Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-389/2020 21.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Abşeron rayon şöbəsinin nümayəndəsi X9 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Abşeron rayon şöbəsinə qarşı “Təhsil aldığı müddətlərin iş stajına daxil edilməsi, pensiya hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1977-ci ildə anadan olmuşdur. İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Abşeron rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin həmin orqanın **********4 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin və tələb olunan sosial sığorta stajının toplanmadığı göstərilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1977-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə etdiyi ИТ-1 seriyalı, ******* nömrəli əmək kitabçasından da göründüyü kimi xx xxxxxxxx 2000-ci ildə Azərbaycan X2 Arı və Balıq xəstəliklərini öyrənən labarotoriyaya kiçik elmi işçi kimi qəbul edilmişdir. xx xxxxxxx 2002-ci ildə Parazitologiya labarotoriyasına kiçik elmi işçi keçirilmiş, xx xxxxxx 2003-cü il tarixdə həmin labarotoriyada elmi işçi vəzifəsinə keçirilmiş, xx xxxxxx 2007-ci il tarixdə Protozoologiya və araxao-entamalogiya labarotoriyasına kiçik elmi işçi vəzifəsinə qəbul edilmiş, xx xxx 2007ci il tarixdə həmin labarotoriyaya elmi işçi vəzifəsinə keçirilmiş, xx xxxxxxx 2010-cu il tarixdə Parazitologiya labarotoriyasına aparıcı elmi işçi vəzifəsinə keçirilmiş, xx xxxx 2014cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Daha sonra xx xxxxxx 2015-ci il tarixdə Azərbaycan Dəmir Yolunda Dövlət X11 NBSS-nin baytar həkimi təyin edilmiş, xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Dəmir Yolunda Dövlət X8 NBSS-nə baytar həkimi keçirilmişdir. xx xxxxxxx 2016-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə Baytarlıq X1 təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə aparıcı elmi işçi vəzifəsinə qəbul edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə elmi-işçi vəzifəsinə qəbul edilmişdir. xx xxxx 2019-cu il tarixdə həmin şöbədə 16-cı dərəcə üzrə aparıcı elmi işçi vəzifəsinə keçirilmişdir. Bundan başqa nəzərə çatdırmaq istəyir ki, iş materialların əlavə etdiyi A seriyalı, 017198 nömrəli S.Ağamalıoğlu adına Azərbaycan Dövlət X6 tərəfindən verilən diplomdan görünür ki, iddiaçı, sentyabr 1994-cü il tarixdən iyun 1998-ci il tarixə qədər baytarlıq ixtisası üzrə ali təhsil almışdır. Bundan başqa nəzərə çatdırmaq istəyir ki, iş materiallarına əlavə etdiyi MNA seriyalı, 000824 nömrəli Azərbaycan Dövlət X6 tərəfindən verilən diplomdan görünür ki, iddiaçı sentyabr 1998-ci il tarixdən iyun 2000-ci il tarixə qədər baytarlıq ixtisası üzrə tam ali təhsil almışdır. Bundan başqa iş materiallarına əlavə etdiyi TSEK rəyinə görə iddiaçı 2-ci qrup əlildir. “Əmək Pensiyaları haqqında” qanuna əsasən də təhsil müddəti iş stajına daxil edilir. Buradan da görünür ki, 25 ildən çox iş stajı var, bu da əlilliyə görə əmək pensiyası almaq hüququnun olmasına əsas verir. Bütün bunlara baxmayaraq müraciətinə əsasən xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Abşeron rayon şöbəsi tərəfindən verilən imtina məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bu səbəbdən də iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 16 200 manat təşkil etməlidir. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı əmək fəaliyyəti də xx xxxxxxxx 2000-ci ildən xx xxxxxx 2006-cı ilədək 3830, 82 manat təşkil edir. xx.xx.2006-cı ildən sonrakı dövrə isə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanılan pensiya kapitalı 15238,99 manat təşkil edir. Həmçinin əyani təhsil müddətinin sığorta stajına daxil edilmədiyini və bu səbəbdən də iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği və tələb olunan sosial sığorta stajının toplanılmadığından əmək pensiyası hüququnun olmadığı qeyd etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 1.1-ci maddəsinə əsasən bu Qaydalar bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra Qanun) əsasən hazırlanmışdır və əmək pensiyalarının təyin edilməsini, sosial sığorta stajının müəyyən olunmasını, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsini, baxılmasını və saxlanılmasını tənzimləyir. Həmin Qaydaların 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin qeyd olunan Qaydalara 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlərin siyahısı göstərilmişdir ki, həmin siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə- pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər təqdim olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Məhkəmə iclasında İddiaçıiştirak etmiş, iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinə dair etirazda qeyd edilir ki, İddiaçı “Təhsil aldığı müddətlərin iş stajına daxil edilməsi, pensiya hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh “Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə qoyulmasına dair vermiş olduğu iddianı tamamilə əsassız hesab edir. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 12.1 bəndinə əsasən əlilliyə görə əmək pensiyası 1-ci qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bu səbəbdən İddiaçı əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 16200 manat təşkil etməlidir. İddiaçının təqdim etdiyi əmək kitabçasındakı əmək fəaliyyəti xx.xx.2000-ci ildən xx.xx.2006-cı ilədək 05 il 03 ay 20 gün təşkil edir. İddiaçı fərdi hesabındakı sığorta hissəsində isə toplanan pensiya kapitalı xx.xx.2006-cı ilədək 3830,82 manat təşkil edir. xx.xx.2006-cı ildən sonrakı dövrə isə onun fərdi hesabının sığorta hissəsində isə toplanan pensiya kapitalı 11408,17 manat təşkil edir. Ümumilikdə iddiaçının fərdi hesabının sığorta hissəsində isə toplanan pensiya kapitalı cəmi 15238,99 manat təşkil edir. Həmçinin “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən əyani təhsil müddəti sığorta stajına daxil edilmir. Bu səbəbdən İddiaçı əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği və tələb olunan sosial sığorta stajı toplanmadığından onun əlilliyə görə əmək pensiyası hüququ yoxdur. Sonda cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X14 iştirak etmiş, iddiaya etirazı müdafiyə etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, təhsil müddəti nəzərə alınarsa iddiaçının pensiya hüququ yaranar. İş materiallarında olan A seriyalı, 017198 nömrəli diplomdan görünür ki, iddiaçı, 1994-cü ildən 1998-ci ilədək baytarlıq ixtisası üzrə ali təhsil almışdır. İş materiallarında olan MNA seriyalı, 000824 nömrəli diplomdan görünür ki, iddiaçı 1998-ci ildən 2000-ci il tarixədək baytarlıq ixtisası üzrə magistr təhsili almışdır. İş materiallarında olan X15 Komissiyasının müayinə sənədindən görünür ki, iddiaçı 2-ci qrup əlildir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 2006-ci ilə qədər təhsil aldığı müddət pensiya təyinatı zamanı sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə iddiaçının S.Ağamalıoğlu adına Azərbaycan Dövlət X5 təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmamasına münasibətdə qeyd edir ki, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinəəsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının S.Ağamalıoğlu adına Azərbaycan Dövlət X5 2006-cı il tarixədək təhsil aldığı müddətlər xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir. “X12” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəməyə təqdim edilmiş pensiya işinin materiallarından görsənir ki, iddiaçının təhsil aldığı dövrlər sosial sığorta stajı kimi nəzərə alınanda onun pensiya hüququ yaranır. Bu hal tərəflər arasındada mübahisə olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Azərbaycan Dövlət X5 1994-1998-ci və 1998-2000-ci illlərdə təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi, pensiya hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Dövlət X5 1994-1998-ci və 1998-2000-ci illlərdə təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X13 Abşeron rayon şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-389/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-389/2020
21.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver