Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-378/2021 03.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı 2015-ci ildən təyin edilmiş pensiyanın 2017-ci ilin iyun ayından dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırılmış pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı xx xxxx 2017-ci il tarixli 37/314 saylı məktubun ( qərarı ) etibarsız sayılmasına, Qusar rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrünün, əmək kitabçası üzrə 6 il 8 ay 06 gün dövrünün və xx xxxxxxx 2013-cü il tarixli 19 saylı arayışa əsasən 2 il 03 gün dövrünün, cəmi 14 il 01 ay 17 gün iş dövrünün sosial sığorta stajına daxil edilməsi və 2015-ci ildən yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin Dövlət Sosial Müdafiə Fondu Qusar rayon şöbəsinin üzərinə öhdəlik olaraq qoyulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2015-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF Qusar rayon şöbəsinə müvafiq sənədləri təqdim etmiş və ona pensiya təyin olunmuşdur. xx xxxx 2017-ci il tarixdə 37/314 saylı məktubla ona bildirilmişdir ki, yaşa görə əmək pensiyası təyin edilməsi zamanı nəzərə alınmış iş stajı öz təsdiqini tapmadığı üçün, əmək pensiyanın ödənişi dayandırılmış və əmək ( sığorta ) stajları qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunduqdan sonra pensiya hüququna yenidən baxılacaqdır. 2015-ci ildə Qusar rayon məhkəməsinə ərizə ilə müraciət edərək xx xxxx 1967-ci il tarixdən xx xxxxx 1971-ci il tarixədək Qusar rayon kinoteatr və kinoqurğular birliyində kinomexanik, xx xxxx 1987-ci il tarixdən xx xxxxxx 1988-ci il tarixədək sabiq “ Revolyusiya” sovxozunda, 1994-cü ilin yanvar-aprel aylarında və 1995-ci ilin iyul-avqust aylarında “Telman ” sovxozunda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etmiş, Qusar rayon Məhkəməsi xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə ərizəsini təmin etmiş, yuxanda göstərilən əmək fəaliyyətini sosial sığorta stajına hesablamışdır. Kinobirliyindən işdən azad olunduqdan sonra yəni xx xxx 1971-ci il larixdən ( əmr № 23 ) xx xxx 1973-cü il tarixədək ( əmr № 52 ) Bakı Dövlət sirkində sürücü vəzifəsində işləmiş, bu xüsusat xx xxxxxxx 2013-cü il tarixli 19 saylı arayışla təsdiq olunur. xx xxxx 1984-cü il tarixli 93 saylı əmrə əsasən, CMY-ll-ə suvağçı işinə qəbul olunmuş, həmin təşkilatda xx xxxx 1984-cü il tarixdə əmək kitabçası tərtib edilmiş, suvağçı işindən xx xxxxxxx 1987-ci il tarixdə azad olunmuşdur. xx xxxx 1987-ci il tarixdən - xx xxxxxx 1988-ci il tarixədək sovxozda və xx xxxxxx 1988-ci il tarixdən - xx xxx 1992-ci il tarixədək əmək fəaliyyəti əmək kitabçasında əks olunmuşdur. İş stajı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, 5 il 5 ay 08 gün, əmək kitabçasına əsasən, 6 il 8 ay 06 gün və xx xxxxxxx 2013-cü il tarixli 19 saylı arayışa əsasən, 2 il 03 gün cəmi 14 il 01 ay 17 gün hesablanmalıdır. DSMF Qusar rayon şöbəsinin xx xxxx 2017-ci il tarixli 37/314 saylı qərarını qanunsuz və əsassız sayır, şərh olunan qərarın etibarsız sayılmasına, Qusar rayon məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrünün, əmək kitabçası üzrə 6 il 8 ay 06 gün dövrünün və xx xxxxxxx 2013-cü il tarixli 19 saylı arayışa əsasən 2 il 03 gün cəmi 14 il 01 ay 17 gün iş dövrünü sosial sığorta stajına daxil edilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondu Qusar rayon şöbəsinin üzərinə qoyulmasını zəruri hesab edir. DSMF Qusar rayon şöbəsinə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx xxxxxx 2015-ci il tarixdə müraciət etməsi DSMF Qusar rayon şöbəsinin xx xxxxxxx 2019cu il tarixli **********6 saylı arayışı ilə təsdiqlənir. Şərh olunan arayışla 5 il 05 ay 08 gün iş stajı təsdiqlənmişdir. Həmin arayışla sübuta yetirilir ki, cavabdeh təşkilatla hüquq münasibətləri 2015-ci ilin fevral ayına qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-293/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı Məlik oğlunun əmək kitabçasından çıxarışda, Bakı Dövlət Sirki tərəfindən verilmiş arayışda, Qusar rayon Məhkəməsinin 2(029)- 532/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş işlədiyi dövrləri və İİ qrup sağlamlıq imkanları məhdud övladı Aynisə Məmmədovaya qulluq etdiyi müddət sosial sığorta stajına daxil edilərək xx.xx.2016-cı ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-373/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək,Sumqayıt İnzibati Məhkəməsinin yuxarıda adı qeyd edilən qərarının ləğv olunması və işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilmiş və iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 2015-ci ildən təyin edilmiş pensiyanın 2017-ci ilin iyun ayından dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırılmış pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, o uzun müddət əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ondan hansı sənədlər istənilibdisə həmin sənədləri təqdim etmişdir. Arvadı ilə 2007-ci ildə boşanmışdır, həmin vaxtdan xəstə uşağa o baxmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, İddiaçı Cavabdehnə qarşı “xx xxxx 2017-ci il tarixli 37/314 saylı məktubu əsassız sayılmasına, Qusar Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrünün, əmək kitabçası üzrə 6 il 8 ay 06 gün dövrünün və xx xxxxxxx 2013-cü il tarixli 19 saylı arayışa əsasən 2 il 03 gün dövrünün, cəmi 14 il 01 ay 17 gün iş dövrünün sosial sığorta stajına daxil edilməsi və 2015-ci ildən yaşa görə əmək pensiyasının yenidən hesablanması” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi xx.xx.2020-ci il tarixli Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə təmin edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayəti qismən təmin edilərək işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Hesab edirlər ki, 2-1(118)-1424/2020 nömrəli iş üzrə iddia tələbi aşağıdakı əsaslarla qanuna zidd və əsassızdır. Vətəndaş İddiaçı DSMF Qusar rayon şöbəsinə ərizə ilə müraciət edərək işlədiyi illərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Qusar rayon şöbəsi tərəfindən vətəndaşa verilən imtina məktubunda qeyd olunmuşdur ki, onun işlədiyi müvafiq illər (xx xxxx 1967-ci ildən xx xxxxx 1971-ci ilə kimi Qusar rayon “Kinoteatr və Kinoqurğular Birliyində” kinomexanik, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilə kimi “Revalyusiya” sovxozunda, 1994-cü ilin yanvar, aprel, 1995-ci ilin iyul, avqust aylarında “Telman” sovxozunda işlədiyi illər) əmək kitabçasında qeyd edilmədiyi üçün həmin dövrlərin iş stajına daxil edilməsi mümkün olmamışdır. Daha sonra İddiaçı “xx xxxx 2017-ci il tarixli 37/314 saylı məktubun əsassız sayılması, Qusar Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsinə əsasən 5 il 5 ay 08 gün dövrünün, əmək kitabçası üzrə 6 il 8 ay 06 gün dövrünün və xx xxxxxxx 2013cü il tarixli 19 saylı arayışa əsasən 2 il 03 gün dövrünün, cəmi 14 il 01 ay 17 gün iş dövrünün sosial sığorta stajına daxil edilməsi və 2015-ci ildən yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı tərəfindən iddia ərizəsinə dəqiqləşdirmə verilmiş və 2015-ci ildən təyin olunmuş pensiyanın 2017-ci il iyul ayından dayandırılmasının qanunsuz hesab edilməsi və dayandırılmış pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 №-li qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 3.2.1 bəndinə görə, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamə haqqında xx.xx.1992-ci il tarixli 638 №-li qərarının 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Eyni zamanda vətəndaşın əmək kitabçasında 1984-1992-ci illər ərzində müxtəlif müəssisələrdə və vəzifələrdə işlədiyi qeyd olunsa da, əmək kitabçasında müəssisələrdən yalnız birinin möhürü mövcuddur. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 186 №-li Qərarının 4.1-ci bəndinə əsasən, işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Digər bir məsələ isə vətəndaşın məhkəməyə təqdim etdiyi əmək kitabçasından çıxarışın oxunaqlı vəziyyətdə olmamasıdır. Belə ki, məhkəməyə təqdim olunan çıxarışda vətəndaşın hansı müəssisələrdə və hansı vəzifələrdə işləməsi faktı aydın şəkildə öz əksini tapmamışdır. Həmçinin iddiaçı sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq edilməsi müddətinin də sosial sığorta stajına daxil edilməsini mübahisələndirmişdir. Belə ki, İ.M. Məmmədov qızı Məmmədova Aynisəyə hazırkı dövrə qədər qulluq etdiyini iddia edir. Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Nazirliyi yanında Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 22 saylı Tibbi Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən 18 yaşınadək uşağın tibbi sosial ekspert komissiyasında müayinə aktından çıxarışda valideyn (qəyyum) qismində Məmmədova Şölə Novruz qızının adı qeyd olunmuşdur. Bu səbəbdən xx.xx.2004-xx.xx.2006-cı il, 01,09.2014-cü ildən 18 yaşı tamam olanadək TSEK arayışlarının qəbul-edilməsi mümkün deyildir. Qusar Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli əmrinə əsasən Məmmədova Şölə Novruz qızından xx.xx.2011-ci il tarixindən qazancının yarısı qədər hər ay aliment tutularaq İddiaçı ödənilmiş və qızı Məmmədova Aynisə 18 yaşına çatanadək saxlanılması üçün atasına verilmişdir. İddiaçı tərəfindən məhkəmə iclası zamanı Məmmədova Aynisəyə qulluq etdiyi dövrlə bağlı tərtib edilmiş xx.xx.2020-ci il tarixli akt təqdim edilmişdir. Həmin akta əsasən Məmmədova Aynisə 2007-ci il tarixdən hazırki dövrə kimi atasının himayəsində yaşayır. Lakin 2015-ci il tarixli qulluq aktına əsasən Məmmədova Aynisəyə xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilə kimi atası tərəfindən qulluq edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçı tərəfindən qızına qulluq etdiyi dövrləri təsdiq edən qulluq aktları və məhkəmə əmri arasında ziddiyyət vardır. Həmçinin onu da nəzərə almaq lazımdır ki, vətəndaş 2015-ci ildə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şöbəyə müraciət etmişdir. Vətəndaşın 2015-ci ildə hüququ yarandığı üçün qızına qulluq etdiyi dövr üzrə 2011-2015-ci illər nəzərə alına bilər. Tərəflərindən vətəndaşın müvafiq illərə dair işlədiyini təsdiq edən sənəd qismində arxiv arayışları sosial sığorta stajını təsdiq edən sənəd kimi nəzərə alınmır. Lakin həmin dövr üzrə arxiv arayışlarında qeyd olunan əmək stajı sosial sığorta stajı kimi nəzərə alınsa da qeyd olunan dövr üzrə 5 il 5 ay 16 gün və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladına qulluq dövrü xx.xx.2011-ci ildən 2015-ci ilədək olan 4 ili nəzərə alsaq ümumilikdə 9 il 5 ay 16 gün təşkil edir. Cavabdehin nümayəndəsi X10 şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və həmin iddianın qaldırılması üçün qanunvericilikdə prosessual müddətlər nəzərdə tutulmamışdır. İddianı mümkünsüz edən başqa hər hansı bir hal da müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş iddaçıya məxsus pensiya işinin materialları araşdırılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xx xxxx 2015-ci il tarixli, 72 saylı qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Ona əmək pensiyası təyin edilərkən Qusar rayon Məhkəməsinin 2(029)-532/2015 saylı xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə hüquqi fakt olaraq iddiaçının işlədiyinin müəyyən edildiyi 5 il 5 ay 08 gün müddət və sağlamlıq imkanları məhdud övladı X4 qulluq etdiyi 6 il 01 ay 06 gün müddət sosial sığorta stajı olaraq nəzərə alınmışdır. 2017-ci ilin iyun ayından cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın ödənişi dayandırılmışdır. Lakin bununla bağlı cavabdeh tərəfindən konkret qərar qəbul olunduğu müəyyən edilmir. Pensiya işinin materiallarında da pensiyanın dayandırılması barədə qərar yoxdur, eyni zamanda cavabdeh tərəfindən də məhkəməyə belə bir qərar təqdim edilməmişdir. Pensiya ödənişinin dayandırılması barədə iddiaçıya ünvanlanmış xx xxxx 2017-ci il tarixli məktubda isə buna əsas kimi yaşa görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınmış iş stajının öz təsdiqini tapmadığı göstərilmiş və əmək stajı qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq olunduqdan sonra pensiya hüququna baxılacağı bildirilmişdir. İddiaçının növbəti müraciətlərinə cavab olaraq cavabdehin xx xxxxxxx 2019-cu il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 22 saylı tibbi sosial ekspert komissiyasının 16 yaşadək uşağın tibbi sosial ekspert komissiyasında çıxarışda valideynin (qəyyumun) soyadı Məmmədova, adı Şölə, ata adı Novruz olduğu üçün, 22 saylı TSEK-də xx xxxxx 2004-cü il tarixli müayinə tarixindən xx xxxxx 2006-cı il növbəti müayinə tarixinədək və xx.xx.2014-cü ildən 18 yaşı tamam olana kimi TSEK arayışında yenə də anası Məmmədova Şölənin adı qeyd edildiyi üçün həmin dövrün iş stajına daxil edilməsi qeyri-mümkün hesab edilmiş və tələb edilən 10 il sığorta stajı olmadığı üçün pensiya ödənişi dayandırılmışdır. Beləliklə cavabdeh iddiaçının qızı X1 müayinə aktında valideyn qrafasında atasının deyil, anasının adının yazılması səbəbindən iddiaçıya pensiya ödənişini dayandırmışdır. Bu zaman cavabdeh inzibati orqan inzibati icraat haqqında qanunvericiliyin tələblərinə riayət etməmişdir. Məhkəmə tərəfindən iddiaçının 18 yaşadək sağlamlıq imkanları məhdud övladı X4 qulluq etməsi ilə bağlı məsələ araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı X8 arvadı Məmmədova Şölə Novruz qızı ilə xx xxxxxx 2007-ci ildə boşanmışdır (AZ-1 062967 saylı Nikahın pozulması haqqında şəhadətnamə). Qusar rayon Məhkəməsinin 2(029)-657/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli məhkəmə əmri ilə Qusar rayonunun Yasab kəndində yaşayan Məmmədova Şövlə Novruz qızından hər ay qazancının (başqa gəlirlərinin) yarısının xx xxxxxx 2011-ci il tarixdən başlayaraq tututulub xx xxxxx 1995-ci ildə anadan olmuş X2, xx xxxx 1998-ci ildə anadan olmuş X6, xx xxxx 2000-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Qusar rayonunun Yasab kəndində yaşayan İddiaçı verilməsi qət edilmişdir. Qusar rayonu Yasab kənd sakinləri İddiaçı, X7, X5, X17, X3 iştirakları ilə tərtib olunmuş və Qusar RİHB-nin Yasab kənd İƏD-si üzrə nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktında Qusar rayonunun Yasab kənd sakini X1 2007-ci il tarixdən hal-hazıra kimi İddiaçı himayəsində yaşadığı qeyd edilmişdir. Cavabdeh TSEK-in müayinə aktından çıxarışlarda valideyn(qəyyum) qrafasında X1 ana adının qeyd edildiyini əsas götürərək həmin dövrləri iddiaçının sosial sığorta stajı kimi qəbul etməkdən imtina edir. Halbuki yuxarıda adı qeyd olunan sənədlərlə X1 atası İddiaçı himayəsində olduğu müəyyən olunur. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 47-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. X1 iddiaçının himayəsində olması Məhkəmə qərarları ilə də öz təsdiqini tapır ki, qanunvericilikdə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halların mübahisələndirilməsinə yol verilmir. Müayinə aktında valideyn kimi ana adının yazılması digər sənədlərdə isə qəyyum kimi atanın adının olması məsələsi inzibati orqan tərəfindən araşdırılmamış, birbaşa müayinə aktı əsas götürülərək iddiaçıya pensiya ödənişi dayandırılmışdır. Halbuki qanunvericiliyin tələbinə uyğun olaraq belə hallar olduğu təqdirdə inzibati orqan tərəfindən ərizəçinin ziyanına qərar qəbul edilməli deyil, onun xeyrinə olan halların araşdırılması istiqamətində araşdırma aparılmalı idi. Bu inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən İnzibati icraat haqqında Qanunun tələblərindən irəli gəlir. Belə ki, həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Məhkəmə tərəfindən qeyd edilən sənədlərin və eyni zamanda iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin surətləri cavabdeh inzibati orqana göndərilərək iddiaya əlavə münasibət bildirilməsi tələb edilmişdir. Cavabdeh həmin məktuba cavab olaraq iddiaçının xx xxxxxx 2011-ci il tarixdən xx xxxx 2017-ci ilədək 5 il 10 ay 4 gün 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş övladına qulluq etdiyi dövrlər nəzərə alındıqda ümumilikdə 11 il 1 ay 21 gün sosial sığorta stajının olduğunu və xx.xx.2017-ci il tarixədək 12 il sığorta stajı olmadığını bildirmişdir. Beləliklə qeyd edilən məktubla cavabdeh inzibati orqan Qusar rayon Məhkəməsi tərəfindən iddiaçıya aliment ödənilməsi barədə əmrin qəbul edildiyi dövrdən iddiaçının sağlamlıq imkanları məhdud övladına qulluq etməsini qəbul etmiş, lakin ondan əvvəlki dövrləri nəzərə almamışdır. Halbuki yuxarıda da qeyd edilən Qusar RİHB Yasab kənd İƏD-si üzrə nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktla Qusar rayonunun Yasab kənd sakini X1 2007-ci il tarixdən hal-hazıra kimi İddiaçı himayəsində yaşadığı qeyd edilmişdir. Eyni zamanda iddiaçı X8 arvadı Məmmədova Şölə Novruz qızı ilə xx xxxxxx 2007-ci ildə boşanmışdır. (AZ-1 062967 saylı Nikahın pozulması haqqında şəhadətnamə.) Beləliklə məhkəmə hesab edir ki, iddiaçının sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş qızı X4 qulluq etdiyi 2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək dövrlər onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Məhkəmə iddiaçının əmək kitabçasından çıxarışda qeyd edilən dövrləri xüsusi olaraq araşdırmağa zərurət görmür. Cavabdeh inzibati orqan qeyd edir ki, vətəndaşın məhkəməyə təqdim etdiyi əmək kitabçasından çıxarışın oxunaqlı vəziyyətdə deyil, məhkəməyə təqdim olunan çıxarışda vətəndaşın hansı müəssisələrdə və hansı vəzifələrdə işləməsi faktı aydın şəkildə öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, həmin dövrlər nəzərə alınmasa belə iddiaçının pensiya hüququ yaranmış olur. Məhkəmə hazırki işdə hansı dövrdə qüvvədə olan qanunvericiliyin tətbiq olunmalı olması məsələsinə münasibətdə qeyd edir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2015-ci ildən inzibati orqana müraciət etdiyindən və onun yaşa görə pensiya hüququ həmin dövrdə yarandığından, yəni yaşa görə pensiyaya çıxmaq üçün zəruri olan yaş həddinə və sığorta stajına həmin dövrdə malik olduğundan ona pensiya təyinatı zamanı həmin dövrdəki qanunvericilik tətbiq edilməlidir. Əmək pensiyaları haqqında Qanunun 7-ci maddəsinin 2015-ci ildə qüvvədə olan redaksiyasına əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə qeyd olunmuşdur ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. Hazırki işdə iddiaçı 2015-ci ildən ona yaşa görə əmək pensiyasının bərpası üçün zəruri olan yaş həddi ilə yanaşı, tələb olunan 12 il sığorta stajına da malik olduğundan, məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi bərpa edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı 2015-ci ildə təyin edilmiş, 2017-ci ilin iyun ayından dayandırılmış pensiyanın bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 2015-ci ildə təyin edilmiş, 2017-ci ilin iyun ayından dayandırılmış pensiyasının bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-378/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-378/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver