha torpaq sahəsinin, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1 ha torpaq sahəsinin, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,322436 ha torpaq sahəsinin və ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,177490 ha torpaq sahəsinin üzərindəki müvafiq məhdudiyyətlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli müraciətinə uyğun olaraq qoyulmuşdur. Məhdudiyyətin hansı əsasla (zərurətin nədən ibarət olması) qoyulması, hansı səbəbdən təxminən 8 il ərzində götürülməməsinə dair geniş məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 08 fevral 2023-cü il tarixli, 189/1141 nömrəli sorğu ünvanlasa da müvafiq dövlət orqanı tərəfindən sorğuya cavab verilməmişdir. Eyni əsaslarla İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “onun tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakm Dövlət Reyestrindən ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,268173 ha torpaq sahəsinin və ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon, Məmmədli kəndində yerləşən 1,121283 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin üzərindən məhdudiyyətin aradan götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-816/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,268173 ha torpaq sahəsinin və ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayon, Məmmədli kəndində yerləşən 1,121283 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin üzərindən məhdudiyyətin aradan götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilmişdir. Bu qərardan apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 710/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və qarşı tərəf kassasiya şikayəti vermədiyindən apellyasiya məhkəməsi qətnaməsi qüvvəyə minərək icraya yönəlmiş və icra edilmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2, 148.2, 152.1ci maddələrinə, iddia tələbinin prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1, 73.1 və 120.1-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən torpaq sahələri üzərindəki məhdudiyyətlərin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli müraciəti əsasında qoyulduğu və sözügedən məhdudiyyətlərin götürülməsi ilə bağlı aidiyyəti üzrə müraciət edilməsinin məqsədəuyğun olacağı müəyyən olunmuşdur.

b) Tərəflərin iştirakı və izahatları

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.

c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

8. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

9. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə cavabdehə müraciət edərək torpaq sahələrinin üzərindən məhdudiyyətin götürülməsini xahiş etmiş, həmin ərizə xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana çatdırılmasına baxmayaraq iddiaçının müraciəti cavabsız saxlanılmışdır.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli məktubu ilə iddiaçı tərəfə bildirilmişdir ki, müvafiq məhdudiyyətlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli müraciətinə uyğun olaraq qoyulmuşdur. Məhdudiyyətin götürülməsi ilə bağlı aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunmuşdur.

11. xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1,126729 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

12. xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,322436 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

13. xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 1,109599 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

14. xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

15. xx.xx.2006-cı il tarixli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,857626 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, 001- 13360-1216 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-ci il tarixli, 1/99m və digər məxfi qrifli məktublarla bir sıra hüquqi və fiziki şəxslərin mülkiyyətlərində olan daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması xahiş olunmuşdur. Qeyd olunan məktubların məzmunun məxfi olmasına dair zərurət aradan qalxdığından müvafiq qrifin ləğv olunmasına və qeyri-məxfi sənəd dövriyyəsi qaydalarının həmin sənədlərə şamil edilməsinə dair göstəriş verilməsi xahiş olunur.

ƏSASLANDİRMA HİSSƏSİ:

a) İddianın növü və mümkünlüyü

17. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən də, mümkün hesab edilir.

18. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair - öhdəliyin icrası haqqında iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

19. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən müraciətinin cavabsız saxlanılması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti cavabsız saxlamış, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

b) Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu: 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə) 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər... 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

c) Məhkəmənin mövqeyi

25. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.

26. Belə ki, iddiaçı xüsusi müıkiyyətində olan Abşeron rayon, Məmmədli kəndində yerləşən torpaq sahələrinin üzərinə qoyulmuş məhdudiyyətin aradan götürülməsini xahiş edir. Cavabdeh inzibati orqan imtinasında qeyd etmişdir ki, torpaq sahələrinin üzərinə məhdudiyyət Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli məktubuna əsasən qoyulmuşdur.

27. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli, 001- 13360-1216 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Beynəlxalq Bankının müraciəti əsasında istintaq edilən cinayət işi üzrə xx.xx.2015-ci il tarixli, 1/99m və digər məxfi qrifli məktublarla bir sıra hüquqi və fiziki şəxslərin mülkiyyətlərində olan daşınmaz əmlakların özgəninkiləşdirilməsinin dayandırılması xahiş olunmuşdur. Qeyd olunan məktubların məzmunun məxfi olmasına dair zərurət aradan qalxdığından müvafiq qrifin ləğv olunmasına və qeyri-məxfi sənəd dövriyyəsi qaydalarının həmin sənədlərə şamil edilməsinə dair göstəriş verilməsi xahiş olunur.

28. Məhkəmə qeyd edir ki, daşınmaz əmlak üzərinə həbs məhkəmənin qərarına, qanunvericilikdə nəzərdə tutulan təxirəsalınmaz hallarda müstəntiqin qərarına, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təxirəsalınmaz hallarda icra məmuru tərəfindən qoyula bilər. Hazırkı iş üzrə daşınmaz əmlaklara dair digər məhkəmə mübahisəsinin olması və həmin mübahisə əsasında dövlət reyestrində müvafiq qeydlərin aparılması öz təsdiqini tapmamışdır. Cavabdeh inzibati orqan Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli məktubuna istinad etməklə əsassız olaraq iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın üzərinə məhdudiyyət qoymuşdur. Qanunla müəyyən edilmiş əsas olmadan iddiaçının mülkiyyətində olan torpaq sahələri üzərində yüklülüyün mövcudluğu mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1 ha torpaq sahəsi, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,109599 ha torpaq sahəsi, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,126729 ha torpaq sahəsi, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,322436 ha torpaq sahəsi və ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,857626 ha torpaq sahəsinin üzərindən məhdudiyyətin aradan götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,1 ha torpaq sahəsi, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,109599 ha torpaq sahəsi, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,126729 ha torpaq sahəsi, ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,322436 ha torpaq sahəsi və ******* nömrəli (xx.xx.2006-cı il tarixli) çıxarışla qeydiyyata alınmış Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,857626 ha torpaq sahəsinin üzərindən məhdudiyyətin aradan götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar