Məhkəmə qərarları › İş №2-1(118)-374/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-374/2020

14.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-374/2020 14.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər XDŞ İcra Hakimiyyətinin xx.xx.1963-cü il tarixli 10 saylı protokolu və xx.xx.1963-cü il tarixli 03/2022 saylı orderi əsasında Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11, mənzil 44-də yerləşən, sahəsi 16,74 metr kv olan 1 otaqlı mənzilin onun adına sənədləşdirilməsi” barədə iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əliyev X16 şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər XDŞ İcra Hakimiyyətinin xx.xx.1963-cü il tarixli 10 saylı protokolu və xx.xx.1963-cü il tarixli 03/2022 saylı orderi əsasında Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11, mənzil 44-də yerləşən, sahəsi 16,74 metr kv olan 1 otaqlı mənzilin onun adına sənədləşdirilməsi” barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının atası X3 adına AZTZ müəssisəsində dülgər vəzifəsində çalışmışdır. 1962-ci ildə X8 ilə ailə həyatı quraraq evlənmişdir. Nikahları xx xxxxxxxx 1962-ci ildə Dəvəçi rayon VVAQ şöbəsində rəsmiləşdirilmişdir. xx xxx 1963-ci il tarixində Sumqayıt şəhər XDŞ İcra Hakimiyyətinin 10 saylı protokoluna əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11, mənzil 44-də yerləşən, sahəsi 16.74 m2 olan 1 otaqlı mənzil xx xxx 1963-cü il tarixli 03/2022 saylı order əsasında atası X9 2 nəfərdən ibarət ailə tərkibinə verilmişdir. Həmin zaman atası ilə anası göstərilən ünvanda yerləşən bir otaqlı mənzildə yaşayırdılar. Sonra iddiaçıya məlum olmayan səbəblərdən həmin mənzil X11 adına rəsmiləşdirilmişdir. Eyni zamanda adına xx.xx.1974 -cü il tarixli 1791 saylı order verilmişdir. Sonra xx.xx.1995 -ci ildə mənzil özəlləşdirilmişdir. 1999-cü ildə isə mənzil alqısatqı yolu ilə özgəninkiləşdiriİmiş. Mənzil bir neçə dəfə özgəninkiləşdirilmişdir. Mərhum atasının adına verilmiş order və digər sənədlər əsasında verilmiş mənzilin iddiaçının adına rəsmiləşdirməsi üçün, iddiaçı ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinə müraciət etmişdir. Qurumun şöbə müdiri Sədaqət Əsədova ərizəyə cavab olaraq məktubla bildirmişdir ki, nə protokolda, nə də orderdə 2-ci şəxsin kim olduğu göstərilməmiş, orderin sahəyə ixtiyarı olan şəxslərin siyahısı olan hisssəsində qeyd aparılmamışdır. Bundan başqa iddia edilən mənzil boş yaşayış sahəsi kimi başqa şəxsə verilmiş və iddiaçının həmin yaşayış sahəsinə hər hansı huququ olmamışdır. Sumqayıt şəhəri İcra Hakimiyyəti mənzil təsərrüfatı və mənzillərin uçotu şöbəsinin müdiri Sədaqət Əsədovanın ünvanladığı məktubda göstərilən əsasları qanunsuz və əsassız hesab edir. Məsələnin aydınlaşdırılması üçün məhkəməyə müraciət etməli olur. Əvəlla mübahisəli mənzilin boş hesab edilməsi ilə bağlı heç bir rəsmi sənəd ona təqdim olunmamışdır. İddiaçı mərhum ata və anasının hüquqi varisi olaraq bu məsələnin aydınlaşdırılması vəzifəsini daşıyır. İnzibati Prosessual Məcəlləsinin 1.2.-ci maddəsinə əsasən Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllə 217.2-ci maddəsinə əsasən : Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR Mənzil Məcəlləsinin 48.-ci maddəsinə əsasən: Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 53. Maddəsinə əsasən : İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcərədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-bülüğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. İddiaçının atasına verilən mənzilin orderi və 10 saylı protokol onun əlində olduğu halda iddiaçı mənzili öz adına rəsmiləşdirə bilmir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı « Sumqayıt şəhər XDŞ İcraiyyə Komitəsinin xx.xx.1963- cü il tarixli 10 saylı protokolu və xx.xx.1963-cü il tarixli 03/2022 saylı orderi əsasında Sumqayıt şəhəri, 2ci mikrorayon ev 11, mənzil 44-də yerləşən, yaşayış sahəsi 16,74 kv metr olan 1 otaqlı mənzilin onun adına sənədləşdirilməsinə” dair iş üzrə iddia ərizəsinə aşağıda göstərilənlərə əsasən etiraz olunur. Müəyyən olunmuşdur ki, qeyd edilən mübahisəli yaşayış sahəsi 16,74 kv metr olan 1 otaqlı Sumqayıt şəhər, 2-ci mikrorayon ev 11, mənzil 44 Sumqayıt şəhər XDŞ İcraiyyə Komitəsinin xx.xx.1963- cü il tarixli 10 saylı protokoluna əsasən verilmiş xx.xx.1963-cü il tarixli 03/2022 saylı order əsasında X6 (iddiaçının atası) 2 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Lakin nə protokolda, nə də orderdə 2-ci şəxsin kim olduğu göstərilməmiş, orderin sahəyə ixtiyarı olan şəxslərin siyahısı olan hissədə müvafiq qeyd aparılmamışdır. xx.xx.2009-cu il tarixdə Əli Əliyev vəfat etmişdir. Ərazi üzrə 6 saylı Mənzil kommunal sahəsinin məlumatına əsasən məlum olmuşdur ki, sonradan həmin yaşayış sahəsinə dair 1 nəfər (özü) ailə tərkibi ilə vətəndaş X11 adına xx.xx.1974-cü il tarixli 1791 saylı order verilmişdir. O, xx.xx.1975-ci il tarixdə mənzilə qeydiyyata düşmüş, 08.06,1995-ci ildə mənzili X20 tərəfindən özəlləşdirmişdir. xx.xx.1999-cu il tarixdə göstərilən mənzili Lyubov Melnik tərəfindən alqı-satqı yolu ilə G.X.Bəşirovanın adına özgəninkiləşdirmişdir. xx.xx.1999-cu il tarixdə göstərilən mənzili G.X.Bəşirova tərəfindən alqı-satqı yolu ilə X7 adına özgəninkiləşdirmiş, lakin o, mənzilə qeydiyyata düşməmişdir. X1 xüsusi mülkiyyətində olan mənzildə 3 nəfər ( anası, bacısı və qardaşı) ailə üzvü 2009-cu ildən qeydiyyatdadır. Beləliklə, İddiaçı iddia etdiyi mənzil boş yaşayış sahəsi kimi 1974-cü ildən başqa şəxslərin istifadəsində olmuş və onun həmin yaşayış sahəsinə hər hansı hüququ olmamışdır. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin edilməsi etirazla qarşılanır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iştirak etmiş, etiraza uyğun izahat vermiş, məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, mənzil özəlləşdirildiyi üçün onların mənzil üzərində sərəncam vermək hüququ qalmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı X12 AR Vəkillər Kollegiyası Sumqayıt Regional vəkil bürosuna xx xxxx 2019-cu il tarixli, **********28 saylı məktubunda qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzilin hüquqi rejimi barədə xx.xx.2019-cu il tarixli 035/19 saylı müraciətinizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X13 baxılmışdır. ünvan 1 ünvanında yerləşən 44 nömrəli mənzii Sumqayıt şəhər ZDS İK Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin verdiyi xx.xx.1974-cü il tarixli 1791 nömrəli order, Sumqayıt şəhəri, 2 nömrəli Dövlət Notariat Kontorunun təsdiq etdiyi xx.xx.1995-ci il tarixli 3ML-1/323 reyestr nömrəli mənzilin əvəzsiz bağışlanma müqaviləsi əsasında X11 adına qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 5 saylı Dövlət Notariat Kontorunun təsdiq etdiyi xx.xx.1998-ci il tarixli 3M-1/44 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil üzərində X2 hüquqları qeydiyyata alınmışdır. Sumqayıt şəhəri 6 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.1999-cu il tarixi 3M-3/340 nömrəli alqı-satqı müqaviləsi əsasında, mənzil üzərində X4 hüquqları qeydiyyata alınmış və 16381 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.1999-cu il tarixli 16381 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi əsasında X5 əvvəllər yaranmış hüquqlarının qeydiyyatı aparılmış və xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2009-cu il tarixli, 4 Ə-02-367 reyestr nömrəli mənzilin dəyişdirilməsi müqaviləsi əsasında, mənzil üzərində X7 mülkiyyət hüququ qeydiyyata alınmış və xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil barədə dövlət reyestrində əlavə məlumat yoxdur. Həmin məlumatlar cavabdeh tərəfindən təqdim edilən sənədlərlədə təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi mübahisə predmeti olan mənzil sahəsi başqa şəxsin adına özgəninkiləşdirilmişdir. Belə olan halda isə, artıq özgəninkiləşdirilmiş mənzil sahəsi üzərində inzibati orqanın sərəncam vermək səlahiyyəti qalmamışdır. Buna görə də məhkəmə hesab edir ki, həmin tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhər XDŞ İcra Hakimiyyətinin xx.xx.1963-cü il tarixli 10 saylı protokolu və xx.xx.1963-cü il tarixli 03/2022 saylı orderi əsasında Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11, mənzil 44-də yerləşən, sahəsi 16,74 metr kv olan 1 otaqlı mənzilin onun adına sənədləşdirilməsi”nə dair iddiası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar