Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3862/2023 23.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X6 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral X1rşı “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X3 üzərinə Xaçmaz rayonu, Vəlvələ çayının Çılqır kəndi ərazisində 99 il müddətinə istehsal məqsədilə icarəyə götürdüyü 2 ha torpaq sahəsindən istifadəyə dair “Dağ-mədən ayırması Aktı”nın verilməsi vəzifəsinin qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd eidlmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdən 99 (doxsan doqquz) il müddətinə Xaçmaz Rayon İcra Hakimiyyətindən Xaçmaz rayonu, Çılqır kəndində yerləşən 2 ha torpaq sahəsini qum-çınqıl istehsalı məqsədilə icarəyə götürmüşdür. İstehsal məqsədilə 99 il müddətinə icarəyə götürdüyü torpaq sahəsindən istifadə olunmasına Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 X5 tərəfindən qanunsuz müdaxilələr və maneçiliklər yaradılır. Cavabdehin nümayəndələri əvvəlcə müxtəlif dövlət qurumlarından və ekspertizadan müvafiq razılıqların alınmasını və ondan sonra istehsala başlanmasını təklif etsələr də, sonradan cavabdeh tərəfindən qanunsuz maneçiliklər törədilməsi davam etdirilərək istehsalımızı əsassız və qanunsuz olaraq dayandırmışlar. Belə ki, cavabdehin nümayəndəsinin məsləhəti ilə 15 may 2019-cu il tarixdə SOKAR “Neft Kəmərləri İdarəsi”ndən tərəflərindən 99 il müddətinə icarəsinə verilən 2 ha torpaq sahəsində qum-çınqıl karxanasının fəaliyyəti barədə razılıq almışdır. Daha sonra cavabdehin nümayəndəsi tərəfindən məsləhət görülmüşdür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsindən razılıq alınmalıdır. Həmin razılıq məktubunda da torpaqların üst-üstə düşməsini bəhanə gətirilmişdir və bu bəhanə razılığa bərabər tutulur. Çünki, heç bir torpaq sahibi öz ərazisindən başqa şəxsin qum-çınqıl istehsal etməsinə razılıq verməz. Torpaq sahəsinə dair Torpaq sahəsinin ölçüsü və planı koordinat nöqtələri ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmişdir və bunun əsasında qeyd edilən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınaraq Çıxarışla təmin edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən ona ayrılmış torpaq sahəsinə baxış keçirilmiş və akt tərtib edilmişdir, aktın surəti iddia ərizəsinə əlavə olunur. Daha sonra cavabdehin nümayəndəsi tərəfindən məsləhət görülmüşdür ki, Azərbaycan Respublikasının Meliorasiya və X8 Səhimdar Cəmiyyətinin Xaçmaz Suvarma Sistemləri İdarəsindən razılıq alınmalıdır, həmin razılıq da tərəflərindən alınmışdır və 05 may 2021-ci il tarixli, 76 nömrəli məktubun surəti iddia ərizəsinə əlavə olunur. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, X7 X5 iddiaçının hüquqlarını və qanuni mənafelərini əsaslı surətdə pozaraq 99 il müddətinə icarəyə götürdüyü 2 ha torpaq sahəsindən istifadə olunmasına imkan vermir. Aldığı avadanlıqlar uzun illər nəmişliyin təsirindən və istifadə olunmamasından yararlılığını itirmişdir, etdiyi müraciətlər müxtəlif əsassız imtinalarla cavablandırılır. İmtinaların surətləri iddia ərizəsinə 3 vərəqdə əlavə olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, tələbi aydınlaşdırılmışdır. İddiaçıya izah edilmişdir ki, o cavabdeh orqana yenidən müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə cavabdehin hərəkət və ya hərəkətsizliyindən məhkəməyə müraciət edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növünün müəyyən olunmasına münasibət bildirməyi vacib sayır. Belə ki, hazırki iddia tələbi məcburetmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 X3 üzərinə Xaçmaz rayonu, Vəlvələ çayının Çılqır kəndi ərazisində 99 il müddətinə istehsal məqsədilə icarəyə götürdüyü 2 ha torpaq sahəsindən istifadəyə dair “Dağ-mədən ayırması Aktı”nın verilməsini istəyir. Lakin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdeh orqanın imtinasından sonra məhkəmədə iddia qaldırmaq üçün qanunverciliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bundan başqa Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, o, məhkəmədə qaldıracağı eyni iddia tələbi ilə bağlı yenidən cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3862/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3862/2023
23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver