Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3776/2022 08.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Baki şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli 058 nömrəli Qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Baki şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli 058 nömrəli Qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 06 oktyabr 2022-ci il tarixli, 2-(112)- 8671/2022 saylı qərardadı ilə iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadında qeyd edilmişdir ki, “Hazırkı mübahisə daşınmaz əmlakla bağlı olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********37 nömrəli məktubdan görünür ki, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən Abşeron rayonu ərazi hüdudları daxilində yerləşir.” Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3776/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə aidiyyətinin müəyyən olunması üçün inzibati iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli məktubu ilə inzibati iş baxılmadan məhkəməyə geri qaytarılmış, qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 9.1 və 9.2-ci maddələrinin tələblərinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda, o cümlədən Bu Məcəllənin 8.1-ci maddəsində nəzərdə tutulmuş qaydada ərazi aidiyyətini müəyyən etmək mümkün olmadığı hallarda, səlahiyyətli məhkəmə Ali Məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. “Belə ki, Bakı İnzibati Məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı olduğundan inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin daşınmaz əmlakın Abşeron rayonu ərazi hüdudları daxilində yerləşməsi əsası ilə işi aidiyyəti üzrə göndərməsi əsaslı olmamışdır. İş materiallarından göründüyü kimi Bakı şəhər Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 058 saylı qərarı ilə Bilgəh qəsəbəsi ərazisində AZ.Qadını küçəsi Yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı mülkiyyətinə verilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Bakı şəhər Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli, 058 saylı qərarı ilə Bilgəh qəsəbəsi ərazisində AZ.Qadını küçəsi Yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikilməsi üçün İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin Abşeron rayonu ərazi hüdudları daxilində yerləşməsi mümkün deyil. İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi bələdiyyə ərazisində yerləşməsə belə hazırkı iddiaya Sumqayıt İnzibati Məhkəməsində baxılmamalıdır. Çünki məhkəmə təcrübəsindən də müəyyən olunduğu kimi Bakı şəhəri ərazisində Abşeron rayonunun idarəçiliyində olan torpaq sahələri yerləşir, həmin ərazilər Abşeron rayonunun inzibati ərazisi sayılmır. Abşeron rayonun idarəciliyində olan və Bakı şəhərinin rayonlarının inzibati ərazisində yerləşən torpaq sahələri üzərində Abşeron İcra Hakimiyyətinin sərəncam vermək hüququ olsada, həmin ərazilərdə komunal xidmətlər, polis nəzarəti və digər dövlət xidmətləri Abşeron icra Hakimiyyətinə yox torpağın yerəşdiyi rayonun müvafiq qurumlarına aid edilir. Müvafiq reystr xidmətləri bəzi hallarda Bakı şəhərinin ərazisində yerləşən torpaq sahələrinin Abşeron rayonunun inzibati ərazisində yerləşməsi ilə bağlı məktublar versədə, məhkəmə təcrübəsindən müəyyən edilmişdir ki, Abşeron rayonu, keçmiş Bilgəh Zəfəran sovxozuna aid torpaq sahələri Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində olmaqla Bakı şəhəri Sabunçu rayonunun inzibati ərazisində yerləşir. (Abşeron rayon İcra Hakimiyyətinin 1/2536 saylı, 04 noyabr 2022-ci il tarixli məktubu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 03 noyabr 2022-ci il tarixli, **********25 saylı məktubu və.s) İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi Abşeron rayonunun idarəçiliyində olan torpaqlarda yerləşsə belə, inzibati ərazi baxımından Bakı şəhərinin ərazi hüdudlarında yerləşdiyi üçün yenə də mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Çünki bunu Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsi şərtləndirir. Həmin normaya əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırlı iş üzrə əmlakın və ərazinin aid olduğu yerin məhkəməsi isə Bakı İnzibati Məhkəməsidir. Məhkəmə hesab edir ki, qanun bu normasının qeyd edilən əsaslarla müəyyən olunmasında qanunvericinin iradəsi, sübutların əldə edilməsi və yerində müayinə edilmə imkanları baxımından operativlik və məqsədəmüvafiqlik tələblərinə uyğunluğun əsas alınmasına yönəlmə kimi başa düşülməlidir. Bundan əlavə cavabdeh inzibati orqan Bakı şəhəri ərazisində yerləşən torpaq sahələri üzərində qeydiyyat aparan orqandır. Məhkəmə praktikasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddialara Sumqayıt İnzibati Məhkəməsində baxılması təcrübəsdə mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iş aidiyyətin müəyyən olunması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Baki şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli 058 nömrəli Qərarı əsasında fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mülkiyyətinə verilmiş Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Yeni yaşayış massivində yerləşən 2000 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınıb, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması” barədə iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-3776/2022 saylı inzibati iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3776/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3776/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver