Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-379/2020 18.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X14rşı “Torpağa mülkiyyət hüququna dair JN-3190 nömrəli dövlət aktında olan yanlışlıqların aradan qaldırılması, X3 yerinə X11, X1 əvəzinə X5 yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X17 müraciət edərək mülkiyyət hüquqnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2004-cü il oktyabr ayının 20-də “Torpağa mülkiyyət hüququna” dair JN-3190 nömrəli dövlət aktına əsasən iddiaçıya və aşağıda qeyd etdiyi ailə üzvlərinə X11, İsmayılova (Mehdizadə) Elnarə İbrahim qızı və X4 0.35 hektar torpaq sahəsi verilmişdir. Qeyd edir ki, “Torpağa mülkiyyət hüququna” dair JN-3190 nömrəli dövlət aktında yuxarıda sadaladığı ailə üzvlərindən olan həyat yoldaşı X11 yerinə X12, qızı X5 yerinə isə səhvən X6 yazılıb. Qeyd etdiyi bu uyğunsuzluqla əlaqədar olaraq onlar mülkiyyətlərində olan torpaq sahəsi üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Bununla əlaqədar iddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X17 müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X24 JN-3190 nömrəli dövlət aktında “X7” kimi göstərilən şəxsin, ərizəsinə əlavə etdiyi AR vətəndaşının şəxsiyyət vəsiqəsində “İsmayılova (Mehdizadə) Elnarə İbrahim qızı” ilə eyni şəxs olması faktının eyniləşdirilməsi əməliyyatının aparılması üçün mümkün olmadığı əsas götürərək hüquqların dövlət qeydiyyatından imtina edilməsini məqsədə müvafiq hesab etmişdir. Qeyd etdiyi kimi onlar qeyd olunan 0.35 hektar torpaq sahəsindən maneəsiz olaraq istifadə edirlər, ona sahiblik edirlər, lakin onun üzərində sərəncam verə bilmirlər. Buna baxmayaraq bu hüquqları qeydə alınmamış qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, adlarda müvafiq dəyişikliklər edilməklə yeni çıxarış verilməsini cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, 4 saylı X16 mütəxəssisləri tərəfindən sənədlərin ekspertizası zamanı sənədlərdə uyğunsuzluq aşkar edilmişdir. Belə ki, müraciət üzrə əlavə edilmiş JN-3190 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında göstərilən hüquq sahiblərinin soyadı və ata adları ilə şəxsiyyəti təsdiq edən sənədlərdə göstərilən soyad və ata adları arasında fərqlərin mövcud olduğu aşkar edilmişdir. Belə ki, JN-3190 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında hüquq sahibi “X2” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “İddiaçı”, hüquq sahibi “X8” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “X9”, hüquq sahibi “X12” göstərilməsinə baxmayaraq AR vətəndaşının şəxsiyyət vəsiqəsində “X11” kimi qeyd edildiyi aşkar edilmişdir. Eyni zamanda ərizəyə əlavə edilmiş dövlət aktında “X7” kimi göstərilən şəxsin, ərizəyə əlavə edilmiş AR vətəndaşının şəxsiyyət vəsiqəsində “İsmayılova (Mehtizadə) Elnarə İbrahim qızı” ilə eyni şəxs olduqları bəyan edilsə də, eyniləşdirmə əməliyyatının aparılması mümkün omamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə əsasən Təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin qanunun 2.3-cü və 2.4-cü maddələrinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X24 daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə müəyyən edilmiş hüquqmüəyyən edici sənədlər əsasında aparır və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət Reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 2015-ci il 4 iyun tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı X16 Əsasnaməsinə görə, İdarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və Sərəncamlarını, Komitə sədrinin əmr, sərəncam və göstərişlərini, Kollegiyanın qərarlarını, Xidmət rəisinin əmr və göstərişlərini, Komitə və Xidmət üzrə təlimatları, digər normativ metodiki sənədləri və bu əsasnaməni rəhbər tutur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. İddianın mümüknlüyü ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X17 müraciət edərək mülkiyyət hüquqnun dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş, adlarda müvafiq dəyişikliklər edilməklə yeni çıxarış verilməsini cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının tələbi yeni qeydiyyat sənədi verilməsinə yönəldiyindən və müvafiq olaraq inzibati orqanın imtinası olduğundan, iddianın mümüknsüz edən hər hansı bir hal müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə qərarının təsviri hissəsində də qeyd olunduğu kimi JN-3190 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktında qeyd edilən hüquq sahibləri ilə inzibati orqana təqdim edilən şəxslərin şəxsiyyət vəsiqələrində uyğunsuzluq müəyyən edilmişdir. Eyni zamanda ərizəyə əlavə edilmiş dövlət aktında “X7” kimi göstərilən şəxsin, ərizəyə əlavə edilmiş AR vətəndaşının şəxsiyyət vəsiqəsində “İsmayılova (Mehtizadə) Elnarə İbrahim qızı” ilə eyni şəxs olduqları bəyan edilsə də, cavabdeh tərəfindən eyniləşdirmə əməliyyatının aparılması mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası qanuni olmuşdur. Belə ki, “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanunun 11.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanunsuz olmamışdır və iddia rədd edilməlidir. İddiaçıya izah edilsin ki, Dövlət Aktının iddiaçıya və onun ailə üzvlərinə aid olmasının müəyyən olunması ilə bağlı müvafiq umumi məhkəməyə müraciət edə bilələr. Bundan sonra yenidən inzibati orqana müraciət etmələri istisna edilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-379/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-379/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver