Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-384/2021 15.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 138 ünvanında yaşayan) və üçüncü şəxs X3 (Sumqayıt şəhəri, 21-ci mikrorayon, ev 138 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Qubadlı rayon qeydiyyat şöbəsinə qarşı xx xxxx 2019-cu il təvəllüdlü oğlu X2 “Əliyev”dən “Nəsibli”yə dəyişdirilməsi və bununla bağlı vətəndaşlıq vəziyyəti aktlarında müvafiq dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Qubadlı rayon qeydiyyat şöbəsinə qarşı xx xxxx 2019-cu il təvəllüdlü oğlu X2 “Əliyev”dən “Nəsibli”yə dəyişdirilməsi və bununla bağlı vətəndaşlıq vəziyyəti aktlarında müvafiq dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, həyat yoldaşı X12 ilə birlikdə cavabdeh Qubadlı rayon qeydiyyat şöbəsinə müraciət edərək xx xxxx 2019-cu il təvəllüdlü oğulları X2 “Əliyev” dən “Nəsibli”yə dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabeh tərəfindən onların ərizələrinə xx xxxxxxx 2020-ci il tarixli, 05/Q- 241/69 məktubla cavab verilərək müraciətin təmin olunmasının mümkün olmadığı və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verildiyini bildirmişdir. O, Qubadlı rayon Qeydiyyat şöbəsinin bu məktubunu və verdiyi cavabı tamamilə əsassız hesab edir. Belə ki, onun üç övladının soyadları “Əliyev”dən ’’Nəsibli”yə dəyişdirilmişdir. Qubadlı rayon İcra Hakimiyyəti Başçısının müvafiq olaraq xx xxxxx 2011-ci il tarixli 23 nömrəli və xx xxxxxx 2012ci il tarixli, 87 nömrəli sərəncamları ilə xx.xx.2011-ci il təvəllüdlü X5 və X1 “Nəsibli” soyadına dəyişdirilmişdir. Belə olan halda üçüncü uşağın soyadında fərqlilik yaranır. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Üçüncü şəxs qismində dindirilən X12 iddia tələbini müdafiə etdi və iddiaçının izahatına uyğun olaraq iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Qubadlı rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verilə bilər. İş materiallarına əlavə edilmiş : - Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 530310 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X7 xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşlar. - Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ–İV № 246136 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş və ata qrafasında “İddiaçı ”, ana qrafasında “X12” göstərilmişdir. - AZ – İİİ № 000736 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ata qrafasında “İddiaçı”, ana qrafasında “X12” göstərilmişdir. - AZ– İİİ № 000737 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ata qrafasında “İddiaçı ”, ana qrafasında “X12” göstərilmişdir. - AZ – İİ № 646589 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş və ata qrafasında “İddiaçı ”, ana qrafasında “X12” göstərilmişdir. - Qubadlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, X8 xx.xx.2011-ci il tarixli AZ-İİ № 598300 saylı doğum haqqında şəhadətnaməsində və müvafiq olaraq doğum akt qeydində soyadının “Nəsibli” soyadına dəyişikliyin edilməsi Qubadlı rayon qediyyat şöbəsinə həvalə edilmişdir. - Qubadlı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli sərəncamından görünür ki, X9 və X10 xx.xx.2012-ci ildə verilmiş AZ-İİİ № 000632 saylı və xx.xx.2012-ci il tarixli AZ-İİİ № 000631 saylı doğum haqqında şəhadətnamələrdə və müvafiq olaraq doğum akt qeydlərində soyadlarının “Nəsibli” soyadına dəyişikliyin edilməsi Qubadlı rayon qediyyat şöbəsinə həvalə edilmişdir. - xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, X12 xx.xx.2019-cu il təvəllüdlü oğlu X2 “Nəsibli”yə dəyişdirilməsinə etiraz etmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il təvəllüdlü oğlu X2 “Nəsibli” soyadına dəyişmək üçün cavabdeh Qubadlı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən müraciətin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinəəsasən hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir. Azərbaycan Respublikasının xx xxxx 1992-ci ildən qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinəəsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onlarıəvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Göstərilən Məcəllənin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərləəlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə hesab edir ki, uşağın soyadının “Nəsibli ” soyadına dəyişdirilməsi və iddia tələbinin təmin edilməsi məqsədəuyğundur və hər iki valideynin arzusudur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının digər üç övladının soyadı “Nəsibli” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ailədə uşaqların soyadlarında müxtəlifliyin yaranmaması üçün dördüncü uşağın da soyadı digər uşaqların soyadına uyğunlaşdırılması məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və iddiaçı İddiaçı xx xxxx 2019-cu il təvəllüdlü oğlu X2 “Nəsibli” soyadına dəyişdirilməsi öhdəliyi cavabdeh Qubadlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx xxxx 2019-cu il təvəllüdlü oğlu X2 “Nəsibli” soyadına dəyişdirilməsi öhdəliyi cavabdeh Qubadlı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-384/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-384/2021
15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver