Məhkəmə qərarları › İş №2-1(118)-3828/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3828/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3828/2025 24.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ X17-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-41/2-D-0010- 8/2024 saylı imtinasının əsassız hesab olunması və həmin 0,67 ha torpaq sahəsinə mülkiyyət hüququnun reyestr qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 3 ünvanında yaşayır və Şamaxı rayonu, Kərkənc kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi Şamaxı rayon X3 və Mülkiyyət Hüquqularının Qeydiyyatı İdarəsi tərəfindən ondan ötrü ki, Azərbaycan Respublikası Şamaxı rayonu, Kərkənc kəndində yerləşən ümumi sahəsi 61,8kv.m yaşayış sahəsi 33.03 kv.m-dən ibarət olan iki otaqlı 1 mərtəbəli yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında X1nun adına xx.xx.2023cü il tarixdə 03 nömrəli reyestr kitabında 34 reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin qeydiyyat vəsiqəsinə fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu tərtib olunaraq əlavə edilmişdir. X1 12 oktyabr 1997-ci ildə 64 yaşında vəfat etmişdir. 17 fevral 2023-cü il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə göstərilmişdir ki, xx.xx.1997-ci il tarixdə vəfat etmiş-X8 vərəsəsi: Bakı Bakı şəhəri, Sabunçu rayonu Masdağa qəsəbəsi Zabrat Maşdağa şossesinin sağ kənarı ev-21 ünvanında qeydiyyatda olan İddiaçıdur və o, miras əmlakından tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK-nin Şamaxı rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə X12 verilmiş seriya nömrəsi JN:0030,KOD:41000028 olan dövlət aktına əsasən, Şamaxı rayonu, Kərkənc kəndi ünvanında yerləşən ümumi sahəsi 0,09773 ha olan torpaq sahəsindən ibarətdir. DƏDRX-dən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi A/1068 olan arayışa əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Şamaxı rayonu, Kərkənc kənd ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının Kərkənc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 oktyabr 2024-cü il tarixli, 5-75-33/2-78/2024 saylı və 09 oktyabr 2024-cü il tarixli, 5-75-33/2-78/2024 saylı arayışlarına əsasən, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı Şamaxı rayonunun Kərkənc kəndində ailə üzvləri xx.xx.1970-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il X2 ilə birlikdə müvəqqəti yaşayır. Azərbaycan Respublikasinin Milli Arxiv idarəsi X19 Filialının 29 mart 2023-cü il tarixdə, 3-48-11F/-2-D-96-39 saylı Şamaxı Regional “Asan Xidmət” mərkəzinə ünvanladığı məktubda göstərilmişdir ki, İddiaçı ərizəsinə cavab olaraq Şamaxı rayon Şəhriyar qəsəbə nümayəndəliyinin Kərkənc kəndinə dair 1989-1992-ci ilin təsərrüfatbaşına kitabı X19 filialına təhvil verilməmişdir. Şamaxı Rayon İcra Hakimmiyəti Başçısının Kərkənc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05 aprel 2023-cü il tarixli təsərrüfatbaşına kitabdan çıxarış verilmişdir ki, mərhum X11 məxsus fərdi yaşayış əmlakı 2021-2025-ci il tarixlərinə aid Şamaxı rayon Kərkənc kəndi üzrə təsərrüfatbaşına kitabda onun adına 0,28 ha həyətyanı torpaq sahəsində yerləşən 1924-cü ildə tikilmiş tikinti sahəsi 104.6 kv.m olan fərdi yaşayış evi mərhumun oğlu İddiaçı istifadəsindədir. Azərbaycan Respublikasının Milli Arxiv idarəsi X19 Filialı 10 oktyabr 2024-cü il tarixdə İddiaçı ərizəsinə cavab olaraq Şamaxı rayon Kərkənc kənd ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabdan Arxiv çıxarışı ünvanlamışdır ki, ünvan 7lərin təsərrüfatbaşına kitabında X8 təsərrüfatı aşkar olunmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi idarəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün müraciət etmiş və Şamaxı rayonu, Kərkənc kəndi ərazisində yerləşən, atası-mərhum X9 miras qalmış 0,28 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və əlavə olaraq mərhumun istifadəsində olmuş 0,39 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir.

3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, İddiaçı 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonu, Kərkənc kəndi ərazisində yerləşən, X6 miras qalmış 0,28 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və əlavə olaraq mərhumun istifadəsində olmuş 0,39 ha torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Ərazi İdarəsinə daxil olmuş müraciətin icrası ilə bağlı bildiririk ki, 14 saylı Ərazi İdarəsi tərəfindən Şamaxı rayonu Kərkənc kəndi ərazisində yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı mərhum atası X8 mülkiyyət hüququ 03/34 nömrəli qeydiyyat vəsiqəsi və 17 inventar nömrəli yaşayış evinin texniki pasportuna əsasən dövlət reyestrində qeydiyyata alınmaqla, adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********40-10301 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilmişdir. Həmin evin yerləşdiyi 0,28 ha həyətyanı torpaq sahəsi təqdim olunmuş Kərkənc kəndi üzrə 2021-2025-cü illərə aid təsərrafatbaşına kitabdan çıxarışa əsasən, İddiaçı adınadır. Bu səbəbdən, qeyd olunan fərdi yaşayış evi vahid əmlak kimi mərhumun adına qeydiyyata alınması mümkün olmamışdır. İddiaçı izah edilmişdir ki, fərdi yaşayış evinin vərəsəlik qaydasında mülkiyyətinə keçməsi barədə notarial qaydada təsdiq olunmuş vərəsəlik hüququna dair şəhadətnamə təqdim edəcəyi təqdirdə, qeyd olunan fərdi yaşayış evinin və 0,28 ha torpaq sahəsinin vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılması mümkündür. İddia ərizəsində qeyd olunan Şamaxı rayonu, Kərkənc kəndi ərazisində yerləşən, mərhum X8 istifadəsində olmuş 0,39 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərdən biri təqdim edilmədiyinə görə, sözügedən 0,39 ha torpaq sahəsinin üzərində hüquqların qeydiyyatı mümkün olmamışdır.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. İddia tələbi çıxarışın verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

11. Şamaxı rayon X3 və Mülkiyyət Hüquqlarıın Qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Şamaxı rayonu, Kərkənc kəndində ümumi sahəsi 61,8 kv.m yaşayış sahəsi X8 adına qeydə alınmışdır.

12. Avqust 2003-cü il tarixdə verilmiş texniki pasportdan görünür ki, X11 məxsus fərdi yaşayış evinə dair tərtib edilmişdir.

13. V-ЖГ 283174 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir.

14. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi İddiaçıdur və o mirasdan tam hissədə pay almalıdır.

15. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kərkənc kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-75-33/2-78/2024 nömrəli arayışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı Şamaxı rayonunun Kərkənc kəndində müvəqqəti yaşayır.

16. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kərkənc kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-75-33/2-79/2024 nömrəli arayışdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ailə üzvləri aşağıdakılardır: 1.X5, 2. X2.

17. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Kərkənc kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, mərhum X11 məxsus fərdi yaşayış əmlakı 2021-2025-ci il tarixlərinə aid Şamaxı rayon Kərkənc kəndi üzrə təsərrüfatbaşına kitabında onun adına 0,28 ha 104,6 kv.m olan fərdi yaşayış evi mərhumun oğlu İddiaçı istifadəsindədir.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqından dövlət reyetsrindən arayışdan görünür ki, Şamaxı rayonu, Kəkənc kəndi ərazisində yerləşən 0,01046 ha torpaq sahəsində inşa edilmiş sahəsi 61,8 kv.m olan fərdi yaşayış evi üzərində X8 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.

19. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X19 filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X19 filialına 20 fevral 2025-ci il tarixdə daxil olmuş İddiaçı Kərkənc kəndində təsərrüfatı barədə 1989-1992-ci illərin təsərrüfat kitabları X19 filialına təhvil verilmədiyi üçün məktubunuzu cavablandıra bilməmişdir.

20. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-41/2-1271/2025 nömrəli məktubdan görünür ki, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Şamaxı rayonu Kərkənc kəndində yerləşən sözügedən torpaq sahələrinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezdentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma aparılmışdır. İddiaçı iddia etdiyi 0,67 ha torpaq sahəsi naturada iki hissədən (0,29 ha + 0,39 ha) ibarət olmaqla faktiki istifadəsindədir. Naturada göstərdiyi 0,29 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi olmaqla həyətyanı, 0,39 ha olan torpaq sahəsi isə dəmir torla hasarlanaraq biçənək kimi istifadə olunur. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçının naturada göstərdiyi 0,29 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına, 0,39 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kateqoriyalı örüş (kollu) torpaqlarına aiddir. İddiaçının naturada göstərdiyi torpaq sahələri elektron baza məlumatlarına əsasən hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsinin qonşuluğunda (sağında, solunda) hər hansı bir fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməmişdir. Torpaq sahələrinə dair müayinə (baxış) aktlarının surəti, yerləşmə mövqelərini əks etdirən ortofoto görüntüsü və İddiaçı adına verilmiş **********40-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri cavab məktubuna əlavə olunmuşdur.

21. Şamaxı rayonu, Kərkənc kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına aid torpaqlarda yerləşir. Torpaq sahəsi hasar daxilindədir, üzərində fərdi yaşayış evi mövcuddur. Torpaq sahəsi kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmir. Ölçmə işləri aparılan müddətdə heç bir mübahisə halı baş vermədi.

IV. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən. torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə isə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1-ci maddə: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

27. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

28. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

V. Məhkəmənin mövqeyi

31. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

32. Məhkəmə tərəfindən müəyyən edildi ki, 14 saylı Ərazi İdarəsi tərəfindən Şamaxı rayonu Kərkənc kəndi ərazisində yerləşən fərdi yaşayış evinin üzərində İddiaçı mərhum atası X8 mülkiyyət hüququ 03/34 nömrəli qeydiyyat vəsiqəsi və 17 inventar nömrəli yaşayış evinin texniki pasportuna əsasən, dövlət reyestrində qeydiyyata alınmaqla, adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat, **********40-10301 reyestr nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilmişdir. Həmin evin yerləşdiyi 0,28 ha həyətyanı torpaq sahəsi təqdim olunmuş Kərkənc kəndi üzrə 2021-2025-cü illərə aid təsərrafatbaşına kitabdan çıxarışa əsasən, İddiaçı adınadır. V-ЖГ 283174 nömrəli ölüm haqqında şəhadətnaməsinə əsasən, X16 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X8 vərəsəsi İddiaçıdur və o mirasdan tam hissədə pay almalıdır.

33. Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-41/2-1271/2025 nömrəli məktuba əsasən, 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən Şamaxı rayonu Kərkənc kəndində yerləşən sözügedən torpaq sahələrinin yerləşdiyi ərazinin xəritə materiallarına, Azərbaycan Respublikası Prezdentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırma aparılmışdır. İddiaçı iddia etdiyi 0,67 ha torpaq sahəsi naturada iki hissədən (0,29 ha + 0,39 ha) ibarət olmaqla faktiki istifadəsindədir. Naturada göstərdiyi 0,29 ha torpaq sahəsi üzərində fərdi yaşayış evi olmaqla həyətyanı, 0,39 ha olan torpaq sahəsi isə dəmir torla hasarlanaraq biçənək kimi istifadə olunur. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarına əsasən iddiaçının naturada göstərdiyi 0,29 ha torpaq sahəsi yaşayış məntəqələri torpaqları kateqoriyasına, 0,39 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı kateqoriyalı örüş (kollu) torpaqlarına aiddir.

34. İddiaçının naturada göstərdiyi torpaq sahələri elektron baza məlumatlarına əsasən, hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür. Torpaq sahəsinin qonşuluğunda (sağında, solunda) hər hansı bir fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilməmişdir.

35. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: -13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -86.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz.

36. Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz.

37. Beləliklə, yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Şamaxı rayonu, Kərkənc kəndi ərazisində yerləşən 0,28 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüququnun iddiaçının adına birgə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

38. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak” “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).

41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

42. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. Şamaxı rayonu, Kərkənc kəndi ərazisində yerləşən 0,28 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində yaranmış mülkiyyət hüququnun İddiaçı adına birgə vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, buna dair reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X17-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar