Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3731/2025 23.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: birdəfəlik müavinətin verilməsi) GİRİŞ HİSSƏ X7-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “birdəfəlik müavinətin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 aprel 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 23 noyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və cavabdehin üzərinə "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə müvafiq olaraq, ona minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin qoyulması barədə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Rusiya Federasiyası Kaluqa vilayətinin, Kaluqa Rayon Məhkəməsinin 26 iyun 2015-ci il tarixli hökmünə əsasən, Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi və 111-ci maddəsinin 1ci hissəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən verdiyi apellyasiya şikayəti Kaluqa Regional Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası tərəfindən təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin cinayət işi üzrə 02 iyun 2014-cü ildən həbsdə olmuşdur. Buna görə də, hökmlə təyin olunmuş 10 il azadlıqdan məhrum etmə cəzasını 31 may 2024-cii il tarixdə çəkib qurtarmış və həbs yerindən azad olunmuşdur. İddiaçı hökmlə təyin olunmuş 10 il azadlıqdan məhrum etmə cəzasını Rusiya Federasiyasının Tula vilayətində yerləşən cəzaçəkmə müəssisəsində çəkmişdir. İddiaçının 10 il müdətinə azadlıqdan məhrum etmə növündə cəza çəkməyi barədə cəzaçəkmə müəssisəsi tərəfindən ona 31 may 2024-cü il tarixli 016366 nömrəli arayış (FORMA-B arayışı) verilmişdir. Bundan sonra, iddiaçı məhkəmənin qərarına əsasən Azərbaycan Respublikasına deportasiya olunmalı idi, lakin sənədləri qaydasında olmadığı, Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün onun tez bir zamanda Azərbaycan Respublikasına göndərilməyi mümkün olmamışdır. Rusiya Federasiyası Tula vilayətinin, Kimovsk Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarına əsasən, iddiaçının Tula vilayətində X1ma müddəti 30 sentyabr 2024-cü il tarixinədək uzadılmışdır. 20 sentyabr 2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən AA ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini əldə edib həmin Şəhadətnaməyə əsasən Azərbaycan Respublikasına qayıtmışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 23 noyabr 2024-ci il tarixli qərarı ilə razı deyil. Belə ki, iddiaçı Rusiya Federasiyasında azadlıqdan məhrum etmə cəzasım 31 may 2024-cü il tarixdə çəkib qurtarsa da, Azərbaycan Respublikasına 20 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinə əsasən qayıtmışdır. 20 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtdıqdan sonra qanunla müəyyənləşdirilmiş 3 ay ərzində, yəni 06 noyabr 2024-cü il tarixdə müavinətin alınması üçün cavabdehə müraciət etmişdir, lakin cavabdeh 23 noyabr 2024-ci il tarixdə qəbul etdiyi əsassız qərarla müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçı öz iradəsindən asılı olmayan səbəbdən, yəni sənədləri qaydasında olmadığı, Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün həbsdən azad olduqdan dərhal sonra Azərbaycan Respublikasına qayıda bilməmişdir.
3. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçı Rusiya Federasiyası Ədliyyə Nazirliyi Federal Dövlət müəssisəsinin Rusiya CİFXİ-nin Tula vilayəti üzrə 1 saylı İslah koloniyasının xx.xx.2024-cü il tarixli arayışına əsasən, xx.xx.2014-cü il tarixdən xx.xx.2024-cü il tarixədək azadlıqdan məhrumetmə yerlərində caza çəkib və cəza müddətinin qurtarması ilə əlaqədar azad edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi ona birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmış və Qanunun 7.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınırlar. İddiaçı 3 ay müddətinə Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmadığından müraciətin müsbətin həlli mümkün olmamışdır. Bu barədə iddiaçıya “Sosial müavinətin təyin edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/2-S- 285272/2024 nömrəli məktubla məlumat verilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsi ilə bağlı ərizəsini təmin etməkdən imtina etməkdə haqlı olmuşdur. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Qanunun 1.0.1-ci maddəsinə əsasən, penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Həmin Qanunun 3.1ci maddəsinə müvafiq olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Qanunun 14.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Sadalanan normaların məzmunundan göründüyü kimi, digər dövlətin - Rusiya Federasiyasının penitensiar müəssisəsində 31 may 2024-cü il tarixdə cəza çəkməkdən azad edilmiş iddiaçıya sözügedən birdəfəlik pul müavinətinin təyin edilib ödənilməsi üçün o, cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmalı idi. Halbuki, iddiaçı 30 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmış və 06 noyabr 2024-cü il tarixdə inzibati orqana müavinət təyini üçün müraciət etmişdir. Beləliklə, Qanunun 31-ci maddəsinə əsasən, üç ay müddətində Azərbaycan Respublikasına qayıtmadığından ona Qanunun 14.1-ci maddəsində müəyyən edilən müavinətin təyin edilməsi qanunauyğun hesab edilməmişdir. Həmçinin bildirir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 48.1-ci maddəsinə əsasən, inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Qanunun 50-ci maddəsinə əsasən, inzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır. Qanunla birbaşa qadağan olunmuş hallarda buraxılmış müddətin bərpasına yol verilmir. Qeyd olunmalıdır ki, iddiaçı buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməmişdir. Buna görə də, qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir.
4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinanı müdafiə edərək təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. İddia tələbi birdəfəlik pul müavinətinin ödənilməsi ilə bağlıdır.
10. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. İddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
12. Rusiya CİFXİ-nin Tula vilayəti üzrə 1 saylı İslah koloniyasın tərfindən verimiş 016366 nömrəli arayışdan görünür ki, xx.xx.2015-ci ildə Kaluqa vilayəti, Kaluqa şəhər məhkəməsi tərəfindən RF Cinayət Məcəlləsinin 162-ci maddəsinin 4 hissə “b” bəndi, 111-ci maddəsinin 1-ci hissəsinə, 69 maddəsinin, 3-cü hissəsinə əsasən – ciddi rejimli İslah koloniyasında 10 il müddətinə azadlıqdan məhrum edilmə cəzası ilə məhkum olunmuşdur. 02 iyun 2014-cü ildən 31 may 2024-cü ilədək cəzasını çəkib qurtarmaqla azad olunub.
13. Rusiya Federasiyası Tula vilayətinin Kimovsk Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarından görünür ki, X8 Nazirliyinin Tula vilayəti üzrə İdarəsinin inzibati qaydada deportasiya edilməli olan Azərbaycan Respublikası vətəndaşı İddiaçı X8 Nazirliyinin Tula vilayəti üzrə İdarəsinin X2ma müddətinin uzadılması barədə inzibai iddası təmin edilmiş, Azərbaycan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1994-cü il təvəllüdlü, S.S.X6 İşlər Nazirliyinin Tula vilayətində vətəndaşlar üçün müvəqqəti saxlanma məntəqəsində (Kimovskda yerləşən), Tula vilayəti, Kommunist küçəsi, ev 7d, qalan müddəti 60 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılması qərara alınmışdır.
14. İddiaçının sənəd məlumatları barədə AZEMİS-dən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İddiaçının ünvanı Qusar rayonu, Gədəzeyxur kəndi qeyd edilmişdir.
IV. Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
16. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. 1.0.2-ci maddəsinə əsasən, əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır (xx.xx.2019-cu ilədək olan redaksiyası - 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları) - (xx.xx.2020-ci ilədək olan redaksiyası). 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. 4.0.1.2-ci maddəsinə əsasən, yaşa görə müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir. 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadığı və işləmədiyi hallarda təyin edilir. 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.1. dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət – ömürlük. 11.1.2-ci maddəsinə əsasən, yaşa görə müavinətin ödənişi şəxs əmək fəaliyyətinə başladığı halda dayandırılır.
17. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanunun: 3.1-ci maddəsinə əsasən, bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 6.1.7-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərdən biri olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsi qeyd edilmişdir. 14.1-ci maddəsinə əsasən, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir.
IV. Məhkəmənin mövqeyi
18. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
19. Məhkəmə qeyd edir ki, iddiaçı Rusiya Federasiyası Kaluqa vilayətinin, Kaluqa Rayon Məhkəməsinin 26 iyun 2015-ci il tarixli hökmünə əsasən, Rusiya Federasiyası CM-nin 162-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi və 111-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən verdiyi apellyasiya şikayəti Kaluqa Regional Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyası tərəfindən təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin cinayət işi üzrə 02 iyun 2014-cü ildən həbsdə olmuşdur. Buna görə də, hökmlə təyin olunmuş 10 il azadlıqdan məhrum etmə cəzasını 31 may 2024-cü il tarixdə çəkib qurtarmış və həbs yerindən azad olunmuşdur. Bundan sonra, iddiaçı məhkəmənin qərarına əsasən, Azərbaycan Respublikasına deportasiya olunmalı idi, lakin sənədləri qaydasında olmadığı, Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna malik olmadığı üçün onun tez bir zamanda Azərbaycan Respublikasına göndərilməyi mümkün olmamışdır. Rusiya Federasiyası Tula vilayətinin, Kimovsk Rayon Məhkəməsinin 23 iyul 2024-cü il tarixli qərarına əsasən iddiaçının Tula vilayətində X1ma müddəti 30 sentyabr 2024-cü il tarixinədək uzadılmışdır. 20 sentyabr 2024-cü il tarixdə iddiaçı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən AA ******* nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsini əldə edib həmin Şəhadətnaməyə əsasən Azərbaycan Respublikasına qayıtmışdır.
20. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
23. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda istinad olunan Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş, cəza çəkməkdən azad edildikdən sonrakı üç aylıq müddət iddiaçının cəzadan azad edildiyi xx.xx.2024-cü il tarixdən deyil, xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə olan halda, Qanunda nəzərdə tutulmuş 3 aylıq müddət də ötürülməmiş hesab olunacaqdır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. İddiaçı sosial adaptasiya məqsədilə birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X7-Abbaszadə