Məhkəmə qərarları › İş №2-1(118)-3766/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3766/2023

02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3766/2023 02.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, **********5895 saylı qərarının ləğv edilməsi”nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia qaldıraraq “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin və xx.xx.2022-ci il tarixli, 002046 seriya nömrəli aktının və həmin akt əsasında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, **********5895 saylı qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, **********5895 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən ona məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 141, 2-ci massiv ünvanında yerləşən obyektimə baxış keçirilmiş və xx.xx.2022-ci il tarixli, 002046 seriya nömrəli akt tərtib edilmişdir. Akt tərtib edilərkən obyektdə olmamışdır. xx.xx.2022-ci il tarixli, **********5895 saylı qərarla AR VM-in 50.1.14-cü maddəsinə əsasən POS-terminalın olmaması əsası ilə 1000 manat məbləğində cərimələnmişdir. Həmin qərarı xx.xx.2023-cü il tarixdə almışdır. Qərar qanunsuz və əsassızdır və bu səbəbdən də ləğv edilməlidir. AR VM-in 49.1-ci maddəsinə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarır: Səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdə olmasına baxmayaraq vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar xx.xx.2022-ci il tarixdə-45 gün sonra çıxarılmışdır. Bundan başqa qərar səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanı tərəfindən deyil 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən çıxarılmışdır. Bundan başqa AR NK-nın 04 oktyabr 20212-ci il tarixli 219 nömrəli qərarının POSterminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarlarının 1.3-cü bəndinə əsasən POS-terminallar quraşdırılacaq obyektlər sırasına rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-tcrminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq) daxildir. Bildirir ki, onun rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan azdır və belə olduğu halda tərtib edilmiş akt qanunsuzdur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Qərarın qanunla müəyyən edilmiş vaxtda tərtib edilməməsi (akt çıxarıldığı vaxtdan 45 gün sonra tərtib edilib), onun obyektinin POS-terminallar quraşdırılacaq obyektlər sırasına daxil olmamasını əsas gətirərək aktın və qərarın ləğv edilməsini qanunauyğun hesab edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, qərardan məlumatı olduğu vaxtdan məhkəməyə müraciət etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kicik Sahibkarlıq iş üzrə Baş idarəsinin 01,02.2022-ci il tarixli **********399 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarına əsasən İddiaçı fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 141,2-ci massiv ünvanında yerləşən subyektində (obyektində) xx.xx.2022-cı il tarixdə saat 16:35də keçirilən Operativ vergi nəzarəti tədbiri zaman müştəri tərəfindən alınan 1 ədəd sakkız üçün 0,6 manat ödəniş plastik kartla həyata keçirilməsini istənilərkən satıcı tərəfindən post terminal olmadığından bunun mümkün olmadığını bildirmişdir. Vergi ödəyicisi “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarla və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışla həmin vaxt qeyd olunan obyektdə olmadığı üçün tanış etmək mümkün olmamışdır. Bu hal vergi orqanı əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli DVX seriyalı 002046 sərbəst aktla rəsmiləşdirilmişdir. Tərtib edilmiş akt əsasında vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********777700 nömrəli “OVN materiallarına baxılması barədə- BİLDİRİŞ” göndərilərək Vergi Məcəlləsinin 49-cu maddəsinə əsasən qəbul ediləcək qərar üzrə materiallara baxılmada iştirak etmək üçün zəruri hesab etdiyi sənədlərlə özü və ya səlahiyyətli nümayəndəsi xx.xx.2022-ci il tarixdə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kicik Sahibkarlıq iş üzrə Baş idarəsinə dəvət edilsədə vergi ödəyicisi və ya səlahiyyətli nümayəndəsi materiallara baxılmada iştirak etməmiş və xx.xx.2022-ci il tarixli **********5895 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət cəlb edilməsi haqqında” Qərar onun iştirakı olmadan çıxarılmış və xx.xx.2022-ci il tarixli **********965000 nömrəli “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” məktubla vergi ödəyicinə göndərilmişdir. Əlavə olaraq bildirirlər ki, xx.xx.2022-ci il tarixli **********965000 nömrəli “Məsuliyyət qərarının və tələbnamənin göndərilməsi haqqında” məktub iddiaçı tərəfindən xx.xx.2023cü il tarixində oxunmuşdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, izahatında bildirmişdir ki, Qərar iddiaçıya xx.xx.2022-ci il tarixdə göndərilmiş, 07 yanvar 2023-cü il tarixdə iddiaçı tərəfindən oxunmuşdur. İddiaçı prosesessual müddəti ötürmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növünün müəyyən olunmasına münasibət bildirməyi vacib sayır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli, **********5895 saylı qərarının ləğv edilməsini istəyir. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.1–ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, mübahisələndirilən qərar xx.xx.2022-ci il tarixdə elektron üsulla iddiaçıya göndərilmiş, xx.xx.2023-cü il tarixdə oxunmuşdur. Göründüyü kimi iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 07 iyun 2023-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar