Məhkəmə qərarları › İş №2-1(118)-373/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-373/2020

21.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-373/2020 21.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı MMC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2019-cu il tarixli, **********403700 nömrəli və xx.xx.2019-cu il tarixli **********401300 nömrəli qərarlarının ləğv edilməsi iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2019-cu il tarixli, **********401300 nömrəli qərarı ilə 2017-ci ilin iyun ayına görə əlavə dəyər vergisi üzrə İddiaçı MMC-yə 149.447,16 manat məbləğində əlavə vergi hesablanmışdır. Bundan başqa həmin orqanın xx.xx.2019-cu il tarixli **********403700 nömrəli qərarı ilə aprel 2017-ci ilə görə iddiaçı müəssisəyə əlavə dəyər vergisi üzrə 175.692,00 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı vergi orqanın həmin qərarlarından narazıdır və həmin qərarları mübahisələndirir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "İddiaçı" MMC-yə xx.xx.2017-ci il tarixli **********108800 nömrəli “Vergilərin hesablanması barədə" Qərara əsasən 2017-ci ilin aprel ayı üzrə 175692 manat ƏDV hesablanmışdır. Daha sonra həmin dövr üzrə tərəflərindən dəqiqləşdirilmiş ƏDV bəvannaməsi təqdim edildiyindən cavabdeh vergi orqanı həmin dövr üzrə yeni inzibati akt “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019-cu il tarixli **********403700 nömrəli Qərar qəbul edərək eyni əsaslarla eyni məbləğdə (175692,0) manat əlavə vergi məbləği hesablamışdır. Qəbul edilmiş qərarların qəbul edilməsinə əsas kimi “xx.xx.2016xx.xx.2017-ci il dövr ərzində aparılan idxal əməliyyatları ilə dövriyyə göstəricilərinin müqayisəsi nəticəsində müəssisənin 976066,66 manat dəyərində mal qalığının yaranması" göstərilmişdir. Bundan başqa, iddiaçı "İddiaçı" MMC-yə xx.xx.2017-ci il tarixli **********047800 nömrəli "Vergilərin hesablanması barədə" Qərara əsasən 2017-ci ilin iyun avı üzrə 149447,16 manat ƏDV hesablanmışdır. Daha sonra həmin dövr üzrə tərəflərindən dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edildiyindən cavabdeh vergi orqanı həmin dövr üzrə yeni inzibati akt - "Vergilərin, sosial sığorta və işsizlik sığortası hesablanması barədə" xx.xx.2019-cı il tarixli **********401300 nömrəli Qərar qəbul edərək eyni əsaslarla eyni məbləğdə (149447,16 manat) əlavə vergi məbləği hesablamışdır. Qəbul edilmiş qərarların qəbul edilməsinə əsas kimi "idxal olunmuş ticarət əlavəsi nəzərə alınmadan göstərilmiş dövriyyə arasında 830262 manat kənarlaşmanın yaranması" göstərilmişdir. Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2019cu il tarixli **********403700 nömrəli və xx.xx.2019-cı il tarixli **********401300 nömrəli qərarları qanunsuz və əsassız hesab edirlər: Cavabdeh vergi orqanı tərəfindən yuxarıdaqeyd olunan qərarların qəbul edilməsinə əsas olmuş hal üzrə daha əvvəlki tarixdə -xx.xx.2016-cı il tarixdə **********527800 nömrəli Qərar ilə iddiaçıya 397348,56 manat ƏDV hesablamış və həmin qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2-l(85)-885/2016 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və cavabdeh vergi orqanının xx.xx.2016-cı il tarixdə **********527800 nömrəli Qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-l(105)-386/2016 nömrəli qərarı ilə təmin edilməmişdir. Həmin qərardan kassasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. İddiaçı "İddiaçı" MMC tərəfindən idxal edilmiş mallar cəmiyyət tərəfindən satılmış və satış üzrə dövriyyə təqdim edilmiş ƏDV bəyannamələrində tam şəkildə əks etdirilərək hesablanmış vergilər dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda cəmiyyət xx.xx.2016-cı il tarixdə fəaliyyətini tam şəkildə dayandırmış və bununla bağlı həmin tarixli arayışı cavabdeh vergi orqanına təqdim etmişdir. Həmin tarixdən sonra cəmiyyətin hər hansı sahibkarlıq fəaliyyəti olmamışdır. Buna baxmayaraq cavabdeh vergi orqanı iddiaçıya 2015-ci ilin dekabr və 2016-cı ilin yanvar ayında idxal edilmiş və əvvəlki tarixlərdə təqdim edilmiş ƏDV bəyannamələrində öz əksini tapan, vergiləri hesablanmış mallara görə hər hansı fəaliyyət olmadığı halda 2017-ci ilin aprel və iyun ayları üzrə əlavə vergi məbləği hesablamışdır. İddiaçı tərəfindən Vergilər Nazirliyinə inzibati şikayət edilmiş və həmin şikayət əsasında cəmiyyətdə xx.xx.2018-ci il tarixli **********449729 nömrəli qərara əsasən səyyar vergi yoxlaması təyin edilmişdir. Müvafiq təsdiqedici sənədlər yoxlamaya tam şəkildə təqdim edilmiş və cəmiyyət tərəfindən vergilərin hesablanmasında hər hansı səhvə yol verilmədiyindən, cavabdeh vergi orqanı məcbur qalaraq xx.xx.2018-ci il tarixdə **********171683 nömrəli qərar ilə cəmiyyətə təyin edilmiş səyyar vergi yoxlamasını ləğv etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən hər hansı vergidən yayınma halına yol verilmədiyi halda, cavabdeh vergi orqanı əsassız və qanunsuz şəkildə iddiaçıya əlavə vergi məbləği hesablamışdır. "İnzibati icraat haqqında" AR Qanununun 24.4-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Sadalanan normalardan aydın olduğu kimi, inzibati orqan inzibati icraat zamanı düzgün, obyektiv və ədalətli qərar qəbul edilməsi üçün bütün faktiki halları, o cümlədən inzibati aktın doğruluğunu şübhə altına ala biləcək hər bir halı hərtərəfli, tam və obyektiv araşdırmağa, təqdim olunmuş sübutlar yetərli olmadıqda isə, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur və bu zaman maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati Prosessual Məcəlləninn 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 3.1-ci maddəsinə əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək, qeyd edir ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbini əsassız hesab edir. Keçirilmiş kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən xx.xx.2016-xx.xx.2017-ci il dövr ərzində aparılan idxal əməliyyatları ilə dövriyyə göstəricilərinin müqayisəsi nəticəsində müəssisənin 976066.66 manat dəyərində yaranmış mal qalığı ilə bağlı 175692 manat kənarlaşma yaranmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında zidiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2017-ci il tarixli **********889000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək yaranmış uyğunsuzluqla əlaqədar izahat məktubunun, dövriyyənin formalaşması barədə məlumat və təsdiqedici sənədlərin surətinin, təqdim edilməmiş malların saxlanması və mal qalığı barədə ətraflı məlumat və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən sadalanan sənədlər bugünki tarixədək cavabdeh vergi orqanına təqdim edilməmişdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.1.6-cı və 67.1.9-cu maddələrinə əsasən bu Məcəllənin 37.4cü maddəsində göstərilən hallarda vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi, vergi ödəyicisi tərəfindən kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanı ödənilməli olan verginin məbləğini idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar və vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, iddiaçıya “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********403700 nömrəli Qərara əsasən 2017-cı ilin aprel ayı üzrə əlavə 175692 manat ƏDV hesablanmışdır. Həmçinin idxal olunmuş mallarla ticarət əlavəsi nəzərə alınmadan göstərilmiş dövriyyə arasında 830262 manat fərq yarandığından 149447.16 manat kənarlaşma yaranmışdır. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2017-ci il tarixli **********438700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək yaranmış uyğunsuzluqla əlaqədar izahat məktubunun, dövriyyənin formalaşması barədə məlumat və təsdiqedici sənədlərin surətinin, təqdim edilməmiş malların saxlanması və mal qalığı barədə ətraflı məlumat və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən sadalanan sənədlər bugünki tarixədək cavabdeh vergi orqanına təqdim edilməmişdir. İddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, iddiaçıya “Vergilərin hesablanması barədə” xx.xx.2019cu il tarixli **********401300 nömrəli Qərara əsasən 2017-cı ilin iyun ayı üzrə əlavə 149447,16 manat ƏDV hesablanmışdır. Cavabdehin nümayəndəsi X6 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş və iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda mübahisələndirilən qərarların hesablanmasına əsas olmuş əməliyyatlar 2016-ci ildə aparılmışdır, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2- 1(85)-885/2016 saylı qərarı ilə ləğv edilən qərarda həmin əməliyyatlar əsasında qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2019-cu il tarixli, **********401300 nömrəli qərarı ilə 2017-ci ilin iyun ayına görə əlavə dəyər vergisi üzrə iddiaçı müəssisəyə 149.447,16 manat məbləğində əlavə vergi hesablanmışdır. Bundan başqa vergi orqanının xx.xx.2019-cu il tarixli **********403700 nömrəli qərarı ilə aprel 2017-ci ilə görə əlavə dəyər vergisi üzrə 175.692,00 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabdeh iddiaya qarşı yazılı etirazında iddiaçıya 2017-ci ilin aprel ayına görə əlavə dəyər vergisi üzrə 175.692,00 manat məbləğində əlavə verginin hesablanmasının əsası kimi keçirilmiş kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən xx.xx.2016xx.xx.2017-ci il dövr ərzində aparılan idxal əməliyyatları ilə dövriyyə göstəricilərinin müqayisəsi nəticəsində müəssisənin 976066,66 manat dəyərində yaranmış mal qalığı ilə bağlı 175.692 manat kənarlaşma yarandığı və müvafiq sənədlərin tələb edilməsinə baxmayaraq təqdim olunmadığına görə əlavə vergi məbləği hesablandığı göstərilmişdir. Eyni zamanda cavabdeh yazılı etirazında iddiaçıya 2017-ci ilin iyun ayına görə əlavə dəyər vergisi üzrə 149.447,16 manat məbləğində əlavə verginin hesablanmasının əsası kimi idxal olunmuş mallarla ticarət əlavəsi nəzərə alınmadan göstərilmiş dövriyyə arasında 830.262 manat fərq yarandığından 149.447,16 manat kənarlaşmanın olmasını göstərmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən qərarların qəbul edilməsinin əsasını təşkil edən hallara dair daha əvvəllərdə vergi orqanı tərəfindən qərarlar qəbul edilmiş və həmin qərarlar məhkəmə araşadırmasının predmeti olmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanı tərəfindən qeyd edilən əsaslarla ilə bağlı xx xxx 2016-cı il tarixli, **********527800 saylı qərar qəbul edilərək iddiaçıya 397.348,56 manat məbləğində ƏDV hesablanmış və həmin qərar iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(85)- 885/2016 saylı qərarı ilə 2 saylı X1 xx xxx 2016-cı il tarixli, **********527800 saylı “Vergilərin hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 386/2016 saylı, xx xxxxxx 2016-cı il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qeyd edilən qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə qeyd edilən məhkəmə qərarları ilə hazırda mübahisələləndirilən qərarların qəbul edilməsinə əsas olmuş hallara məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və həmin qərarla müəyyən edilmiş halların yenidən mübahisələndirilməsi qanunvericiliklə qadağan edilmişdir. Azərbaycan Respublikası İnzibati Prsoessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının x xxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “X4” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh vergi orqanının xx xxxxxx 2018-ci il tarixli,**********171683 saylı qərarı ilə 2 saylı X2 baş vergi xidməti müşaviri X3 tərəfindən İddiaçı MMC üzrə səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul edilmiş xx xxx 2018-ci il tarixli, **********149729 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Məhəmə araşdırması zamanı müvafiq sorğular edilmiş, müəyyən edilmişdir ki, iddiaçı metal idxalı ilə məşğul olmuş, hazırda mübahisələndirilən qərarlar 2016-ci ildə həyata keçirilən idxal əməliyyatları ilə bağlı qəbul edilmiş, iddiaçının ondan sonra fəaliyyəti olmamış, həmin idxal əməliyyatları ilə bağlı qəbul edilmiş qərar yuxarıda qeyd olunan məhkəmə qərarı ilə ləğv edilmiş, daha sonra inzibati orqan tərəfindən səyyar vergi yoxlaması təyin edilsədə, inzibati orqan tərəfindən səyyar vergi yoxlaması ləğv edilmiş və nəhayət xx.xx.2019-cu il tarixdə hazırda mübahisələndirilən qərarlar qəbul edilmişdir. Vergi Məcəlləsinin 53.2-ci maddəsinə əsasən heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. İnzibati İcraat haqqında Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin inzibati orqan müvafiq məhkəmə qərarlarını nəzərə almamış, səyyar vergi yoxlaması təyin etsədə, hər hansı yoxlama keçirməmiş, uzun müddət sonra səyyar vergi yoxlaması qərarını ləğv etmiş, bununla bağlı müvafiq araşdırmalar aparmadan, əsassız olaraq mübahisələndirilən qərarları qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2019-cu il tarixli, **********403700 nömrəli və xx.xx.2019-cu il tarixli **********401300 nömrəli qərarları ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2019-cu il tarixli, **********403700 nömrəli və xx.xx.2019-cu il tarixli **********401300 nömrəli qərarları ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar