Məhkəmə qərarları › İş №2-1(118)-3756/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3756/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3756/2025 24.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə N4 sentyabr N0N5-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona dəymiş N7585,35 (iyirmi yeddi min beş yüz səksən beş manat otuz beş qəpik) manat məbləğində maddi ziyanın cavabdehdən tutularaq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Silahlı Qüvvələrinin “kiçik leytenant” rütbəsində ehtiyatda olan zabitidir. 06 dekabr N0N4-cü il tarixindən “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddətləri başa çatdıqda) ehtiyata buraxılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin döyüş idarəetmə qrupunun maddi-texniki təminat üzrə zabiti vəzifəsində xidmət keçərkən, N8 avqust N0N3-cü il tarixindən 06 dekabr N0N4-cü il tarixinədək Sərəncama çıxarılmış və bu müddət ərzində ona yalnız N (iki) ayın təminat xərci ödənilmişdir. Qanunvericilyin tələblərinə əsasən, zabitlər ən çoxu 4 (dörd) ay Sərəncamda saxlanıla bilərlər. İddiaçı isə 1 (bir) il 3 (üç) ay müddətində qanunsuz olaraq Sərəncamda saxlanılmışdır. Bütün bu müddət ərzində ailəsini, övladlarını dolandırmaq üçün qohumlarından, tanışlarından borc alaraq dolanmışdır. Nəticədə, ona və ailəsinə böyük məbləğdə maddi ziyan dəymişdir. Məsələ ilə əlaqədar olaraq xx.xx.N0N4-cü il tarixində vəkili vasitəsilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə rəsmi şəkildə müraciət etmişdir. Cavabdeh qurumdan qanunla müəyyən olunmuş müddət ərzində hər hansı bir cavab almamışdır. Cavabdehin mövqeyini qanunsuz, əsassız və ədalətsiz sayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir

ƏSASLANDİRMA HİSSƏSİ

İİ. İddianın növü və mümkünlüyü

5. İddianın növü İPM-in N.N.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

6. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. Cavabdeh inzibati orqana mövcud tələblə müraciət etmişdir. İddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli, 160/N-534 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu kiçik leytenant İddiaçı sonuncu xidməti yeri yaşayış sahəsi Xocavənd rayon Hadrut qəsəbəsi olmuşdur.

8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixli, 3-N5- 19/N-1709/N0N5 nömrəli məktubdan görünür ki, İddiaçı aid maliyyə sənədlərinin Maliyyə və Büdcə İdarəsində olmadığından təqdim olunması imkan xaricindədir.

9. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsi tərəfindən verilmiş xx.xx.N0N5-ci il tarixi məktubdan görünür ki, hərbi qeydiyyatda olan ehtiyatda olan kiçik leytenant 1991-ci il təvəllüdlü İddiaçı oğuna məxsus şəxsi işin surəti və xidmətkeçmə haqqında məlumatlar məhkəməyə təqdim edilmişdir.

II. Tətbiq edilən hüquq

10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.N Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə N1. Zərərin əvəzinin ödənilməsi Maddə N1.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə N1.N. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə N1.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) Maddə 1096.N. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.

12. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin N1 və N3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.N00N-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq, əmlak və qeyri-əmlak xarakterli olur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir.

13. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin N3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.N0N0-ci il tarixli Qərarında müəyyən olunmuşdur ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.

14. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 7N. Hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər. Hərbi qulluqçuları vəzifələrə təyin edərkən aşağıdakı şərtlərə riayət edilir: d) hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi, bir qayda olaraq, onlar müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilmədən aparılır. Müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olduqları gündən 4 aydan gec olmayaraq vəzifəyə təyin edilirlər. Hərbi təhsil müəssisələrinin məzunları hərbi təhsil müəssisəsini bitirdikdən sonra müvafiq vakant vəzifələrə təyin edilirlər, müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilənlər isə hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar verilmiş məzuniyyəti istifadə edərək korpusa, diviziyaya, gəmi briqadasına bilavasitə gəldikdən sonra təyin edilirlər. Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar. Hərbi qulluqçular istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə keçirilmə məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir; e) vakant vəzifəni təcili tutmaq zərurəti olduqda, birbaşa rəisdən, hərbi hissə komandirindən başlayaraq, ona bərabər və ondan yuxarı səlahiyyətə malik olanlara, bu vəzifəyə təyin etmək hüququ olan rəisin razılığı ilə hərbi qulluqçunu, onun vəzifəyə təyin edilməsi üçün sənədlərini dərhal tərtib etməklə vəzifəni müvəqqəti icra etməyə buraxmağa icazə verilir. 15N. Yaşına, səhhətinə və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılan və pensiya hüququ olmayan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ehtiyatdan çağırılan zabitlərdən başqa) bir il müddətində rütbələrinə görə maaş almaq hüququna malikdirlər. Xidməti uyğunsuzluğuna, hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törətdiyinə, ya da törətdiyi cinayətlə əlaqədar məhkum olunduğuna görə (hərbi rütbəsindən məhrum edilməyən) həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçulara qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş maddi təminatın güzəştlə verilməsi məhdudlaşdırılır.

153. Hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hərbi rütbəsindən, tutduğu vəzifədən və əvvəlki xidmətlərindən asılı olmayaraq, hərbi intizamı və ictimai asayişi pozduqlarına görə, Azərbaycan Respublikası Silahlı X1 tələblərinə uyğun törətdikləri cinayətə görə — cinayət məsuliyyəti, vurduqları maddi zərərə görə — dövlətə vurulmuş zərərə görə qüvvədə olan qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa);

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.N. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

İV. Məhkəmənin mövqeyi

16. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

17. Məhkəmə qeyd edir ki, Füzuli Hərbi Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.N0N3-cü il tarixli, 1-1(097)-357/N0N3 saylı hökmdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.N və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-nin 179.3.N-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 313-cü maddəsi ilə 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, İddiaçı təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin olunmuş 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilmiş, sınaq müddətinin əvvəli hökm icraya yönəldiyi vaxtdan hesablanmış, Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, İddiaçı üzərinə nümunəvi xidmət etmək vəzifəsi qoyulmuş, İddiaçı davranışına nəzarət onun xidmət etdiyi hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunduğu halda isə qeydiyyatda olduğu rayonun İcra və Probasiya şöbəsinə həvalə edilmiş, İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmış, İddiaçı barəsində seçilmiş əlavə qətimkan tədiri qismində vəzifədən kənarlaşdırma ləvğ edilmişdir.

18. Füzuli Hərbi Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.N0N4-cü il tarixli, 7-1(097)-N4/N0N4 saylı qərardan görünür ki, İddiaçı barəsində şərti məhkum etmə ləğv edilməsi və məhkumluğun vaxtından əvvəl üzərindən götürülməsi qərara alınmışdır.

19. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən qəbul edilmiş xx.xx.N0N4cü il tarixli, 7-1(106)-1/N0N4 saylı qərardan görünür ki, Füzuli hərbi prokurorunun köməkçisi Murad Məmmədli tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Füzuli Hərbi Məhkəməsinin 17 iyul N0N4-cü il tarixli, 7-1(097)-N4/N0N4 saylı şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun vaxtından əvvəl götürülməsi barədə qərarı həmin protestə münasibətdə ləğv edilməsi, məhkum İddiaçı şərti məhkum etmənin ləğv edilməsinə dair ərizəsi təmin edilməməsi qərara alınmışdır.

20. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.N (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir, yəni cinayət işi bəraətverici əsasla yekunlaşmamışdır. Beləliklə, iddiaçının sərəncamda qalma əsası haqlıdır, həmin dövrdə vəzifələrinin icrasına buraxıla bilməzdi.

21. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N3-cü il tarixli, N7N nömrəli əmrindən çıxarışdan görünür ki, əməliyyat və döyüş hazırlığı bölməsinin (Q3) döyüşü idarəetmə qrupunun zabiti (maddi-texniki təminat üzrə) kiçik leytenant XN N nömrəli hərbi hissə komandirinin N6 avqust N0N3-cü il tarixli 010 nömrəli əmri ilə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 7N-ci maddəsinin “b” bəndinə (barəsində vəzifəsindən kənarlaşdırma qətimkan tədbiri seçildiyinə görə) müvafiq olaraq N6 iyul N0N3-cü il tarixdən işlərini və vəzifəsini təhvil vermiş, hərbi hissə komandirini sərəncamına keçirilmiş hesab edilmişdir.

22. N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli, 375 nömrəli əmrindən çıxarışdan görünür ki, Hərbi hissə komandirini sərəncamında olan kiçik leytenant İddiaçı oglu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə, 06 dekabr N0N4-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılsın və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinə göndərilsin. Kiçik leytenant İddiaçı N0N4-cü ilin yanvarnoyabr aylarındakı xidmətinə görə, Azərbaycan Respublikası müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə müvafiq olaraq birdəfəlik pul mükafatından məhrum edilsin. Kiçik leytenant İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş həcmində birdəfəlik pul müavinəti ödənilsin. N0N4-cü il üçün nəzərdə tutulmuş birdəfəlik maddi yardım ödənilib. N0N4-cü ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib.

23. Məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkətlər etməsi, bunun nəticəsində iddiaçıya maddi ziyan vurulması müəyyən edilmədiyi üçün iddia tələbi əsassızdır.

24. İPM-in: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.N-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

25. Göstərilənlərə əsasən və İPM-in 4.1, N3.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X3-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar