Məhkəmə qərarları › İş №2-1(118)-3742/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3742/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3742/2025 01.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: kirayə müqaviləsinin etibarsızlığı) GİRİŞ HİSSƏ X19-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin etibarsızlığı” tələbinə dair iddiası üzrə inzibati işə 01 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt ŞİH Başçısının xx.xx.2023-cü il tarixli, 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 5 dair X14 ilə bağlanmış kirayə müqaviləsinin etibarsızlığı barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Azmənzilsənaye Tikinti Birliyi, Mənzil Təmir Tikinti İdarəsinin H/T və Mənzil Məişət Kommissiyaasının birgə keçirilmiş xx.xx.1988-ci il tarixli iclasının 1 nömrəli protokoluna əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti Aparatının “Mənzillərin Qeydiyyatı, Bölüşdürülməsi və Dəyişdirilməsi Şöbəsi” tərəfindən xx.xx.1998-ci il tarixində 29 nömrəli məktub vasitəsi ilə müəssisəyə 11-ci mikrorayon, ev 1 mənzil, 35 ünvanında üç otaqlı mənzil və 11-ci mikrorayon, ev 1, mənzil 33 ünvanında üçotaqlı mənzil ayrılmışdır. Həmin mənzillərin ev növbəsi siyahısında olan X5 və X16 verilməsi ilə bağlı qərar dəbul edilmişdir. X16 təqdim edilmiş 1a saylı binanın 33-cü mənzilinə getdikdə, məlum olmuşdur ki, bu mənzildə 1993-cü ildən Cərayıl rayonunun Çullu kəndindən olan məcburi köçkünlər məskunlaşıb. Məlum səbəblərə görə, onlardan mənzili boşaltmağı tələb etməmişlər. Bu gün də onlar həmin mənzildə yaşayırlar. Həyat yoldaşı mərhum X22 21 mart 2008-ci il tarixinrə rəhmətə getmişdir. Ona görə də, onun vərəsəsi kimi iddiaçı çıxış edir. Dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyərinə müraciət edərək mənzili özəlləşdirmək üçün tələb olunan sənədlərin verilməsini xahiş etsə də, onlar müxtəlif bəhanələr gətirərək gözləməli olduğunu bildirmişdirlər. İddiaçı 2024-cü ilin oktyabr ayında yenidən Sumqayıt Şəhər İH-nə müraciət etmiş, Sumqayıt ŞİH-dən ünvanlanan 26 noyabr 2024-cü il tarixli, 5-6/1-M-465/3-093/2024 saylı cavab məktubunda qeyd edilir ki, X1 müraciəti nəzərə alınaraq, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 844 saylı sərəncamına əsasında yaşayış sahəsi 48.74 kvadratmetr olan 3 otaqlı, Sumqayıt şəhəri ll-ci mikrorayon ev 1a, mənzil 33-ə dair onunla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, kirayə müqaviləsi bağlamağı barədə qərar qəbul edilmiş və həmin mənzilə dair 5 nəfərdən ibarət ailə tərkibi ilə onunla kirayə müqaviləsi bağlanmışdır.”. Ona görə də, iddiaçı ilə kirayə müqaviləsi bağlamaqdan imtina edilmişdir. Sumqayıt ŞİH-dən verilən cavabda belə əsaslandırılır ki, “qeyd edilən mənzil “Azərmənzilsənayetikinti” Birliyi, Mənzil Təmir Tikinti İdarəsinin Həmkarlar Təşkilatı və Mənzil-Məişət Məsələləri Komissiyasının birgə iclasının xx.xx.1998-ci il tarixli 1 nömrəli protokolu əsasında həyat yoldaşınız X15 4 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. X27 xx.xx.2008-ci ildə vəfat etmişdir. Eyni zamanda, məlum olmuşdur ki, 1a binanın 33-cü mənzili digər müəssisə tərəfindən - Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” icarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyul 1998-ci il tarixli 21 saylı protokolu əsasında X10 ayrılmışdır.”. 33 saylı mənzil Summqayıt ŞİH-nin də qeyd etdiyi kimi iddiaçılara xx.xx.2008-ci ildə, X10 isə xx.xx.2008-ci ildə ayrılmışdır. Həmçinin qeyd edir ki, kirayə müqaviləsi mənzilə ehtiyacı olan və bu mənzildə yaşayan şəxslərlə bağlanılmalıdır. 17 saylı MKS-ın arayışından da görünür ki, hal-hazırda 33 saylı mənzildə Cəbrayıl rayonunun Çullu kəndindən olan 6 nəfər ailə üzvü olan məcburi köçkün ailəsi yaşayır.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(118)-7569/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 2- 1(118)-3742/2025 nömrəli qərardadları ilə iddiaçının cavabdehə qarşı “kirayə müqaviləsinin etibarsızlığı” tələbinə dair iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin və X6 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.

5. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, yaşayış sahəsi 48,71 kvm olan 3 otaqlı ünvan 5 “Azmənzilsənayetikinti” Birliyi, Mənzil Təmir Tikinti İdarəsinin Həmkarlar Təşkilatı və və Mənzil-Məişət Məsələləri Komissiyasının birgə iclasının xx.xx.1998-ci il tarixli 1 nömrəli protokolu əsasında iddiaçının əri X15 oğlunun 4 nəfərdən (özü, arvadı, qızı və oğlu) ibarət ailə tərkibinə ayrılmışdır. X22 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda, məlum olmuşdur ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A nömrəli binanın 33 saylı mənzili digər müəssisə tərəfindən - Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” İcarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyun 1998-ci il tarixli 21 saylı protokolu əsasında X10 ayrılmışdır. ünvan 5-ə dair 2 müxtəlif müəssisə tərəfindən verilmiş hər 2 protokol şöbənin keçmiş rəhbərliyi tərəfindən qəbul edilmiş və məlum hadisələrlə əlaqədar 1A saylı yaşayış binası, eləcə də, 33 nömrəli mənzil məcburi köçkün ailəsi tərəfindən zəbt edildiyindən sənədləşmə işləri dayandırılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısınin xx.xx.2023-cü il tarixli 578 saylı sərəncamı ilə Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 1A və 2B saylı yaşayış binaları şəhər İcra Hakimiyyətinin balansına daxil edilmişdir. X2 2023-cü ilin sentyabrında ərizə ilə (d.o. Ə- 212/2-091/2,xx.xx.2023-cü il) Şəhər İcra Hakimiyyətinə müraciət edərək, ünvan 5-ə dair onunla kirayə müqaviləsi bağlanmasını xahiş etmişdir. X1 müraciəti nəzərə alınaraq, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 5-ə dair onunla xx.xx.2009cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, kirayə müqaviləsi bağlanması barədə qərar qəbul edilmiş və həmin mənzilə dair 5 nəfərdən ibarət ailə tərkibi ilə onunla kirayə müqaviləsi bağlanmışdır. Beləliklə, ünvan 5 eyni zamanda digər müəssisə tərəfindən - Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” İcarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyun 1998-ci il tarixli 21 saylı protokolu əsasında X10 verildiyindən və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 844 saylı sərəncamı ilə onun adına rəsmiləşdirildiyindən, İddiaçı həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə xahişinin təmin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı ünvan 5-ə dair onunla kirayə müqaviləsinin bağlanması və ya buna alternativ olaraq həmin binanın 2,3,4-cü mərtəbələrində yerləşən hər hansı digər 3 otaqlı mənzillə təmin olunması barədə müraciətinə (d.o.5-6/1-M-465/3-093, xx.xx.2024-cü il) Sumqayıt Şəhər İcra Hakimiyyətində baxılaraq həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə xahişinin təmin edilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi barədə ona yazılı cavab məktubu verilmişdir. İddiaçı müraciəti ilə əlaqədar Şəhər İcra Hakimiyyətində qəbul edilmiş, qeyd edilənlər onun nəzər diqqətinə çatdırılmış, xahişinin müsbət həllinin Şəhər İcra Hakimiyyətinin imkanları xaricində olduğu ona bildirilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin etibarsızlığı”na dair iş üzrə iddia tələbi Sumqayıt cavabdeh Şəhər İcra Hakimiyyəti tərəfindən etirazla qarşılanır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehə və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

9. Həmin Məcəllənin 36.1-ci maddəsinə görə, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər.

10. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İddia mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) cavab verir.

11. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

12. Azərbaycan Respublikası İcarə müəssisəsi “Azmənsilsənayetikintitəmir” birliyi Mənzil Təmir- Tikinti idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 1 nömrəli arayışdan görünür ki, Sumqayıt şəhər İcra hakimiyyəti başçısı aparatı mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin xx.xx.1998-ci il tarixli, 29 saylı məktubuna əsaslanaraq 11-ci mikrorayon, 1 №-li binadan 33 nöməli 3 otaqlı mənzil X16 verilmişdir.

13. AZ-İ 302361 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir.

14. Sumqayıt şəhəri 1 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş X15 vərəsəlik işinin əsli məhkəməyə təqdim edilmişdir.

15. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 844 nömrəli sərəncamından görünür ki, yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 5-ə X14 ilə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır. Ailə tərkibi 5 nəfərdir: 1. X14- özü,

2. X7- arvadı, 3.X12- qızı, 4.X11 - qızı,

5. X23 - oğlu.

16. 10.10.2023-cü il tarixli,13 nömrəli daşınmaz mənzil fondu yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal İB və X14 tərəfindən bağlanmışdır.

17. İddiaçılar X6, X8, X3 və X13 cavabdeh Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 saylı Mənzil Kommunal Sahəsinə qarşı “Sumqayıt şəhəri,11-ci mikrorayon, 1 A saylı binada yerləşən 6, 28, 33 və 37 saylı mənzillərə dair “mənzilə hüququ olan şəxlər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışının” (2 №-li forma) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə qəbul edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-491/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddia təmin edilmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-313/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, iddiaçı X4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair ərizəsi geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir.

19. Məhkəmənin sorğusuna əsasən, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-6/2-889/2025 saylı məktubdan görünür ki, yaşayış sahəsi 48,74 kvm olan 3 otaqlı ünvan 5 Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” İcarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyun 1998-ci il tarixli 21 saylı protokolu əsasında X9 5 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 5-ə dair onunla xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması barədə qərar qəbul edilmiş və həmin mənzilə dair 5 nəfərdən ibarət ailə tərkibi ilə onunla kirayə müqaviləsi bağlanmışdır. Bildirilir ki, X22 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onun tərəfindən kirayə müqaviləsi bağlanmasına dair razılıq ərizəsi verilməsi müəyyən edilməmişdir.

20. Məhkəmənin sorğusuna əsasən, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin 17 saylı MKS tərəfindən verilmiş 27 nömrəli, xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, 11-ci mikrorayon, ev 1a, mənzil 33 ünvanında araşdırma aparılmış və məlum olmuşdur ki, bu ünvanda İddiaçı adlı şəxs yaşamır. Hal- hazırda bu ünvanda Cəbrayıl rayon Çullu kənd Məcburi köçkünü X24 ailə üzvləri ilə birgə məskunlaşıb yaşayırlar.

21. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3- 21-3-31/2-2251/2025 nömrəli məktubdan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 1a ünvanında yerləşən 33 nömrəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar olunmamışdır. IV. Tətbiq edilən hüquq

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır; 65.1-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2-ci maddəsinə əsasən, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

IV. Məhkəmənin mövqeyi

23. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

24. Yuxarıda sadalanan qanunvericiliyin normaların məzmunundan göründüyü kimi, qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

25. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair “müəyyən etmə və tanınma haqqında” iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun.

26. Məhkəmə qeyd edir ki, məhkəmənin göndərmiş olduğu sorğuya Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-6/2-889/2025 saylı məktuba əsasən, yaşayış sahəsi 48,74 kvm olan 3 otaqlı ünvan 5 Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” İcarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyun 1998-ci il tarixli 21 saylı protokolu əsasında X9 5 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 5-ə dair onunla xx.xx.2009cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, kirayə müqaviləsi bağlanması barədə qərar qəbul edilmiş və həmin mənzilə dair 5 nəfərdən ibarət ailə tərkibi ilə onunla kirayə müqaviləsi bağlanmışdır. Bildirilir ki, X22 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onun tərəfindən kirayə müqaviləsi bağlanmasına dair razılıq ərizəsi verilməsi müəyyən edilməmişdir.

27. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-6/1-M-465/3- 093/2024 saylı məktuba əsasən, yaşayış sahəsi 48.71 kvm olan 3 otaqlı ünvan 5 “Azmənzilsənayetikınti” Birliyi, Mənzil Təmir Tikinti İdarəsinin Həmkarlar Təşkilatı və və Mənzil-Məişət Məsələləri Komissiyasının birgə iclasının xx.xx.1998-ci il tarixli 1 nömrəli protokolu əsasında həyat yoldaşı X15 4 nəfərdən ibarət ailə tərkibinə ayrılmışdır. X22 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda, məlum olmuşdur ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon, 1A nömrəli binanın 33 saylı mənzili digər müəssisə tərəfindən - Z.S.Hacıyev adına “Sumqayıtsənayemülkitikinti” İcarə Törəmə müəssisəsinin BHİK-nin rəyasət heyətinin 14 iyun 1998-ci il tarixli 21 saylı protokolu əsasında X10 ayrılmışdır. ünvan 5-ə dair 2 müxtəlif müəssisə tərəfindən verilmiş hər 2 protokol şöbənin keçmiş rəhbərliyi tərəfindən qəbul edilmiş və məlum hadisələrlə əlaqədar 1A saylı yaşayış binası, eləcədə 33 nömrəli mənzil məcburi köçkün anəsi tərəfindən zəbt edildiyindən sənədləşmə işləri dayandırılmışdır.

28. Yuxarıda qeyd olunan məktubun mətnindən də aydın olur ki, sözügedən mənzil daha əvvəl məhz iddiaçının mərhum ərinə ayrılmışdır.

29. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 5 dair X14 ilə bağlanmış kirayə müqaviləsi etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

30. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli, 844 saylı sərəncamı əsasında yaşayış sahəsi 48,74 kvadratmetr olan 3 otaqlı ünvan 5 ünvanına dair X14 ilə bağlanmış kirayə müqaviləsi etibarsız hesab edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X19-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar