Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3795/2023 08.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Quba Bələdiyyəsinin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülərə uyunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş, iddia ərizəsinə əlavə olunmuş sxem üzrə cəmi 782 kv.m torpaq sahəsi də əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun veirlməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində 0,9299 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında məxsusdur (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında). O, göstərilən daşınmaz əmlakı 2008-ci ildə X4 almışdır. X7 torpaq sahəsi xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında məxsus olmuşdur. X9 əsasən N.Əhmərovun xüsusi mülkiyyətində 1,11 hektar torpaq sahəsi olmuşdur. N.Əhmərov əmlak kompleksini ona satarkən 1,06721 hektar torpaq sahəsi burada yerləşən əmlak kompleksi ilə birlikdə onun xüsusi mülkiyyətinə verilmişdir. Lakin xx.xx.2020-ci ildə ona Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilərkən Çıxarışda torpaq sahəsinin ölçüsü 782 kv.metr az göstərilmişdir. Belə ki, **********96-12301 saylı X10 sahəsinin planında torpaq sahəsinin ölçüsü olmalı olduğundan az göstərilmiş, ümumilikdə 782 kv.metr torpaq sahəsi azaldılmışdır. Çıxarışda və Texniki Pasportda xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı torpaq ölçüləri düzgün göstərilməmiş və torpaq sahəsinin Heydər Əliyev prospektinə çıxan hissəsində Dövlət Aktına əsasən onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi Çıxarışa və Texniki Pasporta daxil edilməmişdir. Çıxarışda və Texniki pasportda göstərilməmiş torpaq sahəsinin sxemini ərizəyə əlavə edir və bildirir ki, həmin sxem üzrə cəmi 782 kv.metr torpaq sahəsi Çıxarışa və Texniki pasporta əlavə edilməlidir. Müvafiq olaraq göstərilən daşınmaz əmlaka aid mülkiyyət sənədlərinin və Dövlət Aktının surətlərini ərizəyə əlavə edərək, xx.xx.2020-ci il tarixli ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin Dövlət Aktında ölçülərə uyğunlaşdırılaraq, Çıxarışda və Texniki Pasportda az göstərilmiş torpaq sahələrinin də əlavə olunmaqla, ona yeni Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Daşınmaz Əmlakın Texniki Pasportunun verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli, **********00 saylı məktubla guya xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisi elektron baza xəritəsində mövcud olmadığından əmlak kompleksinin texniki pasportunda qeyd olunan ölçülərin düzəldilməsinin mümkün olmadığını bildirmişdir. Göstərilən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını vermiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Quba rayon torpaq şöbəsi tərəfindən verilmiş mülkiyyət sənədlərinə, o cümlədən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına aid arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir. Əgər iki dövlət orqanı arasında anlaşılmazlıq varsa, buna görə məsuliyyəti niyə görə vətəndaş daşımalıdır? xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisi elektron baza xəritəsində oturdulmayıbsa, buna görə məsuliyyəti elə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi daşımalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli, 713-İİQ saylı Qanununun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”. Deməli, 2003-cü ildə verilmiş Dövlət Aktı ilə təsbit olunmuş mülkiyyət hüquqlarını DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tanımamağa və bunları mübahisələndirməyə heç bir hüququ yoxdur. Göstərilənlərə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən bu işə aid bütün müvafiq sənədlərin tələb olunaraq, göndərilməsini xahiş edir. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Çıxarışda və Texniki Pasportda az göstərilmiş torpaq sahələrinin də əlavə olunmaqla, ona yeni Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Daşınmaz Əmlakın Texniki Pasportunun verilməsindən imtinası əsassızdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məktubunda göstərilənlərin absurd xarakter daşımasını yuxarıda əsaslandırmışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi mülkiyyət sənədlərində düzəliş aparılmasından əsassız olaraq imtina etdiyindən məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Məhkəmənin sonuncu iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** saylı Çıxarışında göstərilmiş Quba şəhəri, 22ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində İddiaçıun mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan ölçü sənədinin verlməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, 12 sentyabr 2022-ci ildə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0.9299 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında X5 bağışlandığına və sonuncunun adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüququna dair çıxarış verildiyinə görə, xx.xx.2008-ci ildə Ceyhun İmamquliyevin adına mülkiyyət hüququna dair çıxarış verilərkən qeydiyyatdan kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərinə X2 mülkiyyət hüququnun qeydə alınmasını məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı ona verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* çıxarışda və texniki pasportda az göstərilmiş torpaq sahəsinin yeni ölçülərlə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********00 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sizin mülkiyyətinizdə olan Quba şəhəri, H. Əliyev prospektində yerləşən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə JN-884 nömrəli ‘‘Torpağa mülkiyyət hüququna dair dövlət Akt"ı əsasında verilmiş texniki pasportun ölçülərinin dövlət aktına uyğunlaşdırılması ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsində baxılmışdır. JN-884 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktının cizgisi elektron baza xəritəsində mövcud olmadığından əmlak kompleksinin texniki pasportunda qeyd olunan ölçülərin düzəldilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 16.2 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafeləhni pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır”. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008ci il tarixli, MH seriyalı, ******* çıxarışda göstərilən daşınmaz əmlakı hissə-hissə ayrı-ayrı müqavilələr ilə digər şəxslərə satılmışdır. Yerdə qalan 0.9299 ha torpaq sahəsi göstərilməklə İddiaçı adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli yeni dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Göründüyü kimi, İddiaçı 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* çıxarışda göstərilmiş daşınmaz əmlakla olmuş, lakin Sumqayıt İnzibati Məhkəməsinə 24.11 2020-ci il tarixli, ********** saylı çıxarışda göstərilən daşınmaz əmlakla bağlı iddia ərizəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia predmeti olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışda göstərilən daşınmaz əmlakın bir hissəsi Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/03-1322 reyestr nömrəli müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir və yerdə qalan hissəyə İddiaçı adına yeni dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Qeyd edirlər ki, dövlət reyestrindən çıxarış xx.xx.2008-ci ildə verildiyini nəzərə alındığı halda həmin prosessual müddət buraxılmışdır.Dövlət aktında olan cizgi iddiaçıya verilmiş texniki pasportda göstərilən cizgidən tam fərqlidir və bununla da iddia ərizəsində göstərilən 782 kv.metr olan torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyi, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Quba rayonu Quba bələdiyyəsi məhkəmənin 2-1(118)-278/2022 saylı xx.xx.2022-ci il tarixli Qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, sonradan məhkəmənin 2-1(118)-278/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə onun üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnizibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilmiş və nəticədə hazır ki, iddia tələbi üzrə Quba Bələdiyyəsi 3-cü şəxs qismində tanınmışdır. Quba Bələdiyyəsi iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etmiş, həmin münasibətdə bildirilmişdir ki, Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(118)-278/2022 saylı qərardadı ilə Quba bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddianı qəbu etmirlər. İddiaçının iddia tələbi onların qanunla qorunan maraqlarına toxunur. İddiaçının iddiasının bələdiyyənin maraqlarına toxunması ilə bağlı: İddiaçının iddia etdiyi torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətindədir. Belə ki, Quba bələdiyyəsi mülkiyyətində olan 260 kv.m torpaq sahəsinin yerquruluşu planının hazırlanması məqsədilə 05 iyun 2020-ci il tarixdə "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə müraciət etmişdir. Bundan sonra həmin ərazinin yerquluşu planı və kadastr göstəriciləri hazırlanmış, torpaq sahəsinin hasarlanmadığı, döngə nöqtələrinin mərzlənmədiyi, daxilində tikinti işlərinin aparılmadığı, kommunikasiya xətlərinin mövcud olmadığı qeyd edilmişdir. Bundan sonra bələdiyyə həmin torpaq sahəsinin sahibkarlıq tikintisi üçün satılması məqsədilə Quba RİHB-nın Aparatının Memarlıq və Tikinti şöbəsinə müraciət etmiş, şöbənin 36 iyul 2020-cil tarixli rəyi ilə həmin torpaq sahəsinin sahibkarlıq tikintisi üçün tikinti işlərinin aparılması məqsədilə satılmasının qanuna uyğun olması bildirilmişdir. Əlavə olaraq torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş proseduralar həyata keçirilmişdir. Quba bələdiyyəsinin 05 avqust 2021-ci il tarixli, 10 saylı iclas protokolunun 6 saylı qərarından çıxarışa əsasən həmin torpaq sahəsinin sahibkarlıq məqsədilə hərrac və müsabiqə keçirilməklə satılması ilə bağlı bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması məqsədilə Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinə çıxarış verilərkən 5 saylı Xaçmaz Ərazi İdarəsindən 27 oktyabr 2021-ci il tarixli məktubla sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət olunmuş xx.xx.2021-ci il tarixli, 10 saylı qərarı ilə sahibkarlıq məqsədilə ayrılmış 260 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi ilə bağlı məhkəmə mübahisəsi mövcud olması bildirilmişdir. Bundan sonra həmin məhkəmə mübahisəsinin nədən ibarət olması ilə maraqlandıqda iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi aydın olmuşdur. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi boş heç kimin istifadəsində olmayan, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Bələdiyyə həmin torpaq sahəsinə qanunvericiliyə uyğun olaraq çıxarış alınması üçün müraciət etdikdə iddiaçının heç bir subyektiv hüququ olmayan süni olaraq yaradılmış məhkəmə mübahisəsi ilə qarşılaşmışdır. İddiaçı iddia ərizəsində Quba şəhəri, Heydəı Əliyev prospektində yerləşən 0,9299 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3518.2 kv.metr ümumi sahədən ibarət əmlak kompeksi kimi müəssisənin dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarış əsasında 2008-ci ildə X4 aldığını bildirmiş, torpaq sahəsinin 1.11 ha olduğunu, ona satarkən 1,06721 ha olduğunu bildirmiş, ona reyestrindən çıxarış verilərkən çıxarışda torpaq sahəsinin ölçüsü 782 kv.m az göstərildiyi qeyd edilmiş, torpaq sahəsinin bir hissəsi çıxarışda və texniki pasporta qeyd edilmədiyini bildirmiş, bu səbəbdən də həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. İddiaçının bu tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Ona görə ki, iddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə guya 2008-ci ildə Nadir Əhmərovdan aldığı torpaq sahəsi olması görüntüsü yaratmaq istəyir. Halbuki iddiaçının Nadir Əhmərovdan nə qədər torpaq sahəsi və nə qədər tikili alması göstərilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsinin Nadir Əhmərovun mülkiyyətində olması onun iddiaçıya satılması barədə heç bir sübut yoxdur.İddiaçının həmin torpaq sahəsi ilə əlaqəsi yoxdur. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan boş ərazidə yerləşən torpaq sahəsidir. Bələdiyyə öz mülkiyyətində olan torpaq sahələrini qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı və ya hərrac yolu ilə istənilən şəxsə satmasında sərbəstdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili dəqiqləşdirilmiş iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırkı halda qərarda göstərildiyi kimi ilk növbədə qeyd edilən Dövlət Aktı ilə ehtiva olunan torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə hüquqi bağlılığının nədən ibarət olması halı, başqa sözlə digər şəxsə müvafiq Dövlət Aktı əsasında məxsus olan torpaq sahəsinin məhz həmin Aktda qeyd edilmiş ölçüdə və ya hansı ölçüdə torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla (alqı-satqı müqaviləsi və digər) verilib-verilməməsi və verildiyi halda onun verilməsinə əsas olmuş sənədlərin nədən ibarət olması halı müəyyən edildikdən sonra, qərarda göstərilmiş ikinci hal aydınlaşdırılmalıdır. İkinci hal isə “Daha sonra iddia tələbinin əsaslılığı və müvafiq torpaq sahəsinin ölçüsünün qeyd olunan Dövlət Aktında əks olunmuş ölçülərlə uyğunzusluq təşkil edib-etməməsi işin halları baxımından iddiaçının sonradan əldə etdiyi digər daşınmaz əmlakın dövlət reysetrindən çıxarışlar (xx.xx.2014-cü il, xx.xx.2020-ci il) və alqı-satqı müqavilələri ilə birgə tədqiq edilməklə, bununla bağlı araşdırılma aparılması zəruri olmuşdur.”Göründüyü kimi ikinci hal da araşdırılmalı, hazırda iddiaçı iddia tələbini dəqiqləşdirərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** saylı Çıxarışında göstərilmiş, Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınmasını xahiş etdiyindən, həmin torpaq sahəsinin Dövlət Aktında nəzərdə tutulan hansı hissəsində yerləşməsi, bununla bağlı ümumiyyətlə iddiaçının hazırda iddia etdiyi torpaq sahəsinin Dövlət Aktında göstərilən torpaq sahəsinin daxilində yerləşib yerləşməməsi müəyyən edilməsi üçün mütəxəssis rəyinin alınması vacibdir. Həmçinin qərarda göstərilən aydınlaşdırılması üçüncü hal isə “Lakin birinci instansiya məhkəməsi tərəfindən müvafiq əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə dair 2008-ci il tarixli Çıxarışın mübahisələndirilib-mübahisələndirilməsi ilə bağlı hallar da işin halları və iddia tələbinin predmeti ilə bağlılığı baxımından aydınlaşdırılmamışdır. Halbuki, qeyd olunan halın aydınlaşdırılması iddianın mümkünlük məsələsinin araşdırılması baxımından zəruri olmuşdur.” Hazırda iddia tələbinin hansı növ iddia olması aydınlaşdırılmalı, bu hal aydınlaşdırıldıqdan sonra prosessual müddətin buraxılması ilə bağlı məsələyə baxılmalıdır.Qərarda göstərilən digər aydınlaşdırılması hal isə iddiaçının iddia etdiyi torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi halıdır ki, bunu da iş üzrə mütəxəssis rəyi ilə aydınlaşdırılmalıdır.Həmçinin iş üzrə məhkəmə tərəfindən verilmiş sorğulara cavab zamanı müəyyən edilmişdir ki, İddiaçı 2008ci il tarixdə verilmiş çıxarışın düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatında kənar qalmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını istəsə də, 2008-ci ildən sonra həmin çıxarış dəfələrlə dəyişdirilmiş, 2021-ci ildə torpaq sahəsinin mülkiyyətçisi dəyişilmişdir. Beləliklə hazırda iddiaçı 2008-ci il çıxarışına istinad etsə də, həmin çıxarışda göstərilən (torpaq sahələri satıldıqdan sonra yerdə qalan) torpaq sahəsinin mülkiyyətçisi deyildir.Bundan başqa 07 dekabr 2023-cü il tarixdə iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizədə Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, ********** saylı Çıxarışında göstərilmiş 0,9299 ha torpaq sahəsindən bəhs etsə də, qeyd edilən çıxarışda torpaq sahəsinin ölçüsü 0,98 ha təşkil etmişdir. Belə olan halda iddiaçı hansı 629 kv.m torpaq sahəsini tələb edir, bunun iddia edilmiş Dövlət Aktında göstərilən 1,11 ha torpaq sahəsinə nə dərəcədə bağlılığı, 629 kv.m torpaq sahəsinin iddia edilmiş Dövlət Aktında göstərilən 1,11 ha torpaq sahəsinin hansı hissəsində yerləşməsi müəyyən edilməmişdir. Məhkəmə iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddiaya qarşı etiraza uyğun izahat verərək, bldirmişdir ki, iddiaçının hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ yoxdur. Belə ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0.9299 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında X6 tərəfindən X5 bağışlanmış və sonuncu öz adına xx.xx.2022-ci il tarixli mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. 3-cü şəxsin nümayəndəsi və vəkili Nümayəndə hesab etmişdir ki, adında çıxarış olmayan Ceyhun İmamquliyevin qeyd olunan çıxarışa düzəliş etdirməyə subyektiv hüququ yoxdur. Qeyd olunan mübahisəli ərazi bələdiyyənin ərazi torpaqlarına daxil olduğu və iddiaçının həmin torpaq sahəsinə hər hansı hüquqmüəyyənedici sənədi olmadığına görə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin etiraz ərizəsi, JN-0884 KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surəti, Qusar rayon Məhkəməsinin 02 mart 2007-ci il tarixli qətnaməsinin surəti, Quba rayon məhkəməsinin 20 noyabr 2023-cü il tarixli müşayət məktubu ilə gödərdiyi 12 iyul 2005-ci il tarixli alqı-satqı müqaviləsi, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* saylı, xx.xx.2014 tarixli çıxarışın surəti, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” 24 noyabr 2020-ci il tarixi, ********** qeydiyyat nömrəli çıxarışın surəti, əmlak kompleksinə aid texniki pasportun təsdiqlənmiş surəti, Cavabdehin **********88 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu, Cavabdehin 3-21-3-34/2-8876/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3808 saylı, 12 sentyabr 2022-ci il tarixli Ekspert rəyi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə 19 iyul 2005-ci il tarixli, 4Ə-616 reyestr nömrəli “torpaq alqı-satqısı” müqaviləsinin bağlandığı vaxtdan yaranmış olur. 3-cü şəxsin vəkili və nümayəndəsi tərəfindən iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı gətirdiyi arqumentə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda göstərilmiş 0.9299 ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsi əsasında X6 tərəfindən X5 bağışlanması xx.xx.2008-ci ildə verilən çıxarışda öz əksini tapmayan 629 kv.m torpaq sahəsi ilə bağlı iddia qaldırmaq hüququnu məhdudlaşdıra bilməz. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbinin predmeti 0.9299 ha torpaq sahəsi deyil, həmin torpaq sahəsinin mülkiyyət hüququna dair xx.xx.2008-ci ildə əlavə edilməyən 629 kv.m hissəsidir. Ona görə də məhkəmə hesab edir ki, Ceyhun İmamquliyevin hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüququ var. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı oğlu DƏDKR-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********00 nömrəli, xx.xx.2020-ci il tarixli imtina məktubu (cavabdehin etiraz ərizəsində qeyd edilib) ilə imtina cavabını almışdır. Cavabdeh təşkilat tərəfindən məhkəməyə göndərilmiş 23 noyabr 2021-ci il tarixli müşayət məktubu ilə göndərilmiş 28 vərəqədən ibarət olan sənədlərdən məlum olmuşdur ki, eyni torpaq sahəsi ilə bağlı eyni tərəflər arasında Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-406/2021 saylı qərarı qəbul edilmişdir. Qeyd olunan inzibati iş öyrənildikdən sonra məlum olmuşdur ki, iddiaçının iddia tələbindən imtina etməsi nəticəsində xx.xx.2021-ci il tarixli 2-1(118)-406/2021 saylı qərarı xx.xx.2021-ci il tarixli 2- 1(118)-406/2021 saylı qərardad ilə ləğv edilərək, yeni baxışa təyin edilmiş və iddiaçının müraciəti əsasında xx.xx.2021-ci il tarixli qərardad ilə iddia tələbi iddiaçıya geri qaytarılmışdır. Hazırkı iddia tələbinə yenidən baxılarkən iddia tələbi iddiaçı tərəfindən dəyişdirilmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, 19 iyul 2005-ci il tarixli, 4Ə-616 reyestr nömrəli “torpaq alqı-satqısı” müqaviləsinə əsasən X8 JN-884 KOD 30301004 “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında mülkiyyətində olan və Quba şəhərində yerləşən 1.11 hektar torpaq sahəsini X1.Qeyd olunan alqı-satqı müqaviləsinin preyudisiallığı həmçinin qanuni qüvvə minmiş Quba rayon Məhkəməsinin 30 iyun 2010-cu il tarixli qətnaməsindədə öz əksini tapmışdır. Torpaq sahəsinin ölçüsünün 1,11 ha olması həmçinin DƏDRX 5 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü ildə məhkəməyə təqdim etdiyi sənədlər toplusuna əlavə edilmiş “Əmlak kompleksi”nə dair verilmiş texniki pasportun 2-ci vərəqində (sənəd üzrə torpaq sahəsinin ölçüsünün 1.06256 ha olması), həmçinin ticarət mərkəzinin tikintisinə icazə verilən 2004-cü il tarixli rəydədə öz əksini tapmışdır. Lakin DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli çıxarışda torpaq sahəsinin ölçüsü 0.98721 ha kimi göstərilmişdir. Qeyd olunan halın araşdırılması məqsədi ilə məhkəmə tərəfindən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüləri xx.xx.2003-cü il tarixli, JN-0884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı ölçülərlə eyni olub-olmamasının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəməyə daxil olmuş 10/3808 saylı, 12 sentyabr 2022-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında iddiaçıya məxsus olan Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin ölçüləri ilə xx.xx.2003-cü il tarixli, JN-0884 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktındakı ölçülər arasında uyğunsuzluq olduğu müəyyən olunur. xx.xx.2020-ci il tarixli, ********** saylı çıxarış əsasında tərtib edilmiş 8360 inventar nömrəli texniki pasport sənədində qeyd olunan torpaq sahəsi şimaldan 8.9-7.4 metr olmaqla cənuba doğru sürüşdürülmüş və nəticədə 629 kv.m torpaq sahəsi mülkiyyətə salınmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh təşkilatın göndərdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirlmişdir ki, 1.11 ha torpaq sahəsi Quba rayon notarriat kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-616 reyester nömrəli alqı-satqı müqaviləsi əsasında X2 adına özgəninkiləşdirilmişdir. Lakin həmin məktubun növbəti cümləsində 0.98721 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması qeyd olunmuşdur.Qeyd olunan məktubda 1.11 ha torpaq sahəsinin rəsmiləşdirilməli olmalı halda hansı səbəbdən 0.98721 ha qeyd olunmasına açıqlama verilməmişdir. Məhkəmə tərəfindən 629 kv.m torpaq sahəsinin üzərində digər şəxslərin mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı sorğu verilməsinə baxmayaraq, qeyd olunan torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi bəhanəsi ilə rəy verməkdən imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, qeyd olunan mübahisəli sahə ilə əlaqədar bütün hüquqmüəyyənedici sənədlər cavabdeh təşkilatın özü tərəfindən məhkəməyə təqdim edilmişdir. Belə olduğu tədqirdə cavabdeh təşkilatın özünün təqdim etdiyi hüquqmüəyyənedici sənədləri yenidən özünə göndərmək məntiqsizdir.İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Quba bələdiyyəsi mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmaq niyyətindədir. Həmçinin o da nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsinin başqa şəxslərin torpaq sahələri ilə üst-üstə düşməsi cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, mübahisəli 629 kv.m torpaq sahəsi kiminsə mülkiyyətində və ya sahibliyində deyil. Beləliklə, məhkəmə tərəfindən cavabdeh təşkilata göndərilən sorğuların nəticəsində bəlli olmuşdur ki, ümumi sahəsi 1.11 ha olmuş torpaq sahəsi üzərində Quba rayon notariat kontorunda rəsmiləşdirilmiş xx.xx.2005-ci il tarixli 4Ə-616 reyester nömrəli alqı-satqı müqaviləsi əsasında ölçüsü 0.98721 ha kimi göstərilmiş xx.xx.2008-ci il tarixli mülkiyyət hüququna dair çıxarışdan başqa digər hüquqmüəyyənedici sənəd verilməmişdir. Məhkəmə qeyd edir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçıların torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Ona görədə məhkəmə hesab edir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.03-cü maddəsində əsasən alqı-satqı müqaviləsi üzrə iddiaçıya satılmış 1.11 ha torpaq sahəsindən mülkiyyət hüququ qeydə alınmamış 629 kv.m hissəsinin üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh təşkilatın gətirdiyi arqumentdə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, iddia tələbi qüvvədən düşmüş çıxarışların üzərində düzəlişlərin aparılmasından ibarət olmadığına görə verilən arqumentlər öz əhəmiyyətini itirmiş olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmış və xx.xx.2008-ci il tarixli, ********** saylı Çıxarışında göstərilmiş Quba şəhəri, 22-ci məhəllədə yerləşən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünün düzgün yazılmaması səbəbindən dövlət qeydiyyatından kənarda qalmış 629 kv.m torpaq sahəsinin üzərində İddiaçıun mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verlməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-3795/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3795/2023
08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver