Məhkəmə qərarları › İş №2-1(118)-375/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-375/2021

16.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-375/2021 16.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məcburi dövlət sosial sığorta haqları üzrə 13439.20 manat əsas, 84.00 manat faiz borcunun, ümumilikdə isə 13523.20 manat borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasını inzibati məhkəmə icraatı qaydasında araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin məcburi dövlət sosial sığorta haqları üzrə 13439.20 manat əsas, 84.00 manat faiz borcunun, ümumilikdə isə 13523.20 manat borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair iddia ilə məhkəməyə müraciət etmiş, xx xxxxx 2021-ci il tarixdə daxil olmuş ərizəyə əsasən iddiaçı iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, yenidən məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar