Məhkəmə qərarları › İş №2-1(118)-384/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-384/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-384/2024 10.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli orderin ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qarşı “Sumqayıt şəhəri, Qızıl Qum məhəlləsi, 3 saylı evin 8 saylı mənzilinə dair X1 adına qeydiyyata alınmış xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, X3 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, daha sonra isə X4 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair öhdəliyinin icra edilməsi vəzifəsinin cavabdeh orqana həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əvəz edilməsini və “xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli orderin ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2265/2023 saylı Qərardadı ilə X7 və X2 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-2265/2023 saylı Qərardadı ilə X8 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Rzayeva X5 rayonu Dondarlı kəndində məcburi köçkün olaraq 1994-cü ildə təməli olan, lakin yaşayış üçün tamamilə yararsız olan tərk edilmiş yarımçıq bina olan 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, 3 saylı evin 8 saylı mənzilində məskunlaşmışdır. Məskunlaşdığı binanın yaşayış üçün tamamilə yararsız olmuş və oranı yaşayış üçün yararlı şəraitə tamamilə öz şəxsi vəsaiti hesabına və iddiaçı ilə bərabər 18 ailədə eyni formada öz vəsaitləri hesabına təmir etdirib yaşamışdırlar. 1994-cü ildən bu günə qədər orada yaşamış və kommunal ödənişləri (işıq, qaz. su, telefon) və s.xərcləri qanuni yolla ödəmişdir. (abonentin saldosu ərizəyə əlavə edilir) Hal-hazırda yaşadığı öz şəxsi vəsaiti hesabına çox çətinliklərlə maddi və mənəvi zərərlər ödəyərək bərpa etdiyi mənzildən 1 qrup şəxslər qeyri-qanuni rüşvət yolu ilə heç bir müəssisə və təşkilatın balansında olmayan evinə dair çıxarış almışdır. İddiaçı əvvəllər dəfələrlə evin sənədləşdirilməsi üçün müraciət etsə də, ona bu evin heç bir dövlət orqanının balansında olmadığını və evin sənədləşdirilməsinin mümkün olmadığını bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil ilk öncə X1 adına qeydiyyata alınmış və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş, daha sonra Sumqayıt “Asan Xidmət’’ mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə- 446 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil üzərində X3 mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış, daha sonra isə X4 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən X1 adına qeydiyyata alınmış və xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, daha sonra X3 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın, daha sonra isə X4 adına verilmiş xx.xx.2009-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə cavabdeh orqana müraciət etsə də, iddiaçıya heç bir cavab gəlməmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil2 iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasını nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddia tələbinə dair münasibət bildirilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 07 fevral 2023-cü il tarixli məktubu; **********64-05101-093013 reyestr nömrəli texniki pasport; ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarış və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi “mübahisələndirmə” növündə iddiadır. Məhkəmə qeyd edir ki, mübahisələndirilən xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli order iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt” olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Belə ki, iddiaçının qeyd olunan hallardan cavabdehin 31 avqust 2023-cü il tarixli məktubu ilə xəbərdar olduğundan, iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iddiaçı Sumqayıt şəhəri 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, 3 saylı evin 8 saylı mənzilinə dair X1 adına verilmiş xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli orderin ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, iddiaçı həmin mənzilin ona və ailəsinə ayrılmasına dair məhkəməyə hər hansı sənəd və ya sübut təqdim etmədiyindən, qeyd olunan halları məhkəmə sorğuları əsasında müəyyən etmək mümkün olmadığından, həmin inzibati aktların ləğv edilməsinə hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli orderin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “xx.xx.2008-ci il tarixli, 13/24 nömrəli orderin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 4 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar