Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-38/2022 06.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11.06.2020-ci il tarixli **********137139 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11.06.2020-ci il tarixli **********137139 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması”dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 29.12.2019-cu il tarixli **********195520 nömrəli Qərarına əsasən İddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlamanın nəticələri üzrə 17.04.2020-ci il tarixli **********198795 nömrəli səyyar vergi yoxlaması Aktı tərtib olunmuş və və həmin Aktda qeyd olunanlara əsasən 11.06.2020-ci il tarixli **********137139 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilərək 3120047,7 manat məbləğində əlavə vergilər, 1156575,53 manat məbləğində isə maliyyə sanksiyası tətbiq edilmişdir. Aşağıda qeyd olunan əsaslara görə aparılan yoxlama tamamilə qanunsuz olduğu üçün mübahisələndirilən 21.08.2019-cu il tarixli Qərar ləğv olunmalıdır. Aktın 1.1-ci bəndindən göründüyü kimi aparılan yoxlama 30.12.2019-cu il tarixdə başlamış və 17.04.2020-ci il tarixdə başa çatmışdır (109 təqvim günü). Eyni zamanda, 03.02.2020-ci il tarixli və 17.03.2020-ci il tarixli qərarlarla ardıcıl 2 dəfə dayandırılmış, 17.04.2020-ci il tarixdə isə hazırda mübahisələndirilən Qərarın qəbul olunması üzrə təkliflərin əks olunduğu yoxlama Aktı tərtib edilmişdir.Yoxlamanın başlamasından sonra göstərilən müddətlərə nəzər yetirdikdə cavabdeh tərəfindən yoxlamanın müddətinin kobud şəkildə pozulduğu müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, “Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər”. Lakin, göründüyü kimi, yoxlama dayandırma müddətləri istisna (61 təqvim günü) olmaqla, 45 təqvim gününü ( 109-61) əhatə etmişdir ki, bununla da, Məcəllənin yuxarıda göstərilən imperativ tələbi pozulmuşdur. 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunla Vergi Məcəlləsinə əlavə edilən və 01.01.2019-cu il tarixdən qüvvəyə minən 67.15-ci maddəyə görə, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Yoxlama aktından göründüyü kimi, cavabdeh tərəfindən 01.01.2019-cu il tarixdən qüvvəyə minən və həmin tarixdən sonra yaranan münasibətlərə şamil olunmalı olan normanı əvvəlki illərə tətbiq etməklə iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 149cu maddəsinin Vİİ bəndinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunla Vergi Məcəlləsinə əlavə edilən 166.2-ci maddənin də tələbləri gözlənilməmişdir. Belə ki, cavabdeh tərəfindən malların təqdim edildiyi vaxt müəyyənləşdirilmədən bütün satış yoxlamanın sonuncu dövrünə tətbiq edilmişdir. Halbuki Vergi Məcəlləsinin 166.2-ci maddəsi xüsusi, 67.15-ci maddəsi isə ümumi normadır. İki norma arasında ziddiyyət olduqda xüsusi norma tətbiq edilməlidir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun 10.4-cü maddəsinə görə, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq edilir. Cəmiyyətə 2016-cı il üzrə hesablanan mənfəət vergisi isə Vergi Məcəlləsi ilə müəyyən olunmuş hesablama müddəti bitdikdən sonra həyata keçirilmişdir. Belə ki, Məcəllənin 2016-cı i) üçün qüvvədə olan redaksiyasında 56.1-ci , 83-cü və 85.4-cü maddələrə əsasən vergi orqanının hesabat dövrü bitdikdən sonra 3 il ərzində vergiləri hesablamaq hüququ mövcud olmuşdur. 2016-cı il üzrə vergilərin hesablanmasının son günü 2020-ci ilin 31 mart tarixidir. Mübahisələndirilən inzibati akt isə 11.06.2020-ci il tarixdə qəbul edilmişdir. Göstərilənləri vergi orqanı tərəfindən həmin vergi məbləğinə tətbiq olunan maliyyə sanksiyasının inzibati aktda əksini tapmamasından da müəyyən etmək mümkündür. Belə ki, cavabdeh 2016-cı ilin mənfəət vergisi üzrə hesablanan maliyyə sanksiyasını müddət ötdüyü üçün hesablamamış, əsas vergi hissəsini isə qanunsuz olaraq əlavə hesablama kimi tətbiq etmişdir. Halbuki, qanunvericilikdə 3 illik hesablama müddətinin yalnız maliyyə sanksiyasına deyil, bütün növ vergilərə şamil olunması açıq şəkildə göstərilmişdir. Eyni zamanda, bildirirlər ki, cavabdeh tərəfindən ƏDV və mənfəət vergilərinin hesablanması zamanı bir-biri ilə uzlaşmayan məlumatlara istinad olunmuşdur ki, bununla bağlı da məhkəmə iclasında ətraflı izah veriləcəkdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, cavabdeh vergi orqanının 29.12.2019cu il tarixli **********195520 nömrəli qərarına əsasən iddiaçıda noyabr 2016-ci il tarixdən oktyabr 2019-cu il tarixədək olan dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya 30.12.2019-ci il tarixli **********195773 nömrəli nömrəli Tələbnamə verilmişdir. Tələbnamədə göstərilən və İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin baza məlumatlarında (AVİS ve Hesabat/Axtarış informasiya sistemi) olmayan sənədlər yoxlamaya təqdim edilməmişdir. İddiaçı MMC-nin rəhbəri 14.02.2020-ci il tarixli izahatında yoxlama üçün zəruri olan və müvafiq tələbnamədə göstərilən sənədlərin onda olmadığını MMC-ni alqı satqı müqaviləsinə əsasən aldığını və həmin sənədlərin MMC-nin daha öncəki rəhbərində olduğunu bildirmişdir. Sənədlərin alınması məqsədi ilə 10.03.2020-ci il tarixli **********013700 nömrəli məktubla məhkəməyə müraciət edilməşdir. Eyni zamanda yoxlama üçün zəruri olan sənədlər yoxlamaya təqdim edilmədiyindən Vergi Məcəlləsinin 36.3-cü maddəsinə uyğun olaraq, "GREENROOM” MMC-nin digər şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan sənədlərin və məlumatların alınması üçün aidiyyəti üzrə məktublarla müraciət edilmiş və cavablar alınmışdır. Səyyar vergi yoxlaması (AVİS ve Hesabat/Axtarış informasiya sistemi) bazası, alınmış bank məlumatları, qarşılıqlı əlaqələr və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılmışdır. Səyyar vergi yoxlaması nəticəsində müəyyən edilmişdir: Əlavə dəyər vergisi üzrə: İddiaçı MMC tərəfindən illər üzrə müvafiq EVHF əldə etməklə "xxxx" QSC-dən müxtəlif növ yanacağ alınmışdır. "xxxx" MMC-nin digər şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan sənədlərin və məlumatların alınması üçün aidiyyəti üzrə məktublarla müraciət edilmişdir. Alınmış cavablarda əldə edilmiş yanacağın istifadəsi və satılması barədə heç bir məlumat əldə etmək mümkün olmamışdır. Həmin yanacağın ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri nəzərə alınmaqla yanacağın satmalı olduğu qiymət nəzərə alınaraq (ƏDV-siz, yol vergisiz) 52138307,56 manat müəyyən edimişdir. Vergi ödəyicisi tərəfindən 01.01.2016-cı il tarixdən 31.12.2019-cu il tarixədək ƏDVsiz dəyəri 52841194,55 manat olan EVHF təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 67.15-ci və 159.1-ci maddələrinə əsasən əldə edilən yanacağın satışa verildiyi və yoxlama ilə cəmi (52841194,55+52138307,56=) 104979502,11 manat ƏDV-siz dövriyyə müəyyən edilmişdir. Beləliklə səyyar vergi yoxlaması ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən əlavə dəyər vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1884644.52 manat azaldılmasına görə 50% məbləğində, yəni 942322,26 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Mənfəət vergisi üzrə: İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin baza məlumatlarına (AVİS ve Hesabat/Axtarış informasiya sistemi) əsasən “Greenroom" MMC-nin ƏDV depozit hesabından alınan çıxarışa əsasən 9500056.68 manat ƏDV məbləği daxil olmuşdur. Vergi ödəyicisi yoxlamanın əhatə etdiyi dövrdə gəlir və xərclərin uçotunu kassa metoduna əsasən apardığı üçün, mədaxil olan məbləğ əsasında ********.67 manat dövriyyə müəyyən edilərək mənfəət vergisinin hesablanmasında əsas olaraq götürülmüşdür. Səyyar vergi yoxlaması zamanı alınmış bank məlumatlarına əsasən “Greenroom" MMC-nin bank hesablarına ********.00 manat məbləğ mədaxil olmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində göstərilən xərc məbləğlərinin bilavasitə malların təqdim edilməsi ilə bağlı olub olmaması barədə yoxlamaya heç bir sənəd təqdim edilmədiyindən və MMC-nin rəhbərinin 14.02.2020 ci il tarixli izahatına əsasən görülmüş işlər barədə onda heç bir sənədin olmadığını bildirdiyindən qeyd olunan xərc yoxlama ilə nəzərə alınmamışdır. Vergi ödəyicisinin xərcləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsini əldə rəhbər tutularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001- ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edildi. Beləliklə, vergi ödəyicisinin 1235914.42 manat mənfəət vergisinin azaldığını 511.24 manat mənfəət vergisinin artıq hesablandığı müəyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1235914.42 azaldılmasına görə 50% məbləğində, yəni 617957.21 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri 30.04.2020-ci il tarixli **********198795 nömrəli rəsmiləşdirilmiş və həmin akta əsasən 11.06.2020-ci il tarixli **********137139 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar Qəbul edilmiş və qeyd olunan qərara əsasən 4681007.18 manat edində (o cümlədən Vergilər Məcəlləsinin 159.1-ci maddəsinə əsasən 1884644.52 manat əlavə dəyər vergisi üzrə və NK-ə 55 saylı qərarına əsasən 1235403.18 manat mənfəət si üzrə əlavə vəsait hesablanması, vergi hüquqpozuntusuna yol verdiyinə görə zaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 1560959.48 manat sömdə maliyyə sanksiyası tətbiq edilmiş) əlavə vergi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron poçt ünvanına göndərilmişdir. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə rnın iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar -zəri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazaı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında eyni zamanda cavabdehin nümayəndəsi X2 iştirak etmiş, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X4 iştirak etmiş, müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmənin 2-1(118)-325/2021 saylı, 08.10.2021-ci il tarixli qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyumuşdur:
1. İş materiallarına əsasən yoxlama dövründə İddiaçı MMC tərəfindən alınan yanacağın həcmi (tonla) və dəyəri (ƏDV-siz) nə qədər təşkil edir?
2. Yoxlama dövründə alınan yanacağın həcminə Tarif Şurası tərəfindən müəyyən olunan pərakəndə satış qiymətləri tətbiq edilərsə, satılan yanacağın dəyəri (ƏDV-siz) və ödənilməli olan ƏDV məbləği nə qədər təşkil edər?
3. Yoxlama dövründə alınan yanacağın həcminə, yəni hər tonuna 50,0 manat (ƏDV-siz) əlavə olunarsa satılan yanacağın dəyəri (ƏDV-siz) və ödənilməli olan ƏDV məbləği nə qədər təşkil edər?
4. İş materiallarına əsasən yoxlanılan dövrlər üzrə mənfəəti birbaşa müəyyən etmək mümkündürmü”?
5. İddiaçının Bank hesabına daxil olan 54837020,0 manat və yanacağın satışından daxil olan vəsait nəzərə alınarsa, vergi ödəyicisinin yoxlama ilə əhatə olunan dövr üzrə mənfəət vergisi nə qədər olar?
6. Yanacağın alışına dair elektron vergi hesab fakturaları və tarif şurasının müəyyən etdiyi yanacağın pərakəndə satış qiyməti nəzərə alınarsa, yoxlama ilə əhatə olunan dövr ərzində ödənilməli olan ƏDV nə qədər təşkil edər? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2021-ci il tarixli, 9/7931 saylı ekspert rəyi üzrə tədqiqatın nəticəsi olaraq aşağıdakılar qeyd edilmişdir:
Birinci, ikinci, üçüncü və altıncı suallar üzrə:
Yuxarıda qeyd olunduğu kimi, vergi orqanın apardığı hesablamalar (ƏDV üzrə) zamanı istinad etdiyi Vergi Məcəlləsinin 67.15-ci maddəsi əsaslı hesab edildiyi təqdirdə təqdim edilmiş iş materiallarına və tədqiqi hissədə göstərilənlərə əsasən ekspert qarşısında qoyulan birinci, ikinci, üçüncü və altıncı suallar üzrə aşağıdakılar müəyyən olunur. -yoxlama dövründə İddiaçı MMC tərəfindən alınan yanacağın həcmi-40463,1164 ton; -yoxlama dövründə “Greenroom" MMC tərəfindən alınan yanacağın dəyəri (ƏDV-siz) və yol vergisiz-30517752,95 manat; -yoxlama dövründə alınan yanacağın həcminə Tarif Şurası tərəfindən müəyyən olunan pərakəndə satış qiymətləri tətbiq edilərsə, satılan yanacağın dəyəri (ƏDV-siz) və yol vergisiz— ********.21 manat; -yoxlama dövründə alınan yanacağın həcminə Tarif Şurası tərəfindən müəyyən olunan pərakəndə satış qiymətləri tətbiq edilərsə ödənilməli olan ƏDV məbləği-6.110300,74 manat (33946115,21x18%); yoxlama dövründə alınan yanacağın həcminə, yəni hər tonuna 50,0 manat (ƏDV-siz) əlavə olunarsa satılan yanacağın dəyəri (ƏDV-siz)-32540908,77 manat; -yoxlama dövründə alınan yanacağın həcminə, yəni hər tonuna 50,0 manat (ƏDV-siz) əlavə olunarsa ödənilməli olan ƏDV məbləği-5857363,58 (32540908,77x18%) manat; -yanacağın alışına dair elektron vergi hesab fakturaları və tarif şurasının müəyyən etdiyi yanacağın pərakəndə satış qiyməti nəzərə alınarsa, yoxlama ilə əhatə olunan dövr ərzində ödənilməli olan ƏDV-617105,21((33946115,21- 30517752,95 manat) x 18%) Qeyd edilir ki, yanacağın alışına dair elektron vergi hesab fakturaları və tarif şurasının müəyyən etdiyi yanacağın pərakəndə satış qiyməti nəzərə alınmaqla yoxlama ilə əhatə olunan dövr ərzində ödənilməli olan ƏDV üzrə hesablama aparılarkən özünün təqdim etdiyi bəyannamə məlumatları və yoxlama aktında öz əksini tapmış 386405,82 manat (səyyar vergi yoxlaması aktının tərtib olunma tarixinə) artıq ödəniş məbləği sualda göstərilmədiyindən hazırkı tədqiqat zamanı nəzərə alınmadı.Yəni 617105,21 manat ƏDV məbləğindən çıxılmadı.
Dördüncü və beşinci suallar üzrə
Rəyin tədqiqi hissəsində göstərilən səbəblərdən yoxlanılan dövrlər üzrə mənfəəti birbaşa müəyyən etmək mümkün deyildir.Həmçinin qeyd edilir ki, tədqiqi hissədə göstərilən səbəblərdən Bank hesabına daxil olan 54837020,0 manat və yanacağın satışından daxil olan vəsait nəzərə alınmaqla mənfəət vergisi üzrə hesablama aparmaq mümkün olmamışdır.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə) əsasən həyata keçirilmişdir. Lakin yoxlamanın təyin edilməsi barədə qəbul edilmiş qərarda hansı mənbəyi bəlli olan məlumat əsasında yoxlamanın keçirildiyi öz əksini tapmamışdır. Həmçinin, iş materiallarında qeyd olunan məlumata dair hər hansı dəlil mövcud deyil. Bu səbəbdən yoxlama Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələbləri pozulmaqla aparılmışdır. Səyyar vergi yoxlaması aktının 1.1-ci bəndinə əsasən, yoxlamanın müddəti 109 təqvim gününü əhatə etmişdir (30.12.2019-17.04.2020). Həmin müddətin 61 günü yoxlama ardıcıl olaraq iki dəfə dayandırılmışdır. Yoxlamanın müddəti uzadılmamışdır. Bununla da, yoxlama faktiki olaraq 45 gün ərzində həyata keçirilmişdir(109-61=45). Vergi Məcəlləsinin 38.2-ci maddəsinin 01.01.2022-ci il tarixədək (yəni yoxlamanın keçirildiyi dövrdə) qüvvədə olan redaksiyasına əsasən yoxlamanın ilkin müddəti 30, maksimal müddəti isə 90 təqvim gününü əhatə edə bilərdi. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericiliyin imperativ tələbi pozulmuşdur. Həmçinin, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 3.4.14-cü bəndinə görə, yoxlamanın plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) olması (plandankənar (növbədənkənar) yoxlamadırsa, onun təyin edilməsi üçün əsaslar) reyestrə daxil edilən məlumatlara aiddir. Lakin cavabdeh həmin əsasları deyil, qanunvericilikdə əks olunmuş normanı əsas kimi reyestrə daxil etməklə kifayətlənmişdir ki, bu halda qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Mübahisələndirilən qərarla hesablanmış mənfəət vergisi ilə bağlı məhkəmə qeyd edir ki, həmin mübahisələndirilən inzibati akt cavabdeh tərəfindən 11.06.2020-ci il tarixdə qəbul edilmişdir. Qərar qəbul edilərkən 2016-cı il üzrə hesablanmış mənfəət vergisi qanunla müəyyən olunmuş hesablama müddəti başa çatdıqdan sonra aparılmışdır. Belə ki, mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir və 31 dekabr 2016-cı il tarixdə həmin müddət başa çatır. Vergi Məcəlləsinin 83.3-cü maddəsinin yoxlama dövründə qüvvədə olan redaksiyasına görə, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 85.4-cü maddəsinin yoxlama dövrü üzrə mövcud redaksiyasına görə, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Göstərilən normalara sonrakı dəyişikliklər iddiaçının yoxlama dövründə qüvvədə olmadığı üçün onun barəsində tətbiq oluna bilməz. Qeyd olunan normalara əsasən müəyyən olunur ki, cavabdehin 2016-cı ilin mənfəət vergisi üzrə hesablama aparmaq hüququ 31 dekabr 2019-cu il tarixində başa çatmışdır. Lakin cavabdeh mübahisələndirilən inzibati aktı həmin tarixdən 5 ay, 11 gün sonra qəbul etmiş, bununla yuxarıda sadalanan maddələrin tələbləri pozulmuşdur. Cavabdehin 2016-cı ilin mənfəət vergisi üzrə maliyyə sanksiyasını tətbiq etməməsi də qeyd olunanları təsdiq edir. Bundan başqa, cavabdeh həm 2016-cı, həm də 2017-ci il üzrə mənfəət vergisini birbaşa şərti rentabellik norması tətbiq etməklə həyata keçirmişdir ki, bununla Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin normaya görə, ilk olaraq Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələri ilə müəyyən olunan əlaqəli məlumatlardan istifadə olunmaqla vergilər müəyyən olunmalı, bu mümkün olmadıqda isə Vergi Məcəlləsinin 67.3-cü və 67.4-cü maddələri əsas götürülməklə analoji vergi ödəyicisinin məlumatları əsasında vergilər müəyyən edilməlidir. Cavabdeh tərəfindən isə qeyd olunan normaların tələblərinə uyğun olaraq əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə araşdırmalar aparılması müəyyən olunmur. ƏDV üzrə hesablamalarla bağlı məhkəmə aşagidakıları qeyd etməyi vacib sayır. Səyyar vergi yoxlaması aktının 1-ci səhifəsindən müəyyən olunur ki, ƏDV üzrə yoxlama dövrünü 2016-cı ilin noyabr ayından 2019-cu ilin oktyabr ayı daxil olmaqla əhatə edir. Aktın 11-ci səhifəsində iddiaçının yoxlama dövrü üzrə yanacaq alışı barədə məlumatlar göstərilmişdir. Belə ki, müəssisənin 2016-cı il ərzində ƏDV-li ********** manat, 24279,7 ton, 01.01.2017-ci il tarixdən 17.07.2017-ci il tarixədək ƏDV-li 19745705,12 manat, 24969,2 ton, 18.07.2017-ci il tarixdən 31.12.2017-ci il tarixədək ƏDV-li 14796584,12 manat, 14109,7 ton və 2018-ci il ərzində ƏDV-li 1266267,82 manat, 1202,7 ton yanacaq alındığı qeyd olunmuşdur. Cavabdeh qeyd olunan göstəriciləri yanacağa pərakəndə satış qiymətini tətbiq etməklə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsaslanmaqla yoxlamanın sonuncu dövrünə vergiləri hesablamışdır. Məhkəmə baxışı gedişatında iş materiallarında mövcud olan cavabdeh tərəfindən möhürlə təsdiqlənmiş formada təqdim olunan cədvəllərə əsasən yoxlama dövründə iddiaçının aldığı mallar üzrə 194 ədəd elektron vergi hesab fakturasının təkrarlandığı, yoxlama zamanı həmin təkrarlanan elektron vergi hesab fakturalarının da nəzərə alınmaqla vergi hesablandığı müəyyən edilir. Cavabdeh cədvəllərdə təqdim etdiyi açıqlama ilə ƏDV üzrə hesablama aparılan vergi məbləğinin maliyyə sanksiyası ilə birlikdə 2826966,77 manat olduğunu və təkrarlanan elektron vergi hesab fakturaları çıxıldıqdan sonra həmin məbləğin 1275801,03 manat olduğunu, bununla da maliyyə sanksiyası daxil olmaqla 1551165,74 manat vergilərin (2826966,77-1275801,03=1551165,74) azaldılmalı olduğunu bildirmişdir. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, yoxlama dövrü 2016-cı ilin noyabr ayından başlamasına baxmayaraq, cavabdeh 2016-cı ilin yanvar ayından alınmış yanacağın həcmini də yoxlama dövrünə aid etmişdir. Belə ki, işdə olan elektron vergi hesab fakturaları ilə 2016-cı ilin yoxlama dövrünə daxil olan noyabr və dekabr aylarında 4011,52 ton yanacaq alınmasına baxmayaraq həmin ilin yanvar-oktyabr aylarının yanacaq alışı da yoxlama dövrünə daxil edilmişdir ki, bu da tamamilə qanunsuzdur. Yoxlama dövrü üzrə alınan yanacağın ümumi həcmi məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi ilə də təsdiqini tapmışdır. Rəyin 5-ci səhifəsində yoxlama dövründə alınan yanacağın həcmi 40463,11 olaraq göstərilmişdir ki, bu da 2016-cı ilin yalnız noyabr və dekabr ayları daxil olmaqla yanacaq alışını əhatə edir: 4011,52 + 21139,10 + 14109,72 + 1202,76 = 40463,11 Göründüyü kimi, cavabdeh 2016-cı il üzrə yanacaq alışını 20268,18 ton (24279,7 - 4011,52) artıq nəzərə almışdır ki, bu da yekunda əsassız vergilərin hesablanmasına səbəb olmuşdur. Belə ki, aktın 12-ci səhifəsi ilə, həmçinin iş materiallarında olan elektron vergi hesab fakturaları və ekspert rəyi ilə təsdiq olunur ki, yoxlama dövründə müəssisə tərəfindən 52841194,55 manat dəyərində elektron vergi hesab fakturaları göndərilmişdir. Həmçinin müəssisə tərəfindən yoxlama dövründə 94509254,8 manat məbləğində dövriyyə göstərilmişdir. Cavabdeh tərəfindən isə həm təkrarlanan elektron vergi hesab fakturaları, həm də yanacaq alışı 2016-cı ilin yanvar ayından nəzərə alınmaqla ümumilikdə 104979502,11 manat dövriyyə müəyyən olunmuş, bundan müəssisə tərəfindən bəyan olunan 94509254,8 manat hissə çıxılmaqla 10470247,31 manat əlavə dövriyyə çıxarılmış və yoxlamanın sonuncu dövrünə (2019-cu ilin oktyabr ayına) 1884644,52 manat ƏDV və 942322,26 manat maliyyə sanksiyası, ümumilikdə 2826966,77 manat vergi məbləği hesablanmışdır. Cavabdeh özünün təqdim etdiyi açıqlama ilə 2019-cu ilin oktyabr ayı üzrə hesablanmalı olan məbləğin 850534,02 manat olduğunu, yəni 1,034110,5 manat ƏDV-nin və ona tətbiq olunan 517055,25 manat maliyyə sanksiyasının, ümumilikdə 1551165,74 manat verginin əsassız hesablandığını bildirmişdir. Bununla da, cavabdeh hesab etmişdir ki, yoxlama dövrü üzrə hesablanmalı olan ƏDV məbləği 850534,02 manat və ona tətbiq olunan maliyyə sanksiyası ilə birlikdə 1275801,03 manat təşkil edir. Lakin məhkəmə bildirir ki, cavabdeh qeyd olunan hesablamanı iddiaçının 2016-cı ilin yanvar ayından aldığı yanacağı yoxlama dövrünə aid etməklə və yanacağın pərakəndə satış qiymətini həmin alış həcminə tətbiq etməklə həyata keçirmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, yoxlama dövrü 2016-cı ilin noyabr ayından başladığı üçün həmin ilin yanvar-oktyabr aylarının 20268,18 ton yanacaq alışı da əsassız olaraq yoxlama dövrünün alış həcminə daxil edilmişdir. Belə olan halda, yoxlama dövrü üzrə alınan 40463,11 ton yanacağa həm yanacağın pərakəndə, həm də iddiaçının iddia etdiyi 50,0 manat ticarət əlavəsi gəlməklə təqdim olunması əlavə ƏDV öhdəliyi yaratmır. Belə ki, iş üzrə təyin olunmuş məhkəməmühasibatlıq ekspertizasına dair ekspert rəyi və iddiaçının təqdim etdiyi cədvəllər məhkəmə tərəfindən araşdırılaraq müəyyən edilmişdir ki, yoxlama dövrü üzrə alınan 40463,11 ton yanacağa pərakəndə satış qiyməti tətbiq edilməklə satılması halında iddiaçının satış dövriyyəsi 33946115,3 manat təşkil edir. Qeyd olunan satış həcmi ekspert rəyində də əksini tapmışdır. Mübahisənin düzgün həlli üçün məhkəmə həmin satış dövriyyəsinin tam açıqlamasını qeyd etməyi zəruri hesab edir. Belə ki, iddiaçının aldığı yanacağın həcminə Azərbaycan Respublikası Tarif(qiymət) Şurası tərəfindən müəyyən olunan pərakəndə satış qiymətləri (2016-cı ildən 15.07.2017-ci il tarixədək yanacağın 1 tonunun pərakəndə satış qiyməti (ƏDV-li, yol vergisiz) – 890,8 manat; 15.07.2017-ci il tarixdən yanacağın 1 tonunun pərakəndə satış qiyməti (ƏDV-li, yol vergisiz) – 1152,8 manat) tətbiq olunarkən aşağıdakı satış dövriyyəsi yaranır: 2016-cı il - 4011,52 (yanacağın həcmi) x 890,8 (1 tonun satış qiyməti) = 3573462,02 / 1,18 (məbləğin içərisindən ƏDV çıxarılması) = 3028357,64 manat (ƏDV-siz); 15.07.2017-ci ilədək - 21139,1084 (yanacağın həcmi) x 890,8 (1 tonun satış qiyməti) = 18830717,8 / 1,18 (məbləğin içərisindən ƏDV çıxarılması) =15958235,4 manat(ƏDV-siz); 15.07.2017-31.12.2017-ci il - 14109,726 (yanacağın həcmi) x 1152,8 (1 tonun satış qiyməti) = 16265692,1 / 1,18 (məbləğin içərisindən ƏDV çıxarılması) = 13784484,9 manat (ƏDV-siz); 2018-ci il - 1202,762 (yanacağın həcmi) x 1152,8 (1 tonun satış qiyməti) = 1386544,03 / 1,18 (məbləğin içərisindən ƏDV çıxarılması) = 1175037,32 manat (ƏDV-siz). Cəmi ƏDV-siz satış məbləği: 3028357,64 + 15958235,4 + 13784484,9 + 1175037,32 =33946115,3 Göründüyü kimi, yoxlama dövründə iddiaçının aldığı 40463,11 ton yanacağın satışı üzrə dövriyyə məbləği 33946115,3 manat təşkil etdiyi halda, cavabdeh iddiaçının yanacaq alışının həcmini əsassız olaraq 64561 ton (təkrarlanan elektron vergi hesab fakturaları və yoxlama dövrünə daxil olmayan alış həcminə görə) nəzərə aldığı üçün satış dövriyyəsini də yanlış olaraq 52138307,56 kimi müəyyən etmişdir. Beləliklə, iddiaçının yoxlama dövründə təqdim etdiyi elektron vergi hesab fakturaları ilə birlikdə ümumi satış dövriyyəsi 86787309,76 (33946115,21 + 52841194,55) manat təşkil etmişdir. Nəzərə alsaq ki, iddiaçı özü yoxlama dövrü üzrə 94509254,8 manat ƏDV dövriyyəsi göstərmişdir (aktın 12-ci səhifəsinə əsasən), bu zaman onun ƏDV üzrə hər hansı əlavə vergi öhdəliyinin yaranmadığı aşkar müəyyən olunur. Eyni zamanda, məhkəmə bildirir ki, cavabdeh Vergi Məcəlləsinə 01.01.2019-cu il tarixdən əlavə edilən 67.15-ci maddəyə istinad etməklə vergiləri hesablasa da, iddiaçının yoxlama ilə əhatə olunan fəaliyyət dövrü noyabr 2016 - oktyabr 2019 dövrünü əhatə etmişdir. Göründüyü kimi, həmin norma yoxlama dövrünün yalnız yanvar-oktyabr aylarında qüvvədə olmuşdur ki, həmin dövrdə də iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı heç bir yanacaq almamışdır. Belə olan halda, qanunvericiliyə sonradan əlavə edilən normaya istinad etməklə inzibati orqanın əvvəlki dövrə hesablama aparmsı qanunsuz olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin inzibati orqan mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11.06.2020ci il tarixli **********137139 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv olunmalıdır. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11.06.2020-ci il tarixli **********137139 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv olunsun. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 100 (yüz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev