Məhkəmə qərarları › İş №2-1(118)-380/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-380/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-380/2020 04.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinə qarşı “maddi ziyanın ödənilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona dəyən maddi və mənəvi ziyanın ödənilməsi üçün DSMF-nin Abşeron rayon şöbəsinə müraciət etmiş, lakin həmin şöbənin xx xxxx 2019-cu il tarixli, **********1 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2009-cu ildən yaşa görə əmək pensiyası alır. Pensiyasını hesablayan zaman düzgün hesablanmamış 10 il stajını nəzərə almamışlar. Ərizə ilə müraciət etdikdən sonra pensiyasının 3.1 hissəsi verilmiş, 3.2 hissəsi verilməmişdir. Məhkəməyə müraciət edərək pensiyanın qalan hissəsini də almışdır. Sonra DSMF-nun Abşeron rayon bölməsinə müraciət edərək ona dəyən maddi və mənəvi ziyanın ödənilməsini tələb etmiş, tələbinin yerinə yetirilməsindən imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı “3 500.00 manat maddi ziyanın və 5000.00 manat mənəvi ziyanın ona ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair vermiş olduğu iddianı tamamilə əsassız və qanunazidd hesab etmişlər. Belə ki, şöbə tərəfindən İddiaçı xx.xx.2009-cu il tarixində yaşa görə pensiya təyin edilmişdir. xx xxxxx 2018-ci il tarixində İddiaçı DSMF-nin Abşeron rayon şöbəsinə yenidən müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qüvvədə olan Qanunun 32.11-1-ci maddəsinin tələblərinə əsasən 3 il əvvəlki tarixdən, yəni xx.xx.2015-ci il tarixdən vətəndaşın pensiyası yenidən hesablanmışdır. Lakin İddiaçı iddiası əsasında Sumqayıt İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1 (85)-1701/2018 saylı Qərarı ilə ona əmək pensiyasının yenidən hesablanmasının xx.xx.2009-cu il tarixdən həyata keçirilməsi və həmin tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üçün fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur. Həmin qərar Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2019-cu il tarixli 2-1(102)-1433/2019 saylı Qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmənin qət etdiyi dövr üçün pensiya, həmçinin qət edilimiş dövr üçün fərq də yenidən hesablanmışdır. Göründüyü kimi tərəflərindən İddiaçı heç bir maddi və ya mənəvi ziyan vurulmamışdır. İddiaçı iddia ərizəsində də maddi və mənəvi ziyanın nədən ibarət olmasını ifadə etməmişdir. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon Şöbəsinin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi tərəfindən iddiaçıya xx xxxxxx 2009-cu il tarixdən pensiya təyin edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1701/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə İddiaçı əmək pensiyasının yenidən hesablanmasının xx.xx.2009cu il tarixdən həyata keçirilməsi və həmin tarixdən xx.xx.2015-ci il tarixədək olan dövr üçün fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 81/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-1701/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-1433/2019 saylı, xx xxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)-81/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı cavabdeh tərəfindən icra olunmuşdur. Artıq bu halda iddiaçının belə bir iddianı qaldırmasının heç bir hüquqi əsası yoxdur, inzibati orqanın imtinası əsaslı olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar