Məhkəmə qərarları › İş №2-1(118)-381/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-381/2021

23.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-381/2021 23.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz katibliyi ilə, İddiaçı Xaçmaz rayon Hülövlü bələdiyyəsinin Cavabdeh qarşı Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 42 ha torpaq sahəsinini satılması barədə Xaçmaz rayonu Hülövlü (keçmiş Qaradağ-buduq) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 08 saylı qərarının ləğv edilməsi və mülkiyyət hüququna dair JN-04xx xxx 30207078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq: MÜƏYYƏN ETDİ : İddiaçı Xaçmaz rayon Hülövlü bələdiyyəsi cavabdeh X2 qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 42 ha torpaq sahəsinini satılması barədə Xaçmaz rayonu Hülövlü (keçmiş Qaradağ-buduq) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 08 saylı qərarının ləğv edilməsi və mülkiyyət hüququna dair JN-04xx xxx 30207078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bələdiyyənin xx xxxxxx 2004-cü il tarixli 08 saylı qərarı ilə Rəhimoba kəndi ərazisindən 42 ha torpaq sahəsi kənd təsərrüfatl məhsullarının istehsalı məqsədi ilə Cavabdeh satılmışdır. Cavabdeh həmin vaxtdan hazıradək həmin torpaq sahəsindən istifadə etməmiş, heç bir iş görməmişdir. Kənd sakinləri həmin ərazidən örüş kimi istifadə edirlər. Bundan başqa cavabdeh torpaq vergisini vaxtında ödəmir, ərazidə isə torpaq çatışmazlığı yaranmışdır. Bununla bağlı iddiaçı həmin qərarın ləğv edilməsi və qərar əsasında verilmiş dövlət aktının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinini iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Xaçmaz rayon Hülovlü bələdiyyəsinin 08 saylı xx.xx.2004-cü il tarixli qərar ilə Cavabdeh 42 ha torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin satılması ilə bağlı DTXK-nin Şabran rayon şöbəsinin rəyi alınmış və torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Həmin qərar əsasında cavabdehin adına torpağa mülkiyyət hüququna dair JN N0464–li kod 30207078 saylı dövlət aktı verilmişdir . Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 4.0, 4.0.4-cü maddələrinə əsasən bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq bələdiyyələrin səlahiyyətlərinə aiddir. “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinin 4-cü bəndinə görə bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmə qərarı ilə etibarsız sayıla bilər. Bununla bağlı məhkəmə qeyd edir ki, qanunvericilikdə bələdiyyə qərarının özünün qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ nəzərdə tutulmamışdır. Göstərilən normadan göründüyü kimi bələdiyyə tərəfindən qəbul edilmiş qərar onn özü tərəfindən ləğv edilə və ya məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Hazırki iş üzrə isə iddiaçı özünün qəbul etdiyi qərarın ləğv edilməsi barədə iddia qaldırmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbini vətəndaşa, yəni inzibati orqan olmayan subyektə qarşı yönəltmişdir ki, bu da inzibati məhkəmə icraatının prinsiplərinə zidd hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Xaçmaz rayon Hülövlü bələdiyyəsinin Cavabdeh qarşı Xaçmaz rayonu Hülövlü (keçmiş Qaradağ-buduq) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 08 saylı qərarının ləğv edilməsi və mülkiyyət hüququna dair JN-04xx xxx 30207078 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar