Məhkəmə qərarları › İş №2-1(118)-3909/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-3909/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3909/2025 03.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişinin geri qaytarılması) GİRİŞ HİSSƏ X10-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X7 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı “sığorta ödənişinin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 03 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Azərbaycan Respublikası İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1039,50 manat dövlət vəsaitinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Cavabdeh (FİN: 1ZK10Y0) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 6 oktyabr 2022-ci il tarixində ərizə ilə müraciət edərək ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmişdir. X1 və Təyinat filialı tərəfindən qəbul edilən 1 dekabr 2022-ci il tarixli **********5 nömrəli Əmrlə Cavabdeh “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.2.1-ci maddəsinə əsasən, 1 noyabr 2022-ci il tarixindən etibarən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə 1039,50 manat vəsait nağdsız qaydada ödənilmişdir. Bildiririk ki, Qanunun 18.0.1-ci maddəsinə əsasən sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin verilməsinin dayandırılması əsaslarındandır. Qanunun 5.2.1-ci maddəsinə əsasən, işsizlikdən sığortaolunanın əsas vəzifələrindən biri sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat verməkdir. Məlumat üçün bildiririk ki, vətəndaşın qanunvericiliyin müvafiq tələbi ilə əlaqədar tam məlumatlandırması Cavabdeh tərəfindən 6 oktyabr 2022-ci il tarixli “Ərizə-İltizam” imzalanmaqla təmin edilmişdir. Təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 26 iyul 2023-cü il tarixli 3-17-2/3-2-11004/2023 nömrəli Əmrlə cavabdehə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır. Diqqət edilməli məqam ondan ibarətdir ki, işsizlikdən sığorta ödənişi təyinatı 1 noyabr 2022-ci il tarixindən etibarən başlamış, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğuna baxmayaraq, Agentliyə bununla bağlı məlumat verməmişdir. Göründüyü kimi şəxsə işsizlikdən sığorta ödənişinin təyinatı aparılan zaman onun qanunvericilikdə nəzərdə tutulan formada işsiz kimi qeydiyyatını məhdudlaşdıran hər hansı bir hal aşkarlanmamışdır. İşsizlikdən sığorta ödənişi üç ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur. Həmçinin, cavabdeh mülkiyyətində torpaq payı olduğu halda işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı müraciət edərək sözügedən münasibətlər çərçivəsində vicdanlılıq tələbinin şərtlərini pozmuşdur. Bildiririk ki, Qanunun 2.0.15-ci maddəsinə əsasən, işsizlikdən sığorta fondu - dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci maddəsinə əsasən, Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilən təyinata əsasən cavabdehə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin Filialın bank hesabına könüllü surətdə geri qaytarılması ilə əlaqədar Filial tərəfindən 12 iyul 2023-cü il tarixli 3-17-2/2-A-44669/2023 və 7 noyabr 2023-cü il tarixli 3-17-2/2-A-68743/2023 nömrəli xəbərdarlıq məktubları ünvanlanmışdır. Ancaq cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına ümumiyyətlə münasibət bildirilməmiş, artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə Filiala geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi icra edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman məşğul şəxs olmuşdur və bununla bağlı Qanunun 5.2.1-ci maddəsində nəzərdə tutulan öhdəliyin icra edilməməsi nəticəsində işsizlikdən sığorta ödənişinin artıq ödənilməsi ilə nəticələnən təqsirli hərəkətlər icra edilmişdir.

3. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

4. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

5. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq, şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

6. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

7. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

8. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialar inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növlərindən biri kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, sözügedən normada söhbət aşkar surətdə təkcə vətəndaşın inzibati orqana qarşı iddia qaldıra bilməsindən deyil, ümumi olaraq əmlak tələbinə dair iddialardan gedir ki, bunlar da həm vətəndaşlar, həm də inzibati orqanlar tərəfindən qaldırıla bilər.

9. Məhkəmə hesab edir ki, sığorta ödənişləri ilə bağlı münasibətlər inzibati orqanla vətəndaş arasındakı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifələrinin icrası ilə bağlı münasibətlərindən irəli gəldiyindən və tərəflər bu münasibətlərdə bərabərhüquqlu subyekt kimi çıxış etmədiyindən artıq ödənilmiş sığorta ödənişinin geri qaytarılması ilə bağlı tələb inzibati mübahisənin həlli ilə əlaqədar əmlak tələbi olmaqla iddiaçı inzibati orqan düzgün olaraq inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmışdır. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri).

10. İş materialları ilə müəyyən olunur ki, iddiaçının qərarı ilə cavabdehə 1039,50 manat məbləğində işsizlikdən sığorta ödənişi təyin edilmiş və cavabdeh həmin məbləği mütəmadi olaraq almışdır. Cavabdehin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olsa da, iddiaçı qurum bu barədə məlumatlı olmamış, işsizlikdən sığorta ödənişi üç ay ödənildikdən sonra MEİS-in müvafiq altsistemində Cavabdeh mülkiyyətində torpaq payının olduğu aşkar olunmuşdur.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

11. JN-003 KOD 30219068 seriyalı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarına əsasən, Xaçmaz rayonu, Babalı kəndi ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1,18 ha torpaq sahəsi X11, X5, X9, Cavabdeh və X8 ayrılmışdır.

12. JN-054A KOD 30219068 seriyalı Torpağın mülkiyyətə verilməsinı dair Şəhadətnamədən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ci il tarixli, 12 saylı qərarına əsasən, Xaçmaz rayonu, Bəbəli kəndi ərazisindən kənd 0,18 ha torpaq sahəsi Cavabdeh ayrılmışdır.

13. Azərbaycan Respublikası İddiaçı Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmrdən görünür ki, adları əlavədə qeyd olunan 711 nəfər işsiz şəxsə 01 noyabr 2022-ci il tarixdən işsizlikdən sığorta ödənişi təyin edilmişdir.

14. Azərbaycan Respublikası İddiaçı Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-2/3-2-11004/2023 nömrəli əmrdən görünür ki, adları əlavədə qeyd olunan 714 nəfər şəxsə təyin olunmuş işsizlikdən sığorta ödənişi dayandırılmışdır.

15. Cavabdeh xx.xx.2022-ci il tarixdə sığorta ödənişinin alınması üçün ərizə ilə müraciət etmişdir. Həmin ərizədə cavabdeh Təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşıdığını və sığorta ödənişinin təyin edilməsinə və təyin edilməsindən imtinaya ödənişinin məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar baş verdikdə bu barədə 10 (on) iş günü müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat verməyi üzərinə götürmüşdür.

16. Azərbaycan Respublikası İddiaçı Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-2/2-A-44669/2023 nömrəli məktubunda bildirmişdir ki, “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 13.2.1-ci maddəsinə əsasən, Sizə xx.xx.2022-ci il tarixdən 6 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilmiş və 1039,50 manat sığorta ödənişi vəsaiti nağdsız qaydada kart hesabınıza köçürülmüşdür. Nəzərinizə çatdırırıq ki, Qanunun 18.0.1 -ci maddəsinə əsasən, sığorta ödənişi alan şəxs “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, məşğul şəxs hesab edilməsi halı sığorta ödənişinin dayandırılmasına səbəb olur. Mülkiyyətinizdə kənd təsərrüfatına yararlı torpaq payı olduğu üçün 1039,50 manat işsizlikdən sığorta ödənişi vəsaitinin ödənilməsi əsassız hesab olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydasfnın 6.2-ci bəndinə əsasən, Qanunun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada X2ytarılmalıdır, bundan imtina edlərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən səbəbdən bu məktub Sizə təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində artıq ödənilmiş sığorta ödənişini könüllü qaydada Agentliyə geri qaytarmadığınız təqdirdə, mübahisənin məhkəmə qaydasında həlli məqsədi ilə qanunamüvafiq tədbir görüləcəkdir.

17. Azərbaycan Respublikası İddiaçı Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-2/2-A-68743/2023 nömrəli məktubunda bildirmişdir ki, Sizə əsassız hesablanmış 1039,50 manat işsizlikdən sığorta ödənişi vəsaitinin geri qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli, 3-17-2/2-A-44669/2023 nömrəli məktub ünvanlanmışdır, lakin qeyd edilən vəsait tərəfinizdən hazırki dövrə qədər könüllü surətdə X4 geri qaytarılmamışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 römrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndinə əsasən, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta Ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Yuxarıda qeyd edilənlərə əsasən bildiririk ki, bu məktub Sizə təqdim olunduğu tarixdən 10 (on) gün müddətində qeyd olunan vəsait könüllü surətdə geri qaytarılmadığı halda yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət ediləcəkdir.

III.Tətbiq edilən hüquq

18. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.1-ci maddəsinə əsasən, işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat formasıdır. 2.0.2-ci maddəsinə əsasən, işsizlikdən sığortanın subyektləri – sığortaçı, sığortaolunanlar və sığortaedənlərdir. 2.0.15-ci maddəsinə əsasən, işsizlikdən sığorta fondu – dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur. 5.2.1-ci maddəsinə əsasən, sığorta ödənişinin miqdarının dəyişməsinə və ya dayandırılmasına səbəb olan bu Qanunla müəyyən olunmuş hallar barədə 10 gündən gec olmayaraq sığortaçıya məlumat vermək sığortaolunanın vəzifəsidir. 13.6-cı maddəsinə əsasən, sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, bu Qanunun 13.2.3cü maddəsində nəzərdə tutulan şəxslərə 3 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir. 16-cı maddəsində qeyd olunur ki, minimum sığorta ödənişi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğinə bərabər tutulur.

19. Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunun 4.1.3-cü maddəsinə əsasən, sahibkarlar, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri məşğul şəxslərə aiddir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nın 6.2-ci bəndində qeyd olunur ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində göstərilən səbəblərdən sığortaolunana artıq ödənilmiş sığorta ödənişi könüllü qaydada Agentliyə qaytarılmalıdır, bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

IV. Məhkəmənin mövqeyi

11. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

12. Məhkəmə bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikası İddiaçı Mərkəzi Mühasibatlıq və Təyinat filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmrə əsasən, hazırki iş üzrə Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 ərizə ilə müraciət edərək, ona işsizlikdən sığorta ödənişi ilə bağlı təyinatın aparılmasını xahiş etmiş, X1 və Təyinat filialı tərəfindən qəbul edilən xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmrlə ona “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.2 və 5.5.7-ci maddələrinə əsasən, 01 noyabr 2022-ci il tarixindən işsizlikdən sığorta ödənişi təyin edilmiş və bu münasibətlər çərçivəsində cavabdehə nağdsız qaydada 1039,50 manat pul vəsaiti ödənilmiş, təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən, cavabdehin mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş, lakin cavabdeh mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olması barədə Agentliyə məlumat verməmiş, bununla əlaqədar təyinat dövrü üçün ödənişlərin icrası zamanı şəxslərin anket məlumatlarının dəqiqləşdirilməsi fəaliyyəti çərçivəsində aparılan araşdırma zamanı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlara əsasən, cavabdehlə bağlı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payının olduğu müəyyən olunmuş və 26 iyul 2023-cü il tarixli, 3-17-2/3-2-11004/2023 nömrəli Əmrlə cavabdehə işsizlikdən sığorta ödənişlərinin ödənilməsi dayandırılmışdır, cavabdehə 12 iyul 2023-cü il tarixli, 3-17-2/2-A- 44669/2023 və 07 noyabr 2023-cü il tarixli 3-17-2/2-A-68743/2023 nömrəli xəbərdarlıq məktubları göndərilərək ona ödənilmiş 1039,50 manat pul vəsaitinin X1 və Təyinat filialının bank hesabına könüllü surətdə geri qaytarılması tələb olunmuş, lakin cavabdeh tərəfindən qeyd edilən xəbərdarlıq məktublarına münasibət bildirilməmiş, nəticədə artıq ödənilmiş işsizlikdən sığorta ödənişinin könüllü surətdə geri qaytarılması ilə əlaqədar qanunvericiliyin tələbi Cavabdeh tərəfindən icra edilməmişdir.

13. Məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilmiş sənədlərdən, o cümlədən işdə olan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemi tərəfindən əldə olunmuş məlumatlardan göründüyü kimi, Cavabdeh ona işsizlikdən sığorta ödənişinin təyinatı aparıldığı zaman mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olmaqla məşğul şəxs olmuşdur.

14. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Respublikası İddiaçı işsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1039,50 manat dövlət vəsaitinin Cavabdeh tutularaq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır.

15. İPM-in: 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

NƏTİCƏVİ HİSSƏ

16. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İşsizlikdən sığorta ödənişi qismində artıq ödənilmiş 1039,50 (bir min otuz doqquz manat əlli qəpik) manat dövlət vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 Mərkəzi Mühasibatlıq və Təyinat filialının bank hesabına ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X10-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar