Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-375/2020 24.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçının nümayəndə və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X3rşı “İddiaçı adına Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı , yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı evdə olan payına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsinin cavabdehə həvalə olunması tələbinə” dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçının paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı ev, yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı evin naturada bölünməsinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyinə əsaslanaraq məhkəmə xx.xx.2018-ci il tarixdə iddianı təmin etmiş, payının Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa və cavabdeh tərəfindən xx.xx.2016-cı ildə tərtib olunmuş 293 inventar nömrəli “Texniki pasport”a uyğun naturada ayrılması barədə qətnamə qət edilmişdir. xx.xx.2018-ci il tarixli 2/060/-457/2018 saylı İcra Vərəqəsi xx.xx.2018-ci ildə icra vərəqəsi aidiyyəti hissədə icra olunması üçün cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı ərazi idarəsinə göndərilmişdir. Xidmətin 2 saylı ərazi idarəsində olmuş, əməkdaşlar tərəfindən ona ərizə yazdırılmış, sənədlər alınmış, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi üçün idarənin daxili kassasına 80 manat dövlət rüsumu ödətdirilmişdir. Cavabdeh tərəfindənrəis müavini Akif Təhməzovun imzası ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş xx.xx.2018-ci il tarixli məktubda payının naturada ayrılmasının Xidmətin səlahiyyətləri xaricində olması və payının naturada ayrılması və ona tanıdılması ilə bağlı keçiriləcək baxışda Xidmətin mütəxəssislərinin iştirakının təmin ediləcəyi bildirilmişdir. Həqiqətən də Xidmətin 2 nəfər mütəxəssisi evinə gəlmiş, lakin onlardan birinin təklifi ilə razılaşmadığından, naturada bölünmüş payının tanıdılması süni surətdə mürəkkəbləşdirilmişdir. Eyni tarixli, yəni xx.xx.2018-ci il tarixli məktubda, rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Abdulla Abdullayevin imzası ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş məktubda onun idarəyə müraciət etmədiyi göstərilmişdir. xx.xx.2018-ci il tarixli məktubu ilə guya qətnamənin icrası ilə əlaqədar cavabdehə müraciət etmədiyi üçün İcra vərəqəsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində məndən izahat alınmış yenidən icra vərəqəsi xx.xx.2018-ci il tarixli 26544/4 saylı müşaətedici məktubla cavabdehə geri göndərilmiş, məktubda onun ərizə ilə 2 saylı ərazi idarəsinə ərizə ilə müraciət etdiyi qeyd edilmişdir. Cavabdehin xahişi ilə xx.xx.2019-cu ildə icra vərəqəsinin surəti bir sıra sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh payın naturada ayrılmasına dair Aktın idarəyə təqdim edildikdən sonra paya hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın veriləcəyini bildirdiyindən, payın naturada ayrılmasına dair xx.xx.2019-cu il tarixli Akt cavabdehə təqdim edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi xx.xx.2019-cu il tarixdə yenidən icra vərəqəsini, Çıxarışı, ekspert rəyini, Aktın surətini cavabdehə icra olunması üçün göndərmişdir. Bununla əlaqədar 2 saylı ərazi idarəsinin rəis müavininin, hüquq şöbəsinin müdirinin qəbulunda olmuş, lakin cavabdeh yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə xx.xx.2019-cu il tarixli məktub göndərərək onun dövlət qeydiyyatı aparılması üçün ərizə ilə cavabdehə müraciət etmədiyini göstərmişdir. xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə sifarişli məktubla onun adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə dair ərizə göndərmiş, xx.xx.2019-cu il tarixdə poçt vasitəsi ilə cavabdehdən xx.xx.2019-cu il tarixli cavab məktubu almışdır. Məktubda onun Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı, yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı evdə olan naturada ayrılmış payına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsindən imtina edilmiş, tələb olunan hərəkətlərin icrasının onun səlahiyyətlərinə aid olmadığı və guya idarəyə icra vərəqəsinin əslinin deyil, fotosurətinin daxil olduğu üçün icra olunmadan xx.xx.2019-cu il tarixdə geri qaytarıldığı bildirilmişdir. Məktubda göstərilən xüsusatlar həqiqətə uyğun olmadığından məhkəməyə müraciət etməyə məcbur olmuş və hesab edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı evdə olan naturada ayrılmış onun payına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndə və vəkili məhkəmədə iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar idarə tərəfindən araşdırılmış və müəyyən edilmişdir ki, iddiaçı Xəlilova X5 şəhəri, Corat qəsəbəsində yerləşən 349 nömrəli fərdi yaşayış evinin (yeni qaydalarla ünvanı: AZ 5021, ünvan 1 dövlət qeydiyyatına alınması və həmin fərdi yaşayış evinə dair ilkin texniki pasportun verilməsinə dair xx xxxxxxxx 2018-ci il tarixli ərizə ilə Cavabdehnə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə uyğun olaraq sözügedən fərdi yaşayış evi üzərində İddiaçı və X4 paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq onların adına vahid əmlak kimi həm fərdi yaşayış evi, həm də onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq dövlət reyestrindən xx xxxxxx 2016-cı il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Lakin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi paylı mülkiyyətdə olduğuna görə, qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri olmadan həmin fərdi yaşayış evinin yalnız İddiaçı xüsusi mülkiyyətində olduğunu əks etdirən qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində aparılması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, digər mülkiyyətçinin hüquqlarının da pozulmasına gətirib çıxarır. Belə ki, üzərində İddiaçı paylı mülkiyyət hüququ qeydiyyata alınmış həmin fərdi yaşayış evi həm də digər şəxsin (X4) mülkiyyətində olduğundan və ərizəyə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(060)-457/18 saylı qətnaməsində nəzərdə tutulduğu qaydada naturada paylara uyğun ayrılmadığından həmin fərdi yaşayış evinin İddiaçı aid olan hissəsi üzərində ayrıca qeydiyyatın aparılması mümkün olmamışdır. Sözügedən qətnamə icra olunduqdan və həmin qətnamədə nəzərdə tutulduğu kimi, fərdi yaşayış evindəki paylar naturada ayrıldıqdan sonra, ayrılma nəticəsində yaranmış daşınmaz əmlak (fərdi yaşayış evi) üzərində İddiaçın mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.12-ci maddəsinə əsasən daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan bölmələrə və qovluqlara istinad olunmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən hüququn dövlət qeydiyyatından imtina edilmiş və bu barədə İddiaçı xx xxxxxxx 2018-ci il tarixli **********51 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt-Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh təşkilatın nümayəndəsi etiraz ərizəsində yazılanlara uyğun izahat verərək, iddia tələbinin mümkün hesab edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2019-cu il tarixli **********73 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli **********73 nömrəli etirazı, Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(060)-457/18 saylı qətnaməsinin və həmin qətnaməyə dair verilmiş icra vəqəsinin surəti, xx.xx.2016-cı il tarixli, **********64-10301 reyestr nömrəli texniki pasportun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmədə müəyyən olundu ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-457/2018 saylı xx xxx 2018-ci il tarixli qətnaməsinə əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 nömrəli fərdi yaşayış evinin (yeni qaydalarla ünvanı: AZ 5021, ünvan 1 birgə mülkiyyətçiləri olan İddiaçı və X4 daşınmaz əmlakda olan payları naturada ayrılmışdır. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraaya yönəldilmiş, lakin hazır ki iddia tələbi üzrə cavabdeh olan DƏDRX-nin 2 saylı ərazi idarəsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən imtina etmişdir. Cavabdeh təşkilat imtinasını belə əsaslandırır ki, hər bir daşınmaz əmlakla bağlı müvafiq bölmələr, o cumlədən qovluqlar olur və müstəqil formada mövcud olan tikiliyə yeni nömrə verilməklə dövlət qeydiyyatından keçir. Hazır ki, iddia tələbi üzrə iddiaçının mülkiyyətində olan naturada payı ayrılmış mənzil Sumqayıt şəhəri,Corat qəsəbəsində yerləşən 349 saylı fərdi yaşayış evinin tərkib hissəsidir. Ona görədə İddiaçı naturada ayrılmış payının müstəqil əmlak kimi qeydiyyatdan keçirilməsi mümkün deyil. Məhkəmə iddia tələbinə dair aşağıdakıları qeyd etməyi zəruri bilir. İlk öncə nəzərə alınmalıdır ki, mülkiyyətin xüsusi növləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu fəslində öz əksini tapmışdır. Həmin Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın bölünməsinin və ondan payın ayrılmasının qaydaları müəyyən olunur. Qeyd olunan qaydalara uyğun olaraq ayrılma aşağıdakı ardıcıllıqla həyata keçirilir: Tərəflərin razılığı əsasında onların ümumi birgə mülkiyyətdə olan əmlakda payları müəyyən edilir, həmin razılaşma olmadığı tədqirdə məhkəmənin qərarına əsasən tərəflərin birgə mülkiyyətdə olan əmlakda payları müəyyən edilir, paylar müəyyən edildikdən sonra tərəflərin istəyinə uyğun müəyyən edilmiş paylar məhkəmə qərarına əsasən naturada ayrılır, texniki cəhətdən əmlakın naturada ayrılması mümkün olmadığı tədqirdə əmlak payının naturada ayrılmasını tələb edən şəxs tərəfindən digər pay hüququ olan şəxsə onun payının alınması ilə bağlı təklif göndərilir, qeyd olunan təklifə müsbət cavab verilmədiyi tədqirdə mübahisə predmeti olan daşınmaz əmlak məhkəmənin qərarına əsasən açıq hərracda satılır və satışdan əldə olunmuş vəsait tərəflərin paylarına mütanasib olaraq aralarında bölüşdürülür. Qeyd olunan maddənin tələbləri baxımından yuxarıda sadalanan qaydaların ardıcılığına riayət etmək imperativ xarakter daşıyır. Göründüyü kimi Mülki Məcəllənin 220-ci maddəsinin məqsədi ümumi birgə mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun ayrıldıqdan sonra müstəqil əmlak kimi fəaliyyət göstərməsinin təmin edilməsinə xidmət edir. Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin vəzifə funksiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatına alınmasından ibarətdir. Göründüyü kimi hazır ki, iddia tələbi üzrə iddiaçı olan Xəlilova X5 şəhəri,Corat qəsəbəsi,349 saylı evdə olan pay hüququnu Mülki Məcəllənin müddəaları əsasında əldə etmişdir. Hesab olunur ki, cavabdeh təşkilatın gətirdiyi formal tələblər İddiaçı daşınmaz əmlakda əmələ gəlmiş mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi üçün əsas deyil. Belə ki, işin araşdırılan hallarından məlum olmuşdur ki, İddiaçı qeydiyyata alınması tələb etdiyi fərdi yaşayış evinin ayrıca girişi, dam örtüyü və X4 fərdi yaşayış evi ilə İddiaçı evləri arasında hasar mövcuddur. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumenti əsassız olur. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə daşınmaz əmlakda payın naturada ayrılması barədə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini və həmin Məcəllənin əsasında qəbul edilmiş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini yerinə yetirməkdən imtina edir. Belə ki, əmlakın naturada ayrılması təkcə əmlakın faktiki baxımından bölünməsi ilə kifayətlənə bilməz. Yuxarıda sadalanan maddi hüquq normalarından bəlli oldu ki, əmlakın naturada ayrılmasının məqsədi həmin əmlakın müstəqil olaraq qeydiyyatdan keçməsinə xidmət edir. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilat qanunla ona verilmiş hüquqdan sui istifadə edir. Bu isə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı (yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı) evdə olan payına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı adına Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı (yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı) evdə olan payına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (ayrıca çıxarışın) çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X8 həvalə olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-375/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-375/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver