Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-3912/2025 17.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əlilliyin bərpa edilməsi) GİRİŞ HİSSƏ: Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı, İddiaçının qanuni nümayəndəsi X6, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: a) İşin halları
1. İddiaçı X9 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı əliliyin bərpa olunması və xx.xx.2023-cü il tarixdən qətnamə qüvvəyə mindiyi günədək dəymiş maddi ziyanın hesablanaraq İddiaçı kart hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçı X9 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının əsl İddiaçı ilə əvəz edilməsini, İddiaçı isə iddiaçı qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişlər. Məhkəmə tərəfindən iddiaçı əsl olan iddiaçı ilə əvəz edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının övladı xx.xx.2009-cu il təvəllüdlü İddiaçı 2020-ci ildə qaraciyər və ağciyərin qurd yeməsi nəticəsində əməliyyat olunmuşdur. Xəstənin diaqnozu: Sol üst lobektomiva. Əməliyyatdan sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventiliyasiya pozğunluğu. Defisit anemiva, (Əsas: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti Tibbi-Sosial Ekspert Komissiyasının qərarı xx.xx.2020. TSEK sədri: X12). Bu xəstəlik diaqnozundan sonra xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinə olan müddət ərzində İddiaçı sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq kimi müavinət, eyni zamanda ona baxana bəzi kateqoriyalı şəxslərə qulluq edənlər qismində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilmişdir. Aylıq müavinətin məbləği 200 manat, aylıq təqaüdün məbləği isə 100 manat təşkil etmişdir. xx.xx.2023-cü ildə İddiaçı dövlət tərəfindən ona təyin olunmuş müavinət müddəti bitdikdən sonra o, təkrar həkim nəzarətindən keçərək xx.xx.2024-cü il tarixində X4 institutunun təqdim etdiyi sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə göndərilmişdir. xx.xx.2024-cü il tarixində İddiaçı X4 İnstitutunda həkim nəzarətindən keçərkən ona “XBT 10 üzrə kod - Z 90.2” ilə qiymətləndilrilmişdir. Xəstəlik kodu olan Z 90.2-DƏ aşağıdakı xəstəlik halları qeyd olunur: Keçirilmiş sol ağciyərin exinokokkozuna görə aparılmış əməliyyat-sol üst lobektomiyadan sonrakı vəziyyət fibroz, pnevmoskeloroz və plevra qalınlaşmalar şəklində Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur. Bu diaqnozla bağlı xx.xx.2024-cü il tarixli, 18401 nömrəli ambulator kitabdan çıxarış verilmişdir. Həmin xəstəlik diaqnozuna uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq 1.1.1.3 bəndi təsdiqlənməli idi. Bu bənddə aşağıdakılar qeyd olunur: ağır forma, davamı residivləşən gedişat, daimi ağır təngənəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə 85-100 müddətsiz. Buna rəğmən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1 göndərdiyi xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin müəyyən olunması meyyarları na uyğun olaraq, barəsində diaqnozun əlillik əlaməti təyin etməməsinə dair qərar qəbul edilmişdir. Belə ki, guya göndərişdə qeyd olunan diaqnoz və ağırlaşmaları əlillik təyininə əsasən verməmişdir. Hesab edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin bu qərarı qanunsuz və əsassız olmaqla humanizmə ziddir. Çünki İddiaçı xəstəlik kodu kimi göstərilmiş Z 90.2də diaqnozun əlamətləri ətraflı olaraq sadalanmışdır. Bununla bağlı vurğulanmalıdır ki, İddiaçı 2020-ci ildə qoyulmuş xəstəlik diaqnozu ilə xx.xx.2024-cü il X4 İnstitutunun təyin etdiyi diaqnoz bir-birinə tamamilə uyğun gəlir.
4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddia mümkünsüz iddiadır, iddaçının imtinası barədə məlumat xx.xx.2024-cü ildə elektron kabinetə yerləşdirilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X10 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X10 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Belə ki, iddiaçı xx.xx.2024-cü il tarixində müvafiq inzibati aktdan xəbəri olmasına baxmayaraq həmin qərarı 30 gün müddət keçdikdən sonra mübahisələndirdiyi üçün iddinın mümkünsüz hesab olunmasını xahiş edir. Bundan başqa Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasının 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 28 (iyirmi səkkiz) nəfərə dair xx.xx.2024-cü il tarixə əyani müayinəyə çağırılması haqqında ünvanına sifarişli-xəbərnaməli məktub göndərilmişdir.
5. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(118)-3912/2025 nömrəli qərardadına əsasən iddia tələbi “xx.xx.2023-cü il tarixdən qətnamə qüvvəyə mindiyi günədək dəymiş maddi ziyanın hesablanaraq İddiaçı kart hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır.
b) Tərəflərin iştirakı və izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.
c) Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
9. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
10. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə 3 il müddətinə əlillik təyin edilmişdir.
11. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir.
12. Cavabdeh tərəfindən təqdim edilmiş TSEK müayinələri altsistemindən çıxarışdan görünür ki, iddiaçıya xx.xx.2024-cü il tarixdə əlillik təyin edilməkdən imtina edilmişdir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X4 İnstitutu” X18 xx.xx.2024-cü il tarixli, 3-28-9/H-111-xx-xx/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Elçin Hüseyzadə ilə telefon əlaqəsi saxlanılıb, qohumu İddiaçı müayinə olunması üçün “X4 İnstitutu’’ publik hüquqi şəxsə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixində müvafiq müayinələrdən sonra İddiaçı “(XBT kod - Z90.2) Keçirilmiş sol ağciyərin exinokokkozuna görə aparılmış əməliyyat (xx.xx.2020) - sol üst lobektomiyadan sonrakı vəziyyət fibroz, pnevmoskleroz və plevra qalınlaşmalar şəklində. Obstruksiyanın üstünlüyü ilə qarışıq tipli mötədil ventilyasiya pozğunluğu qeyd olunur” diaqnozu qoyulmuş və 18401 №-li ambulator kitabdan çıxarış verilmişdir. X15 tərəfindən xx.xx.2024-cü il tarixində yazdığı ərizəsində qohumu İddiaçı müalicə və müayinəsi ilə bağlı həkim, tibb personalından heç bir irad və narazılığı olmadığını qeyd etmişdir.
14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-H-31527/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020~ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasfna uyğun olaraq dövlət tibb müəssisəsinin göndərişi əsasında qiymətləndirilir. Müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin K00203649AVM nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq, barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi qərarı qəbul edilmişdir. Belə ki, göndərişdə qeyd olunan diaqnoz və ağırlaşmaları əlillik təyininə əsas verməmişdir. Bildirilir ki, müraciət əsasında İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda iştirak edib. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq səhhətində əlillik təyinatına əsas verən ağırlaşmalar müəyyən olunmamışdır.
15. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Abşeron-Xızı Regional filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-H-322693/2024 nömrəli arayışında qeyd edilmişdir ki, X9 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı Regional filialında xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara (uşaq- İddiaçı ) müavinət, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü alan kimi qeydiyyatda olmuşdur. Aylıq müavinətin məbləği 200 manat, aylıq təqaüdün məbləği isə 100 təşkil etmişdir.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X18 xx.xx.2025-ci il tarixli, T 630/2025 nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş A.Hüseynzadənin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Sumqayıt Tibb Mərkəzi” PHŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, K00203649AVM saylı göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: Z.90.2-ağciyərin qazanılma olmaması, ağciyərin qazanılma olmaması. Ağırlaşmalar: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş sol ağciyərin exinokokkozuna görə aparılmış əməliyyat-sol üst lobektomiyadan sonrakı vəziyyət, J96.1 -xroniki respirator çatmamazlıq, qarışıq tipli ventilyasiya pozğunluğu, tənəlfüs çatmamazlığı İİ dərəcə” diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Onun xx.xx.2025-ci il tarixdə “X4 İnstitutunda spirometriya müayinəsi zamanı obstruktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ: a) İddianın növü və mümkünlüyü
17. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir.
18. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati- Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilibverilməməsi yoxlanılmalıdır.
19. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İPM-in 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.
20. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, həmin qərarın iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur və iddiaçıya hüquqi müdafiə vasitələri izah edilməmişdir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
22. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
b) Tətbiq edilən hüquq
23 . Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 4.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. 6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarının: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 1.8-ci bəndinə əsasən əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.1.2-ci bəndinə əsasən göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.
26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarının: 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2-ci bəndinə əsasən xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 1.1-ci bəndinə əsasən aşağı tənəffüs yollarının xroniki xəstəlikləri. Qeyd: Bronxoektaziya xəstəliyi, emfizema və aşağı tənəffüs yollarının irinli və nekrotik halları zamanı cərrahi müalicə üsullarından istifadə edilmişdirsə onun nəticələri nəzərə alınır. 1.1.3 ağciyərin qazanılma olmaması (və ya hissəsinin) – Z90.2 Qiymətləndirmə: 1.1.3.1. ağciyər köçürülməsindən sonrakı ilk 2 il ərzindəki vəziyyət - 100 faiz, 2 il. 1.1.3.2. immunitetin zəiflədilməsi və (və ya) digər müalicə və bərpa tədbirlərinin aparılmasına ehtiyac olduğu halda ağciyər köçürülməsindən sonrakı 2 illik müşahidədən sonrakı vəziyyət – 70-80 faiz, müddətsiz. 1.1.3.3. immunitetin zəiflədilməsi fonunda əmələ gəlmiş İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və (və ya) digər sistemlərin (məsələn, ürək-damar) ağır zədələnməsi ilə müşayiət olunan köçürülmüş ağciyərin 2 illik müşahidədən sonrakı vəziyyəti – 90-100 faiz, müddətsiz. 1.1.1. tənəffüs sistemi orqanlarının digər xəstəlikləri - J95-J99 Qiymətləndirmə: 1.1.1.1 təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə - 35-60 faiz, 1 il. 1.1.1.2 təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə - 65-80 faiz, 2 il. 1.1.1.3 ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə - 85-100 faiz, müddətsiz. 1.1.1.4 18 yaşınadək şəxslərdə tənəffüs çatışmazlığı olmadan (əməliyyatdan əvvəlki hal)- 40 faiz, 2 il.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması 1.3-cü bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bəndinə əsasən Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bəndinə əssən tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
c) Məhkəmənin mövqeyi
30. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
31. Belə ki, iddiaçı ona əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
32. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X18 xx.xx.2025-ci il tarixli, T 630/2025 nömrəli ekspert rəyində ekspertlər belə nəticəyə gəlmişdir ki, vətəndaş A.Hüseynzadənin əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Sumqayıt Tibb Mərkəzi” PHŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, K00203649AVM saylı göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: Z.90.2-ağciyərin qazanılma olmaması, ağciyərin qazanılma olmaması. Ağırlaşmalar: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, keçirilmiş sol ağciyərin exinokokkozuna görə aparılmış əməliyyat-sol üst lobektomiyadan sonrakı vəziyyət, J96.1 -xroniki respirator çatmamazlıq, qarışıq tipli ventilyasiya pozğunluğu, tənəlfüs çatmamazlığı İİ dərəcə” diaqnoz ona stasionarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Onun xx.xx.2025-ci il tarixdə “X4 İnstitutunda spirometriya müayinəsi zamanı obstruktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd edilmişdir.
33. Məhkəmə qeyd edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır: 1.1.3 ağciyərin qazanılma olmaması (və ya hissəsinin) – Z90.2. Qiymətləndirmə: 1.1.3.1. ağciyər köçürülməsindən sonrakı ilk 2 il ərzindəki vəziyyət - 100 faiz, 2 il; 1.1.3.2. immunitetin zəiflədilməsi və (və ya) digər müalicə və bərpa tədbirlərinin aparılmasına ehtiyac olduğu halda ağciyər köçürülməsindən sonrakı 2 illik müşahidədən sonrakı vəziyyət – 70-80 faiz, müddətsiz; 1.1.3.3. immunitetin zəiflədilməsi fonunda əmələ gəlmiş İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və (və ya) digər sistemlərin (məsələn, ürək-damar) ağır zədələnməsi ilə müşayiət olunan köçürülmüş ağciyərin 2 illik müşahidədən sonrakı vəziyyəti – 90-100 faiz, müddətsiz. 1.1.1. tənəffüs sistemi orqanlarının digər xəstəlikləri - J95-J99. Qiymətləndirmə: 1.1.1.1 təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə - 35-60 faiz, 1 il; 1.1.1.2 təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə - 65-80 faiz, 2 il; 1.1.1.3 ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə - 85-100 faiz, müddətsiz; 1.1.1.4 18 yaşınadək şəxslərdə tənəffüs çatışmazlığı olmadan (əməliyyatdan əvvəlki hal)- 40 faiz, 2 il.
34. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X18 xx.xx.2025-ci il tarixli, T 630/2025 nömrəli ekspert rəyində isə iddiaçının xx.xx.2025-ci il tarixdə “X4 İnstitutunda spirometriya müayinəsi zamanı obstruktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd edilmişdir.
35. Göründüyü kimi iddiaçıda hazırda olan diaqnoz “obstruktiv tipli yüngül ventilyasiya pozğunluğu” əlillik əlamətinin təyin edilməsi üçün əsas vermir. Qeyd olunan xəstəliyin yuxarıda göstərilən patofunksional əlamətləri iddiaçıda müşahidə edilmir. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanunvericiliyin tələbləri çərçivəsində olmuşdur.
36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əlilliyin bərpa edilməsi və dəymiş maddi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası “əlilliyin bərpa edilməsi” hissəsində təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı: İddiaçı Cavabdehnə qarşı “əlilliyin bərpa edilməsi və dəymiş maddi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası “əlilliyin bərpa edilməsi” hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qəşəm Məmmədli