Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-386/2020 25.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi Abbasov Vüqar Söhrab oğlunun, DSMF-nun Sumqayıt şəhər Şöbəsinin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 yanında DSMF-nun Sumqayıt şəhər Şöbəsinə qarşı “ünvanlı dövlət sosial yardımının məbləğinin artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 yanında DSMF-nun Sumqayıt şəhər Şöbəsinə qarşı “ünvanlı dövlət sosial yardımının məbləğinin artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-211/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həminn qərardan narazı qalan tərəf apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(085)-211/2019 saylı qərarı ləğv edilərək yenidən baxılması üçün Sumqayıt İnzibati İqtisadi Məhkəməsinə geri qaytarılmışdır. Qeyd olunan qərarın ləğv edilməsi üçün səbəb kimi hazır ki, iddia tələbi üzrə cavabdeh qismində DSMF-nin Sumqayıt şəhər şöbəsini deyil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin olması göstərilmişdir. Buna görədə iddia tələbinə yenidən baxılarkən iddiaçıya hüquqi yardım göstərilməklə cavabdehin əsl cavabdehlə əvəz olunması məsələsinə baxılması tövsiyyə edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia tələbi üzrə cavabdeh olan DSMFnin Sumqayıt şəhər şöbəsi iddiaçının müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı xx.xx.2019-cu il tarixində iddia ərizəsinə dəqiqləşdirmə verərək cavabdeh qismində Azərbaycan Respublikası Cavabdeh2 qoyulmasını xahiş etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, müvafiq iddia cavabdehin olduğu əraziyə görə baxılmalıdır. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi Abbasov Vüqar Söhrab oğlu məhkəmədə izahat verərək, bildirmişdir ki, Azərbaycan Respublikası Cavabdeh2nə qarşı verdiyi iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılmalıdır. Müvafiq iş uzun müddətdir ki, məhkəmənin icraatındadır və buna görədə işin tez bir zamanda baxılıb yekunlaşmasını məhkəmədən xahiş etdi. Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iddia tələbinə baxılmasını məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həmin məcəllənin 8.1.1-8.1.3 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi aidiyyətin müəyyən olunmasında həmin norma ümumi norma kimi çıxış edir. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddiaya xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-8.1.3-cü maddələrinə uyğun olaraq baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; Göründüyü kimi iddiaçının olduğu yerin məhkəməsi tərəfindən sözügedən məcəllənin 8.1.2-ci maddəsinin tətbiqi ilə işə baxıla bilməsi, iddianın mübahisələndirmə haqqında iddia olması ilə məhdudlaşmışdır. Hazırkı iddia isə məcburetmə haqqında iddia olduğuna görə sözügedən məcəllənin 8.1.2-ci maddəsi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Hazırkı mübahisə üzrə aidiyyətin müəyyən olunmasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsidə tətbiq oluna bilməz.Həmin maddəyə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi qanunverici bu maddənin tətbiqi edilə bilməsi üçün tərəflər xidməti hüquq münasibətlərinin mövcud olmasını şərt olaraq göstərir. Lakin hazırkı işdə tərəflər arasında belə münasibətlərin olması müəyyən olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə xüsusi norma rolunu oynayan, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-8.1.3 maddələri tətbiq edilməyəcəyinə görə, bu halda ümumi norma rolunu oynayan, həmin məcəllənin 8.1.4-cü maddəsi tətbiq edilməli və işə cavabdehin olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh2 Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2017-ci il 11 aprel tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, kommersiya və inzibati məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2nə qarşı “ünvanlı dövlət sosial yardımının məbləğinin artırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-386/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-386/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver