Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3802/2025 14.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən vahid çıxarışın verilməsi) GİRİŞ HİSSƏ X20-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, üçüncü şəxs X8 nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən vahid çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 noyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saray qəsəbəsi ərazisində yerləşən 264,6 kv.m ölçüdə mansardlı fərdi yaşayış evinin və onun yerləşdiyi 0,20 ha torpaq sahəsinin vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdehin məcbur edilməsi və ona daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-722/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir (hakim Z.Məmmədov).
3. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(85)-722/2013 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, ərizəçilər Maraqlı şəxs1 və Maraqlı şəxs2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaları barədə ərizələri təmin edilməmişdir (hakim İ.Quliyev).
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-196/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(085)- 722/2013 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ləğv edilmiş, Maraqlı şəxs1 və Maraqlı şəxs2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir (sədrlik edən və məruzəçi – Hökümə Babayeva, hakimlər Fuad Məmmədov və Məhəmmədəli Rzayev).
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1130/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-196/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi – Rəsulbəyova Nigar, hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlov).
6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(85)-722/2013 saylı qərardadından görünür ki, ərizəçilər Maraqlı şəxs1, Maraqlı şəxs2 və X8 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaları barədə ərizələri təmin edilmiş, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 2-1(85)-722/2013 saylı, 05 avqust 2013-cü il tarixli qərarı ləğv edilmiş, iş üzrə məhkəmə icraatı təzələnmişdir (hakim C.Məmmədov).
7. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-588/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2-1(85)-722/2013 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır (hakimlər: H.Ç.Babayeva sədrlik edən, M.M.Hüseynov və G.İ.Cabbarova).
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3029/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2024-cü il tarixli, 2-1(105)-588/2024 nömrəli qərardadından iddiaçı tərəfindən veilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan imtina edilmişdir (sədrlik edən və məruzəçi - Aida Hüseyn, hakimlər Rahib Nəbizadə və Zakir Quliyev).
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Saray qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və 32654 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Həmin evin tikintisi üçün 0,20 ha ölçüdə torpaq sahəsi iddiaçıya Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 01 saylı sərəncamı ilə ayrılmış və elə həmin sərəncam əsasında da inşa etdirdiyi evin-dövlət qeydiyyatı aparılmışdır. Lakin bu evi layihə əsasında genişləndirdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən, vahid əmlak kimi evin və onun yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciət etdikdə, cavabdeh xx.xx.2013-cü il tarixli **********30 saylı məktubla cavab verib, bəhanələr gətirərək, hüquqlarının qeydiyyatından əsassız olaraq imtina etmişdir. Belə ki, həmin imtina məktubunda cavabdeh göstərmişdir ki, iddiaçının evi kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin üzərində, habelə yüksək gərginlikli elektrik xəttinin (110.0 kV) mühafizə zolağında yerləşir, həmçinin, iddiaçı dövlət qeydiyyatına alınmış evini sökərək, yerində 264.6 kv.m ölçüdə başqa ev tikmişdir. Aşağıda göstərilənlərə əsasən, hesab edir ki, hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası qanunsuz və əsassızdır və cavabdeh fərdi yaşayış evimin və onun yerləşdiyi torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına, habelə daşınmaz nılakın dövlət reyestrindən müvafiq çıxarışın və texniki pasportun verilməsinə məcbur edilməlidir. Birincisi, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən məhz fərdi yaşayış evinin tikintisi üçün ayrılıb və həmin torpaq sahəsi üzərində inşa etdirdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüququ artıq dövlət qeydiyyatına alınıb. Həmin evin dövlət qeydiyyatı aparılan zaman həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılmırdı. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən isə evinin yerləşdiyi və qanuni istifadəsində olan 0,20 ha ölçüdə torpaq sahəsi əvəzsiz olaraq onun xüsusi mülkiyyətinə verilməlidir. İkincisi, iddiaçının evinin yerləşdiyi torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün verildiyinə görə, sonradan həmin ərazinin kənd təsərrüfatı təyinatlı torpaqlara aid edilməsi hüquqlarının pozulması ilə, yəni torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtina ilə nəticələnə bilməz və həyətyanı torpaq sahəsi kimi bu torpaq üzərində də mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Üçüncüsü, fərdi yaşayış evi üzərində mülkiyyət hüququ artıq dövlət qeydiyyatına alındığına görə, sonradan həmin ərazidən yüksək gərginlikli elektrik xəttinin çəkilməsi ilə əlaqədar mühafizə zolağı haqqında tələblər ona şamil edilə bilməz, çünki dövlətin özü tərəfindən artıq tanınmış hüquqlarını pozur. Dördüncüsü, qanuni əsaslarla fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsində tikilmiş evinin sahəsini artırmaq iddiaçının hüququdur və bu hüququndan istifadə etmək üçün heç kimdən icazə almamalıdır. Təqdim etdiyi layihədən də görünür ki, əvvəl tikdiyi və dövlət qeydiyyatına alınmış evin sahəsi artırılıb, heç də cavabdehin göstərdiyi kimi dövlət qeydiyyatına alınmış evi sökülməyib. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49 və 80-ci maddələrinə, Mülki Məcəlləsinin 240.2-cı maddəsinə uyğun olaraq, qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətləri gözləməklə özünə məxsus torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmişdir.
10. Cavabdeh iddiaçıya ünvanladığı imtina məktubunda bildirmişdir ki, “Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ünvanında yeriəşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 03 fevral 2025-ci ii tarixli, ********** qeydiyyat nömrəli müraciətinizə baxılmışdır. Aparılan araşdırma zamanı sözügedən fərdi yaşayış evi üzərində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-722/2013 saylı bildirişinə əsasən məhdudiyyət (müvəqqəti nəzarət) olduğu müəyyən edilmişdir. Nəzərinizə çatdırırıq ki, fərdi yaşayış evinin yerləşdiyi faktini torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə (**********07, **********04, **********18) üst-üstə düşdüyü aşkar edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.”.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Nümayəndə1nın nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında iştirakını təmin etməmişdir.
14. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. İddia tələbi fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi üzərində vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
19. İddia mümkündür.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
20. Abşeron rayon X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə küçəsində yerləşən 328/329 saylı yaşayış sahəsi Abşeron rayon İHB-nın Saray qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı əsasında X9 adına qeydə alınmışdır.
21. 32654 qeydiyyat nömrəli, 1993 inventar nömrəli texniki pasportdan görünür ki, X12 məxsus fərdi yaşayış evinə dair tərtib edilmişdir.
22. AZ-İ 081447 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə X16 xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşdur.
23. Abşeron Rayon İcra Hakimiyəti başçısının Saray qəsəbəsi üzrə icra hakimiyyəti nümayəndəsinin 30 iyun 1998-ci il tarixli, 01 nömrəli sərəncamından görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24,0 ha torpaq sahəsinin X12 114186 manat torpaq vergisi ödənilmək şərti ilə 0,20 ha sahəsinin ayrılması və vətəndaşa fərdi mənzil tikməyə icazə verilməsi qərara alınmışdır.
24. Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin eskiz layihəsi "xxxx" MMC ilə razılaşdırılmışdır.
25. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,2236 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ Maraqlı şəxs1 (X17, X14, X15) adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır.
26. xx.xx.2016-cı il tarixli, 070044 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Maraqlı şəxs1 məxsus torpaq sahəsinə dair tətib edilmişdir.
27. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə ərazisində yerləşən 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır.
28. xx.xx.2013-cü il tarixli, 8894 nömrəli texniki pasportdan görünür ki, İddiaçı məxsus fərdi yaşayış evinə dair tərtib edilmişdir.
29. JN-1880 KOD 30800086 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən, 0,38 ha torpaq sahəsi Maraqlı şəxs1 və ailə üzvlərinə ayrılmışdır.
30. AN-İ ******* nömrəli, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X6, X17, X14, X2 rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsini X1.
31. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, elektron kadastr məlumat bazasına əsasən Maraqlı şəxs1 və Maraqlı şəxs2 adlarının qeyd edildiyi JN-1880 KOD 30800086 Torpağa mülkiyyət huququna dair dövlət aktına əsasən 24 iyun 1998-ci il tarixdə qeydiyyata alınmaqla Kənd təsərüfat məhsullarının istehsalı məqsədli verilmiş 0,38 hektar torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Maraqlı şəxs1 Maraqlı şəxs2 və digər şəxslərin adları qeyd edilməklə senya RX № 0853696, qeydiyyat nömrəsi ********** olan xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) mövcuddur. Elektron kadastr məlumat bazasına əsasən Maraqlı şəxs1 və Maraqlı şəxs2 adlarının qeyd edildiyi JN-1880 KOD 30800086 Torpağa mülkiyyət huququna dair dövlət aktına əsasən 24 iyun 1999-cü il tarixdə qeydiyyata alınmaqla kənd təsərrüfat məhsullarının istehsalı məqsədli venlmış 0,38 hektar torpaq sahəsinin koordinatları ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Maraqlı şəxs1 Maraqlı şəxs2 ogiu və digər şəxslərin adları qeyd edilməklə seriya RX № ******* qeydiyyat nömrəsi ********** olan xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışda göstərilən torpaq sahəsinin koordinatları arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) movcuddur. Elektron kadastr məlumat bazasına əsasən Maraqlı şəxs1 və Maraqlı şəxs2 adlarının qeyd edildiyi JN-1880 KOD 30800086 Torpağa mülkiyyət huququna dair dövlət aktına əsasən 24 iyun 1998-ci il tarixdə qeydiyyata alınmaqla kənd təsərufat məhsullarının istehsalı məqsədli verilmiş 0,38 hektar torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluğun (sürüşmənin) olması səbəbindən X3 faktiki istifadəsində olan həyət evinin koordinatları torpaq sahəsi ilə üst-üstə, düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Elektron kadastr məlumat bazasına əsasən Maraqlı şəxs1 və Maraqlı şəxs2 adlarının qeyd edildiyi JN-1880 KOD 30800086 Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən 24 iyun 1998-ci il tarixdə qeydiyyata alınmaqla kənd təsərrüfat məhsullarının istehsalı məqsədli verilmiş 0,38 hektar torpaq sahəsinin koordinatları və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestı Xidmətindən Maraqlı şəxs1, Maraqlı şəxs2 və digər şəxslərin adları qeyd edilməklə seriya RX № ******* qeydiyyat nömrəsi ********** olan xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışda göstərilən torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluğun (sürüşmənin) olması səbəbindən İddiaçı faktiki istifadəsində olan həyət evinin yerləşdiyi torpaq sahəsinin koordinatları ilə üst-üstə, düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd: Maraqlı şəxs1 va X10 adlarının qeyd edildiyi, JN-1880 KOD 30800086 Torpağa mülkiyyət huququna dair doviət aktına əsasən 24 iyun 1998-ci il tarixdə qeydiyyata alınmaqla kənd təsərrüfat məhsullarının verilmiş 0,38 hektar torpaq sahəsinin koordinatları Dövlət Aktına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən Maraqlı şəxs1 Maraqlı şəxs2 və digər şəxslərin adları qeyd edilməklə seriya RX № 0853696, qeydiyyat nömrəsi ********** olan xx.xx.2016-cı il tarixdə verilmiş çıxarışda göstərilən kənd təsərrüfat təyinatlı 0,2236 ha torpaq sahəsinin plan və olçüsünün döngə nöqtələrinin koorinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi "Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı və ərazıdə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikilmiş bu səbəbdən naturada uyğunsuzluqlar mövcuddur
32. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ayrılmış xx.xx.2013-cü il tarixi **********36-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinir təqdim edilmiş xəritədə konkret hansı nöqtədə yerləşdiyi müəyyən edilmişdir. Təqdim edilmiş keçmiş Saray üzümçülük sovxozunun yerquruluşu planından çıxarışa əsasən, qeydiyyayta alınmış (**********36-10301 reyestr nömrəli) fərdi yaşayış evi Liter-B və Liter-A kimi qeyd olunmuş ümumi torpaq sahəsinin hüdudları daxilindən ayrılmalı olduğı halda qeyd olunan Liter-B və Liter-A dan kənarda yerləşir. Məlumat üçün bildirilir ki, idarənin arxiv məlumatlarında təqdim edilmiş təsdiqlənmiş xərit məlumatı və torpaq sahələrinin ölçüsünə dair adlı siyahı barədə məlumat olmadığında 328/329 nömrəli torpaq sahəsinin və qonşuluğunda yerləşən torpaq sahələrini koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa bildirilir ki, təqdim edilmiş keçmiş Saray üzümçülük sovxozunun yerquruluşu planından çıxarışa əsasən Maraqlı şəxs1 adına (paylı) verilmiş (xx.xx.2016-cı il tarixli **********04 reyestr nömrəli) sənəd üzrə torpaq sahəsinin Liter-B və Liter-A kimi qeyd olunmuş torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu ücün Liter-B və Liter-A nın hüdudları daxilində yerləşməməlidir.
IV. Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
34. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.
35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş “Marks Belçikaya qarşı” qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
38. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
39. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
40. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
41. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.4-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ... üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar nəzərdə tutulmuşdur.
42. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
43. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.
44. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən, bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
V. Məhkəmənin mövqeyi
45. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
46. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçıya ünvanladığı imtina məktubuna əsasən, fərdi yaşayış evinin yerləşdiyi faktiki torpaq sahəsinin başqa şəxslərə məxsus sənəd üzrə torpaq sahələri ilə (**********07, **********04, **********18) üst-üstə düşdüyü aşkar edilmişdir.
47. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, İddiaçı ayrılmış xx.xx.2013-cü il tarixli **********36-10301 reyestr nömrəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin təqdim edilmiş xəritədə konkret hansı nöqtədə yerləşdiyi müəyyən edilmişdir. Təqdim edilmiş keçmiş Saray üzümçülük sovxozunun yerquruluşu planından çıxarışa əsasən, qeydiyyata alınmış (**********36-10301 reyestr nömrəli) fərdi yaşayış evi Liter-B və Liter-A kimi qeyd olunmuş ümumi torpaq sahəsinin hüdudları daxilindən ayrılmalı olduğu halda qeyd olunan Liter-B və Liter-A dan kənarda yerləşir. Məlumat üçün bildirilir ki, idarənin arxiv məlumatlarında təqdim edilmiş təsdiqlənmiş xəritə məlumatı və torpaq sahələrinin ölçüsünə dair adlı siyahı barədə məlumat olmadığından 328/329 nömrəli torpaq sahəsinin və qonşuluğunda yerləşən torpaq sahələrini koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, bildirilir ki, təqdim edilmiş keçmiş Saray üzümçülük sovxozunun yerquruluşu planından çıxarışa əsasən, Maraqlı şəxs1 adına (paylı) verilmiş (xx.xx.2016-cı il tarixli **********04 reyestr nömrəli) sənəd üzrə torpaq sahəsinin Liter-B və Liter-A kimi qeyd olunmuş torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Sözügedən torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olduğu ücün Liter-B və Liter-Anın hüdudları daxilində yerləşməməlidir.
48. Göründüyü kimi, İddiaçı və Maraqlı şəxs1 məxsus torpaq sahələri Liter-B və Liter-A dan kənarda yerləşir.
49. Bununla bağlı məhkəmə hesab edir ki, torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.
50. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
51. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X20-Abbaszadə