Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3786/2024 11.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Silahlı Qüvvələrin Baş X7 Eltun Eyvaz oğlu barəsində 52N4 nömrəli “Çıxarış epikrizi”.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N oktyabr 2020-ci il tarixli, N744 nömrəli İddiaçı barəsində arayışdan görünür ki, Hərbi Həkim Komissiyasının qərarı ilə diaqnoz: “sağ bud sümüyünün lateral kondilusunun açıq, qəlpəli, kənari sınığı ilə müşayət olunan dəlib-keçən odlu silah yaralanmasına (24 oktyabr 2020) görə aparılmış yaraların birincili işlənməsi, ətrafın gips longeti ilə immobilizasiyasından (24 oktyabr 2020) sonrakı vəziyyət, ətraf funksiyasının müvəqqəti pozulması ilə” “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə qoyulmuşdur.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N dekabr 2020ci il taixli, 2196 nömrəli İddiaçı barəsində “Yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınması şəraiti haqqında” arayış.
4. 17 fevral 202N-cü il tarixli, 1400 nömrəli İddiaçı barəsində “Xəstəlik haqqında şəhadətnamə”.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Ambulator kitabça”dan çıxarışlar.
6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin 27 fevral 202N-cü il tarixli, 1616 nömrəli məktubundan görünür ki, İddiaçı 27 fevral 202N-cü il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi mənşəli (müharibədə alınmış travma) dissisiativ pozuntu, epileptiform tutmalarla F06.5” qoyulmuşdur.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi Həkim Psixiatr Komissiyasının 2 oktyabr 202N-cü il tarixli, 1869 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 202N-cü il N- 28/N-1-118/202N saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla F 07.0
8. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”lardan görünür ki, İddiaçı 12 noyabr 202N-cü il tarixdə qiymətləndirilmədən keçmiş, diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir.
Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
9. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının 6 dekabr 202Ncü il tarixli, N-17-4/N-N-19N52/202N nömrəli qərarından görünür ki, İddiaçı hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1N may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
10. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, “12 noyabr 202N-cü il tarixli imtinasının əsassız hesab edilməsi, xəstəliyini nəzərə alınaraq ona 2-ci qrup əlillik dərəcəsi təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddiaçı iddia tələbinin əsasları kimi aşağıdakılar göstərilmişdir: - İddiaçı 2012-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır, 2014-cü ilin yanvar ayında 052 saylı Xüsusi Təyinatlı təməl kursunu bitirmişdir. 2014-cü ilin may ayından N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətini davam etdirmişdir. 2019-cu ilin yanvar ayında N saylı hərbi hissəyə kəşfiyyatçı vəzifəsini davam etdirmək üçün göndərilmişdir. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi istiqamətində gedən döyüşlərdə iştitak etmişdir. 1 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı düşmən tərərfindən güclü artereliya hücumu nəticəsində, sağ baş nahiyəsindən çox saylı qəlpə yaraları, kəllə beyin zədələnməsi, sağ qulağın pərdəsinin cırılması, sağ baş sümüyünün çatı, çənə altı nahiyyəsində qəlpə yaraları, sol döş ürəyə yaxın 2 qəlpə yarası, sol ag ciyərın ürəyə yaxın hissələrində qəlpələr, sağ ayaqda çox saylı qəlpə yaraları və sağ ayağın dizə yaxın kəsib keçən qəlpə yarası ilə ağır yaralanmışdır. İddiaçı o zaman Bakı şəhəri Baş Klinik Hərbi Hospitalına yerləşdirilmişdir, orada əməliyyat olmuşdur, müəyyən bədən nahiyəsində olan qəlpələr çıxarılmış, bədən nahiyələrinə tikişlər qalanı isə həyatına təhlükəli olmasına görə həmin qəlpələr çıxarılmamışdır. 18 oktyabr 2020-ci il tarixdə yaralı olmağına baxmayaraq, Hərbi Hospitalında ərizə yazaraq, yenidən Azərbaycan Respublikası ərazi bütövlüyünü müdafiəsi ilə bağlı döyüşlərə qatılmışdır. 27 oktyabr 2020-ci il tarixdə Şuşa rayonunun Qırmızı Bazar istiqamətində gedən ağır döyüşlərdə yenidən sağ diz qapağından güllə yarası ilə yaralanmışdır. Döyüşlərdən bir gün sonra döyüş yoldaşları tərəfindən həmin ərazidən təxriyə olunmuşdur və Beyləqan rayon Xəstəxanasına yerləşdirilmişdir. Xəstəxanada müayinələr zamanı aşkar olunmuşdur ki, diz qapası və diz küncəsi çox saylı qırıqlar aşkar edilmiş, dizin laterial kondilusunun kənari açıq sınığına görə aparılmış yaralar birinci cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı yumuşaq toxulamaların zədələnmiş və demək olar ki, sağ ayağı funksiyasını itirmişdir. Sonradan iddiaçı Şəmkir rayon hərbi Hospitalına göndərilmişdir, orada müayinə və müalicələri davam etdiriləndən sonra hərbi xidmətə yararsız olduğuna görə məzuniyyətə göndərilmişdir. Uzun müalicələr aldıqdan sonra, iddiaçı yenidən xidmətə qayıdıb 2022-ci ilin sentyabr ayında olan döyüşlərdə iştirak etdikdən sonra, onun fiziki və psixoloji vəziyyəti ağırlaşdıqdan sonra, 2022ci ilin oktyabr ayında təxris olunmudşur. - 1 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı düşmən tərərfindən güclü artereliya hücumu nəticəsində, iddiaçı yaralanmışdır və həmin gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalı çıxarış epikrizinin 20 oktyabr 2020-ci il tarixli, 54N2 nömrəli xəstəlik vərəqəsinin diaqnoz hissəsində göstərilmişdir ki, partlayış travması (1 oktyabr 2020ci il) sol bazunun aşağı 1/N-nin sağ budun içəri səthinin yuxarı 1/N-nin, döş qəfəsinin sol ön və çənəaltı nahiyələrin kor qəlpə yaralanmasına görə aparılmış yaraların işləməsindən sonrakı vəziyyət. Barotravma nəticəsində (1 oktyabr 2020-ci il) sağ təbil pərdəsinin perforasiyası. Mikrositoz, funksiyanın pozulması; - Həmin epikrizin 5-ci abzasının Anamnezi: qeyd edilmişdir ki, deməsinə görə Azərbaycan Respublikasının sərhətlərinin qoruyarkən, Tər-Tər istiqamətində 29 sentyabr 2020-ci tarixdə saat 16:00-17:00 radələrində döyüş tapşırığını yerinə yetirərkən səngərə yıxılaraq sol qolundan xəsarət almışdır. Hərbi hissə tibb məntəqəsində ilk tibbi yardım göstərilib. N saylı hərbi hissədə gips-langet qoyulub. N0 sentyabr 2020-ci il tarixdə SQ BKHna təhliyyə edilib. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi 2N0 saylı hərbi hissənin N oktyabr 2020-ci il tarixli, №N744 nömrəli arayışından görünür ki, 9-cu bəndində qeyd edilən diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHKnın qərari:-Sağ bud sümüyünün lateral kondilusunun açıq, qəlpəli, kənari sınığı ilə müşayət olunan qəlib-keçən odlu silah yaralanmasına (24 oktyabr 2020-ci il) görə aparılmış yaraların birincili işlənməsi, ətrafın gips longeti ilə immobilizasiyasından sonrakı vəziyyət, ətraf funksiyasının pozulması ilə. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N dekabr 2020-ci il tarixli, №2196 nömrəli, Azərbaycan Respublikası Müdafiə Nazirinin 2008-ci il tarixli 12N nömrəli əmri ilə qüvvəyə minmiş Təlimatın 114, 181, 197, 198 maddəsinə 11 nömrəli əlavə əsasən arayışdan görünür ki, D-z: sağ budun laterial kondilusunun açıq, qəlpəli, kanarı sınığı ilə müşayiət olunan dəlib-keçən odlu silah yaralanmasına (24 oktyabr 2020-ci il) görə aparılmış yaranın birinci cərrahi işlənməsi və ətrafın gips langeti ilə immobilizasiyasından sonrakı konsolidasiya edən sümük döyənəvi ətraf funksiyasının müvəqqəti pozulması ilə. - 17 fevral 202N-cü il tarixli, №1400 nömrəli XN açıq aydın geniş formada xəstəliyi barədə qeyd edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin 27 fevral 202N-cü il tarixli, № 1616 nömrəli məktubundan müəyyən olunur ki, 2N fevral 202N-cü il tarixli göndərişinə cavab olaraq bildirilir ki, 21 avqust 1994-cü il təvəllüdlü İddiaçı 27 fevral 202N-cü il tarixdə t.e.d. professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: Üzvimənşəli (müharibədə alınmış travma) dissisiativ pozuntu, pileptiform tutmalarla F06.5; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsin 2 oktyabr 202N-cü il tarixli, №1460 nömrəli həkim Psixiatr Komissiyasının 2 oktyabr 202N-cü il tarixli, №1869 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 202N-cü il, N-28/N-1-118/202N saylı "Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq, İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissositiv daxilolmalar, epileptiform tutmalarla F07.0; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) çıxarışlarında da xəstə olmağı bunu təsdiq edir. - İddiaçı İİ dərəcəli Əlillik dərəcəsini almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından müayinələrdən keçmişdir, lakin 1N aprel 202N-cü il tarixdə imtina verilmişdir. Buna baxmayaraq, yenidən həkim müayinələrindən keçdi və sənədlərini yenə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından müayinələrdən keçdi, lakin 12 noyabr 202N-cü il tarixdə imtina verilmişdir. İmtinanın səbəbi diaqnoz öz təsdiqini tapmaması və diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 12 noyabr 202N-cü il tarixli imtinası tam qərəzlidir və mütləq məhkəmə tərəfindən mübahisələndirilməlir. Beləliklə, hesab edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin 12 noyabr 202N-cü il tarixli imtinası əsassız hesab edilməli, xəstlikləri nəzərə alınaraq, iddiaçıya ll-ci qrup əlillik dərəcəsi təyin edilməsini cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməlidir.
12. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, İnsan Hüquqlarının və X9 haqqında Konvensiyanın 6.1, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.17-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il N0 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il N0 dekabr tarixli 41N nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasına, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) NN.1, N5.1, N6.1-ci maddələrinə istinad olunmuşdur.
13. Daha sonra iddiaçı dəqiqləşdirmə ərizəsini təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi (bundan sonra – “cavabdeh”) ilə əvəz edilməsi və 12 noyabr 202N-cü il tarixli imtinanı əsassız hesab edərək, xəstəliyini nəzərə alınaraq ona 2-ci qrup əlillik dərəcəsi təyin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 9 aprel 2024-cü il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.
14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
15. Məhkəmənin 16 iyul 2024-cü il tarixli, 2-1(118)-N786/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nə tapşırılmışdır.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
16. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Sumqayıt Psixiatriya Xəstəxanasının 2 noyabr 202N-cü il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (24 oktyabr 2020-ci il). Sol bazunun, sağ budun içəri səthinin, döş qəfəsinin sol ön və çənəaltı hər iki yanaq nahiyyələrinin kor qəlpə yaralanması, yumşaq toxumaların yad cismləri. Bud sümüyünün lateral kondilisunun kənarı açıq sınığına görə aparılmış birincili cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumanın yad cisimləri. Partlayış travması (24 oktyabr 2020-ci il), keçirilmiş sağ incik və qamış sinirlərinin postravmatik neyropatiyası nəticəsində ətraf funksiyanın mülayim dərəcədə pozulması. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla Birtərəfli qarışıq konduktiv və neyrosensor tipli ağır eşitmə, Sağ tərəfli neyrosensor (İ) ağıreşitmə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Xızı rayon sakini 21 avqust 1994-cü il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında 1N aprel 202N-cü il tarixdə Agentlikdə əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçıya orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 17 fevral 202N-cü il tarixli, 1400 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu, anamnezində funksional tutmalar və nevrotik reaksiya. Partlayış travması (24 oktyabr 2020-ci il), keçirilmiş sacı incik və qamış sinirlərinin posttravmatik neyropatiyası nəticəsində ətraf funksiyasının mülayim dərəcədə pozulması. Partlayış travması (24 oktyabr 2020-ci il). Sol bazunun asağı 1/N-nin, saq budun içəri səthinin yuxarı 1/N-nin döş qəfəsinin sol ön və çənəaltı nahiyənin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri capığı, yumsaq toxumaların vad cismi. Sağ budun dəlibkeçən kor qəlpə yaralanmasına, bud sümüyünün lateral kondilusunun kənarı açıq sınığına görə aparılmış birincili-cərrahi işlənməsindən sonrakı kafi bitişmiş sınığı. yumsaq toxumanın yad cisimləri. Partlayış travması (24 oktyabr 2020-ci il), çənəaltı hər iki yanaq nahiyəsinin kor qəlpə yaralanmasına görə yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri capığı. hər iki yanaq nahiyəsinin yumşaq toxumalarının çox kiçik ölçülü vad cismi (metal qəlpə), çeynəmə funksiyasının pozulmaması ilə. Barotravma (1 oktyabr 2020-ci il), sağtərəfli xroniki koxlear nevrit, saq təbil pərdəsinin posttravmatik ikincili bərpası. Saqtərəfli nevrosensor tip ağıresitmə. Pıçıltı nitqini sağ qulaqda beş metr, sol qulaqda altı metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; “Düyünlü ur, eutireoid forma” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 26 may 202N-cü il – 5 iyun 202N-cü il tarixli, 60N2/2N nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (barotravma) dissosiativ pozuntu, anamnezində funksional tutmalar” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X6nın PHŞ 4 avqust 202N-cü il – 18 avqust 202N-cü il tarixli, 754N/2N nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (barotravma) dissosiativ pozuntu, funksional tutmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 5 sentyabr 202N-cü il -N oktyabr 202N-cü il tarixli, 10505/202N nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabaq müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu. dissosiativ daxilolmalar, epileptiform tutmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının 2 oktyabr 202N-cü il tarixli, 1869 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayaqda keyimədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, fikrini ifadə edə bilməməsindən şikayətlənmişdir. Ünsiyyət zamanı narahat, gərgin, emosional sferası qeyri-sabit olmuş, bələdliyi bütün istiqamətlərdə və tənqidi saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1N may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnozun təsdiqlənməməsi barədə qərar qəbul edilmişdir.
17. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1N may 2022-ci il tarixli, 187 nömrəli Qərarına istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
18. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
20. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
21. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
22. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
23. Həmin Məcəllənin NN.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 7N.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.N-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Tətbiq edilən hüquq:
25. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə N8. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)
26. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.N. əlilliyə görə ayrı-seçkilik - əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqetmə, o cümlədən bu Qanuna uyğun olaraq, müyəssərliyə nail olmaq üçün ağlabatan uyğunlaşmadan imtina; (-) 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.
Maddə N. Əlilliyin müəyyən edilməsi N.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. N.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. N.N. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. N.N-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. N.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. N.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə əlilliyi olan şəxslərin reyestrini elektron formada aparır. N.6. Əlilliyi olan şəxslərin reyestrinin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.N. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
Maddə 5. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri 5.0. Əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır: 5.0.1. əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət - əlilliyi olan şəxslərin xüsusiyyətlərinə, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin inkişaf edən qabiliyyətinə və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət olunması, onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul edilməsi; 5.0.2. inklüzivlik - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq, yaşadığı yerdə layiqli həyat sürməsi üçün iş, təhsil və digər sosial mühitin və infrastrukturun əlilliyi olan şəxsə müyəssərliyinin təmin edilməsi; 5.0.N. inteqrasiya - orqanizmin funksiyalarının pozulması faizindən, əlilliyin növündən və insanın həyat fəaliyyətinin məhdudlaşma dərəcəsindən asılı olmayaraq əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə cəmiyyətin həyatında tam və səmərəli iştirakına şəraitin yaradılması; 5.0.4. bərabərlik - əlilliyi olan şəxslərin xidmətlərdən faydalanması və istifadəsi üçün bərabər şərtlərin və imkanların yaradılması; 5.0.5. əlillik əlamətinə görə ayrı-seçkiliyə yol verilməməsi - əlilliyi olan şəxslərin digərləri ilə qanunla bərabər səviyyədə müdafiə olunmaq və ondan bərabər istifadə etmək hüquqlarının təsbit və təmin edilməsi, əlilliklə bağlı istənilən fərqqoyma, istisna və məhdudiyyət tətbiqindən imtina olunması.
Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.1. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. 6.5. Dövlət əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatlarına bu Qanunla müəyyən edilmiş hüquqlarını həyata keçirmək üçün şərait yaradılmasına təminat verir.
Maddə 28. Əlilliyi olan şəxslərin sosial təminatı 28.1. Əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.2. Əlilliyi olan şəxslərə sosial müavinət təyin edilməsi şərtləri və qaydası “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. 28.N. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda əlilliyi olan şəxslərə təqaüd verilir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun N.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.N. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun N.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.N. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.N. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1N may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.https://eqanun.az/framework/442N2 (-) 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.N. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. (-)
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 1N may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilənədək qüvvədə olan “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il N0 dekabr tarixli 41N nömrəli Qərarının 2-ci hissəsinə əsasən:
2. Əlilliyin müəyyən olunması meyarları 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.N. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir. 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)
30. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi:
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 2024cü il tarixli, 2-1(102)-2585/2024 saylı qərarında qeyd edilmişdir ki, “həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.”
32. İddia tələbi işin hallarına (§1-7) istinad edilərək onunla əsaslandırılmışdır ki, - 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi istiqamətində gedən döyüşlərdə iştitak etmişdir; - 1 oktyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı düşmən tərəfindən güclü artileriya hücumu nəticəsində yaralanmışdır, Bakı şəhəri Baş Klinik Hərbi Hospitalına yerləşdirilmiş, orada əməliyyat olmuş, müəyyən bədən nahiyəsində olan qəlpələr çıxarılmış, bədən nahiyələrinə tikişlər qalanı isə həyatına təhlükəli olmasına görə həmin qəlpələr çıxarılmamışdır. 18 oktyabr 2020-ci il tarixdə yaralı olmağına baxmayaraq, Hərbi Hospitalında ərizə yazaraq, yenidən Azərbaycan Respublikası ərazi bütövlüyünü müdafiəsi ilə bağlı döyüşlərə qatılmışdır. - 27 oktyabr 2020-ci il tarixdə Şuşa rayonunun Qırmızı Bazar istiqamətində gedən ağır döyüşlərdə yenidən sağ diz qapağından güllə yarası ilə yaralanmışdır. - döyüşlərdən bir gün sonra döyüş yoldaşları tərəfindən həmin ərazidən təxriyə olunmuşdur və Beyləqan rayon Xəstəxanasına yerləşdirilmişdir. Uzun müalicələr aldıqdan sonra, iddiaçı yenidən xidmətə qayıdıb 2022-ci ilin sentyabr ayında olan döyüşlərdə iştirak etdikdən sonra, onun fiziki və psixoloji vəziyyəti ağırlaşdıqdan sonra, 2022-ci ilin oktyabr ayında təxris olunmudşur. - İİ dərəcəli Əlillik dərəcəsini almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından müayinələrdən keçmişdir, lakin 1N aprel 202N-cü il tarixdə imtina verilmişdir. Buna baxmayaraq, yenidən həkim müayinələrindən keçdi və sənədlərini yenə Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından müayinələrdən keçdi, lakin 12 noyabr 202N-cü il tarixdə imtina verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 12 noyabr 202N-cü il tarixli imtinası tam qərəzlidir və mütləq məhkəmə tərəfindən mübahisələndirilməlir.
33. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayaqda keyimədən, əsəbilikdən, yuxunun və yaddaşın pozulmasından, fikrini ifadə edə bilməməsindən şikayətlənmişdir. Ünsiyyət zamanı narahat, gərgin, emosional sferası qeyrisabit olmuş, bələdliyi bütün istiqamətlərdə və tənqidi saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi dissosiativ pozuntu” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
34. İş materialında olan sənədlərlə müəyyən edilir ki, iddiaçıya Hərbi Həkim Komissiyasının qərarı ilə diaqnoz: “sağ bud sümüyünün lateral kondilusunun açıq, qəlpəli, kənari sınığı ilə müşayət olunan dəlib-keçən odlu silah yaralanmasına (24 oktyabr 2020) görə aparılmış yaraların birincili işlənməsi, ətrafın gips longeti ilə immobilizasiyasından (24 oktyabr 2020) sonrakı vəziyyət, ətraf funksiyasının müvəqqəti pozulması ilə” “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəbi ilə qoyulmuşdur. 27 fevral 202N-cü il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub. Diaqnoz: “Üzvi mənşəli (müharibədə alınmış travma) dissisiativ pozuntu, epileptiform tutmalarla F06.5” qoyulmuşdur. Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla F 07.0
35. İddiaçının sağlamlıq vəziyyətinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 4 sentyabr 2024-cü il tarixli, 2559 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki: İ. Motivləşdirici hissə. İddiaçıda hal-hazırda “üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla” (F07.0) aşkar edilir. Bunu anamnestik məlumatlar (döyüşlərdə kəllə-beyin travması alması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalında “Partlayış travması (1 oktyabr 2020). Sol bazunun aşağı 1/N-nin sağ budun içən səthinin uxarı 1/N-nin, döş qəfəsinin sol ön və çənəaltı nahiyələrin kor qəlpə yaralanmasına görə aparılmış raların işləməsindən sonraki vəziyyət. Barotravma nəticəsində (1 oktyabr 2020) sağ təbil pərdəsinin Mikrositoz, funksiyanın pozulmaması ilə” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi mənşəli (müharibədə alınmış travma) dissosiativ pozuntu, pileptiform tutmalarla F06.52 diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası“da Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissositiv daxilolmalar, epileptiform tutmalarla diaqnozu təyin edilməsi, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Xızı rayon Mərkəzi Xəstəxanası”da “Qapalı kəllə beyin travması” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “X6”da “Üzvi (barotravma) dissosiativ pozuntu. Funksional tutmalarla” diaqnozu ilə həmin stasionar müalicədə olması. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla. Epileptik tutmalarla” diaqnozu ilə həmin stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” da “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalarla. Epileptik tutmalarla” diaqnozu ilə həmin stasionar müalicədə olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng olması, torpidlik əlamətlərinin olması, əhval-ruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. İİ. Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sualın cavabı: İddiaçıda hal-hazırda üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, (X2 10-cu baxışında F07.0) aşkar olunur. 2-ci sualın cavabı: iddiaçının əmək qabiliyyətinin olub-olmamasının mümkünlüyü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1N may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan əlilliyin təyin edilməsi meyarlarına istinadən dəyərləndirilir. Müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsasən, əlilliyin qiymətləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edən meyarlarla yanaşı, həyat fəaliyyəti kateqoriyaları da dəyərləndirilir. Əlilliyə əsas verən həyat fəaliyyəti kateqoriyalarından, 1. Özünəqulluq bacarığı - insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları, 2. Sərbəst hərəkətetmə bacarığı - sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı, N. İstiqamətseçmə bacarığı - ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı, 4. Ünsiyyət bacarığı məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı, 5. Davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı, 6. Öyrənmə bacarığı - bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı,
7. Əmək fəaliyyəti bacarığı - işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı kimi istiqamətlərdə kənar şəxs nəzarəti və ya qulluğuna ehtiyac yaradan ağırlaşmalar izlənilmir. İstinada əsasən, əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır müalicəyə rezistent simptomlar (yəni situasiyanı mühakimə qabiliyyəti, özünə tənqidin, bütövlüklə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı - mövcud vəziyyət tibbi sənədlərlə təsdiqini tapmır), məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti kimi hallar izlənilmir. Yekun olaraq, müayinə zamanı vətəndaşın ardıcıl, məntiqi təfəkkürü, mühakimə və analiz qabiliyyətinin reallığı və şəxsi maraqlarını tam əhatə etməsinə əsaslanaraq, psixi durumu səbəbilə kənar şəxs nəzarəti və ya qulluğuna əsas verən ağırlaşmalar öz təsdiqini tapmır. N-cü sualın cavabı: iddiaçıda tibbi sənədlərə əsasən (XBT 10 kodu: F06.5) “Üzvi dissosiativ pozuntu, mülayim (orta) dərəcədə ifadə olunmuş üzvi dissosiativ pozuntu” qeyd edilib. 4-cü suaın cavabı: iddiaçıda (ağırlaşma – F07.0) “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, epileptiform tutmalarla) aşkar olunur.
36. Göründüyü kimi məhkəmənin qərardadı ilə təyin olunmuş ekspertiza nəticəsində verilən ekspert rəyində də bir daha öz təsdiqini tapmışdır ki, müəyyən olunmuş diaqnoza əsasən iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcuddur.
37. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
38. İddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır. Ona görə də iddia əsaslı hesab edilməlidir.
39. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının qiymətləndirildiyi sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
40. Şərh edilənlərə və İPM-in 2.2, 4.1, 2N.1, 58.7, 69, 75, 78 - 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı əlilliyinin qiymətləndirildiyi 2 noyabr 202N-cü il tarixindən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsi ilə müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən N0 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən N0 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova