Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-3889/2022 20.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ləğv edilmiş Dövlət Torpaq və xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Əfəndi İsayevin adına tərtib edilmiş AN 266630 saylı və mərhum anası Muxlisa Məmmədbəyovanın adına tərtib olunmuş AN 266629 saylı “Torpaq sahəsini planı ölçüsü”nün koordinatlarında dəyişiklik edilməklə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 712.8 kv.metr torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq Çıxarış verilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində qeyd edir ki, Qusar rayon məhkəməsinin 25 avqust 2021-ci il tarixli 2(029)-504/2021 saylı qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 712.8 kv.metr torpaq sahəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasın tərəfindən qəbul edilməsi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılaraq uzadılmış və həmin evlə torpaq sahəsinə dair onun vərəsəlik hüququ tanınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş və bundan sonra həmin qətnamə əsasında həmin əmlakların mülkiyyət hüququ üzrə adıma qeydiyyata alınaraq müvafiq Çıxarış verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin xx.xx.2022-ci il tarixli **********09 saylı məktubu ilə bildirilmişdir ki, ona məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə kadastr məlumat bazasında olan məlumatlara əsasən digər şəxsin adına müvafiq Qusar rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü işlənilmişdir. Bundan sonra vəkili vasitəsi ilə Qusar rayon Aqrar İslahat Komissiyasının qərarının tarixi və nömrəsi göstərilməklə həmin torpaq sahəsinin sahəsinin planı və ölçüsü sənədinin məhz hansı şəxsin adına işlənməsi, həmin sənədin iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin məhz hansı hissəsinə işlənməsi barədə məlumat verilməsi barədə həmin idarəyə müraciət olunmuşdur. Həmin idarənin 06 sentyabr 2022-ci il tarixli **********45 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Qusar rayon AİK-nm xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında AN 266630 nömrə ilə İsayev Əfəndinin adına işlənmiş torpaq sahəsinin planı və ölçüsünə əsasən tam dəyişik istifadə edilir. Bildirir ki, iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair Qusar rayon AİK- nın xx.xx.1998-ci il tarixli 02 saylı qərarı əsasında AN 266630 nömrə ilə mərhum anası Muxlisa Məmmədbəyovanın adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Buradan görünür ki, Əfəndi İsayevin və mərhum anası Muxlisa Məmmədbəyovanın adına ləğv edilmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş “torpaq sahəsinin planı və ölçü”ləri düzgün tərtib edilməmişdir. Bu, isə hüquq sahibi olan iddiaçının təqsirinə görə baş verməmişdir. Texniki sənəd olan həmin plan və ölçülərin səhv tərtib edilməsi hüquq sahibi kimi iddiaçının yuxarıda göstərdiyi fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi maneə hesab edilə bilməz. Çünki, mülikiyyət hüququnu Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında əldə etmiş, həmçinin həmin əmlaklara dair ilkin sənədlər də (qeydiyyat vəsiqəsi, texniki pasport və s.) mövcuddur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, hazırkı tələblə ilkin olaraq inzibati orqana müraciət edilməli olması izah edilmişdir. İddiaçı bildirmişdir ki, qonşusu ilə bağlı sənədlərdə uyğusuzluq var, faktiki olaraq hərə öz yerindən istifadə edir, aralarında mübahisə yoxdur. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. İddiaçının cavabdeh orqana müraciəti məlumatın alınması ilə əlaqədar və inzibati orqanın cavabı məlumat xarakterli olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldıracağı iddia tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməlidir. Cavabdeh inzibati orqan imtina və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Eyni zamanda iddiaçıya izah edilsin ki, qonşusu ilə bağlı sənədlərində uyğusuzluq varsa, hüquq müdafiə vasitəsi kimi həmin uyğunsuzluqların aradan qaldırlması ilə bağlı birlikdə inzibati orqana müraciət etmələri istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-3889/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-3889/2022
20.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver