Məhkəmə qərarları › İş №2-1(118)-381/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-381/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-381/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi Musayev Ruslan Cəlil oğlunun iştirakı ilə, İddiaçı “Əli-MB2 MMC-nin oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 10437,49 manat ƏDV vergi borcu və buna görə hesablanmış 3886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənmiş 3104,88 manatın iddiaçıya qaytarılması tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “Əli-MB2 MMC-nin oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 10437,49 manat ƏDV vergi borcu və buna görə hesablanmış 3886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənmiş 3104,88 manatın iddiaçıya qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cəmiyyətin fəaliyyəti 2017-ci ilin cəmi 2 ayını fevral və aprel aylarını əhatə edir. Cəmiyyətin fəaliyyəti dövründə alqı-satqı əməliyyatları aşağıdakı kimi olmuşdur: Alış: 1) 2017-ci ilin fevral ayı üzrə - 65.386.07 manat - ƏDV-11.769.49 manat; 2) 2017-ci ili aprel ayı üzrə - 41.800.01 manat - ƏDV-7524 manat; Cəmi: 107186.08 manat - ƏDV- 19293.49 manat. Satış: 1) 2017-ci ilin fevral ayı üzrə - 108.716 manat. ƏDV 19.568.88 manat. Beləliklə, satış üzrə ƏDV məbləği - 19568.88 manat, alış üzrə isə ƏDV məbləği - 19293.49 manat təşkil edir və bu da ƏDV üzrə cəmi 275.39 manat vergi borcu yaradır. Cəmiyyətin bundan başqa fəaliyyəti olmamışdır. Cəmiyyət qeyd olunan dövr üçün 275.39 manat ödəməli olduğu halda, cavabdehin düzgün olmayan hesablamaları üzrə büdcəyə 3380.27 manat ödənilmişdir ki, bu da əslində hesablanmalı olan vergi məbləğindən 3104.88 manat çoxdur. Onların həmin dövr üzrə ödəməli olduqları verginin məbləği aşağıdakı kimi olmalıdır: ƏDV üzrə- 275.39 manat; MÖMV(ə\h gəlir vergisi) - 6.47 manat; Torpaq vergisi (2017,2018,2019-cu illər) - 48 manat. Cəmi: 329.86 manat Bütün bunlara baxmayaraq cavabdeh tərəfindən müxtəlif dövrlərə müxtəlif məbləğlərdə ƏDV üzrə vergi hesablamaları aparılaraq, süni vergi borcu yaradılmışdır. Bu barədə olan 17.04.2019 və 27.05.2019-cu il tarixli qanunsuz kameral yoxlama qərarlarına dair şikayət vermişlər və 16.07.2019-cu il tarixli Qərarla həmin yoxlama qərarları ləğv edilmiş və bu barədə MMC-nin şəxsi hesabında düzəlişlər edilməsi cavabdehə tapşırılmışdır. Buna baxmayaraq həmin qərardan sonra cavabdeh yenə də müxtəlif tarixlərdə müxtəlif rəqəmlərlə əsassız olaraq vergi borcları hesablamış, hər dəfə onlardan əsassız olaraq dəqiqləşmə tələb edərək, vergi borclarını bəzən «0»a qədər, bəzən də cüzi məbləğlərə qədər azaltmış və nəhayət 18.12.2019-cu il tarixə onlara cəmi 1848.06 manat vergi borcu hesablamışdır. Onlar bununla da razılaşmadıqda cavabdeh onlara bildirmişdir ki, sonuncu əməliyyatları 2017-ci ilin 27 fevralına təsadüf etdiyi və bank əməliyyatlarının qeydiyyatdan 2017-ci ilin martında keçdiyi üçün, 2017-ci ilin mart ayına dair sonuncu dəqiqləşmə versin, sonra isə həmin məbləğin fevral ayından çıxarılması barədə dəqiqləşmə bəyənnamə versin, dəqiqləşmə verərək, həmin vaxt onlara sonuncu əməliyyatın məbləğini göstərməyi məsləhət bilmişdilər. Onlar da həmin məsləhətlə razılaşaraq, 02.03.2020-ci ildə 2017-ci il mart ayı üçün dəqiqləşmiş bəyənnamə verərək satış dövriyyəsinin ƏDV-si kimi 10.437.49 manat göstərmişlər, cavabdehin də məsləhət verdiyi kimi elə həmin gün 2017-ci ilin fevral ayı üçün son dəqiqləşmə bəyənnaməsi verərkən (marta göstərilmiş məbləğ çıxılmaqla) sistem bu dəqiqləşməni qəbul etməmiş və səbəb kimi onlara bildirilmişdir ki, vergi hesabatlarına dəqiqləşmə verilməsi müddəti AR VM-də 3 il nəzərdə tutulduğu üçün dəqiqləşmə qəbul edilə bilməz. Bu zaman başa düşmüşlər ki, cavabdeh illərlə onların mübarizəsi nəticəsində hesablamanın səhv olmasına nail olmaqlarının, onların qanunsuz kemeral yoxlama qərarlarının Nazirlik tərəfindən ləğv etdirməsinin bir növ «acığını» çıxmaq üçün onları belə bir tələyə salmışdır. Çünki şəxsi hesabdan da görünür ki, guya 02.03.2020-ci il tarixdə son dəqiqləşmə verərkən onların vergi borcları 1.848.06 manat göstərilmişdi. Belə olan təqdirdə hansı sahibkar mövcud olmayan və bir dəfə artıq vergisi ödənmiş ƏDV-ni yenidən özünün borcu kimi bəyan edər? Bütün bunlar cavabdehin qanunsuzluqları nəticəsində baş vermişdir və belə olan təqdirdə onlara indi hazırda hesablanmış əsassız vergi borcu silinməli və artıq ödədikləri məbləğ onlara qaytarılmalıdır. Çünki AR VM-nin tələblərinə görə heç bir şəxs eyni verginin iki dəfə ödənilməsinə cəlb edilə və məcbur edilə bilməz. Onlar isə hazırda onlara borc kimi göstərilmiş ƏDV üzrə vergi borcunu ödəmiş və cavabdehin qanunsuz qərarı nəticəsində indi onlar həmin vergini ikinci dəfə ödəməyə məcbur edilirlər. Onlar bu barədə cavabdehə 11.10.2021-ci il tarixdə elektron qaydada müraciət etmişlər, cavabdehin məktubu ilə onlara cavab verilmiş və xahişləri təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi həmçinin vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əli-МВ" MMCnin şəxsi vərəqəsində 13.08.2019-cu il və 02.03.2020-ci il tarixlərdə müvafiq olaraq qeyd edilən 10437.49 manat azalma və hesablama əməliyyatları vergi ödəyicisi tərəfindən 2017-ci ilin mart ayı üçün təqdim edilən 13.08.2019-cu il tarixli **********066700 nömrəli və 02.03.2020-ci il tarixli **********883100 nömrəli dəqiqləşdirilmiş bəyannamələr əsasında aparılmışdır. Təqdim edilən dəqiqləşdirilmiş bəyannamələr cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş və iddiaçı "xxxx" MMC-yə kameral vergi yoxlaması ilə hər hansı əlavə vergi məbləği hesablanmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85-ci maddəsinə əsasən Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsini müəyyən edir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçı MMC-nin şəxsi vərəqəsində 13.08.2019 və 02.03.2020-ci il tarixlərdə müvafiq olaraq qeyd edilən 10437.49 manat azalma və hesablama əməliyyatları vergi ödəyicisi tərəfindən 2017-ci ilin mart ayı üçün təqdim edilən 13.08.2019-cu il tarixli **********066700 nömrəli və 02.03.2020-ci il tarixli **********883100 nömrəli dəqiqləşdirilmiş bəyannamələr əsasında aparılmışdır. Göründüyü kimi iddiaçı vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanması ilə vergi orqanına bəyannamə təqdim etmək hüququna malik idi. iddiaçının iddia ərizəsində artıq ödənilmiş 3104,88 manat vəsaitin onlara qaytarılması ilə bağlı bildirmək istəyirik ki, hal-hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 11589,76 manat vergi borcu, 3886,24 manat isə faiz borcu müvcuddur və artıq ödəməsi yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının 13 avqust 2019cu il tarixə dəqiqləşdirilmiş bəyannamə üzrə 10437,29 manat məbləğində vergi borcu qeyd edilmişdir. Əlavə dəyər vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC tərəfindən mart 2017-ci il üzrə 10437,49 manat məbləğində əlavə dəyər vergisi bəyan edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən İddiaçı MMC-nin şəxsi vərəqəsində 13.08.2019 və 02.03.2020-ci il tarixlərdə müvafiq olaraq qeyd edilən 10437.49 manat azalma və hesablama əməliyyatları vergi ödəyicisi tərəfindən 2017-ci ilin mart ayı üçün təqdim edilən 13.08.2019-cu il tarixli **********066700 nömrəli və 02.03.2020-ci il tarixli **********883100 nömrəli dəqiqləşdirilmiş bəyannamələr əsasında aparılmışdır. İddiaçı iddia ərizəsində və eyni zamanda məhkəmə iclasında izahatında həmin dəqiqləşdirməni cavabdehin tapşırığı əsasında apardığını bildirsə də bunu təsdiq edən hər hasnı bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən qeyd edilən halların sübutu olaraq sözügedən bəyannamələr məhkəməyə təqdim edilmişdir. Lakin iddiaçı tərəfindən qeyd edilən halların əksini sübut edəcək hər hansı bir sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının və vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Bundan başqa məhkəmə qeyd edir ki, bəyan edilmiş vergi borcunun inzibati orqan tərəfindən silinməsi üçün yenidən dəqiqləşmiş bəyannamə ilə həmin orqana müraciət edilməsi zəruridir. Belə ki, Vergi Məcəlləsinin 85-ci maddəsi ilə vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Lakin hazırki işdə iddiaçı 2017-ci ilin mart ayı üzrə bəyan edilmiş vergi borcu ilə bağlı məbləğin silinməsini istəyir ki, bununla bağlı Vergi Məcəlləsinin yuxarıda adı qeyd olunan norması ilə müəyyən edilmiş müddət ötürülmüşdür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, “Əli-MB2 MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən İddiaçı MMCyə hesablanmış 10437,49 manat ƏDV vergi borcu və buna görə hesablanmış 3886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənmiş 3104,88 manatın onlara qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. “Əli-MB2 MMC-nin oğlunun cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 10437,49 manat ƏDV vergi borcu və buna görə hesablanmış 3886,54 manat faizlərin silinməsi, eləcə də artıq ödənmiş 3104,88 manatın onlara qaytarılması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar