Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3760/2022 02.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “JN-223 KOD 30321148 saylı torpağın mülkiyyətə verilməsinə dair X6 rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.30 ha “kənd təsərrüfatı məhsulları istehsalı” təyinatlı torpaq sahəsinin ayrılmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı “JN-223 KOD 30321148 saylı torpağın mülkiyyətə verilməsinə dair X6 rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.30 ha “kənd təsərrüfatı məhsulları istehsalı” təyinatlı torpaq sahəsinin ayrılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli, 07 nömrəli qərarı ilə ailə üzvlərinin mülkiyyətinə Torpağa mülkiyyət hüququna dair JN-223 KOD 30321148 saylı Dövlət Aktına əsasən həyat yoldaşı X2, oğlu X1 və oğlu Seyidəhmədov Dəmir (Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında adı səhvən Rəşid olaraq qeyd edilmişdir) Seyidşah oğluna 0.90 ha '“Kənd təsərrüfatı məhsulları istehsalı” təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Quba rayonunun Püstə-qasım kəndi ərazisinə daxil olmuşdur. Quba rayon AİK-nin 26 oktyabr 1997-ci i! tarixli, 07 nömrəli qərarı ilə təsərrüfat üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 0,30 ha orta torpaq payı müəyyən edilmiş, təsərrüfat ərazisindəki kəndlərdə yaşayan vətəndaşların sahələrində olan normadan artıq torpaqlar, onların torpaq payından çıxılmışdır. Onlara - 4 (dörd) nəfər ailə üzvünə normaya uyğun olaraq 1,20 ha torpaq sahəsi ayrılmalı olduğu halda, iddiaçıya ayrılmalı olan 0,30 ha torpaq sahəsi ona məlum olmayan səbəb(lər)dən onun adına ayrılmamış, nəticədə ümumilikdə 3 nəfərə 0.90 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası MM-nin 157.1-ci maddəsinə əsasən mülkiyyətinin mülkiyyət hüququnun tanınmasının tələb etmək ixtiyarı vardır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı, JN-223 KOD 30321148 saylı torpağın mülkiyyətə verilməsinə dair X6 rayon Aqrar İslahat Komissiyasının 26 oktyabr 1997-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.30 ha “kənd təsərrüfatı məhsulları istehsalı” təyinatlı torpaq sahəsinin ayrılmasını istəyir. “Torpaq İslahatı” haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. İddiaçının Aqrar İslahat Komissiyasının mövcud olduğu zaman torpaq sahəsinin ayrılması ilə bağlı hüququndan istifadə etmə imkanı olsada, onun məhkəməyə müraciət etməsi, öz hüququndan istifadə etməsi isə müəyyən olunmur. Aqrar islahat Komissiyası tərəfindən vətəndaşlara pay torpaqları ayrıldığı dövrdə iddiaçı ona pay torpaq sahəsinin ayrılmasını tələb edə bilərdi. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin mahiyyəti və məqsədi vətəndaş və dövlət orqanları arasında yaranmış mübahisənin həllindən ibarətdir. Şəxsin inzibati icraat qaydasında hüquq və qanuni maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməsi üçün ilk növbədə onunla inzibati orqan arasında mübahisənin yaranması, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində şəxsin hüququ və azadlıqlarının pozuntusu hallarının mövcud olması, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən əsassız olaraq imtina edilməsi və bu kimi digər şərtlərin yaranması zəruridir. Hazırki işdə Quba rayon İcra Hakimiyyətinin ləğv edilmiş Quba rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Eyni zamanda cavab inzibati orqanın hazırda mülkiyyət hüququ ilə torpaq ayırması səlahiyyəti yoxdur Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3760/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3760/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver