Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-391/2021 15.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin 1 saylı Regional Ərazi Filialına qarşı “iddiaçıya 3 uşaqlı ana kimi xx.xx.2016-cı il tarixdən müavinət təyin edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona 3 uşaqlı ana kimi xx.xx.2016-cı il tarixdən müavinət təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ona 57 yaşdan 3 uşağa görə müavinətin ödənilməsinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialına müraciət etmişdir. İddiaçının 57 yaşı xx.xx.2016-cı il tarixdə olmuşdur. Himayəsində üç uşağın olmasına baxmayaraq ona DSMF Publik hüquqi şəxs 1 saylı regional ərazi filialı tərəfindən xx.xx.2020-ci il tarixli, **********3 saylı məktubla imtina edilmişdir. İmtinanın əsası kimi "Müavinatlar haqqında" Qanunda xx.xx.2020-ci il tarixdə dəyişilməsini səbəb kimi göstərmişdirlər.Lakin iddiaçı övladları X3, X6, X4 8 yaşadək tərbiyə edib böyütmüşdür. Həmçinin iddiaçının 57 yaşı bu qanun qüvvəyə minmədiyi günədək tamam olmuşdur. Bu da ona xx.xx.2016-cı il tarixdən müəvinət almaq hüququ verir. İddiaçıya xx.xx.2017-cı il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya xx.xx.2020-cı il tarixədək əmək pensiyası ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialı iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş əmək pensiyasının xx.xx.2017-ci il tarixdən ləğv edilməsi barədə iddiaçıya məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin vıı hissəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialına (Sumqayıt şəhər şöbəsi) qarşı “3 uşaqlı ana kimi yaşa görə sosial müavinətin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh hesab edir ki, 2-1(118)-1440/2020 saylı iş üzrə iddia tam əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixində “əlilliyə görə əmək pensiyasının” təyini üçün DSMF Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Müvafiq şöbə tərəfindən xx.xx.2017-ci il tarixində vətəndaşa “əlilliyə görə əmək pensiyası” təyin edilmişdir. Daha sonra İddiaçı əlillik statusu Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ləğv edilmiş və vətəndaşa təyin edilmiş pensiya müvafiq qaydada xx.xx.2020-ci il tarixində dayandırılmışdır. İddiaçı 11,08.2020-ci il tarixində yenidən DSMF Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət ərizəsinə əsasən vətəndaş xx.xx.2016- cı il tarixdən “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün nəzərdə tutulmuş yaşa görə sosial müavinətin” təyin edilməsini xahiş etmişdir. Lakin vətəndaşın müraciətinə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixinə kimi əmək pensiyası təyin edilmiş və müvafiq qaydada həmin tarixdən ödəniş həyata keçirilmişdir. Həmçinin imtina məktubunda qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixli müvafiq Qanunla “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən Qanunun 1,0.2-ci maddəsində “3 və daha çox usaq doğub, 8 yaşınadək tərbiyə etmiş yaxud sağlamlıq imkanları məhdud övladını 8 yasinədək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmışdır. Həmin Qanunun 1.0.2-ci maddəsinin əvvəlki redaksiyasında qeyd edilmişdir: əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş xx.xx.2019-cu il tarixli düzəlişə əsasən: əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Göründüyü kimi “3 və daha çox usaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yasına çatmış qadınlar” sözləri yeni redaksiyada qanundan çıxarılmışdır. Həmçinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklikdən sonra 7.0.10-3-cü maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən beşdən çox uşağı olan qadınlara müavinət— beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur. İddiaçı 11,08.2020-ci il tarixində Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət edən zaman “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilmişdir. Qanuna edilmiş dəyişikliyə əsasən 3 və daha çox usaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar sözləri qanundan çıxarıldığı üçün və ona müraciət ərizəsində qeyd olunmuş sosial müavinətin təyin edilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında X1 iştirak etmiş, eitrazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiki, İddiaçı xx.xx.2017-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, iddiaçının Tibbi-Sosial Ekspertiza və X5 üzrə əlilliyi ləğv edildiyi üçün xx.xx.2020-ci il tarixdən ona pensiya ödənişi dayandırılmışdır. İddiaçı 3 uşaqlı ana kimi xx.xx.2016-cı il tarixdən ona müavinət təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan iddiaya etirazında qeyd edir ki, xx.xx.2019-cu il tarixli müvafiq Qanunla “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyə əsasən Qanunun 1,0.2-ci maddəsində “3 və daha çox usaq doğub, 8 yaşınadək tərbiyə etmiş yaxud sağlamlıq imkanları məhdud övladını 8 yasinədək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmışdır. Həmin Qanunun 1.0.2-ci maddəsinin əvvəlki redaksiyasında qeyd edilmişdir: əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş xx.xx.2019-cu il tarixli düzəlişə əsasən: əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Göründüyü kimi “3 və daha çox usaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yasına çatmış qadınlar” sözləri yeni redaksiyada qanundan çıxarılmışdır. Həmçinin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişiklikdən sonra 7.0.10-3-cü maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən beşdən çox uşağı olan qadınlara müavinət— beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda təyin olunur. Məhkəmə qanunvericiliyin təqbiqi ilə bağlı qeyd edir ki, cavabdehin istinad etdiyi normalardan göründüyü kimi hazırda qüvvədə olan qanunvericiliyə əsasən müavinət almaq hüququ olan şəxslərə aid tələblər iddiaçıda mövcud deyil. Lakin iddiaçı bu hüququ onun 57 yaşının tamam olanda qazandığını və hazırda qüvvədə olmayan qanunvericiliyə əsasən ona müavinət təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, həqiqətəndə iddiaçının 57 yaşının tamam olduğu dövrdə qüvvədə olan qanunvericiliyə əsasən sosial müavinət almaq hüququ olsada, o digər bir hüquqdan istifadə etmiş, ona əlilliyə görə əmək pensiyası təyin edilmiş və o xx.xx.2020-ci il tarixinə kimi əmək pensiyası almışdır. Məhkəmə hesab edir ki, əmək pensiyası ilə sosial müavinətin eyni vaxta təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmadığı və idiaçının öz hüququndan istifadəni pensiya təyinatı ilə bağlı həyata keçirdiyi və bunun nəticəsindədə artıq qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya 3 uşaqlı ana kimi xx.xx.2016-cı il tarixdən müavinət təyin edilməsinin hüquqi əsası qalmamışdır. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, inzibati orqan hər hansı bir qanunsuzluğa yol verməmiş, əsaslı olaraq iddiaçıya sosial müavinətin təyin edilməsindən imtina etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-391/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-391/2021
15.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver