Məhkəmə qərarları › İş №2-1(118)-384/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-384/2020

10.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-384/2020 10.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlununun sədirliyi, X1 katibliyi, İddiaçı3 və onun vəkili X2, Üçüncü şəxsin nümayəndəsi X5 iştrakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 Mehdi qızının və İddiaçı1 (14.08.2019-cu ildə vəfat etmişdir) cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinə qarşı (X8 üçüncü şəxs qismində cəlb edilməklə) “Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 07.08.2000-ci il tarixli, 01 saylı qərarın ləğv edilməsi” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: 07.11.2018-ci ildə iddiaçılar İddiaçı3, İddiaçı2 Mehdi qızı və İddiaçı1 (14.08.2019-cu ildə vəfat etmişdir) cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinə, DƏDRX-nin 2 saylı ərazi idarəsinə və X6 qarşı Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 07.08.2000-ci il tarixli, 01 saylı qərarına əsasən “Torpağa mülkiyyət hüquqna dair”JN 0660 kod 30508018 saylı dövlət aktının və onun əsasında verilmiş müvafiq çıxarışın ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. 24.12.2018-ci ildə İddiaçı3, İddiaçı2 Mehdi qızı və İddiaçı1 (14.08.2019-cu ildə vəfat etmişdir) iddia tələbinə dəqiqləşdirmə edərək cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinə qarşı (X8 üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehin qəbul etdiyi 07.08.2000-ci il tarixli, 01 saylı qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onlar hazırda yaşadıqları Siyəzən rayonu, Qarabulaq adlanan ərazidə 1995-ci ildə Siyəzən şəhərindən yaşadıqları çətinliyi ilə əlaqədar ailəliklə köçərək, heyvandarlıqla məşğul olmaq məqsədi ilə məskunlaşmışlar. Bu tarixdən 5 il sora həmin əraziyə cavabdehlər, əsasən X8, ailəsi ilə gəlib məskunlaşmışlar. Bir müddət dinc qonşuluq şəraitində yaşadığından və necə dəyərlər cavabdehlər özlərinə yer etdikdən sonra həmin ərazidə onlardan və istədikləri yaxın qohumlarından başqa digər şəxslərin yaşamaması üçün məqsədli pozucu işlər görməyə başlamışlar. Belə ki, onlara əsassız ərazi iddiaları etməklə üzərlərinə müxtəlif formada və üsullardan istifadə edərək böhtanlar ataraq, onları ailəliklə bezikdirib, həmin ərazidən qovmaq və bununla da öz qardaşı X5 həmin ərazidə məskunlaşmasını istəyirlər. Elə bu məqsədlə tez-tez yaşadıqları əraziyə gələrək onlarla mübahisələr, bəzən qısa müddətli əlbəyaxa olmaqla dava-dalaşlar edərək, onları hədələməklə buradan qovacaqlarını bildirirlər. Hətta bu məqsədlə cavabdeh X8, məhkəmədə mülki qaydada iddia qaldıraraq onların bütün ailə üzvlərindən guya onun inəyinə vurulan 6000 manat ziyan tələbi irəli sürmüş və nəticədə Siyəzən Rayon Məhkəməsinin 01.08.2017-ci il tarixli 2(059)-4122017 saylı qətnaməsinə əsasən iddia tələbi əsassız olduğundan təmin olunmamışdır. İddiaçı hesab edir ki, cavabdehlər əsassız qaldırdığı və təmin olunmadığı iddiası yalnız onların ərazidən didərgin düşmələri üçün qəsdən düşünülmüş bir məkirli hərəkət idi. Azərbaycanın o, cümlədən Siyəzən rayon Məhkəməsinin ədalətli qərarı bu haqsız insanların əsassız iddialarını rədd etsə də, onlar iddiaçıların oradan çıxmaları üçün istənilən qanunsuz hərəkətlər etməklə saxtakarlıq yolu ilə öz niyyətlərini həyata keçirmək istəyirlər. Bu məqsədlə həmin ərazidə cavabdehin müraciəti əsasında, məhkəmənin icraatında bilavasitə bu torpaq sahələri ilə əlaqədar mübahisə olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasına dair qanunların tələblərinə zidd olaraq çıxarışın verilməsi məqsədilə) JN-0660 kod 30508018 saylı dövlət aktı ilə X6 verilmiş 0,03 ha torpaq sahəsinin koordinatları torpaq üzərində naturada dəqiqləşdirilərkən guya müəyyən olunmuşdur ki, torpaq sahəsinin 4 döngə nöqtəsinin 3-cü döngə nöqtəsi, yeni torpaq sahəsinin 52,24 kv.m hissəsi iddiaçılara məxsus tikintilərin üzərinə düşür və 10.04.2017-ci il tarixdə Siyəzən rayon, Beşdam kəndində kadastr və yerquruluşu layihə-tədqiqat mərkəzinin 2 saylı layihə tədqiqat idarəsinin mühəndisləri, Beşdam bələdiyyə sədri və mülkiyyətçi tərəfindən aktlar tərtib edilmişdir ki, güya “Siyəzən Beşdam bələdiyyəsi ərazisində JN-0660 kod 30508018 saylı dövlət aktı ilə X6 verilmiş 0.03 ha. torpaq sahəsinin koordinatları dəqiqləşdirilərək naturada tanıdılmış və torpaq sahəsinin 4 döngə nöqtəsindən ibarət və tanıtma zamanı 3-cü döngə nöqtəsi faktiki (onlara məxsus) tikinti üzərində yerləşdiyindən göstərmək mümkün olmamışdır. İddiaçılar hesab edir ki, qərəzli olaraq, 10.04.2017-ci il tarixdə Siyəzən rayonu, Beşdam kəndində kadastr və yerquruluşu layihə-tədqiqat mərkəzinin 2 saylı layihə tədqiqat idarəsiin mühəndəsiləri, Beşdam bələdiyyə sədri və mülkiyyətçi tərəfindən qərəzli olaraq saxta aktlar tərtib edilmişdir. Belə ki, guya cavabdeh X6 məxsus 0,03 ha.torpaq sahəsinin koordinantlarını naturada torpaq üzərində dəqiqləşdirilərkən, torpaq sahəsinin 4 döngə təsinin yerini tanıtma zamanı 3-cü döngə nöqtəsi onlara məxsus faktiki tikinti üzərində yerləşdiyi yəni, cavabdehlər İddiaçı3 tərəfindən inşa edilmiş tiklilərin 14 kv.m hissəsi iddiaçı X6 məxsus 0,03 ha torpaq sahəsinin daxilində yerləşdiyi müəyyən olunmuşdur. Bu sonradan torpağın yerləşdiyi kordinantlar, iddiaçı tərəfindən, AR ƏMDK yanında DƏK və ÜRX, kadastır və yerqurluşu layihə-tədqiqat mərkəzinin 2 saylı Sumqayıt layihə tədqiqat idarəsinin mühəndisləri və Beşdam bələdiyyə sədrinin vasitəsi ilə yəni, əli ilə saxtalaşdırılmışdır. Sübutlara dair əsasları ondan ibarətdir ki, Birinci əsas-məlum olduğu kimi o vaxtlar Siyəzən rayon Beşdam bələdiyyəsinin 07.08.200-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş 0.03 ha torpaq sahəsinin kordinantları (ölçüsü) naturada torpaq üzərində hazırda istifadə olunan müasir texniki vasitələrlə (GPS) deyil, müvafiq plan cizgi tərtibi yol ilə verildiyindən, sonradan 10.04.2017-ci il tarixdə həmin ərazidə hər hansı şəxsə məxsus hər hansı ölçüdə torpaq sahəsinin dövlət qeydiyyatından keçmədiyindən, həmin ərazidə saxta aktlar tərtib edən tərkib, ölçüləcək mübahisəli torpaq sahəsinin kordinantlarının 3-cü döngə nöqtəsini cavabdehin marağına uyğun elə sürüşdürmüşdülər ki, 3-cü döngə nöqtəsi iddiaçılara məxsus tiklilərin üzərinə düşmüşdür. Bununla da 07.08.2000-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş 0,03 ha torpaq sahəsinin kordinantları, 2016-cı il tarixdə iddiaçı ilə mübahisə yarandığından sonra qərəzli olaraq 10.04.2017-ci il tarixdə yenidən ölçülərək kordinantların yerləşmə nöqtələri saxtalaşdırılmışdır. Bu saxtakarlıq Siyəzən rayon Beşdam Bələdiyyəsinin 07.08.2000-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş JM-0660 kod, 30508018 saylı dövlət aktındakı 0,03 ha torpaq sahəsinin ilkin X_Y koordinantlarını, Siyəzən rayon, Beşdam kəndində kadastr və yerqurluşu layihə-tədqiqat mərkəzinin 2 saylı layihə tədqiqat idarəsinin mühəndisləri, Beşdam bələdiyyə sədri və mülkiyyətçi tərəfindən torpaq sahəsinin koordinantlarının dəqiqləşdirilməsinə dair tərtib edilən 10.04.2017-ci il tarixli aktdakı yeni X-Y koordinantlarını qarşılıqlı müqayisə etsək, bir-birindən fərqli koordinantların olmasını görərik və məlum olar ki, reystr xidməti tərəfindən verilmiş yeni koordinantlar mübahisə predmeti olan torpaq sahəsinin ilkin koordinantlarına uyğun gəlmir. Habelə koordinantlarının saxtalaşdırılmasmı istisna etsək belə, 2000-ci ildə həmin torpaq sahələrinin dəqiq ölçülməsi üçün müasir texnika mövcud olmadığından, Reyestr xidmətinin yeni yarandığı vaxt mövcud olan GPS aparatları ilə indi mövcud olan aparatların texniki imkanları arasında çox böyük fərq olduğundan, hesab olunur ki, cavabdehin JN-0660 kod 30508018 saylı dövlət aktındakı 0,03 ha torpaq sahəsinin X-Y koordinantları ilə hazırda cavabdehin əlində olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışda onun mülkiyyəti kimi göstərilmiş torpaq sahəsinin koordinantlarının üst-üstə düşməsinin səbəbi həmin vaxt torpaq sahələrinin ölçülməsi üçün istifadə olunan texniki vasitənin müasir olmamasıdır. Qeyri peşəkar GPS ilə peşəkar GPS arasında fərqlər oİduğundan, nəticədə plan ölçü sənədlərində göstərilən koordinantlar reyestr xidmətlərinin nəzdində olan qurum tərəfindən müəyyən edilir. Odur ki, həmin koordinantlar sistemə vurulanda da müəyyən xətaların olduğu təcrübədə müəyyən edilmişdir. Təcrübədə dəfələrlə rastlaşmışlar ki, əl GPS-ləri ilə qeyri dəqiq ölçmələrin aparılması mümkündür. İkinci əsas Siyəzən rayon Beşdam Bələdiyyəsinin 07.08.2000-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş 0,03 ha torpaq sahəsinin koordinantları (ölçüsü) onların tiklilərinin üzərinə düşə bilməzdi. Ona görə ki, onlar həmin ərazidə iddiaçının sənədi əldə etməzdən 5 il əvvəl 1995-ci ildə ailəliklə məskunlaşıb yaşayırlar. Habelə müxtəlif aidiyyəti orqanlara yaşadıqları torpaq sahəsinin rəsmiləşdirilməsi üçün müraciətlər etmişlər. Onlara, Siyəzən rayon İcra Hakimiyyəti tərəfindən 30.05.2017-il tarixli məktubunda bu məzmunda “müraciətinizdə qeyd etdiyiniz torpaq sahəsinin sizə verilməsi ilə əlaqədar müvafiq sənədlər Beşdam bələdiyyəsi tərəfindən "hazırlanaraq Dövlət reystrindən çıxarışın alınması üçün aidiyyəti üzrə göndərilmişdir” rəsmi cavabı verilsə də, lakin Siyəzən rayon Beşdam Bələdiyyəsinin qanunsuz hərəkətləri nəticəsində onların 22 il müddətində yaşadıqları əraziyə Beşdam Bələdiyyəsinin 02.05.2016-ci il tarixdə 4/7 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” Müqavilə ilə onlara icarəyə 0,50 ha. torpaq sahəsi, həmçinin Siyəzən rayon Beşdam Bələiyyəsinin sədri Aqil Orucovun və DƏDR Xidmətinin 2 saylı Ərazi İdarəsinin Siyəzən rayon Şöbəsinin rəisi Vəli Vəliyevin dediyinə və ona təqdim olunmuş, 0.15 ha. Torpaq sahəsinin ona satılması barəsində Beşdam Bələdiyyəsinin 3.10.2011-ci il tarixli iclas protokolunun 12\3 saylı qərarın çıxarışına, bu torpaq sahəsinin satılmasına razılıq haqqında 19.10.2011-ci il tarixli rəylərə və habelə Siyəzən rayon İcra Hakimiyyətinin 30.05.2017-ci il tarixli məktubunda qeyd edilən məzmuna görə 0,15 ha. Torpaq sahəsinin sahibkarlıq məqsədi ilə ona satılması barəsində bütün lazımi işlərin görülməsi kimi vədlər verildiyi bildirilsə də, amma bu günə qədər iddiaçılar, 1995-ci il tarixindən məskunlaşdıqları ərazini aidiyyəti şəxslərin qanunsuz əməlləri nəticəsində mülkiyyət hüququ ilə rəsmiləşdirə bilməmişlər. Baxmayaraq ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında “Əsasnamənin tələbinə görə” “Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icra hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir”. Əsasnamənin bu tələbinə baxmayaraq, Bələdiyyələnin bu qanunsuz hərəkətləri nəticəsində onlardan 5 il sonra həmin ərazinin qonşuluğunda məskunlaşmış şəxslər onları, bu ərazidən qovmaq istəyirlər və bunun üçün hər gün bu ərazidə dava-dalaş salırlar. Məqsədləri onları həmin ərazidən çıxarmaqla, həmin ərazini tək başına öz sahibliylərinə götürmək istəyirlər. Demək olar ki, onların bu münaqişəli və hər zaman ölümlə nəticələnə bilən vəziyyətdən bütün yerli aidiyyəti orqanların xəbəri var. Əlavə olaraq bildirir ki, təzyiq vasitəsi olaraq, onları həmin şəxslər məhkəməyə versələr də, məhkəmədə haqsız iddiaları məhkəmə tərəfindən rədd olunmuşdur və bundan sonra bu şəxslərin haqsız qəzəbləri məkirli niyyətləri daha da artmışdır. Bütün bunların günahkarı maddi marağına görə hərəkətsizliyi nəticəsində Siyəzən rayon Beşdam Bələdiyyəsinin sədri Aqil Orucov günahkardır. Ona görə də mübahisəli torpaq sahəsini yenidən ölçdürərək, bu torpaq sahəsinin müəyyən hissəsinin onların tiklilərin üzərinə düşdüyünü qəsdən təşkil edilmişdir. Üçüncü əsas- məlum deyil ki, iddiaçıya 0,03 ha torpaq sahəsi ayrılarkən həmin ərazinin yeganə sakinləri onlar olduqları və ətrafda boş sahələrin olduğu halda, nədən iddiaçıya yalnız onların faktiki yaşadıqları, habelə tiklilərinin yerləşdiyi ərazi ölçülüb verilmişdir. Bu məntiq sübut edir ki, 0,03 ha torpaq sahəsinin yerləşdiyi coğrafi koordinantların yerləşmə yerləri 10.04.2017-ci il tarixdə yenidən ölçülərkən koordinantların yerləşmə nöqtələri qəsdən saxtalaşdırılmışdır. Baxmayaraq ki, “Bələdiyyə torpaqların idarə edilməsi haqqında” AR Qanunun 16-cı “Qeyriqanuni istifadə edilən torpaq sahələrinə dair tələblər” maddəsinə görə “Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Bu qanun minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı vaxtlarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə və icarəsinə verilir, eyni zamanda torpaq da. Dördüncü əsas-nə üçün iddiaçı mülkiyyətində olduğu və bir hissəsinin onun tikliləri üzərinə düşdüyü iddiya etdiyi torpaq sahəsini 16 ildən sonra tələb edir, hesab edir ki, məhkəmə bu faktı araşdıraraq hüquqi qiymət verməlidir. Belə ki, həmin mübahisəli ərazidə sənədsiz tikilmiş evdə onlar ailəliklə 1998-ci il tarixdən yaşamışlarsa, necə olub ki, onlardan sonra həmin ərazidə 2000-ci il tarixdə iddiaçı X3 xüsusi mülkiyyətinə verilən 0,03 ha.torpaq sahəsinin 52,24 kv.m hissəsi onların tiklilərin yerləşdiyi sahənin daxilindən ölçülüb verilmişdir. Bu qeyri mümkündür, ona görə ki, iddiaçıya torpaq sahəsi verilərkən hər iki tərəfin faktiki sahibliyində olan ərazilər qonşu sənədləri olmayan geniş ölçülü azad torpaq sahələr olmuşdur və boş torpaq sahələri olduğu halda verilən torpaq sahəsinin 52,24 kv.m hissəsi onun faktiki istifadəsində olan ərazidən ölçülüb verilməsinin heç bir istər hüququ, istərsə də məntiqi mənası yoxdur. Yuxarıda qeyd edilənlərin hüquqi məntiqinə və Siyəzən rayon Məhkəməsində 2(059)- 505\2018 saylı, 31.10.2018-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış mülki iş üzrə Siyəzən rayon Beşdam Bələdiyyə sədri tərəfindən 42№ li, 19.10.2018-ci il tarixli məktubla alınmış sorğuya əsasən məlum olmuşdur ki, “X3 xüsusi mülkiyyətində olan 0.03 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədləri, yəni 07 avqust 2000-ci il tarixli, 01 saylı qərarı və digər sənədlər Beşdam bələdiyyəsində yoxdur” cavabının mənasına görə sübut olunur ki, həqiqətən “X3 “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0660 kod 30508018 saylı dövlət aktı ilə xüsusi mülkiyyətinə 0,03 ha torpaq sahəsinin verilməsinə əsas olunmuş Siyəzən rayon Bələdiyyəsinin 07 avqust 2000-ci il tarixli, 01 saylı qərarı saxtadı. Saxtalığı aşağıdakılarla sübut olunur. 1) Məlum olduğu kimi, “X3 xüsusi mülkiyyətində olan 0.03 ha.torpaq sahəsinin ilkin torpaqayırma sənədləri, o, cümlədən Siyəzən rayon Beşdam Bələdiyyəsinin torpağın ayrılması barədə müvafiq qərarı 07 avqust tarixində 01№si ilə qeydiyyatdan keçə bilməzdir. Ona görə ki, hər hansı ilin avqust ayına kimi hər hansı bir məsələnin həll olmaması və bu tarixə qədər heç bir sənədin qeydiyyatdan keçmədiyi inandırıcı deyil. 2)Siyəzən rayon Məhkəməsində 2(059)- 505\2018saylı, 31.10.2018-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış mülki iş üzrə Siyəzən rayon Beşdam Bələdiyyə sədri tərəfindən 42№-li, 19.10.2018-ci il tarixli məktubla verilmiş sorğuda qeyd olunur ki, "X3 xüsusi mülkiyyətində olan 0.03 ha.torpaq sahəsinin ilkin torpaqayırma sənədləri, yəni 07 avqust 2000-ci il tarixli, 01 saylı qərarı və digər sənədlər Beşdam bələdiyyəsində yoxdur”. 3)Habelə 07.08.200-ci il tarixli, 01 nömrəli qərarı ilə verilmiş 0.03 ha torpaq sahəsinin koordinantları, 2016-cı il tarixdə iddiaçı ilə mübahisə yarandığından sonra qərəzli olaraq 10.04.2017-ci il tarixdə yenidən ölçülərək koordinantların yerləşmə nöqtələri saxtalaşdırılmışdır. Bu saxtakarlıq Siyəzən rayon Beşdam Bələdiyyəsinin 07.08.2000-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş JN-0660 kod 30508018 saylı dövlət aktındakı 0.03 ha torpaq j sahəsinin ilkin X-Y koordinantların, Siyəzən rayon Beşdam kəndində kadastr və yerquruluşu layihə-tədqiqat mərkəzinin 2 saylı layihə tədqiqat idarəsinin mühəndisləri, Beşdam Bələdiyyə sədri və mülkiyyətçi tərəfindən mülkiyyətçi tərəfindən torpaq sahəsinin Koordinantlarının dəqiqləşdirilməsinə dair tərtib edilən 10.04.2017-ci il tarixli aktdakı yeni X-Y koordinantların qarşılıqlı müqayisə etsək, bir-birindən fərqli koordinantlarının olmasını görərik və məlum olar ki, reyestr xidməti tərəfindən verilmiş yeni koordinatlar mübahisə predmeti olan torpaq sahəsinin ilkin koordinatlarına uyğun gəlmir. Beləliklə, “X3 xüsusi mülkiyyətində olan 0.03 ha.torpaq sahəsinin ilkin torpaqayırma sənədləri, yəni “Torpağa mülkiyyət olunmuş sənədlərin” Siyəzən rayon Beşdam Bələdiyyəsində mövcud olmaması sübut edir ki, “Siyəzən rayon Beşdam Bələdiyyəsinin 07 avqust 200-ci il tarixli, 01 saylı qərarı saxtalaşdırılmış və maraqlı şəxslər tərəfindən formal olaraq tərtib edilərək, cavabdeh, “X6 verilmişdir. Odur ki, işin gedişində hərəkətlərində cinayət tərkibinin əlamətləri olan şəxslər barəsində xüsusi qərardad çıxarılmalıdır. Aşağıda tələbin hüquqi əsasları kim istinad edəcəyi hüquq normalarının şüphə altında olmaması üçün bildirmək istəyir ki, hazırda yaşadıqları tiklilərin hüquqlarının pozulması nəticəsində qanunsuzdur. Lakin, 1995-ci ildən etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tutularsa, vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verilərsə, vətəndaş həmin evi tikib qurtarırsa, həmin evdə və torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin şəxsin mülkiyyəti sayılır. X15 Hüquqları Məhkəməsinin “X9rşı” 30 noyabr 2004-cü il tarixli qərarına əsasən hesab edir ki, onların artıq tikililər üzərində mülkiyyət hüquqları yaranmışdır, ən azı “Bələdiyyə torpaqlarının idarə edilməsi laqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək bu ərazilərdə məskunlaşaraq, dövlətdən heç bir vəsait almadan öz ailəsinin yaşayış üçün istifadə və sahiblik etdiyi torpaq sahələri onların, qanuni istifadəsinə verilməsi üçün onlara satılmalıdır. İddiaçılar əlavə olaraq Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 29, 13-cü maddələrinə, Mülki Məcəllənin 157, 157.8-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş edirlər. Sumqayıt İnzibati Məhkəməsinin 07.05.2019-cu il tarixli 2-1(085)-273/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli 2-1(105)-501/2019 saylı qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07.05.2019-cu il tarixli 2-1(085)-273/2019 saylı qərarı ləğv edilərək işə yenidən baxılması üçün inzibati iş geri qaytarılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07.05.2019-cu il tarixli 2-1(085)-273/2019 saylı qərarının ləğv edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən aşağıdakı əsaslar göstərilmiş və işə yenidən baxılarkən bu halların araşdırılması zəruri bilinmişdir: 1.İddiaçıların Siyəzən rayon Beşdam bələdiyyəsinin 07.08.2000-ci il tarixli qərarından verilmiş şikayətindən qanunda nəzərdə tutulmuş prosessual müddətə riayət olunmasının araşdırılması. 2.İddiaçıların hazır ki, iddia tələbi ilə məhkəməyə müraciət etmələrinə subyektiv hüquqlarının olub-olmamasının araşdırılması. 3.Mübahisələndirilən Bələdiyyə qərarına əsasən üçüncü şəxsə ayrılmış torpaq sahəsinin iddiaçıların istifadəsində olan torpaq sahəsinin yerləşmə mövqeləri ilə üst-üstə düşüb-düşməməsi məsələsinin araşdırılması. 4.İddia ərizəsinin mətnində qeyd olunanlarla iddianın nəticə hissəsində olan uyğunsuzluğun aradan qaldırılması. Qeyd olunan halların araşdırılması məqsədi ilə,10.02.2020-ci il tarixinə məhkəmə iclası keçirilmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili X4, 3cü şəxsin nümayəndəsi X10 iştirak etmişdirlər.Cavabdeh Siyəzən rayon Beşdam bələdiyyəsi məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, işə cavabdehin nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı3 və onun vəkili X4 məhkəmənin ötən iclaslarında verdiyi izahata uyğun izahat verərəlk, bildirmişdirlər ki, mübahisə edilən 07.08.200ci il tarixli 01 saylı qərardadn şikayətin verilməsi üçün prosessual müddəti ötürməmişdirlər. Qeyd olunanlara əsasən iddiaçı tərəf inzibati işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi X10 iştirak etmiş və bildirmişdir ki, Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 01 saylı, 07 avqust 2000-ci il tarixli qərarı ilə X6 bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən tikinti məqsədilə 0,03 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Həmin qərar əsasında torpaq sahəsinə RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçıların mübahisələndirdiyi torpaq sahəsi onların mülkiyyətidir. Arxivdə sənədlərin olmamasına onlar məsuliyyət daşımır. Torpaq ayrılması ilə bağlı bütün sənədləri məhkəməyə təqdim etmişdir. Ona görədə hesab edir ki, iddia rədd edilməlidir.İddianın müddət baxımından mümkünlüyünün baxılmasını məhkəmənin mülahizəsinə buraxdı. Qeyd olunan halın araşdırılması məqsədi ilə Siyəzən rayon Məhkəməsinin 2(059)- 505/18 saylı mülki işi tələb edilərək tədqiq edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Siyəzən rayon Beşdam Bələiyyəsinin 07.08.2000-ci il tarixli 01 nömrəli qərarı, 01.09.2000-ci il tarixdən əvvəl qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları hazırki mübahisəyə tətbiq olunmalıdır.Qeyd olunan Məcəllənin (24-1-ci fəsilə 1990-cı il 17 aprel tarixli fərmanla yeni redaksiya verilmişdir) 243-1-ci maddəsinə əsasən əgər vətəndaş, hərbi qulluqçu, kollektiv, dövlət hakimiyyəti orqanının, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin qeyri-hüquqi hərəkətlərinin onun hüquqlarına toxunduğunu hesab edirsə, məhkəməyə şikayət vermək ixtiyarına malikdir Həmin Məcəlləninn 243-4-cü maddəsinə əsasən dövlət hakimiyyəti orqanının, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin hərəkətlərindən (qərarlarından) onların bilavasitə tabe olduqları orqanlara və ya vəzifəli şəxslərə şikayət edildikdə, həmin yuxarı orqanlar və ya vəzifəli şəxslər bu şikayətə baxmalı və nəticəsi haqqında qanunvericiliklə müəyyən edilmiş müddətdə şikayət etmiş vətəndaşa (hərbi qulluqçuya, kollektivə) məlumat verməlidirlər; bundan sonra belə hərəkətlər haqqında məhkəməyə bu fəslə müvafiq surətdə şikayət verilir.Məhkəməyə hüquqları pozulmuş (hərbi qulluqçunun, kollektivin) özü, onun nümayəndəsi, habelə vətəndaşın xahişi ilə ictimai təşkilatın, əmək kollektivinin lazımi qaydada vəkil edilmiş nümayəndəsi şikayət verə bilər. Həmin Məcəllənin 243-5-ci maddəsinə əsasən vətəndaş, hərbi qulluqçu, kollektiv yuxarı orqandan və ya vəzifəli şəxsdən şikayəti ödəməkdən imtina aldığı gündən, yaxud yuxarı orqana və ya vəzifəli şəxsə şikayət edildikdən sonra, ərizəçi bir ay müddətində ona cavab almamışdırsa, həmin ayın tamam olduğu gündən hesablanan bir ay ərzində məhkəməyə şikayət verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıların Siyəzən rayon Beşdam Bələiyyəsinin 07.08.2000-ci il tarixli 01 nömrəli qərarından, onların Siyəzən rayon Məhkəməsinə müraciət etdikləri gündən, yəni 01.08.2018-ci il tarixdən etibarən məlumatlı olmuşlar və həmin qərarın ləğvi ilə əlaqədar 4 (dörd) ay keçdikdən sonra, yəni 24.12.2018ci il tarixində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdirlər. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddiaçıların Siyəzən rayon Beşdam Bələiyyəsinin 07.08.2000-ci il tarixli 01 nömrəli qərarını mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli qərardadı ilə hazırki, mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində yenidən baxılarkən, araşdırılmalı olan hallardan biri ondan ibarət idi ki, Siyəzən rayon Beşdam Bələdiyyəsinin qərarından şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülübötürülməməsi araşdırılsın. Araşdırmanın nəticəsi olaraq müəyyən edildi ki, qeyd olunan 07.08.2000-ci il tarixli qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürülmüşdür. Belə ki,Siyəzən rayon Məhkəməsinin 2(059)-505/18 saylı mülki işinin materiallarından müəyyən edilmişdir ki, iddiaçılar 01.08.2018-ci ildə Siyəzən rayon Məhkəməsinə müraciət edərək, Siyəzən rayon Beşdam Bələiyyəsinin 07.08.2000-ci il tarixli 01 nömrəli qərarı ilə verilmiş JN-0660 saylı dövlət aktındakı olan koordinatları mübahisələndirmişdir. Siyəzən rayon Məhkəməsinin 31.10.2018-ci il qərardadı ilə iddiaçıların müraciətinə əsasən iş üzrə icraat baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçılar eyni iddia tələbi ilə eyni cavabdehlərə qarşı 07.11.2018-ci ildə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişlər və 24.12.2018-ci il tarixində iddiaçılar iddia tələbinə dəqiqləşdirmə verərək Siyəzən rayon Beşdam Bələiyyəsinin 07.08.2000-ci il tarixli 01 nömrəli qərarının ləğvini istəmişlər. Göründüyü kimi iddiaçılar Siyəzən rayon Beşdam Bələiyyəsinin 07.08.2000-ci il tarixli 01 nömrəli qərarından 01.08.2018-ci il tarixindən məlumatlı olmuşlar və həmin müddətdən 4 ay keçdikdən sonra iddia tələbi ilə qeyd olunan qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 Mehdi qızının və İddiaçı1 (14.08.2019-cu ildə vəfat etmişdir) cavabdeh Siyəzən rayonu Beşdam Bələdiyyəsinə qarşı (X8 üçüncü şəxs qismində cəlb edilməklə) “Siyəzən rayonu Beşdam Bələdiyyəsinin 07.08.2000-ci il tarixli, 01 saylı qərarın ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar