Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-377/2022 26.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı Şixqaım qızının, Üçüncü şəxs X2 və üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı mülkiyyətində olan torpaq sahəsinin qarşısında olan torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satyqı müqaviləsi və digər əqdlərin və həmin əqdlə bağlı qeydlərin ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba şəhəri, “Dəvədabanı” massivində yerləşən və iddiaçının mülkiyyətində olan 0.15 ha həyətyanı torpaq sahəsinin qarşısında olan torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia tələbinə əlavə olaraq 04 fevral 2021-ci il tarixli AN-l seriyalı N ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş əqdlərin etibarsız hesab edilməsi və həmin əqdlərlə əlaqəli qeydlərin ləğv edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Quba şəhəri, “Dəvədabanı” massivində yerləşən 0.15 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə bitişik 0.015 ha torpaq sahəsi uzun illərdir onun sahibliyində və istifadəsindədir. Belə ki, iddiaçı həmin sahəni kol-kosdan, daş-kəsəkdən təmizləyərək əkib becərmişdir. Həmin torpaq sahəsindən istifadəsini rəsmiləşdirmək üçün cavabdeh Quba bələdiyyəsinə müraciət etmişdir. Lakin cavabdeh onun ərizəsini təmin etməmiş və onun torpaqdan istifadəsini qanunsuz hesab etmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh bələdiyyə həmin torpaq sahəsini Zəkiyeva Ədalət adlı qadına satmışdır. İddiaçı aparılmış alqı-satqı əməliyyatını qanunsuz hesab edərək ləğv edilməsini xahiş edir. Belə ki, mübahisəso gedən torpaq sahəsi uzun illər onun istifadəsində olduğundan satılmamışdan əvvəl ilk növbədə ona təklif olunmalı idi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X4 iddianı qəbul etməyərək izah etdi ki, o, Quba şəhərində həyətyanı torpaq sahəsi əldə etmək üçün cavabdeh Quba bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyə tərəfindən ona mübahisəli torpaq sahəsi göstərilmişdir. Həmin vaxt torpaq sahəsi boş sahə olmuş və heç kimin hasarın daxilində yerləşməmişdir. Mübahisəli torpaq sahəsi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin arasında 7-8 metrlik məsafə və yol kimi istifadə olunan cığır vardır, iddiaçının torpağına bitişik yerləşmir. O, həmin torpağı alandan sonra İddiaçı torpağa iddialı olduğunu və ona satılmalı olduğunu bildirmişdir. Bələdiyyə ilə aralarında xx.xx.2021-ci il tarixdə 0.023 ha torpaq sahəsinə dair alıq-satqı müqaviləsi bağlanmışdır. Üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X7 iddianın həllini məhkəmənin mülahisəzinə buraxdığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, İddiaçı mülkiyyətində olan 0.15 ha torpaq sahəsinə bitişik yerləşən torpaq sahəsinin ilkin olaraq ona təklif edilməli olduğunu iddia edərək torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını, daha sonra torpaq sahəsinin bələdiyyə tərəfindən başqa şəxsə satıldığını bildikdən sonra həmin alqısatqı müqaviləsinin və aparılmış qeydin ləğv edilməsini xahiş etmişdir. Mübahisəli torpaq sahəsinin də daxil olduğu 0.043 ha torpaq sahəsi üzərində xx.xx.2000-ci il tarixdə Quba bələdiyyəsinin mülkiyyət hüququ qeydə alınmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 0.023 ha torpaq sahəsi cavabdeh bələdiyyə orqanı tərəfindən üçüncü şəxs X1. İddiaçı torpaq sahəsinin onun mülkiyyətində olan 0.15 ha torpaq sahəsinə bitişik yerləşdiyinə və uzun müddət onun tərəfindən qulluq edildiyinə əsaslanaraq torpağın ona satılmalı olduğunu iddia edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, torpaq sahəsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yaxınlığında yerləşsə də, bitişik yerləşmir və həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədi olmamışdır. İddiaçının torpaq sahəsinin ona satılması barədə yazılı müraciəti bələdiyyəyə 2021-ci ilin sentyabr ayında qeydə alınmışdır. Bələdiyyə isə İddiaçı tərəfindən torpağın özbaşına tutulduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı torpağın ona satılması üçün müraciət etdikdə torpaq sahəsinin bir hissəsi artıq Ə.Zəkiyevaya satılmışdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırki mübahisəni qaldırmaq üçün iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların bələdiyyə tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin digər hissəsi, yəni aqı-satqı müqaviləsinin və onun əsasında aparılmış qeydin ləğv edilməsinə dair tələbi də inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı iddaialara aid olmadığından mümkün sayılmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Lakin, hazırki iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də bu tələbə inzibati mübahisə kimi inzibati məhkəməsində baxıla bilməz. Cavabdeh inzibati orqan olsa da, alqı-satqı müqaviləsinin ləğvinə dair mübahisə təbiətinə görə mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı mülkiyyətində olan torpaq sahəsinin qarşısında olan torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin torpaq sahəsinə dair bağlanmış alqısatyqı müqaviləsi və digər əqdlərin və həmin əqdlə bağlı qeydlərin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Quba bələdiyyəsinə qarşı mülkiyyətində olan torpaq sahəsinin qarşısında olan torpaq sahəsinin ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin torpaq sahəsinə dair bağlanmış alqı-satyqı müqaviləsi və digər əqdlərin və həmin əqdlə bağlı qeydlərin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-377/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-377/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver