Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-39/2021 09.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, İddiaçı, onun nümayəndə və vəkili X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X5 09 iyul 2007-ci il tarixli **********25 saylı çıxarışının qismən zəbt etdiyi 0,0239 hektar hissəsinin və X10 05 sentyabr 2014-cü il tarixli **********86 çıxarışının qismən zəbt etdiyi 0,0148 hektar hissəsinin ləğv edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* saylı 13 iyul 2009 tarixli çıxarışa əsasən 0,0387 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin göndərdiyi şəxslər 0.0387 ha torpaq sahəsinin yerini və sərhədlərini müəyyənləşdirib ona təhvil vermişlər. 2015-cü ildə torpaq sahəsinin sərhədlərinin qonşuları X14 və X9 tərəfindən pozularaq müəyyən hissəsinin zəbt olunduğunu görmuş. Bu barədə onlara etirazını bildirib, zəbt etdikləri torpaq sahələrini qaytarmalarını dəfələrlə tələb etmiş, onlar isə etiraz edərək bildirdilər ki, həmin torpaq sahələri onlara məxsusdur, onun torpaq sahəsinin sərhədləri düzgün müəyyənləşdirilməmişdir. Ona görə də bu promlemin həll edilməsi üçün dövlətin aidiyyəti idarələrinə müraciət etməyi qərara almışdır. 9 oktyabr 2015-ci il tarixdə torpaq sahəsinin sərhədlərinin naturada dəqiq müəyyən edilməsi barədə ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinə müraciət etmiş. Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidmətinin rəis müavini Ədalət Salmanov 20 oktyabr 2015-ci il tarixli, **********68 saylı cavab məktubu ilə bildirdi ki, ''Müraciətinizdə göstərilən daşınmaz əmlakla bağlı müvafiq çöl-ölcmə və yerquqruluşu işlərinin Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidmətinin tabeliyində olan xxxxnin 4 saylı Abşeron Layihə- Tədqiqat İdarəsinə tapşırılmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Xirdalan şəhəri Kahıbyeva küçəsi 1 ünvanda yerləçən 4 saylı Abşeron Layihə-Tədqiqat idarəsinə müraciət etməyiniz, məqsədəuyğundur.” 30 mart 2016-ci il tarixdə torpaq sahəmin sərhədlərinin naturada dəqiq müəyyən edilməsini barədə ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidməti “xxxx” MMC-nin direktoruna müraciət ettmiş. 24 iyun 2016-ci il tarixdə də toıpaq sahəmin sərhədlərinin naturada dəqiq müəyyən edilməsini barədə ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinə təkrarən müraciət etmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastri və Ünvan Reyestri Xidməti xxxx” MMC-nin direktoru Xudaverdi Kərimov 4 iyul 2016-ci il tarixli, **********97 saylı cavab məktubu ilə bildirdi ki." Müraciətinizdə göstərilən Torpaq sahəsi üzərimdə hüquqlar daşınmaz əmlakın dövlər reyestrində qeydiyyata alındığı üçün, torpaq sahəsinin naturada sırhədlərinin müəyyən edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyiniz, məqsədəuyğundur”. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi T. İsayev isə 29 mart 2019-cu ul tarixli **********28 saylı məktubunda bildirmiş ki,Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən sizin mülkiyyətinizdə olan 13.0 .2013-cü GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada dğngə nöqələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd iizrə yerləşmədi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcuddur, həmçinin mübahisə predmetidir. 7 iyun 2019-cu il tarixdə torpaq sahəsinin sərhədlərinin naturada dəqiq müəyyən edilməsini barədə ərizə 3 ünvana: 1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinə. 2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinə və 3. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin axırıncı dəfə müraciət rəisinə etdim. DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin rəisi F. İsayev isə 19 iyun 2019-cu il tarixli **********30 saylı məktubla bildirdi ki. "Bununla əlaqədar olaraq bildirilir ki. "Abşeron rayonu Saray qəsəbəsi ərazisində yerləşən sizin mülkiyyətinizdə olan 13.07.2009-ci il tarixli ********** reyestr nömrəli 0.0387 ha torpaq sahəsinin plan-ölçiidəki koordinatları GPS mövqetəyinelnıə cihazı vasitəsi ilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasıda 50 metr fərq mövcuddur. Faktiki torpaq sahəsinin 0,0148 ha hissəsi X10 (05.09.2014-cü il tarixli **********86 reyestr nömrəli) və 0.0239 ha hissəsi isə X5 (09.07.2007-ci il tarixli, **********25 reystr nömrəli) mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür.Məlumat üçiin bildirir ki, mişar daşla hasarlanmış faktiki 0,0387 ha torpaq sahəsinin 0,0162 ha hissəsi X9 tərəfindən söküldüyü üçiin sözügedən torpaq sahəsi məhkəmə mübahisə predimetidir. Bundan başqa qeyd etmək istəyirik ki, azalmış sahəyə dair başqa sahədən torpaq sahəsi verilməsi idarənin səlahiyyəti xaricində olduğundan aidiyyəti iizrə müraciət etməyiniz məqsədə uyğundur.” Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev isə 25 iyun 2019-cu il tarixli **********76 saylı məktubunda bildirmişdir ki. "Bununla əlaqədar bildiririk ki, Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən Abşeron rayonu. Saray qəsəbəsində yerləşən və üzərində mülkiyyət hüququnuz daşınmaz əmləakın dövlət reyesdtində 13iyul 2009-cu il tarixində **********"" reyestr nömrəli ilə qeydə alınmış 0.038" ha torpaq sahəsinə yerində baxış keçirilmiş və döngə nöqtələrinin koordinatları müəyyən edilərək idarənin elektron baza məlumatları əsasında araşdırma aparılmışdır. Araşdırma zamanı adıçəkilən 0,0387 ha torpaq sahəsinin sənəd iizrə yerləşməsi ilə naturada yerləşmə vəziyyəti arasında fərq mövcud olduğu müəyyən edilmişdir. Beh ki, faktiki istifadənizdə olan torpaq sahəsinin 0,0148 ha hissəsi vətəndaş X10, 0.0239 ha hissəsi isə X5 mülkiyyətində olan torpaq sahələri ilə üst- üstə düşür. Nəzərinizə çatdırırıq ki. tərəfinizdən daş hasara alınmış torpaq sahəsinin 0.0162 ha hissəsinin hasarının vətəndaş X9 tərəfindən sökülməsi ilə bağlı yaranmış mübahisə məhkəmə mübahisəsinin predimetidir və torpaq sahəsinin yerinin dəyişdirilməsi Xidmətin səlahiyyətləri xaricindədir. Məlumat üçün bildirir ki. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri iizrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı,bələdiyyə və məhkəmə tərəfindən baxılır. İddaia ərzəsində adını çəkdiyi dövlət orqanları təqsirləri nəticəsində ona yaranan problemi həll etmək əvəzinə; 20 oktyabr 2015-ci il tarixdə - 4 saylı Abşeron Layihə-Tədqiqat idarəsinə, 4 iyul 2016-ci il tarixdə - 4 savlı Abşeron Ərazi İdarəsinə, 19 iyun 2019-cu il və 25 iyun 2019-cu tarixlərdə isə - Məhkəməyə müraciət etmək məqsədəuyğun hesab etdilər. Beləliklə, X5 9 iyul 2007-ci il tarixli **********25 saylı çıxarışı qismən-zəbt etdiyi 0,0239 ha hissəsi və X10 5 sentyabr 2014-cü il tarixli **********86 çıxarışı qismən-zəbt etdiyi 0,0148 ha hissəsi ləğv edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən iddiaçının mülkiyyətində olan 13.07.2009-cu il tarixli, **********77 reyestr nömrəli, 0.0387 ha torpaq sahəsinin plan-ölçüdəki koordinatları GPS mövqetəyinetmə cihazı vasitəsilə ölçülərək naturada döngə nöqtələri təyin olunmuşdur. Sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında 50 metr fərq mövcud olduğu və eyni zamanda faktiki torpaq sahəsinin 0.0148 ha hissəsi X10 (05.09.2014-cü il tarixli, **********86 reyestr nömrəli) və 0.0239 ha hissəsi isə X5 (09.07.2007-ci il tarixli, **********25 reyestr nömrəli) mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, mişar daşla hasarlanmış faktiki 0.0387 ha torpaq sahəsinin 0.0162 ha hissəsi X9 tərəfindən söküldüyü müəyyən edilmişdir. Bundan başqa qeyd etmək istəyirik ki, azalmış sahəyə dair başqa sahədən torpaq sahəsi verilməsi idarənin səlahiyyəti xaricində olduğundan aidiyyəti üzrə müraciət etməyi iddiaçıya tövsiyyə olunmuşdur. İddiaçı tərəfindən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması iddia olunan torpaq sahələri artıq başqa fiziki şəxsin xüsusi mülkiyyətində olduğundan, iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə dair sənədlərlə olan ölçülərlə, GPS mövqetəyinetmə cihazı vasitəsi ilə müəyyən edilmiş ölçülər arasında olan uyğunsuzluğun aradan qaldırılması üçün ddiaçı tərəfindən hər-hansı mötəbər sübut işə əlavə edilməmiş və iddia ərizəsinə əsasən tərəfimizdən iddiaçının qanunla qorunan hüquqlarının pozulması hər-hansı normada əsaslandırılmamışdır. İddiaçının hazırkı tələbinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan nüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxslərin xüsusi mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə ^stünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət nüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV Hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində oə öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1 -ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011 -ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Qanununun 2.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məlumat üçün bildirilir ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə təsbit edilmişdir. Lakin araşdırılan halda, həmin əsaslardan heç biri qeydiyyat orqanına təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub- olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir.Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111- ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 90.1 -ci və 90.3-cü maddələrinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər və torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən cavabdeh təşkilatın nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. Məhkəmənin ötən iclasında iştrak edən və məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş X14 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, özünə mülkiyyət hüquq ilə məxsus olan torpaq sahəsinin vijdanlı alıcısıdır və həmin torpaq sahəsinin dəyərini alqı satqı müqaviləsi əsasında ödəmişdir. Ona görədə onun mülkiyyətində olan torpaq sahəsinə dair verilmiş çıxarışın ləğv edilməsinə etiraz edir. Məhkəmənin sonuncu iclası barədə lazımi qaydada məlumatlandırılmış X14 məhkəmə iclasına gəlməmiş, digər 3-cü şəxs X5 rəsmi pasport qeydiyyatında olduğu ünvanı müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçı vasitəsi ilə məhkəmə bildirşi S.Burciyevaya çatdırılmışdır. Ona görədə məhkəmə iclasının 3-cü şəxslərin iştrakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən “X4” direktoru X11 və rəyi vermiş mütəxəssis X6 Mərkəzinin məhkəməyə təqdim etdiyi 26 noyabr 2020-ci il tarixli 545 saylı ekspert rəyi ilə əlaqədar bildirmişdirlər ki, koordinat sürüşməsi səbəbindən X3 mülkiyyətində olan torpaq sahəsinin X9 və X10 mülkiyyətində olan torpaq sahəsi ilə üstüstə düşmür. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın **********30 saylı, 19.06.2019-cu il tarixli imtina məktubu, **********67 saylı, 19.10.2019-cu il tarixli etirazı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 2202 saylı ekspert rəyi, X7 tərəfindən verilmiş 26.11.2020-ci il tarixli, 545 nömrəli ekspert rəyi, çıxarışların surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia tələbi mahiyyət etibarı ilə əsassızdır. Mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının tələb etdiyi ona aid olan hissədə digər şəxslərin çıxarışlarını ləğv etməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh inzibati orqan sənəd üzrə yerləşmə üst-üstə düşdüyündən, ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə tərəfindən təyin edilmiş X4 26 noyabr 2020-ci il tarixli 545 saylı ekspertiza rəyindən müəyyən olundu ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilən çıxarışlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Dövlət Aktları əsasında hazırlanmışdır. Lakin çıxarış tərtib edilərkən yer səthi üzərində (naturada) torpaq sahələrinin faktiki istifadə və coğrafi yerləşmə vəziyyəti nəzərə alınmamışdır. Bu amil də həmin çıxarışlarda koordinatları qeyd olunan torpaq sahələrinin hüdudları ilə natura üzrə hüdudları arasında ciddi şəkildə koordinat sürüşmələri (coğrafi yerləşmə mövqeyi) problemlərinin yaranmasına səbəb olmuşdur. Məhz mübahisəli torpaq sahələrinin yerləşdiyi Abşeron rayon Saray qəsəbəsi ərazisində k/t təyinatlı torpaq sahələrinə verilən çıxarışların əksəriyyətində yuxarıda sadalanan koordinat sürüşməsi problemlərinin olması səbəbindən tərəflərin yer səthi üzərində faktiki istifadə etdikləri, baxışa təqdim etdikləri torpaq sahələrinin konturları ilə, onlara verilən çıxarış və plan ölçülərdə müvafiq şəkildə qeyd olunan torpaq sahələrinin konturları ilə üstüstə düşmür. Yəni sənədlər üzrə torpaq sahələrinin koordinatları, faktiki naturada yerləşən torpaq sahələrindən kənarda yerləşir. Koordinat sürüşməsi (coğrafi uyğunsuzluq) səbəbindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, “MH" seriyalı ******* saylı Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0387 ha torpaq sahəsi, **********25 saylı Çıxarışa əsasən X5 mülkiyyətində olan 0.263808 ha və “RX" seriyalı ******* saylı Çıxarışa əsasən X10 mülkiyyətində olan 0.578892 ha torpaq sahələri ilə üst-üstə düşmür. Bundan başqa məhkəmənin təyin etdiyi və ƏMDX-nin Bakı LTİ-nin mühəndisi tərəfindən verilmiş mütəxəssis rəyinə əsaslanan Məhkəmə Ekspertiza Mərkəninin 2202 saylı 25 sentyabr 2020-ci il tarixli rəyindən görünür ki, mübahisəli torpaq sahələrinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar, yəni sürüşmələr olması səbəbindən qeyd olunan torpaq sahələrinin koordinatlarının üst üstünə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 və X10 mülkiyyətində olan torpaq sahələrinə dair verilmiş çıxarışların ləğv edilməsi üçün əsas mövcud deyil. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyesterin qeyri-dəqiqliyi sübuta yetirilmədiyinə görə dövlət reyesterinin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X5 09 iyul 2007-ci il tarixli **********25 saylı çıxarışının qismən zəbt etdiyi 0,0239 hektar hissəsinin və X10 05 sentyabr 2014-cü il tarixli **********86 çıxarışının qismən zəbt etdiyi 0,0148 hektar hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X5 09 iyul 2007-ci il tarixli **********25 saylı çıxarışının qismən zəbt etdiyi 0,0239 hektar hissəsinin və X10 05 sentyabr 2014-cü il tarixli **********86 çıxarışının qismən zəbt etdiyi 0,0148 hektar hissəsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-39/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-39/2021
09.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver