Məhkəmə qərarları › İş №2-1(118)-38/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-38/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-38/2021 29.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Üçüncü şəxsin nümayəndə və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “Şabran rayonu, Çölquşçu kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının mərhum nənəsi X2 adına plan ölçü və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Şabran rayonu, Çölquşçu kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının mərhum nənəsi X2 adınadır. Bu barədə arxiv arayışı da mövcuddur. Həmin torpaq sahəsinin plan ölçüsünün hazırlanması və mülkiyyət hüququnun qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə dair cavabdeh İdarəyə müraciət etsə də imtina cavabı almışdır. Əsas kimi isə həmin torpaq sahəsinin başqa şəxs tərəfindən hasarlanaraq istifadə olunması göstərilmişdir. İddiaçının həmin torpaq sahəsinin Şabran rayon Çölquşçu bələdiyyəsi tərəfindən X1 barədə məlumatı olduqdan sonra bələdiyyənin qərarının Sumqayıt İnzibati- İqtisadi məhkəməsində mübahisələndirməsi çoxsaylı məhkəmə mübahisələrindən sonra onun subyektiv hüququnun olmaması səbəbindən iddiası mümkünsüz sayılmışdır. Bundan sonra iddiaçı Şabran rayonu, Çölquşçu kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə dair mərhum nənəsi X2 adına plan ölçü və çıxarışın verilməsi ilə bağlı DƏDRX-niun 5 saylı ərazi idarəsinə müraciət etmiş, lakin onun müraciəti nəticəsiz qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməninin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı teleqramma ilə məhkəməyə müraciət edərək, məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Ona görə də məhkəmə iş materiallarına əlavə edilmiş və özü tərəfindən araşdırılmış sübutlar əsasında iddia tələbinə mahiyyəti üzrə baxılması qərarına gəldi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Şabran rayonu, Çölquşçu kəndi ərazisində yerləşən mərhum X2 adına olan 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 28.06.2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, torpaq sahəsi üzərində mübahisə mövcuddur. Belə ki, müəyyən olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş 0.06 ha torpaq sahəsi digər şəxs tərəfindən hasarlanaraq istifadə olunur. Bu səbəbdən də, müayinə işlərinin aparılması mümkün olmamışdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxİanıİması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X4 nümayəndə və vəkili X8 iddia tələbinə etiraz edərək bildirmişdir ki, qeyd olunan torpaq sahəsinin iddiaçının mərhum nənəsinə heç bir aidiyyatı yoxdur. Belə ki, həmin torpaq sahəsi Şabran rayonunun Çölquşçu bələdiyyəsinin müvafiq qərarı əsasında təmsil etdiyi X7 ayrılmışdır. Şabran rayonunun Çölquşçu bələdiyyəsinin müvafiq qərarının ləğv edilməsi ilə bağlı iddiaçının subyektiv hüququnun olmaması səbəbindən iddiası təmin edilməmişdir. Ümumiyətçə hesab edir ki, iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almadan hazır ki, iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququna malik deyil. Ona görədə 3cü şəxsin vəkili və nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********04 saylı, 11.07.2019-cu il tarixli imtina məktubu, **********88 saylı, **********38 saylı, 08.10.2019-cu tarixli etirazı, Şabran rayon dövlət arxivinin 27.06.2019-cu il tarixli, 107 nömrəli arxiv arayışından çıxarış, X9 MMC tərəfindən verilmiş 27.05.2021-ci il tarixli, 89 saylı ekspert rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Cavabdeh inzibati orqan mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən istinad etmişdir ki, iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi müvafiq torpaq sahəsinin digər şəxs tərəfindən hasarladığından və mübahisə edilən torpaq sahəsinə dair məhkəmə mübahisəsi olduğundan, ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsi olaraq müəyyən olundu ki, iş materiallarına əlavə olunmuş iddiaçıya məxsus arxiv çıxarışında fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi qeyd olunsa da torpaq sahəsinin yeri barədə plan, eskiz və ya sxem olmadığından sözügedən 0.06 ha torpaq sahəsinin yerini müəyyənləşdirmək mümkün deyil. Həmçinin iş materiallarına əlavə olunmuş üçüncü şəxsə məxsus Şabran rayonu, Çölquşçu bələdiyyəsinin 18 aprel 2013-cü il tarixli protokoldan çıxarış və 1:10000 miqyaslı planında 0.12 ha torpaq sahəsi sxematik qeyd olunduğundan, yəni istinadedici oriyentirlərin olmaması səbəbindən sözügedən 0.12 ha torpaq sahəsinin yerini müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəbdən X3 miras qalmış 0.06 ha torpaq sahəsi ilə X6 Şabran rayon, Çölquşçu bələdiyyəsinin 18 aprel 2013-cü il tarixli qərarı əsasında ayrılmış torpaq sahələrinin üst-üstə düşməsinin aydınlaşdırmaq da mümkün olmamışdır. Göründüyü kimi iş materiallarından müəyyən olundu ki, İddiaçı mübahisə predmeti olan torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən mərhum nənəsi Reyhan Haqverdiyevanın adına rəsmiləşdirilməsi məqsədi ilə inizbati orqana müraciət etmiş, lakin müsbət cavab almamışdır. Belə ki, o həmin torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici lazimi sənədlər təqdim etmədiyindən, həmçinin məhkəmə araşdırması zamanı müvafiq sənədlərin mövcudluğu öz təsdiqini tapmadığından onun tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi həddlərdə təmin etmək mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunan Qanunun 22.2.-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “Şabran rayonu, Çölquşçu kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının mərhum nənəsi X2 adına plan ölçü və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı “Şabran rayonu, Çölquşçu kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının mərhum nənəsi X2 adına plan ölçü və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar