Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3872/2022 02.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Cavabdeh Xaçmaz şəhəri, Aydın Məmmədov küçəsində istifadədə olan 0.054 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsidə yerləşən 42.7 kv.m ümumi, 24.25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzilindən istifadə hüqununun itirilmiş hesab edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iş üzrə iddiaçı Cavabdeh Xaçmaz şəhəri, Aydın Məmmədov küçəsində istifadədə olan 0.054 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 2 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsidə yerləşən 42.7 kv.m ümumi, 24.25 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 6 nömrəli mənzilindən istifadə hüqununun itirilmiş hesab edilməsini istəyir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı cavabdeh fiziki şəxsin mənzilindən istifadə hüqununun itirilmiş hesab edilməsini tələb edir ki, inzibati məhkəmə icraatı qaydasında bu cür iddialara baxılması nəzərdə tutulmamışdır. Bundan əlavə istifadə hüququna xitam verilməsi ilə bağlı iddialara mülki qaydada baxıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, mənzildə qeydiyyatda olan üçüncü şəxsin həmin mənzildə istifadə hüququnun olmadığı və həmin mənzildə yaşamadığı halda, həmin şəxsin qeydiyyatdn çıxarılması müvafiq polis idarəsindən tələb edilə bilər, həmin orqandan narazı qalan zaman cavabdeh olaraq polis idarəsi göstərilərək, üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını vəzifəsinin cavabdehin üzərinə qoyulması iddiası ilə müvafiq inzibati məhkəməyə müraciət edilə bilər. Fiziki şəxsə qarşı istifadə hüququna xitam verilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindəndə istifadə edilməsi isə istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3872/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3872/2022
02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver