Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3739/2024 01.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X14 Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1993-cü il tarixdə Ukraynanın Xarkov vilayətinin Saxnovşinskiy rayonunun İvano Slinkovka kəndində anadan olmuş İddiaçı - doğum faktının Ukrayna Respublikasının Xarkov vilayətinin Saxnovşinskiy rayonunun Dar-Nadejdinskiy kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Ukrayna Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Ukraynanın Xarkov vilayətinin Saxnovşinskiy rayonu, İvano Slinkovka kəndində anadan olmuş, onun doğumu Ukraynanın Xarkov vilayətinin Saxnovşinskiy rayonunun Dar-Nadejdinskiy kənd sovetliyi tərəfindən qeydiyyata alınmışdır və buna müvafiq olaraq 1993-cü ildə doğum haqqında şəhadətnamə ilə təmin olunmuşdur.X12 Müzəfərovna xx.xx.1967-ci il tarixdə Azərbaycanın Xaçmaz rayonunun Müqtədir kəndində anadan olub.Anası Ukrayna müstəqilliyini elan edəndə Ukraynada qeydiyyatda olan Azərbaycan SSR-nin vətəndaşı olub, lakin onun Ukrayna vətəndaşının yeni nəsil pasportu ilə təmin edilməsi barədə məlumatı yoxdur. Anası təxminən 1999-cu ildə Ukraynada vəfat edib.X3 xx.xx.1969-cu il tarixdə Azərbaycanın Xaçmaz rayonunun Müqtədir kəndində anadan olub. Atası Ukrayna müstəqilliyini elan edəndə Ukraynada qeydiyyatda olan Azərbaycan SSR-nin vətəndaşı olub, lakin onun Ukrayna vətəndaşının yeni nəsil pasportu ilə təmin edilməsi barədə məlumatı yoxdur. Atası barədə əlavə məlumatı yoxdur, 1999-cu ildə Azərbaycana gəldikdən sonra atasını bir daha görməmişdir. 1999-cu ildə anası vəfat etdikdən sonra anasının valideynləri Ukraynaya gəlib onu daimi yaşamaq məqsədilə Azərbaycana gətiriblər. Həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayır. 1999-cu ildə Ukraynanın Xarkov vilayətinin Saxnovşinskiy rayonu, Dar-Nadejdinskiy kənd orta məktəbinin birinci sinfinə getmiş, Azərbaycana gəldikdən sonra orta təhsilini 2000- ci ilin yanvar ayından Xaçmaz rayonu, İstisu (əvvəlki: Müqtədir) qəsəbə tam orta məktəbində davam etdirmiş, 2007-ci ildə həmin məktəbin yeddinci sinfini bitirmiş, daha sonra təhsilini davam etdirməmişdir. 2012-ci ildə Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1976-cı il tarixdə Azərbaycanın Xaçmaz rayonunun Nabran kəndində anadan olmuş X4 ilə ailə qurmuş, lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün X4 ilə nikaha daxil ola bilməmişdir.X1 xx.xx.1989-cu il tarixdə Azərbaycanın Xaçmaz rayonunun Müqtədir (Muxtadır) kəndində anadan olub. Bacısı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Xaçmaz rayonunun İstisu qəsəbəsində yaşayır.X2 xx.xx.1991 -ci il tarixdə Ukraynanın Xarkov vilayətinin Saxnovşinskiy rayonu, İvano Slinkovka kəndində anadan olub. Bacısı Rusiya Federasiyasının vətəndaşıdır, hazırda Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayır. Azərbaycana gəldikdən sonra təxminən 2010-cu ildə doğum haqqında şəhadətnaməmi naməlum şəraitdə itirmiş, həmin vaxtdan etibarən Azərbaycanda sənədsiz yaşayır.Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün heç vaxt rəsmi iş yeri olmayıb.Bildirir ki, o 1999-cu ilin sonlarından Azərbaycan Respublikasının ərazisində daimi yaşasa da Azərbaycan Respublikasının vətəndaşlığını əldə etməmiş, Ukrayna dövləti tərəfindən də şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Hazırda onun 30 yaşı var, lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün o vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülmüşdür. Şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Lakin doğum haqqında şəhadətnaməsi olmadığı üçün onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi mümkün olmur. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranmışdır. Lakin şəxsiyyətini təsdiq edən və sərhədkeçməyə əsas verən sənədi olmadığı üçün Ukrayna Respublikasına gedib həmin sənədi ala bilmir.Hazırda o, ünvan 2ndə yerləşən evlərdən birində yaşayır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1993-cü il tarixdə Ukraynanın Xarkov vilayətinin Saxnovşinskiy rayonu, İvano Slinkovka kəndində anadan olmuş İddiaçı - doğum faktının Ukrayna Respublikasının Xarkov vilayətinin Saxnovşinskiy rayonunun Dar- Nadejdinskiy kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Ukrayna Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş etmiş, lakin Cavabdeh xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-xx-xx/2024 nömrəli məktub ilə onun müraciətini müsbət həll etməmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli ,145 saylı Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydast'nın 9.7-ci bəndində göstərilir ki, 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.Vətəndaş İddiaçı Ukrayna Respublikasının Xarkov vilayətinin Saxnovşinskiy rayonunun Dar-Nadejdinskiy kənd soveti tərəfindən qeydiyyata alınmış doğum haqqında təkrar şəhadətnaməsinin istənilməsi ilə bağlı Cavabdehnə müraciət edərkən şəxsiyyət- vəsiqəsinin olmadığı məlum olmuşdur.Bu səbəbdən İddiaçı doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə ərizəsinin təmin edilməsi tərəfindən mümkün hesab edilməmişdir.Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tərəflərə məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli. 3-16-5/8-xx-xx/2024 nömrəli imtina məktubu, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli himayə sənədinin notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli arayışın notarial qaydada təsdiqlənmiş surəti, Doğum haqqında Şəhadətnamələrin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan təkrar doğum haqqında şəhadətnamənin əldə edə bilmədiyi vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Qeydiyyat şöbəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının hal-hazırda müvəqqəti məskunlaşdığı yer Cavabdeh xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması səlahiyyəti Cavabdehnə aiddir. Belə olduğu tədqirdə Cavabdeh hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Əlixan Nəsibov Cavabdehnə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-cü il tarixli. 3-16-5/8xx-xx/2024 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Xaçmaz rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. İş materiallarıda olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçı xx.xx.1993-cü il tarixdə Ukraynanın Xarkov vilayətinin Saxnovşinskiy rayonu, İvano Slinkovka kəndində anadan olmuş, onun doğumu Ukraynanın Xarkov vilayətinin Saxnovşinskiy rayonunun Dar-Nadejdinskiy kənd sovetliyi tərəfindən qeydiyyata alınmışdır və buna müvafiq olaraq 1993-cü ildə doğum haqqında şəhadətnamə ilə təmin olunmuşdur. X12 Müzəfərovna xx.xx.1967-ci il tarixdə Azərbaycanın Xaçmaz rayonunun Müqtədir kəndində anadan olub. Anası Ukrayna müstəqilliyini elan edəndə Ukraynada qeydiyyatda olan Azərbaycan SSRnin vətəndaşı olub, lakin onun Ukrayna vətəndaşının yeni nəsil pasportu ilə təmin edilməsi barədə məlumatı yoxdur. Anası təxminən 1999-cu ildə Ukraynada vəfat edib. X3 xx.xx.1969-cu il tarixdə Azərbaycanın Xaçmaz rayonunun Müqtədir kəndində anadan olub. Atası Ukrayna müstəqilliyini elan edəndə Ukraynada qeydiyyatda olan Azərbaycan SSRnin vətəndaşı olub, lakin onun Ukrayna vətəndaşının yeni nəsil pasportu ilə təmin edilməsi barədə məlumatı yoxdur.1999-cu ildə anası vəfat etdikdən sonra anasının valideynləri Ukraynaya gəlib onu daimi yaşamaq məqsədilə Azərbaycana gətirilib və həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşayır. 1999-cu ildə Ukraynanın Xarkov vilayətinin Saxnovşinskiy rayonu, Dar-Nadejdinskiy kənd orta məktəbinin birinci sinfinə getmiş, Azərbaycana gəldikdən sonra orta təhsilini 2000- ci ilin yanvar ayından Xaçmaz rayonu, İstisu (əvvəlki: Müqtədir) qəsəbə tam orta məktəbində davam etdirmiş, 2007-ci ildə həmin məktəbin yeddinci sinfini bitirmiş, daha sonra təhsilini davam etdirməmişdir. İddiaçı 2012-ci ildə nikaha daxil olsa da sənıədləri olmadığına görə rəsmiləşdirmə işlərini həyata keçirə bilmişdir. İddiaçı uzun illərdir Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü arayışından görünür ki, o Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. İddiaçı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi də himayəyə götürülmüşdür. Onun şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur, heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı olmayan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır. Hazırda sənədləşmə işi ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara doğum haqqında şəhadətnaməmin notariat qaydasında təsdiq edilmiş surətini və azərbaycan dilinə tərcüməsini də təqdim etməyi tələb olunur. Lakin doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itirildiyindən rəsmiləşdirmə işlərini həyata keçirə bilmir. Odur ki, onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi zərurəti yaranmışdır. İddiaçı cavabdehə müraciət edərək müvafiq tələbinin təmin edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən şəxsiyyətini təsdiq edən sənədin olmaması əsas göstərilərək, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya imtina edilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin l bəndinə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Konstitusiyanın 69-cu maddəsinin İİ bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları, yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. Əcnəbilərin və vətəndaşlığı otmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının- milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının və diger qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının qanunu ilə Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldıqda ləğv olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Həmin Qanunun 8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşlığı əldə edə bilərlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxs - heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). Həmin Məcəllənin 21.6-cı maddəsinə əsasən BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarım və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsiriəndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlerin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. İş materiallarında olan sənədlərdən göründüyü kimi iddiaçı hazırda vətəndaşlığı olmayan şəxsdir və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən vətəndaşlığı olmayan şəxs himayəyə götürülmüşdür. Bu barədə ona himayə sənədi verilmiş və həmin himayə sənədi əsasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi himayə sənədi müəyyən olunmasa da Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində həmin sənəd şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikası dövlət orqanı tərəfindən qəbul edilmişdir. Digər tərəfdən iddiaçı Azərbaycan Respublikasına gəldiyi zaman qanuni əsaslarla, yəni ona məxsus doğum haqqında şəhadətnamə ilə gəlmiş, sadəcə həmin sənəd sonradan naməlum səbəbdən şəhadətnamə itmişdir. Lakin, bu halın olması şəxsin hüquqlarının məhdudlaşdırılmasına əsas verməməlidir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç birr ayrı-seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli himayə sənədi əsasında şəxsin müraciəti təmin edilməlidir.Belə ki, qeyd edildiyi kimi, iddiaçı ona məxsus sənədlərlə doğumun qeydə alındığı ölkəyə gedə bilmir və lazımi sənədləri əldə edə bilmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti həmin himayə sənədi əsasında onun vətəndaşlığı olmayan şəxs kimi statusunu tanıyaraq, Azərbaycan Respublikası ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyata almışdır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğum yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun- xx.xx.1993-cü il tarixdə Ukraynanın Xarkov vilayətinin Saxnovşinskiy rayonunun İvano Slinkovka kəndində anadan olmuş İddiaçı - doğum faktının Ukrayna Respublikasının Xarkov vilayətinin Saxnovşinskiy rayonunun Dar-Nadejdinskiy kənd sovetliyi tərəfindən qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin iddiaçıya verilməsi məqsədilə Ukrayna Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X16
Məhkəmə qərarları › İş №2-1(118)-3739/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3739/2024
01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver