Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3771/2025 15.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mahmudlu-Abbaszadə Mehriban Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı "pul vəsaitinin hesablanaraq ödənilməsi" barədə iddia tələbi üzrə iş materiallarına ünvan 2qayıt Məhkəmə Kompleksinin (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Qarabağ Müharibəsi veteranı olmağı ilə əlaqədar ona ödənilməli müavinətin, müavinətin ödənilmədiyi avqust 2020-ci ildən oktyabr 2022-ci il tarixə qədərki dövr üzrə bərpa olunaraq və hesablanaraq ona ödənilməsi; oktyabr 2022-ci ildən hər ay üçün ondan tutulmuş 16 (on altı) manat olmaqla, hazırki inzibati iş üzrə məhkəmə qətnaməsi icra edildiyi ana qədər tutulan bütün aylar üzrə cəmi məbləğdə olan pul vəsaitinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-13- 23/2-M- 844xx/xx/2024 saylı məktubunda göstərilir ki, “Bildiririk ki, Daxili İşlər Nazirliyinin müvafiq Komissiyasının 11,10.2022-ci il tarixli protokoluna əsasən, Sizə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Həmçinin qeyd olunan məsələnin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərində olması diqqətinizə çatdırılır.”. İddiaçı hesab edir ki, cavabdehin verdiyi cavab həqiqətləri əks etdirmir, iddiaçının qanunla qorunan hüquqlarını pozur, onu yalnış istiqamətə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə) yönəltməyə cəhd göstərir. Belə ki, hazırki iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, № 3-13-23/2-M-844xx/xx/2024 saylı məktubu ilə əlaqəli iddiaçının 04 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, o, cavabdehdən yeni veteran vəsiqəsinin verilməsini və Qarabağ Müharibəsi veteranı olmağı ilə əlaqədar iddiaçıya ödənilməli müavinətin, müavinətin dayandırıldığı avqust 2020-ci ildən hesablanmaqla bərpa olunmasını istəyir. Hazırki iddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, № 037105 nömrəli veteran vəsiqəsinin əslindən göründüyü kimi, xx.xx.2022-ci il tarixdən veteran vəsiqəsi verilmişdir, lakin müharibə veteranı olmağı ilə əlaqədar iddiaçıya ödənilməli 80 manat məbləğində müavinətin verilməsi 2020-ci il tarixdən yox, xx.xx.2022cİ il tarixdən hesablanmışdır. Bundan başqa, müavinət iddiaçıya onun tam hissəsində yox, 64 (altmış dörd) manat hissəsində ödənilir, qalan 16 (on altı) manat hissə qeyri-müəyyən səbəblərdən tutulur. Cavabdehin günahı səbəbindən pozulmuş hüququnun bərpası üçün məhkəmə müdafiəsindən istifadə etməli olmuşdur. İddiaçıya məxsus 25 avqust 1975-ci il tarixli Əmək kitabçasının əslindən göründüyü kimi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Xaçmaz Rayon Daxili İşlər Şöbəsinin 06 avqust 1980-ci il tarixli, 82 nömrəli əmri ilə həmin vaxtan, həmin şöbənin təhlükəsizlik bölməsinə milisioner (hazırda polis) vəzifəsinə təyin edilmişdir. İddiaçı hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin 11 fevral 2021-ci il tarixli, № ***-*******1 nömrəli məktubunun surətindən və həmin məktubla əlaqəli - ünvan 2qayıt Şəhər Polis İdarəsinin 16 aprel 2021-ci il tarixli, № 123-4719M-3221 nömrəli məktubunun və ona əlavə edilmiş rəsmi sənədlərin surətlərindən göründüyü kimi, 1993-cü il tarixdə Qarabağ Müharibəsi dövründə Xaçmaz Rayon Polis Şöbəsi rəisinin 28 fevral 1992-ci il tarixli, 31 saylı əmri əsasında Xaçmaz Rayon Polis Şöbəsinin digər əməkdaşları ilə birgə iddiaçı da Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmək üçün həmin şəhərə ezam olunmuş; Xaçmaz Rayon Polis Şöbəsi rəisinin 14 mart 1993-cü il tarixli, 27 saylı əmri əsasında Xaçmaz Rayon Polis Şöbəsinin digər əməkdaşları ilə birgə iddiaçı Ağdərə rayonu uğrunda gedən döyüşlərdə iştirak etmək üçün həmin rayona göndərilmişdir. Hazırki iddia ərizəsinə əlavə edilmiş iddiaçının Qarabağ Müharibəsi iştirakçısı olmağı ilə bağlı 001921 nömrəli “Müharibə veteranı'’ vəsiqəsinin surətidən göründüyü kimi iddiaçının Qarabağ Müharibəsi iştirakçısı olmağı tanınmış və bu barədə onun adına həmin vəsiqə verilmişdir. Bundan başqa, iddiaçının Qarabağ Müharibəsi iştirakçısı olmağı ilə əlaqədar iddiaçıya 80 (səksən) manat məbləğində aylıq müavinət təyin edilmişdir. Avqust 2020-ci il tarixdə iddiaçıya müavinətin verilməsi dayandırılmışdır. Buna səbəb kimi həmin hüquqların Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən rəsmiləşdirilməsinin zəruriliyi iddaçıya bildirilmişdir. Hazırki ərizəyə əlavə edilmiş "Xidməti siyahı”nın surətindən və iddiaçıya 4 məxsus 25 avqust 1975-ci il tarixli “Əmək kitabçası”nın əslindən göründüyü kimi iddiaçı “Silahlı Qüvvələrə ehtiyata buraxılmaqla” 15 sentyabr 1996-cı il tarixə xidmət müddəti təqvimi 18 il, 02 ay, 04 gün güzəştlə, 22 il, 07 ay, 18 gün nəzərə alınmaqla Daxlili İşlər orqanında xidmət edərək xaric edilmişdir. İddiaçı hesab edir ki, Qarabağ Müharibəsi veteranı olmağı ilə əlaqədar iddiaçıya ödənilməli müavinətin, müavinətin ödənilmədiyi avqust 2020-ci ildən oktyabr 2022-ci il tarixə qədərki dövr üzrə bərpa olunaraq və hesablanaraq iddiaçıya ödənilməsi; oktyabr 2022-ci ildən hər ay üçün iddiaçıdan tutulmuş 16 (on altı) manat olmaqla, hazırki inzibati iş üzrə məhkəmə qətnaməsi icra edildiyi ana qədər tutulan bütün aylar üzrə cəmi məbləğdə olan pul vəsaitinin hesablanaraq, cavabdehdən alınaraq iddiaçıya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin xx.xx.2024-cü il tarixli, № 3-13-23/2-M-844xx/xx/2024 saylı məktubu ilə əlaqəli poçt zərfindən göründüyü kimi, həmin məktub iddiaçıya 26 noyabr 2024-cü il tarixdə təqdim edilmişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinin tələbinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
II. İddianın mümkünlüyü
6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s.) məruz qala bilər. Eyni zamanda, ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırmamalıdır.
7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
10. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
11. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı yönəlmişdir.
12. İddia tələbinin predmetini iddiaçının Qarabağ Müharibəsi veteranı olmağı ilə əlaqədar ona ödənilməli müavinətin, müavinətin ödənilmədiyi avqust 2020-ci ildən oktyabr 2022-ci il tarixə qədərki dövr üzrə bərpa olunaraq və hesablanaraq ona ödənilməsi; oktyabr 2022-ci ildən hər ay üçün ondan tutulmuş 16 (on altı) manat olmaqla, hazırki inzibati iş üzrə məhkəmə qətnaməsi icra edildiyi ana qədər tutulan bütün aylar üzrə cəmi məbləğdə olan pul vəsaitinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması təşkil edir.
13. Hazırki iş üzrə cavabdehin iddiaya cavab verməli olan orqan olub-olmaması istiqamətində yoxlama aparılmış və cavabdehin hazırki iş üzrə cavabdeh qismində çıxış etməsinin yolverilməzliyi səbəbindən mümkün sayılmaması nəticəsinə gəlinmişdir.
14. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram: 1. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. 2. Müəyyən edilsin ki: 2.1. bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1.1. 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; 2.1.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
15. Göründüyü kimi, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.
16. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13-cü və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq, zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
17. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
18. İşin hərtərəfli, tam və obyektiv araşdırılması, iddiaçının hüquqi maraqlarına uyğun yeni iddia tələbi ilə və həmçinin iddiaya cavab verməli olan inzibati orqanın (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) qeyd edilərək məhkəməyə müraciət etməsi, eyni zamanda, həmin cavabdeh orqana müvafiq tələb ilə müraciətin və müraciətin çatmasını təsdiq edən sənədin və ya imtina məktubunun məhkəməyə təqdim edilməli olması ilə bağlı yardım edilmişdir.
19. Göstərilənlərə əsasən, işin hallarına qiymət verərək məhkəmə hesab edir ki, iddia lazımi qaydada qaldırılmadığından - iddiaçı tərəfindən verilmiş iddia ərizəsində iddia tələbinə cavab verməli orqan və ona müraciət edilməsi halı mövcud olmaması səbəbindən iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir.
20. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
21. Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmır. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində ünvan 2qayıt İnzibati Məhkəməsi vasitəsilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2qayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
X1-Abbaszadə