Məhkəmə qərarları › İş №2-1(118)-3857/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3857/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3857/2023 13.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “X4 doğum haqqında akt qeydindəki məlumatların doğum haqqında şəhadətnaməyə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “cavabdeh tərəfindən qəsdən törədilmiş qanunsuz əməllərin düzəldilməsi məqsədilə övladının soyadının “Əsgərova”dan “Padarbəyli”yə, təvəllüdünün “xx.xx.2007-ci il”dən “xx.xx.2006-cı il”ə və cinsinin “qadın”dan “kişi”yə dəyişiklik edilməsi barədə qərar çıxarılması və bu öhdəliyin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Daha sonra iddianı dəqiqləşdirərək X4 doğum haqqında akt qeydindəki məlumatların doğum haqqında şəhadətnaməyə uyğunlaşdırılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıların övladı xx.xx.2006-cı il təvəllüdlü X6 şəxsiyyət vəsiqəsi almaq istəyirlər. Lakin ona şəxsiyyət vəsiqəsi verilməsi problemə çevrilmişdir. Belə ki, Cavabdehnən əvvəlcə onlara 05/Q- 76/69 saylı, 28 yanvar 2023-cü il tarixli arayışın adi surətini vermişdir. Bu arayışın surətində yazılanlardan görünür ki, övladı X8 üçün X1 “Padarbəyli” əvəzinə “Əsgərova” yazılmış və həm də onun cinsiyyəti “kişi” olduğu halda “qadın” kimi yazılmışdır. Bundan əlavə, uşağı təvəllüdü xx.xx.2006-cı il olduğu halda X5 xx.xx.2007-ci il tarixi yazılmışdır. Beləliklə, aşkar olunmuşdur ki, Şamaxı rayon, Günəşli kənd icra nümayəndəliyində yanlışlıqlardan və səhvlərdən ibarət doğum aktı tərtib olunmuş və bu sənəd Cavabdeh tərəfindən imzalanıb möhürlənərək X7 daxil edilmişdir. Ona görə də övladı X8 üçün yeni (şəkilli) şəxsiyyət vəsiqəsi ala bilmirlər. Bu süni problemin həll edilməsi məqsədlə Cavabdehnə ərizə ilə rəsmi qaydada müraciət etmişdirlər. Cavabdeh tərəfindən verilmiş 3-16-5/8-15-252/2023 saylı, xx.xx.2023-cü il tarixli aktda tələbdən imtina olunmuş və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Bu akt 04 aprel 2023-cü il tarixində şəxsən təqdim olunmuşdur. Həmin aktda yazılmışdır ki, “oğlunuzun soyadının “Əsgərova”dan “Padarbəyli’yə, doğum tarixini “xx.xx.2007-ci il”dən “xx.xx.2006-cı il”ə və cinsini “qadın’dan“kişi’yə düzəliş etmək mümkün deyil.” Bu ərizəyə daxil etdiyi AZ-İ № 932921 nömrəli, 10 aprel 2007-ci il tarixli doğum haqda şəhadətnamənin notarial təsdiqli surətindən görünür ki, övladı X8 xx.xx.2006-cı ildə Şamaxı rayonunda anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 aprel 2007-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Uşağın atası X11, anası isə İddiaçı2dır. xx.xx.2016-cı ildə övladına verilmiş AZE № 10559238 nömrəli, FİN: 82DHM0M olan şəxsiyyət vəsiqəsinin surətində yazılanlardan görünür ki, övladının soyadı “Padarbəyli”, təvəllüdü “xx.xx.2006-cı il”, cinsi isə “kişi”dir. Uşağın atası Əsgərov Nəsimi, anası İddiaçı2, yaşayış yeri Bakı şəhəri Z.Kərimov küçəsi ev 147A, qan qrupu 0(1) RH+, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin isə xx.xx.2022-ci il olması yazılmışdır. Bu ərizəyə daxil etdikləri İlkin Hərbi Qeydiyyata Alınma Haqqında İQ № 453690 nömrəli Vəsiqənin notarial təsdiqli surətindən görünür ki, övladı X8 xx.xx.2006-cı il təvəllüdlüdür və o, xx.xx.2022-ci il tarixdə tibbi komissiyadan keçmiş və hərbi xidmətə yararlı sayılmışdır. X8 xx.xx.2022-ci il tarixdən hərbi qeydiyyata alınmışdır. Bakı şəhər, Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil- Kommunal İstismar Sahəsindən verilmiş 345 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 Bakı şəhər, Yasamal rayon Z.Kərimov küçəsi 147A saylı evdə qeydiyyatdadır. Bakı şəhər, Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil- Kommunal İstismar Sahəsindən verilmiş 346 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı2 həyat yoldaşının ünvanında qeydiyyatsız yaşayır. Bu məsələ ilə əlaqədar Şamaxı Rayon Məhkəməsinə müraciət edərkən oradan bildirilmişdir ki, X9 qeydiyyatda olduqları rayonun (və ya şəhərin) İnzibati Məhkəməsinə müraciət etməlidirlər. Fakt odur ki, övladı Cövhər kişi cinsidir, amma Cavabdehndən deyilmişdir ki, verəcəkləri şəxsiyyət vəsiqəsində uşağın cinsini “kişi” yaza bilməzlər, əgər razıdırlarsa “qadın” cinsini isə yaza bilərlər. İddiaçılar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü, 53.4-cü, 161.1-ci, 161.2-ci maddələrinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Cavabdeh iddiaya münasibət bildirməmiş, iddiaçıların müraciətinə verdiyi imtina məktubunu isə belə əsaslandırılmışdır ki, sənədlər araşdırılarkən Şamaxı rayon Günəşli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 04 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixinin və cinsinin həmin doğum akt qeydində qeyd edilmiş xx.xx.2006-cı il tarixli Şamaxı rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş ******* nömrəli arayışa əsasən xx.xx.2007-ci il və qadın yazılması müəyyən edilmiş və vətəndaş tərəfindən doğum tarixi və cinsinə dəyişiklik edilməsi ilə bağlı doğum faktını təsdiq edən tibbi sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcələsinin 53.3 -cü maddəsinə əsasən “uşağın soyadı bir qayda olaraq valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın , ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 və 161.2 maddəsinə əsasən “vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. “Müvafiq icra hakimiyyəti oranının müəyyən etdiyi orqanın (qurumun) akt qeydinə dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, əsaslı deyil. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilmir. Belə ki, iddiaçılar X4 doğum haqqında akt qeydindəki məlumatların doğum haqqında şəhadətnaməyə uyğunlaşdırılmasını istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, sənədlər araşdırılarkən Şamaxı rayon Günəşli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 04 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixinin və cinsinin həmin doğum akt qeydində qeyd edilmiş xx.xx.2006-cı il tarixli Şamaxı rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş ******* nömrəli arayışa əsasən xx.xx.2007-ci il və qadın yazılması müəyyən edilmiş və vətəndaş tərəfindən doğum tarixi və cinsinə dəyişiklik edilməsi ilə bağlı doğum faktını təsdiq edən tibbi sənəd təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən cavabdeh inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Belə ki, iddiaçılar doğum haqqında akt qeydində olan məlumatların aşağıdakı qaydada doğum haqqında şəhadətnaməyə uyğunlaşdırılmasını istəyir:

1. Uşağın soyadının Əsgərova”-dan “Padarbəyli”yə

2. cinsiyyətinin “qadın”dan “kişi”yə

3. təvəllüdünün xx.xx.2007-ci ildən xx.xx.2006-cı ilə İş materiallarına əlavə edilmiş AZ-İ 932921 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X2, cinsiyyəti, təvəllüdü iddiaçıların istəyinə uyğun tərtib edilmiş, X4 adına xx.xx.2016-cı il tarixli şəxsiyyət vəsiqəsi doğum haqqında şəhadətnaməyə uyğun Yasamal RPİ tərəfindən verilmişdir. Şəxsiyyət vəsiqəsi xx.xx.2022-ci il tarixə qədər etibarlı olmuşdur. Eyni zamanda həmin məlumatlara uyğun olaraq X4 adına ilkin hərbi qeydiyyata alınma haqqında İQ 453690 saylı Vəsiqə tərtib edilmiş, X8 hərbi xidmətə yararlı hesab edilmişdir. Məhkəmə iclasında iddiaçılar həmin sənədlərin əslini təqdim etmişdir. İddiaçılar adları qeyd edilən sənədlərə istinad edərək hesab edirlər ki, doğum haqqında akt qeydində yol verilmiş səhvlər doğum haqqında şəhadətnaməyə uyğunlaşdırılmalıdır. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 2.24-cü bəndinə əsasən doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. Belə ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. Digər sənədlər isə həmin qeydiyyat əsasında aparılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 1-ci və 2-ci bəndlərinə əsasən:

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas Müddəaların 4-cü bəndinə əsasən:

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ..... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; Müddəaların 11-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona edilmiş dəyişikliklər haqqında vətəndaşlıq vəziyyəti aktlarının Respublika Arxivinə və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, qeydiyyat şöbələrinin arxivinə, konsulluq idarələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, şəxsin hərbi qeydiyyatda olduğu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə və daxili işlər orqanlarının müvafiq qurumlarına məlumat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 161.3. Aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. 161.4. Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Göründüyü kimi əgər doğum haqqında akt qeydində yanlışlığa yol verilmişdirsə həmin yanlışlıq kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda cavabdeh orqan tərəfindən aradan qaldıra bilərdi. Lakin iş materiallarından görsənir ki, Şamaxı rayon Günəşli kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli 04 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixinin və cinsinin həmin doğum akt qeydində qeyd edilmiş xx.xx.2006-cı il tarixli Şamaxı rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş ******* nömrəli arayışa əsasən xx.xx.2007-ci il və qadın yazılması müəyyən edilmiş və eyni zamanda vətəndaş tərəfindən doğum tarixi və cinsinə dəyişiklik edilməsi ilə bağlı doğum faktını təsdiq edən tibbi sənəd təqdim edilməmişdir. Göründüyü kimi hazırkı mübahisə cavabdeh inzibati oraqanın qanunsuz hərəkəti nəticəsində yaranmamış, yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən cavabdeh inzibati orqanın iddiaçıların tələb etdiyi formada dəyişiklik etmək səlahiyyəti müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Lakin məhkəmə qeyd edir ki, bu halda iddiaçıların mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquq müdafiə vasitələrindən istifadə etmək hüququ istisna edilmir. Hazırda iddiaçının tələbinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən həlli üçün əsas mövcud deyil. Mübahisələndirilən qeydiyyat qeydiyyat orqanın səhvi nəticəsində aparıldığı halda, həmin düzəliş qeyd edilən normaya əsasən qeydiyyat orqanı tərəfindən düzəldilə bilər. Lakin belə bir hal hazırkı işdə mövcud deyil. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi istisna edilmir. (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.3-cü maddəsinə əsasən müvafiq ümumi məhkəməyə müraciət edilə bilər.) Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar