Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3765/2023 07.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliynə qarşı “2018/2019-cu tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetin Filalogiya və biologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsil pilləsini qiyabi (pullu) bitirdiyini nəzərə alaraq, “Dövlət nümunəli Bakalavr Diplomun” Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə göndərilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliynə qarşı “2018/2019-cu tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetin Filalogiya və biologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsil pilləsini qiyabi (pullu) bitirdiyini nəzərə alaraq, “Dövlət nümunəli Bakalavr Diplomun” Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə göndərilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-2019-cu tədris illərində Universitetin Filalogiya və biologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsil pilləsini bitirmiş, aldığı təhsil qiyabi və ödənişli olmuş, Universitetdə oxuduğu illər ərzində hər il ödəniş etmiş və smestrlərdə iştirak edib müvəffəqiyyət qazanaraq kursdankursa keçmişdir. Baxmayaraq ki, Universiteti 2018-2019-cu tədris ilində bitirmiş, lakin bugünədək bakalavr diplomunu əldə edə bilməmiş, keçən 4 il ərzində dəfələrlə Universitetin rəhbərliyinə diplom üçün müraciət etsə də, hər dəfə yeni-yeni əngəllərlə rastlaşmış, Universitetin rəhbərliyi bildirir ki, ona bakalavr diplomunun verilməsinə Təhsil Nazirliyi mane olur və buna görə də gözləmək lazımdır. Artıq 4 ildir ki, gözləyir, artıq səbri tükənmiş daha gözləmək istəmir. Hesab edir ki, aşağıda qeyd olunan qanunvericiliyin tələbləri nəzərə alınacaq və qanunamüvafıq qayda da mənə bakalavr diplomu veriləcəkdir. Cavabdehə xx.xx.2023-cti il tarixdə rəsmi ərizə və ona edilmiş əlavələrlə müraciət etmiş ki, 2018/2019-cu tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetin Filalogiya və biologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsil pilləsini qiyabi (pullu) bitirdiyimə görə Dövlət nümunəli Bakalavr Diplomunun mənə verilməsi üçün Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə göndərsin. Lakin cavabdeh bugünədək müraciətinə cavab verməmişdir. 3-cü şəxs Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə xx.xx.2023-cü il tarixdə rəsmi ərizə və ona edilmiş əlavələrlə müraciət etmiş ki, 2018-2019cu tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetin Filalogiya və biologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsil pilləsini qiyabi (pullu) bitirdiyiə görə ona Dövlət nümunəli Bakalavr Diplomu verilsin. Lakin 3-cü şəxs Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti bugünədək rəsmi müraciətinə heç bir yazılı və şifahi cavab verməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Təfəkkür Universitetinin fəaliyyəti dayandırılmış olsa də, hüquqi şəxs kimi mövcuddur, ləğv edilməmiş və ya yenidən təşkil edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, diplomun müəyyən edilmiş qaydalar üzrə alınması, qeydiyyat, saxlanılması və uçotunun aparılması işinin təşkili üçün ali təhsil müəssisələrinin rəhbərləri məsuliyyət daşıdığından diplom blanklarının verilməsi ilə bağlı müvafiq tələb məzunlar tərəfindən deyil, “Təfəkkür” Universiteti tərəfindən irəli sürülməsi iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi hesab oluna bilər. Qeyd edilən tələb, yəni “Təfəkkür” Universiteti tərəfindən Cavabdehnə qarşı məzunlara diplomların verilməsi tələbi irəli sürüldüyü təqdirdə cavabdeh tərəfindən bildirilən etirazın əsaslan (tələbələrin köçürülməsinin qanuniliyi, köçürmə zamanı Təhsil Nazirliyinin razılığının alınmalı olması, Dövlət imtahan Komissiyasının qərarının legitimliyi və iş üzrə əhəmiyyətli digər hallar) məhkəmə tərəfindən araşdırıla bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, “Təfəkkür” Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyildir. Odur ki, iddiaçının hazırkı tələblə (diplomun verilməsi öhdəliyinin qoyulması) öz seçimləri ilə “Təfəkkür” Universitetinə qarşı səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsl olmayan, yəni iddiaya cavab verməli olmayan Cavabdehnə qarşı yönəldiyindən, üçüncü şəxs “Təfəkkür” Universiteti inzibati orqan olmadığından, iş üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh tərəfindən iddiaçının hüquqlarının və qanunla qorununan maraqlarının pozulması hallarına yol verilmədiyindən, bununla da iddianın mümkünlük şərtləri yerinə yetririlmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliynə qarşı “2018/2019-cu tədris ilində Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetin Filalogiya və biologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bakalavr təhsil pilləsini qiyabi (pullu) bitirdiyini nəzərə alaraq, “Dövlət nümunəli Bakalavr Diplomun” Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə göndərilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3765/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3765/2023
07.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver