Məhkəmə qərarları › İş №2-1(118)-388/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-388/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-388/2022 26.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının oğlu N0.07.1980-cı il təvəllüdlü X4 “şəhid” hesab olunması və “şəhid” adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu-N0.07.1980-cı il təvəllüdlü X6 N8.10.N009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, hərbi qulluqçu olaraq Bakı şəhəri Gizirlər Məktəbində təhsil almış, «SQ» Təlim və Tədris Mərkəzinin rəisi Lənkəran Əliyevin əmri əsasında gizir rütbəsi almış və əvvəl Slavyanski kazarmada, daha sonra Qazaxda və Yaşma ərazisində yerləşən XTD 05N kəşfiyyatçısı kimi xidmət etmişdir. X6 31.03.N004-cü ildən-N9.1N.N009-cu ilədək etdiyi xidmət dövrü ərzində vətəninə qəhrəman əsgər olaraq yüksək xidmət göstərmiş, N008-ci ildə Azərbaycan Ordusunun 90 illiyi ilə əlaqədar hərbi paradda xidmətini nümayiş etdirmiş və Azərbaycan Ordusunun 90 illiyi medalı ilə təltif edilmişdir. X3 N8 oktyabr N009-cu ildə Azərbaycan Respublikası, Kürdəmir rayonunda təlim yerində hərbi xidmət vəzifələrini yerinə yetirərkən hündürlükdən yıxılma zamanı «bədənin küt mürəkkəb travması» diaqnozu ilə xəsarət alaraq həlak olmuş və ona valideyni olaraq başsağlığı, Azərbaycanın qəhrəman əsgərini itirmələri barədə məktub göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ona AZS-106 Ns-li X8 Şəhadətnamə, bunun əsasında isə Xızı rayon Qeydiyyat Şöbəsi (Xızı şəhəri) tərəfindən AZ-İ Ns 384804 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Şirkəti Xızı rayon filialının 30 noyabr N005-ci il tarixli məktubuna əsasən Xızı rayon Dövlət Notariat Kontoruna bildirilmişdir ki, Xızı rayonu Giləzi qəsəbə sakini hərbiçi X4 vəfat etməsilə əlaqədar sığorta ödənişi verilməlidir. Eyni zamanda mərhumun anası İddiaçı 11.000 (on bir min) manat məbləği almaq üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmiş və o qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında həmin məbləği almışdır. Onun bir ana kimi ən böyük arzusu hərbi xidmət vəzifələrini yerinə yetirən zaman həlak olmuş X3nun adının əbədiləşdirilməsi (onun adına bulaq tikilməsi, hər hansı küçənin onun adını daşıması) olsa da, bu günə qədər buna nail olmamışam. Belə ki, Taleh hərbi xidmət vəzifələrini yerinə yetirən zaman həlak olsa da ona şəhid adı verilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ünvanladığım ərizələrdən sonra isə Xızı rayon İcra Hakimiyyəti Başçısı Aparatı Başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili proqnozlaşdırılması şöbəsinin 189 Ns-li, N7 mart N019-cu il tarixli məktubu ilə mənə bildirilmişdir ki, «Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Şəhid adının əbədiləşdrilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının» təsdiq olunması haqqında 15.01,1994-cü il tarixli, 10 nömrəli Qərarının 1.N.6.-cı bəndinə əsasən, həmçinin bəzi dəyişikliklərin edilməsi barədə 15 iyul N009-cu il tarixli 107 nömrəli Qərarın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilən şəxslər şəhid hesab edilirlər. Odur ki, kiçik oğlunuz X5 Şəhid statusunun verilməsi məsələsinin araşdırılması üçün aidiyyəti üzrə Məhkəmə orqanlarına müraciət etməyinizi tövsiyyə edirik». Ona görə də «şəhid olma faktının müəyyən edilməsi barədə» ərizə ilə Xızı rayon Məhkəməsinə müraciət etmiş, Lakin ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəsində qeyd etdiyi tələblə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etmədiyi üçün Xızı Rayon Məhkəməsinin iş Ns N(068)-161/N019, 08 oktyabr N019-cu il tarixli qərardadına əsasən geri qaytarılmışdır. Ona görə də aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin N9.10.N019-cu il tarixli, 1/Q-153N4 Ns-li məktubla, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin N7.11.N019-cu il tarixli, 1/Q-16818 Ns-li məktubla (baxmayaraq ki, məktubda N nömrəli hərbi hissə komandirinin NN dekabr N009-cu il tarixli 367 nömrəli əmrində gizir X4 hərbi xidməti vəzifələrinin icrası zamanı hündürlükdən yıxılma nəticəsində həlak olduğu qeyd edilmişdir) imtina cavabı vermişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nm 1-ci bəndində şəhid anlayışı verilmişdir. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Sözügedən normanın dispozisiyasında “Şəhid” statusunun verilməsi üçün zəruri şərt döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəxsin həlak olması, itkin düşməsi və məhkəmənin qərarına ölmüş elan edilməsi əks edilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid" hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. Döyüş təminatının anlayışı “Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatr’nın 8.N-ci maddəsinə əsasən Döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdmlmasınm təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir. Növləri: -Kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iş materiallarından məlum olur ki, mərhum gizir X6 döyüş şəraitində olmayan hərbi hissədə, döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlar bilavasitə icra etməyərək, N8.10.N009-cu il tarixdə Kürdəmir rayonu ərazisində keçirilən paraşütdən praktiki atlayış zamanı hündürlükdən yıxılma nəticəsində aldığı ağır xəsarətlərdən vəfat etmişdir. Bununla belə mərhum X4 ölümü döyüş tapşırığı və ya döyüş təminatı ilə əlaqədar olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.N.6-cı bəndində təsbit edilən “şəhid” statusunun verilməsinə dair təsbit olunan əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdeh etirazında onun nümayəndəsinin iştirakı olmadan işə baxıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin N9.10.N019-cu il tarixli, 1/Q-153N4 nömrəli imtina məktubu, etirazı, X8 şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin, hərbi biletin və 05.11.N009-cü il tarixli 384804 nömrəli ölüm haqqında şəhadətnamənin surətləri və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel N015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın N.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, N) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun X3nun N8.10.N009-cü il tarixdə vəfat etdiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının mərhum oğlunun hərbi rütbəsi gizir olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı cavabdehə müraciət etmiş və inzibati orqanın N9.10.N019-cu il tarixli, 1/Q-153N4 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının qeydiyyatda olduğu yer Xızı rayonu ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının X3 N8.10.N009-cü il tarixdə döyüş şəraitində olmayan hərbi hissədə (N nömrəli HH), döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlar bilavasitə icra etməyərək, N8.10.N009-cu il tarixdə Kürdəmir rayonu ərazisində keçirilən paraşütdən praktiki atlayış zamanı hündürlükdən yıxılma nəticəsində aldığı ağır xəsarətlərdən vəfat etmişdir. İddiaçı, X3nun hərbi vəzifələrini icra etdiyi dövrdə aldığı xəsarətin nəticəsi olaraq öldüyünü əsas gətirərək, ona “şəhid” ailəsi statusunun verilməsinə dair Azərbaycan Respublikası Müdafiə Nazirliyindən tələb edir. Lakin cavabdeh inzibati orqan onun müraciəti müsbət həll etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.N.5-ci və 1.N.6-cı yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarma əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, XN Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Bu Qaydanın 4.1-ci bəndinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. İş materiallarından müəyyən olunur ki, X6 N8.10.N009-cü il tarixdə döyüş şəraitində olmayan hərbi hissədə (N nömrəli HH), döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqlar bilavasitə icra etməyərək, N8.10.N009-cu il tarixdə Kürdəmir rayonu ərazisində keçirilən paraşütdən praktiki atlayış zamanı hündürlükdən yıxılma nəticəsində aldığı ağır xəsarətlərdən vəfat etmişdir. N009-cü il tarixində Müdafiə Nazirliyinin 05N saylı Hərbi Hissəsi biləvasitə döyüş tapşırığını yerinə yetirən hərbi hissələrin siyahısında olmamışdır. Göründüyü kimi, qanunvericilik aktlarında şəxsin “şəhid” hesab edilməsi biləvasitə döyüş tapşırığının icrası ilə əlaqədar həlak olmuş hərbi qulluqçulara şamil olunur. Bu səbəbdən də mərhum X4 “şəhid” hesab edilməsi və İddiaçı “şəhid ailəsi” statusunun verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 1N.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.N-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının oğlu N0.07.1980-cı il təvəllüdlü X4 “şəhid” hesab olunması və “şəhid” adının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə ondan, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar