Məhkəmə qərarları › İş №2-1(118)-381/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-381/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-381/2024 09.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllə (hazırda 75-ci məhəllə) ünvanında yerləşən sahəsi 22,3 kv m olan 14 saylı fərdi yaşayış evinin 1 yaşayış otağının və 22,8 kv m yaşayış otağının 1/2 hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin imtinasının qanunsuz və əsassız hesab edilməsi, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllə (hazırda 75-ci məhəllə) yerləşən 14 saylı fərdi yaşayış evinin, İddiaçı adına mülkiyyət hüququ üzrə qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllə (hazırda 75-ci məhəllə) ünvanında yerləşən sahəsi 22,3 kv m olan 14 saylı fərdi yaşayış evinin 1 yaşayış otağının və 22,8 kv m yaşayış otağının 1/2 hissəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllədə yerləşən 14 № ev 1960-cı ildə tikilmiş, 1964-cü ildə iddiaçının atası X5 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Sonralar bu yaşayış evi vərəsəlik qaydasında bölüşdürülərək, evin ½ hissəsi (14№) iddiaçının, 14" b" hissəsi isə X1 adına qeydiyyata alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 761 saylı, 04 may 2017-ci il tarixli qətnaməsi ilə X1 iddiası təmin edilmiş, İddiaçı və Atabəyeva Südabə Əmi qızı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllədə yerləşən 1 otaqlı, yaşayış sahəsi 19,30 kv m köməkçi sahəsi 21,90 kv m olan 14 "B" №-li evdən çıxarılaraq X6 həmin evə köçürülmüşdür. Bu qətnamə ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllədə (hazırda Sumqayıt şəhəri, 75-ci məhəllə) yerləşən 14 №-li və 14’b" evlərin yerləşdiyi faktiki 600 kv m torpaq sahəsi X1 iddiası təmin edilmiş, İddiaçı və X6 arasında yarıya bölünərək 1/2 hissəsi İddiaçı, 1\2 hissəsi X1 istifadəsinə verilmişdir. Hazırda iddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllədə (hazırda Sumqayıt şəhəri, 75-ci məhəllə) yerləşən 14 № evdən və 1/2 hissədə torpaq sahəsindən istifadə edir. Bu torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi iddiaçının istifadəsində və sahibliyindədir. Bu evdə ailə üzvləri ilə qeydiyyatda olmaqla yaşayır. Fərdi yaşayış evinə xüsusi mülkiyyət hüquq əsasında adına çıxarış almaq üçün cavbdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan imtina məktubu vermişdir. Cavabdehin imtinası ilə razılaşmır. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllədə yerləşən 14 № evin texniki pasportunda 75-ci məhəllənin 71-ci məhəllə kimi səhv yazılması iddiaçının təqsirindən baş verməmişdir. İddiaçının hər hansı orqanın səhvinə görə mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Bu ünvan və fərdi yaşayış evi 1960-cı ildən iddiaçının istifadəsində və müikiyyətindədir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, qeydiyyata alınması nəzərdə tutulan fərdi yaşayış evinin təqdim edilən sənədlərdə 71-ci məhəllə ərazisində yerləşdiyi qeyd olunsa da, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasının təyin edilməsi üçün əraziyə müayinə baxışı keçirilərkən sözügedən fərdi yaşayış evinin 75-ci məhəllə ərazisində yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə, müraciətə dair sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, təqdim olunan Sumqayıt şəhər ZDS icraiyyə Komitəsinin 23 sentyabr 1960-cı il tarixli 31 nömrəli protokolunun arxiv çıxarışında fərdi yaşayış evinin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü qeyd olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Təqdim edilmiş Sumqayıt şəhər Məhkəməsinin 4 may 2007-ci il tarixli 2-761 saylı qətnaməsi ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. İş materiallarında olan: - Sumqayıt şəhər ZDS İcraiyyə Komitəsinin 23 sentyabr 1960-cı il tarixli, 31 nömrəli protokolundan görünür ki, X5 adına fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 2-761/2007 saylı 4 may 2007-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Atayeva Südabə Əmi qızının Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllədə yeləşən, 1 otaqlı yaşayış sahəsi 19,30 kv m, köməkçi sahəsi 21,90 kv m təşkil edən 14”b” №-li evdən çıxarılması, X1 həmin evə köçürülməsi qət edilmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllə, 14 və 14 “b” №-li evlərin yerləşdiyi, faktiki sahəsi 600 kv m təşkil edən torpaq sahəsi İddiaçı və X1 arasında yarı bölünməsi, torpaq sahəsi 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi isə X1 istifadəsinə verilməsi qət edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il cavab məktubundan görünür ki, 20 fevral 1985-ci il tarixli 1H-18, 1H-19 və 06 sentyar 1995-ci il arixli 2V-138 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrə dair notariat işlərinin kserosurətləri məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllə, 14 və 14B nömrəli, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 75-ci məhəllə, 14 və 14B nömrəli fərdi yaşayış evlərinə dair X1 adına çıxarış verilməmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 75-ci məhəllə, 14V ünvanında yerləşən fərdi yaşayış evi X1 adına qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. -Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-ci il tarixli cavab məktubundan görünür ki, fərdi yaşayış evinə Sumqayıt şəhər 1 saylı Dövlət Notariat Kontorunun 2Ə-138 reyestr nömrəli xx.xx.1995-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Sumqayıt Texniki İnventarlaşdırma Bürosu tərəfindən X1 adına alınmış, qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Qeydiyyat vəsiqəsinin nüsxəsi arxivdə saxlanılmadığından texniki pasportun surəti məhkəməyə təqdim edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 75-ci məhəllə, 14 V ünvanında yerləşən **********64-10301 reyestr nömrəli fərdi yaşayş evinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. -Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1986-cı ilə dair 2/2-014 saylı mülki işi Dövlət Arxivinin Sumqayıt filialına təhvil verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol;https://e-qanun.az/framework/5456 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarışıar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair ....üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, qanuni qüvvəyə minmiş Sumqayıt şəhər Məhkəməsinin 2- 761/2007 saylı xx.xx.2007-ci il tarixli qətnaməsinin əsaslandırma hissəsində də DƏDRXnin Sumqayıt şəhər Ərazi İdarəsinin xx.xx.2007-ci il tarixli 14/305 nömrəli məktubuna istinadən qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi 71-ci məhəllədə yerləş.ən 1960-cı ildə inşa edilmiş 1964-cü ildə şəxsi mülkiyyət hüququ əsasında X5 adına qeydə alınmış 14 nömrəli ev sonradan vərəsəlik qaydasında bölüşdürülmüş, hal-hazırda evin ½ hissəsi (14) xüsusi mülkiyyət hüququ əsasında İddiaçı, digər ½ hissəsi isə (14b) xüsusi mülkiyyət hüququ əsasında X3 məxsusdur. Bundan başqa X2 adına çıxarışın verilməsi üçün əsas olmuş sənədlər məhkəmə tərəfindən tələb edilmiş, sənədlərə baxış keçirilərkən ilkin hüquqmüəyyənedici sənədlərdə evin 71-ci məhəllədə yerləşməsi, yekun çıxarışda isə 75-ci məhəllədə yerləşməsinni qeyd edilməsi aşkar edilmişdir. Bununla bağlı məhkəmə cavabdehin hazırda ünvanlar arasında ziddiyyət olması ilə bağlı dəlilini əsassız hesab edir. Cavabdehin özünün arxiv məlumatlarında həmin evə və yerləşdiyi torpaq sahəsi barəsində kifayət qədər hüquqmüəyyənedici sənədlər və məlumatlar vardır. İlkin torpaqayırma sənədində torpaq sahəsinin ölçüsünün göstərilməməsi həmçinin imtina üçün əsas deyildir. Belə ki, hazırki mübahisənin predmeti fərdi yaşayış evinin bir hissəsinə mülkiyyət hüququnun qeydə alınmasıdır. Torpaq sahəsinin bölgüsü məhkəmə mübahisəsisinn predmeti olmuş və bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Qanunun 16.1-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllə (hazırda 75-ci məhəllə) ünvanında yerləşən sahəsi 22,3 kv m olan 14 saylı fərdi yaşayış evinin 1 yaşayış otağı və 22,8 kv m yaşayış otağının 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllə (hazırda 75-ci məhəllə) ünvanında yerləşən sahəsi 22,3 kv m olan 14 saylı fərdi yaşayış evinin 1 yaşayış otağı və 22,8 kv m yaşayış otağının 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar