Məhkəmə qərarları › İş №2-1(118)-3883/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3883/2022

22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3883/2022 22.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X3 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhərində Şirkətə məxsus kontrakt sahəsinin və eləcə də 3 saylı mədəninin 6-cə sahəsinin ərazisinin hüdudları daxilində, həmçinin 362548 və 361962 saylı neft quyularının mühafizə zolağı daxilində Zəhra Cavanşir qızının mülkiyyətinə torpaq sahələrinin ayrılması barədə Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********64 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********6 reystr nömrəli, xx.xx.2022-ci il tarixli, **********80 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********75 reystr nömrəli, xx.xx.2022-ci il tarixli **********81 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********63 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli **********78 reyestr nömrəli torpaq sahələrinin plan və ölçüsü sənədlərinin, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli **********1 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömərli, xx.xx.2022ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Şirkəti Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X7 haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X10 Bi.Vi. və ARDNŞin Ortaq Şirkəti (“Podratçılar’') arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Saziş üzrə Əməliyyat şirkəti qismində "X9” şirkətinə ("Şirkət”) 01 sentyabr 2005-ci il tarixindən Saziş ərazisində neft-qaz əməliyyatlarının aparılmasında müstəsna hüquq verilmişdir. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir. Habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda "Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə. Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X7 haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və X10 Bi.VL, ARDNŞ-in Ortaq Neft Şirkəti ("Podratçı Tərəflər") və X9 şirkətləri arasında imzalanmış X4 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində. Əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə ("Şirkət”) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən. Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: "Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və ya başqa səkildə özgə tərəfindən mənimsənilə bilməz. Saziş ərazisinin torpaq sahələri ilə bağlı hüquq pozuntuları aşkar olunan zaman "X9" şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra “Şirkət") bu pozuntularla əlaqədar dərhal hüquq mühafizə orqanlarına və müvafiq məhkəmələrə müraciət edir. O cümlədən də Şirkət Saziş ərazisindəki torpaq sahələrində inzibati orqanlar tərəfindən ayrı-ayrı şəxslərə torpaq ayrılmasına dair verilmiş qərar, sərəncam, mülkiyyət hüquqi haqqında şəhadətnamələri və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışları müvafiq məhkəmələrdə mübahisələndirir. Belə ki, 27 oktyabr 2022-ci il tarixdə Şirkətə daxil olmuş müraciət əsasında müəyyən edilmişdir ki, “X7 haqqında Saziş”ə və “X6’nə (“Saziş” və ya "xxxx") əsasən neftqaz əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində, həmçinin 362548 və 361962 saylı neft quyularının mühafizə zolağı daxilində (Abşeron rayonu, Xırdalan şəhəri ünvanda) yerləşən Zəhra Cavanşir qızının istifadəsində olan torpaq sahələrinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********64 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********76 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********80 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********75 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********81 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********63 reyestr nömrəli və xx.xx.2022-ci i tarixli, **********78 reyestr nömrəli “torpaq sahələrinin planı və ölçüsü” sənədlərinə və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar verilmişdir. Sazişin tələbinə görə, Saziş ərazsinin hissəsindən imtina haqqında məsələlər Podratçı tərəflərin səlahiyyətlərinə aid olduğu üçün və həmçinin Nazirlər Kabinetinin 150 saylı 14 oktyabr 2005- ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökümətinin Zəmanətlərinin 2 bəndinə uyğun olaraq Podratçı tərəflərin hüquqlarından heç biri onların razılığı olandan azaldıla və dəyişdirilə bilməz. Bu səbəbdən də, tərəflərindən Şirkətə aid torpaq sahələrinə dair fiziki və hüquqi şəxslərə Çıxarışlar təqdim edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi) qarşısında SOCAR tərəfindən məsələ qaldırılması xahiş edilmişdir. Lakin, SOCAR-ın 24 oktyabr 2022-ci il tarixli, **********30490075X00752 saylı məktubu ilə sözügedən məktubda qaldırılan məsələ İlə bağlı Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisə ilə əlaqədar, vətəndaşa məxsus hüquq təsdiqedici sənədlərin müvafiq məhkəmədə mübahisələndirilməsi tövsiyə edilmişdir. Zəhra Cavanşir qızının mülkiyyətinə ayrılmış torpaq sahələri məlum “X7 haqqında” Sazişə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində, həmçinin 362548 və 361962 saylı neft quyularının təhlükəsizlik zolağı daxilində yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələbinə əsasən, sənaye təyinath torpaq sahəsi yaşayış məntəqələrinin torpaq sahəsi təyinatına dəyişilməklə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən həyata keçirilməsi” nə dair qanunun tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinin 4-cü bəndinin tələbinə görə. torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilməməsinə baxmayaraq, özbaşına tikili inşa edilməklə sənaye təyinath torpaq sahəsinin məhdudiyyətlərinə məhəl qoyulmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci və 2-ci bəndlərinin tələbinə əsasən, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat,rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aid olmasına baxmayaraq, bu torpaq sahəsi qeyri-qanuni özgəninkiləşdirilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinin tələbinə görə, torpaq mülkiyyətçisinə, istifadəsçisinə və icarəçisinə torpaq sahəsi həmin sahəs üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilməli olduğu halda, həmin torpaq sahəsi zəbt olunmaqla öz təyinatına və hüquqi statusuna uyğun olaraq istifadə edilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinin tələbinə əsasən, torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yuxarıda sadalanan Qanunvericiliyin müddəalarından da göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş tikili “Memarlıq Fəaliyyəti haqqında ” Azərbaycan Respublikasının Qanununun 4- cü maddəsinin 1-ci abzasının tələblərinə və Azərbaycan Respublikasının Prezideti tərəfindən təsdiq olunmuş 534 saylı, xx.xx.1997-ci il tarixli "Torpaqların alqı-satqı qaydaları” nın 8-ci bəndinin tələblərinə ziddiyyət təşkil edir. Belə ki, mübahisəli ərazidə məlum tiklinin inşası üçün zəruri olan inşaatın aparılmasına rəsmi razılıq və obyektin mühəndis-kommunikasiya pasportu, habelə, “Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinə və Azərbaycan Dövlət Sənayedə X1 Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi haqqında Əsasnamənin 7-ci bəndinin tələbinə görə, Komitənin müvafiq razılığı cavabdeh tərəfindən alınmamışdır. Bundan başqa, “Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununa və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2 maddəsinə əsasən, “əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitarıya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır”. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallarf’nın 3.3-cü bəndinə əsasən, şəxsi tikililərlə quyular, separatorlar. qızdırıcı avadanlıq, neft rezervuarları və nasos avadanlığı arasında minimum məsafə 300 metr olmalıdır və şəxsi tikililərin sözügedən obyektlərin mühafizə zonaları daxilində inşa edilməsi qadağan edilir. Həmçinin həmin qərara əsasən, şəxsi tikililərlə elektrikötürücü xətləri arasında minimum məsafə 12-19 metr, mühafizə zonaları daxilində isə 10-15 metr olmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı Abşeron rayonu, Xırdalan şəhərində Şirkətə məxsus kontrakt sahəsinin və eləcə də 3 saylı mədəninin 6-cə sahəsinin ərazisinin hüdudları daxilində, həmçinin 362548 və 361962 saylı neft quyularının mühafizə zolağı daxilində Zəhra Cavanşir qızının mülkiyyətinə torpaq sahələrinin ayrılması barədə Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********64 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********6 reystr nömrəli, xx.xx.2022-ci il tarixli, **********80 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********75 reystr nömrəli, xx.xx.2022-ci il tarixli **********81 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, **********63 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli **********78 reyestr nömrəli torpaq sahələrinin plan və ölçüsü sənədlərinin, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli **********1 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömərli, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsini xahiş edir. Lakin həmin çıxarışların verilməsinə səbəb olmuş əsasları müəyyən etmədən məhkəməyə müraciət etmişdir. Halbu ki, iddiaçının subyektiv hüququnun olması şərti ilə həmin qeydiyyatın əsasları mülki və inzibati qaydada hüquq müdafiə vasitələrindən istifadə imkanı yaradar. Daşınmaz əmlakın dövlət qeydiyyatının əsasını alğı-satqı müqaviləsi təşkil etdiyi halda, həmin qeydin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsi mümkün hesab edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı ilkin olaraq əmlakın özəlləşdirilməsi ilə bağlı prosedurları müəyyən edib, mülki və ya inzibati məhkəmə icraatı qaydasında hüquq müdafiə vasitələrindən istifadə edə bilər. Bu halda isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarlarının nəzərə alınması iddianın uğurluluq ehtimalı və prosessual qənaət baxımından məqsədəmüvafiq hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” İddiaçıya izah edisin ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq düzgün hüquq müdafiə vasitəsi seçməsi istina edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar