Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-380/2023 20.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Tərəflərin iştirakı olmadan İddiaçılar İddiaçı1 və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı ““X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Masazır kəndi “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş bina 2-F, mənzil 47 üzərində İddiaçı1 və bina 5-A, mənzil 52 üzərində X2 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə hər birinə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı1 və X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Sifarişçisi olduqları və podratçı "xxxx" MMC tərəfindən Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18.47 kv.m olan 47 saylı birotaqlı mənzilə dair və 5-A saylı binada ümumi sahəsi 68,69 kv.m və yaşayış sahəsi 33.84 kv.m olan 52 saylı ikiotaqlı mənzilə dair texniki pasportun hazırlanması, Abşeron rayonu Masazır kəndində “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18.47 kv.m olan 47 saylı birotaqlı mənzil üzərində İddiaçı1 və 5-A saylı binada üsmumi sahəsi 68.69 kv.m və yaşayış sahəsi 33.84 kv.m olan 52 saylı ikiotaqlı mənzil üzərində X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçılar daha sonra iddia tələbini dəqiqləşdirərək, ““X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Masazır kəndi “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş bina 2-F, mənzil 47 üzərində İddiaçı1 və bina 5-A, mənzil 52 üzərində X2 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə hər birinə çıxarışın və texniki pasportun verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar Abşeron rayonu Masazır kəndində inşa ediləcək çoxmənzilli binalarda mənzillərin sifarişçisi olaraq müqavilə əsasında birotaqlı və ikiotaqlı mənzil əldə etmişdirlər. Binaların tikintisi başa çatdıqdan sonra mənzillər onlara təhvil verilib, 2013-cü ildən birotaqlıda və 2017-ci ildən isə ikiotaqlı mənzildə yaşayırlar. 2019-cu ilin aprel ayında komendatlıq tərəfindən çıxarışların verilməsinə başlandığı bildiriləndən sonra qanunvericilikdə nəzərdə tutulmuş hüquqtəsdiqləyici sənədləri toplayaraq mənzil üzərində hüquqlarımızın ilkin dövlət qeydiyyatına alınması, Çıxarışın verilməsi və texniki pasportun hazırlanması üçün xx.xx.2019-cu il tarixində cavabdehə ərizə ilə müraciət etmişdir. İcraçı təqdim etdikləri ərizələri və sənədlərdən lazım olanları qəbul etdi, digərlərini isə geri qaytardı. Qanunla nəzərdə tutulan 20 iş günü keçəndən sonra 30 yanvar 2020-ci ildə çıxarış və texniki pasportu almaq üçün cavabdehə yaxınlaşmışdırlar. Bu vaxt onları hazırlanmasını gözlədiyikləri sənədlər əvəzinə 13,01.2020-cı il tarixində imzalanmış cavab məktubu təqdim edilmişdir. Cavabda imtinaya səbəb olaraq sahibi olduğuqları mənzillərin yerləşdiyi çoxmənzilli binaya xx.xx.2019-cu il tarixində ‘"X8” MTK-nın mülkiyyət hüququnun qeydiyyata alınması göstərilir. Cavabdeh maddi hüquq normalarını düzgün tətbiq etmir, bununla da onların konstitusiya ilə qorunan mənzil və mülkiyyət hüquqlarını pozur. Təkzibedilməz faktdır ki, onlar öz mənzil hüquqlarını təmin etmək məqsədi ilə əvvəl Abşeron rayonu Masazır kəndində inşa ediləcək 2-F saylı binada ümumi sahəsi 38 kv.m, yaşayış sahəsi 18,47 kv.m. olan 47 saylı birotaqlı mənzilin tikintisinin sifarişçisi olaraq Podratçı – “X8” Məhdud Məsuliyyətli cəmiyyət (bundan sonra -İDF MMC) ilə 20 may 2013-cü il tarixində YB/2F-47/2 saylı müqavilə (İddiaçı1 adlna) bağlamışdırlar. Müqavilənin qiymətin razılaşdırılması Protokoluna (əlavə 1) uyğun olaraq onlar mənzilin dəyərini tam ödəmişlər və podratçı tərəfindən onlara bunu təsdiqləyən 20 may 2013-ci il tarixli 271 nömrəli maliyyə arayışı təqdim olunmuşdur. Bundan əlavə onların həqiqətən "xxxx" MMC-nin Abşeron rayonu Masazır kəndində inşa etdiyi çoxmənzilli binanın 2-F korpusundakı birotaqlı 47 saylı mənzilin payçısı olduqlarını İDF MMC-nin verdiyi 10 yanvar 2019-cu il 14 sayh arayış da təsdiqləyir. Müqaviləyə uyğun olaraq həmin binanın tikintisi 2013-ci ildə faktiki başa çatdırıldıqdan sonra həmin yaşayış sahəsi - mənzil onlara təhvil verilmişdir. Bu haqda, o cümlədən orada yaşamaları və istismar xərclərinə və xidmətlərə görə borcunun olmaması barədə İDF MMC tərəfindən 03 may 2019-cu il 688 saylı arayış verilmişdir. Obyektin tikintisi sənəd üzrə 2014-cü ildə başa çatmışdır və podratçı tərəfindən qəbul komissiyasına təqdim olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin MN seriyalı ******* saylı çıxarışı (torpaq üzərində mülkiyyət), Abşeron RİH Başçısının 168 saylı 25 fevral 2008-ci il tarixli sərəncamı (tikintiyə icazə) və Texniki baxış rəyi əsasında Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında 007 №-li xx.xx.2015-ci il tarixli Akt Abşeron rayon icra hakimiyyətinin Başçısı Z.Fərəcov tərəfindən 09 fevral 2015-ci ildə təsdiq edilmiş və onların, o cümlədən 2-F nömrəli binanın istismarına icazə verilmişdir. İşin materiallarına əlavə olunmuş sənədlər müqaviləyə uyğun olaraq binanın tikintisi başa çatdırıldıqdan və binanın istismara qəbul edilməsindən sonra sifarişləri ilə inşa edilən yaşayış sahələri - mənzillərin bizə təhvil verilməsini təsdiqləyir. O cümlədən orada yaşamaları və istismar xərclərinin, kommunal xidmətlərin onlar tərəfindən mütəmadi olaraq ödənilməsi və borclarının olmaması barədə "xxxx" MMC tərəfindən 03 may 2019-cu й tarixli 689 saylı arayış verilmişdir. İşin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən amillərdən biri də obyektin tikintisinin 2017-ci ildə tam başa çatması və xx.xx.2017-ci il tarixli 5/001563 nömrəli Akta əsasən Abşeron rayon İH-nin Başçısı İ.Gülməmmədova tərəfindən 24 noyabr 2017-ci ildə 107 saylı Tikinti obyektinin istismarına İcazənin verilməsidir (əlavə olunur). Abşeron rayon İH-nin 24 noyabr 2017-ci il tarixli 107 №-li Tikinti obyektinin istismarına icazəyə 1 nömrəli Əlavədə isə istismarına icazə verilmiş obyektlərin geniş siyahısı, o cümlədən 5-ci həyət bina 5-A, göstərilmişdir. Bu sənədlərin əsli podratçı şirkət tərəfindən inzibati orqana-Cavabdehə təqdim edilmişdir. Bu fakt həm də cavabdeh tərəfindən “Yeni Bakı” yaşayış kompleksi binalarında yerləşən mənzillərin sahiblərinə 2019-cu ilin aprel ayından başlayaraq təxminən 1700 Çıxarışın verilməsi ilə təsdiqlənir. Binaların sifarişçisi olan "xxxx" MMC və podratçısı "xxxx" MMC arasında olan müqavilə və edilmiş dəyişikliklərə əsasən binanın tikintisi dövründə obyekt ilə bağlı funksiya və vəzifələr Podratçıya verilmişdir . 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və digər iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçılar X2 və İddiaçı1 iddia ərizəsi Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2020-çi il tarixli, 2-1(118)729/2020 nömrəli Sərəncamına (hakim - İsmayıl Quliyev) əsasən 4 saylı Abşeron Ərazi İdarəsinə göndərilmiş və iddiaya qarşı yazılı şəkildə münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia ərizəsi və sənədlərdə göstərilənlərin tərəfilərindən araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların Xidmətin 4 sayh Abşeron Ərazi İdarəsinə xx.xx.2020-ci il tarixdə daxil olmuş müraciətlərinə xx.xx.2020-ci il tarixli, **********62 və **********67 saylı cavab məktubları inzibati aktın qəbulundan imtina kimi qiymətləndirilə bilməz. Belə ki, Abşeron rayonu, Masazır kəndində ‘X8” MTK tərəfindən inşa edilmiş ‘’Yeni Bakı” yaşayış kompleksi/bina 5A ünvanında yerləşən 52 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar X2 müraciətinə və Abşeron rayonu, Masazır kəndində “X8” MTK tərəfindən inşa edilmiş "Yeni ünvan 2 ünvanında yerləşən 47 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar İddiaçı1 müraciətinə 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır. Aparılan araşdırma zamanı, “X8” MTK-nə məxsus, ünvan 3 ünvanda inşa edilən 5A nömrəli çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə və 'X8” MTK-nə məxsus, ünvan 3 ünvanda inşa edilən 2F nömrəli çoxmərtəbəli yaşayış binası üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq ərizəçilərə bildirilmişdir ki, “X8” MTK tərəfindən verilən mənzilə dair hüquqmüəyyənedici sənədlərin əsilləri (Kooperativ üzvlərinin ümumi yığıncaq protokoldan çıxarış, Maliyyə arayışı, Mənzilin planı, Maliyyə arayışı, Mənzil planı) idarəyə təqdim ediləcəyi təqdirdə sözügedən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq şəkildə baxıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki. Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Habelə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci maddəsinə əsasən Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 61,1. Yazılı və ya yazılı formada təsbit olunmuş İnzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hesab edirik ki, iddiaçıların Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması və buna dair reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkün sayılmamalıdır. Beləliklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən verilmiş 168 saylı, 25 fevral 2008-ci il tarixli sərəncamdan görünür ki, MH seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış əsasında "xxxx" MMC-yə Masazır bədlədiyyəsi ərazisində 13.0 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilmişdir. - 11 mart 2008-ci il tarixli podrat müqaviləsindən görünür ki, həmin müqavilə əsasında sifarişçi "xxxx" MMC ilə podratçı “X8” MMC arasında Abşeron rayon İcra hakimiyyəti Başçısının "xxxx" MMCY-yə məxsus Masazır bələdiyyəsi ərazisində torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin layihələndirilməsinə və tikintisinə icazə verilməsinə dair xx.xx.2008-ci il tarixli 168 nömrəli sərəncamına əsasən Masazır bələdiyyəsi ərazisində 13.0 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin tikintisinin aparılması üçün tikinti müddətinə sifarişçi və baş podratçı funksiyaları podratçıya vermişdir, podartçı isə həmin funkdiyaları yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. - “X8” MMC-nn 08 dekabr 2008-ci il tarixli əmrindən görünür ki, “X8” MMC-nin Abşeron rayonu Masazır qəsəbəsində inşa etdiyi çoxmərtəbəli yaşayış evlərindən ibarət yaşayış kopmleksinə “Yeni Bakı” yaşayış kompleksi adı verilmişdir. - 14 iyul 2009-cu il tarixli müqaviləyə əlavədən görünür ki, mənzillərin satışı podratçıya həvalə edilmişdir. - 06 yanvar 2014-cü il tarixli müqaviləyə əlavədən görünür ki, “Yeni Bakı” yaşayış kompleksində yarana biləcək mübahisələrin həlli üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar podratçı “X8” MMC-yə həvalə edilmişdir. - YB/2F-47/2 nömrəli, xx.xx.2013-cü il tarixli mənzil müqaviləsindən görünür ki, müqavilə əsasında “X8” MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarında yerləşən bina 2F, blok 2, 7-ci mərtəbədə yerləşən 47 saylı mənzil satıcı “X8” tərəfindən alıcı İddiaçı1 satılmışdır. - YB/5A-52 nömrəli, xx.xx.2017-ci il tarixli mənzil müqaviləsindən görünür ki, müqavilə əsasında “X8” MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarında yerləşən bina 5A, blok 2, 6-cı mərtəbədə yerləşən 52 saylı mənzil satıcı “X8” tərəfindən alıcı X1. - “X8” MMC tərəfindən tərtib edilmiş 272 saylı, 20 may 2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarında yerləşən 2F korpusunda, 1 otaqlı 47 saylı mənzilin haqqı tam ödənilmişdir. - “X8” MMC tərəfindən tərtib edilmiş 79 saylı, 14 fevral 2013-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsində inşa etdiyi yaşayış binalarında yerləşən bina 5A, blok 2, 6-cı mərtəbədə yerləşən 52 saylı mənzilə dair ödəniş tam şəkildə edilmişdir. - 007 saylı, 31 yanvar 2015-ci il tarixli “İstismara qəbul aktı”ndan görünür ki, "xxxx" MMC-yə məxsus, inşası başa çatmış binalar istismara qəbul edilmişdir. - 24 noyabr 2017-ci il tarixli, 107 saylı tikinti obyektinin istismarına icazə aktından görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş RX seriyalı ******* saylı, xx.xx.2018-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 13.0 ha torpaq sahəsi “X8” MMC-yə məxsusdur. - Cavabdeh orqan tərəfindən iddiaçılara ünvanlanmış 18 noyabr 2019-cu il tarixli və 13 yanvar 2020-ci il tarixli məktublardan görünür ki, iddiaçıların müraciətlərinin təmin edilməsindən imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçılar DƏDRX-in 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 18 noyabr 2019-cu il tarixli və 13 yanvar 2020-ci il tarixli məktubları ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, hazırkı işdə iddiaçılar tərəflərindən Abşeron rayonu, Masazır kəndi “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş 2-F saylı binada yerləşən 47 saylı və 5-A saylı binada yerləşən 52 saylı mənzillərə dair pay haqqı tam şəkildə “X8” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmişdir. Həmin mənzilin yerləşdiyi binanın sifarşçi “X8” MMC olmaqla müvafiq komissiya tərəfindən tərtib olunmuş istismara qəbul aktı Abşeron rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmişdir. İddiaçı həmin mənzilə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onların müraciətərinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçıların müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göründüyü kimi, mənzilə pay haqqını müvafiq binanın məxsus olduğu quruma (“X8” MMC-yə) tam ödəməklə iddiaçlar mənzillərə mülkiyyət hüququ əldə etmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınması məsələsinə münasibətdə qeyd olunmalıdır ki, bununla bağlı imtinada qeyd edilən əsaslar hazırkı iş üzrə mövcud deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Ümumiyyətlə səlahiyyətli qurum tərəfindən yol verilmiş texniki yanlışlıqlar vətəndaşın mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Həmçinin iddiaçılar pay haqqını ödədiyindən və üzvlüyə qəbul edildiklərindən, onların mənzillərə hüquqlarının qeydiyyata alınması üçün əsaslar mövcuddur. Cavabdehin imtinasında göstərilən dəlilə gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, mənzillərə iddiaçıların mülkiyyət hüquqları yarandığından və qanunvericiliyin normaları da bu hüquqların qeydiyyata alınmasını məhdudlaşdırmadığından, imtinadakı dəlil əsaslı hesab edilə bilməz. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Masazır kəndi “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş bina 2-F, mənzil 47 üzərində İddiaçı1 və bina 5-A, mənzil 52 üzərində X2 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə hər birinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. “X8” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Abşeron rayonu, Masazır kəndi “Yeni Bakı” yaşayış kompleksində inşa edilmiş bina 2-F, mənzil 47 üzərində İddiaçı1 və bina 5-A, mənzil 52 üzərində X2 mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması və bu barədə hər birinə çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva