Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-38/2025 25.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, Üçüncü şəxsin nümayəndələri-vəkilləri Nümayəndə1 və Nümayəndə2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binasının altında olmaqla qanuni istifadəsində olan 138,6 kv.metr torpaq sahəsinin özəlləşdirilərək, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binasının altında olmaqla qanuni istifadəsində olan 138,6 kv.metr torpaq sahəsinin özəlləşdirilərək, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iddiaçının vəfat etdiyini bildirmiş və ölüm haqqında şəhadətnamənin surətini məhkəməyə təqdim etmişdir. Məhkəməyə təqdim edilmiş AZ-İİ № 339834 saylı, 06 iyun 2023-cü il tarixli “Ölüm haqqında şəhaətnamə”nin surətindən görünür ki, İddiaçı 18 aprel 2023-cü il tarixdə ölmüşdür. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-339/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə inzibati iş üzrə icraat İddiaçı hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-38/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndələri və vəkilləri sorğu əsasında mərhum iddiaçının adına vərəsəlik işinin açılmamasını əsas gətirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə qərardadı əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binasının altında olmaqla qanuni istifadəsində olan 138,6 kv.metr torpaq sahəsinin özəlləşdirilərək, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraat təzələnsə də, mərhum iddiaçının vəkili tərəfindən İddiaçı hüquqi varisinin müəyyən edilməsinə dair hər hansı sübut və ya məlumat məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə görə iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə məhkəmənin gəldiyi nəticəyə görə, iddiaçı vəfat etdiyindən və mübahisə edilən hüquq münasibəti üzrə hüquq varisliyinə yol verilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apelyasiya qaydasında apelyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 85.1-ci maddəsinə görə şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü, 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2011-ci il tarixli, MA seriyalı, ******* saylı çıxarışa əsasən xüsusi mülkiyyətində olan, Quba şəhəri, 29-cu məhəllədə yerləşən qeyri-yaşayış binasının altında olmaqla qanuni istifadəsində olan 138,6 kv.metr torpaq sahəsinin özəlləşdirilərək, iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiası üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-38/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-38/2025
25.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver