Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-372/2023 06.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə , İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı 10 noyabr 1979-cu il tarixdən 08 dekabr 1981-ci il tarixədək hərbi xidmətdə olduğu, 20 iyun 1996-cı il tarixdən 31 avqust 1998-ci il tarixə kimi “Azərkimya” trestində, 1998-ci ildən 1993-cü il tarixə kimi “Burc-Enka J V” adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” Filialında, 01 iyun 2000-ci il tarixdən 15 mart 2002-ci il tarixə kimi "xxxx" X2 və Ticarət LTD Şirkəti“nin Bakı filialında, 15 noyabr 2002-ci il tarixdən 13 iyun 2003-cü il tarixə kimi “EREN X8 və Dış Ticarət “ LTD Şirkətinin Bakı filialında, 01 may 2004-cü il tarixdən 25 mart 2005ci il tarixə kimi “ERENPORT” İnşaat və Ticarət A.Ş” Azərbaycan filialında, 25 iyun 2005-ci il tarixdən 02 dekabr 2005-ci il tarixə kimi “X6 Eytors” MMC-də işlədiyi müddətlərin iş stajına daxil edilərək güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialina qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 10 noyabr 1979-cu il tarixdən 08 dekabr 1981-ci il tarixədək hərbi xidmətdə olduğu, 20 iyun 1996-cı il tarixdən 31 avqust 1998-ci il tarixə kimi “Azərkimya” trestində, 1998-ci ildən 1993-cü il tarixə kimi “Burc-Enka J V” adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” Filialında, 01 iyun 2000-ci il tarixdən 15 mart 2002-ci il tarixə kimi "xxxx" X2 və Ticarət LTD Şirkəti“nin Bakı filialında, 15 noyabr 2002-ci il tarixdən 13 iyun 2003-cü il tarixə kimi “EREN X8 və Dış Ticarət “ LTD Şirkətinin Bakı filialında, 01 may 2004-cü il tarixdən 25 mart 2005ci il tarixə kimi “ERENPORT” İnşaat və Ticarət A.Ş” Azərbaycan filialında, 25 iyun 2005-ci il tarixdən 02 dekabr 2005-ci il tarixə kimi “X6 Eytors” MMC-də işlədiyi müddətlərin iş stajına daxil edilərək güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanaraq təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. 2021-ci ilin yanvar ayından güzəştli şərtlərlə əmək pensiyası alır. Lakin əmək pensiaysı təyin edilərkən onun hərbi xidmətdə olduğu dövr və bəzi müəssisələrdə işlədiyi dövrlər nəzərə alınmamışdır.Belə ki, ona məxsus hərbi bilet və əmək kitabçasından görünür ki, iddiaçı 10 noyabr 1979-cu il tarixdən 08 dekabr 1981 -ci il tarixlərdə hərbi xidmətdə olmuş, 20 iyun 1996-cı il tarixdən 02 dekabr 2005-ci il tarixə kimi müxtəlif müəssisələrdə, o cümlədən 20 iyun 1996-cı il tarixdən 31 avqust 1998-ci il tarixə kimi “Azərkimya” trestində, 1998-ci ildən 1993-cü il tarixə kimi “Burc-Enka J V” adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” Filialında, 01 iyun 2000-ci il tarixdən 15 mart 2002-ci il tarixə kimi "xxxx" X2 və Ticarət LTD Şirkəti“nin Bakı filialında, 15 noyabr 2002-ci il tarixdən 13 iyun 2003-cü il tarixə kimi “EREN X8 və Dış Ticarət “ LTD Şirkətinin Bakı filialında, 01 may 2004-cü il tarixdən 25 mart 2005ci il tarixə kimi “ERENPORT” İnşaat və Ticarət A.Ş” Azərbaycan filialında, 25 iyun 2005-ci il tarixdən 02 dekabr 2005-ci il tarixə kimi “X6 Eytors” MMC-də işləmişdir. O, göstərilən dövrlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, lakin cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddiaçıya pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixədək aşağıdakı dövrlər nəzərə alınmışdır: xx.xx.1979xx.xx.1981; xx.xx.1981 -xx.xx.1990; xx.xx.1991 -xx.xx.1993; xx.xx.1994 - xx.xx.1996 (ümumi 15 il 11 ay 9 gün). İddiaçının iddia ərizəsində qeyd etdiyi dövrlər (xx.xx.1996 xx.xx.1998; xx.xx.2000 - xx.xx.2002; xx.xx.2002 - xx.xx.2003, xx.xx.2004 - xx.xx.2005; xx.xx.2005 - xx.xx.2005-ci il) arxiv arayışları əsasında öz təsdiqini tapmadığına görə idiaçının sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq İcra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablamasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı (kişilər 60 yaş) ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2021-ci il tarixinə kişilər 65 yaş) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar olaraq, iddiaçının işlədiyi dövrdə qazandığı 66,287.14 manat sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin tələblərinə uyğun qaydada 324,94 manat (66,287.14 : 204 ay (144 ay + (5 il x 12)) məbləğində müəyyən edilmişdir. İş materiallarında olan : -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1961-ci il təvəllüdlüdür. -Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki,İddiaçı 10 noyabr 1979-cu il tarixdən 28 noyabr 1981-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -iddiaçının adına açılmış ИТ№ ******* seriyalı əmək kitabçasından görünür ki, xx.xx.1981xx.xx.1996–cı il tarixədək “Soyuzbıtxim”-də, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixə kimi “Azərkimya” trestində, 1993- cü ildən 1999-cu il tarixə kimi “Burc-Enka J V “ adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” Filialında, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi "xxxx" X3 və Ticarət LTD Şirkətinin” Bakı Filialında ,xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi “EREN X8 və Dış Ticarət“ LTD Şirkətinin Bakı filialında, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixə kimi “ERENPORT” İnşaat və Ticarət A.Ş” Azərbaycan filialında, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi və xx.xx.2006xx.xx.2007-ci il tarixlərdə “X6 Eeytors” MMC-də, xx.xx.2008-xx.xx.2009-cu il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2012 -xx.xx.2012-ci il tarixlərdə “Azfen” Birgə müəssisəsində, xx.xx.2013- xx.xx.2014-cü il tarixlərdə "xxxx" MMC-də ,xx.xx.2015- xx.xx.2017-ci il tarixlərdə və xx.xx.2019 - xx.xx.2020-ci il tarixlərdə “Azfen” Birgə müəssisəsində işləmişdir. -"xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan və ona əlavə edilmiş əmək haqqı cədvəlindən görünür ki, İddiaçı xx.xx.1981-cü il tarixdən 19 iyun 1996 cı ilədək Sumqayıt Məişət Kimyası zavodunun 01 saylı istehsalatında elektrik vəzifəsində işləmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 1№-İi siyahısının Vİİİ bəndinin 1080 Б 000-17541 üzrə ona güzəştli pensiya təyin olunması hüquqi verilir. - İş materialarında olan əmək müqavilələrindən görünür ki,İddiaçı “Burc-Enka J V“ adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” Filialında, "xxxx" X4 və Ticarət LTD Şirkəti”nin Bakı Filialında, “EREN X8 və Dış Ticarət“ LTD Şirkətinin Bakı Filialında, “ERENPORT” İnşaat və Ticarət A.Ş” Azərbaycan filialında, “X6 Eytors” MMC-də işləmişdir. -"xxxx" X3 və Ticarət LTD Şirkətinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2000-xx.xx.2002-ci il tarixlərdə həmin şirkətdə elektrik işləmişdir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fillialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubudan görünür ki, İddiaçı Mərkəzi Filial tərəfindən 27 sentyabr 2021 -ci il tarixində 25 il 9 gün ümumi sosial sığorta stajına əsasən (xx.xx.2006-cı il tarixinədək 15 il 11 ay 9 gün (xx.xx.1979xx.xx.1981-ci il (hərbi xidmət dövrü), xx.xx.1981-xx.xx.1990-cı il, xx.xx.1991-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1996-cı il arasındakı dövrlər), xx.xx.2006-cı tarixindən sonrakı dövr üçün isə 9 il 1 ay sosial sığorta stajı olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Milli Arxiv İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubudan görünür ki, sorğuda qeyd olunan “Burc-Enka J V” adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” filialının, "xxxx" X2 və Ticarət LTD Şirkətinin Bakı filialının, “EREN X8 və dış Ticarət" LTD Şirkətinin Bakı filialının, “ERENPORT” inşaat və Ticarət A.Ş” Azərbaycan filialının və “X6 eytors” MMC-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixə kimi “Azərkimya” trestində, 1993-cü ildən 1999-cu il tarixə kimi “Burc-Enka J V “ adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” Filialında, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixə kimi "xxxx" X3 və Ticarət LTD Şirkətinin” Bakı Filialında ,xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixə kimi “EREN X8 və Dış Ticarət“ LTD Şirkətinin Bakı filialında, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixə kimi “ERENPORT” İnşaat və Ticarət A.Ş” Azərbaycan filialında, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixə kimi “X6 Eeytors” MMC-də işləməsi onun əmək kitabçası, bundan başqa həmin müəsasisələr tərəfindən təqdim edilmiş arayışlar və əmək müqavilələri (kontraktlar) ilə təsdiq edilir. Arxiv sənədlərinin aşkar edilməməsi iddiaçının həmin müəssisədə işləməsini təkzib etmir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt filialı cavab vermişdir ki, nəinki iddiaçıya aid, qeyd olunan müəssisələrin arxiv sənədləri ümumiyyətlə arxivə mühafizə olunması üçün təhvil verilməmişdir. Bu hal iddiaçının məsuliyyəti dairəsinə aid edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X7) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, mövcud qaydalar “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçı da həmin qanun qüvvəyə minənədək olan dövrdə işləmişdir. Beləliklə, cavabdeh əmək kitabçasında olan qeydlərin həqiqiliyinin müvafiq arxiv sənədləri ilə təsdiq edilmədiyini bildirsə də, məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında olan qeydlər müəssisənin möhürü ilə təsdiq olunmuş və həmin qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarından göründüyü kimi iddiaçının hərbi xidmət dövrü onun sosial sığorta stajına daxil edilmişdir və həmin dövrün yenidən sosial sığorta stajına daxil edilməsinə zərurət yoxdur. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən dövrlərin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı ödənilməyən fərqin birdəfəlik ödənilməsini tələb edir ki, hazırda pensiyanın bu cür ödənilmə mexanizmi və qaydası mövcud deyil. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun hazırda qüvvədə olan 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Hazırkı iddianın, öhdəliyin icrası haqqında iddia növünə uyğun olması, eyni zamanda, bütün pensiyaçıların pensiynın ödənilmə qaydası ilə bağlı bərabər hüquqlarının, həmçinin, hüquqi müəyyənliyin təmin edilməsi baxımından məhkəmə hesab edir ki, iddiaçıya Qanunun hazırda qüvvədə olan 32.1-1 və 37.7-ci maddələrinin müəyyən etdiyi qaydalar tətbiq olunmalıdır. Beləliklə də, məhkəmə hesab edir ki, pensiyanın birdəflik ödənilməsi hissəsində iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 20 iyun 1996-cı il tarixdən 31 avqust 1998-ci il tarixə kimi “Azərkimya” trestində, 1998-ci ildən 1993-cü il tarixə kimi “Burc-Enka J V” adına “ENKA İNŞAAT və Sanayi A.Ş.Bakü” Filialında, 01 iyun 2000-ci il tarixdən 15 mart 2002-ci il tarixə kimi "xxxx" X2 və Ticarət LTD Şirkəti“nin Bakı filialında, 15 noyabr 2002-ci il tarixdən 13 iyun 2003-cü il tarixə kimi “EREN X8 və Dış Ticarət “ LTD Şirkətinin Bakı filialında, 01 may 2004-cü il tarixdən 25 mart 2005-ci il tarixə kimi “ERENPORT” İnşaat və Ticarət A.Ş” Azərbaycan filialında, 25 iyun 2005-ci il tarixdən 02 dekabr 2005-ci il tarixə kimi “X6 Eytors” MMC-də işlədiyi müddətlərin iş stajına daxil edilərək güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-372/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-372/2023
06.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver